Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-306/2024 31.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış 04 yanvar 2019-cu il tarixli 0004 nömrəli müqavilə üzrə yaranmış 14960,52 (on dörd min doqquz yüz altmış manat əlli iki qəpik) manat məbləğində əsas borcun, 54604 (əlli dörd min altı yüz dörd) manat məbləğində cərimənin və mediasiya ilə əlaqədar ödənilmiş 410 (dörd yüz on) manat məbləğində mediasiya xərcinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh alıcı Cavabdeh arasında bağlanmış 04 yanvar 2019-cu il tarixli 0004 saylı müqaviləyə əsasən Cavabdeh MMC-nə 20 may 2017-ci il tarixdən 07 iyul 2022-ci il tarixədək elektron qaimələr əsasında ƏDV daxil 105667,32 manat məbləğində süd məhsulları satışı edilmiş və Cavabdeh tərəfindən həmin müddətdə İddiaçı bank və ƏDV hesabına cəmi 90706,80 manat pul vəsaiti ödənilmiş, hazırkı vaxta kimi 14960,52 manat borcu qalmışdır. Müqavilənin 2.2.1 və 2.2.4-cü bəndlərinin tələbinə əsasən alıcı malı qəbul etmək və vaxtında qiymətini ödəmək, mal təhvil alındıqdan sonra 30 gün müddətində ödəniş etməyi öhdəsinə götürmüşdür. Lakin dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, Cavabdeh MMC tərəfindən müqavilədə nəzərdə tutulmuş öhdəlik yerinə yetirilməmiş, cavabdeh aldığı süd məhsullarına görə qalan 14960,52 manat borcu hazırkı vaxtadək könüllü ödəməkdən boyun qaçırmışdır. Müqavilənin 3.2-ci bəndinə əsasən “Alıcı”nın qəbul etdiyi mallara görə ödəməli olduğu pul vəsaitini müqavilədə nəzərdə tutulan vaxtdan artıq yubatdıqda satıcıya gecikdirmənin hər günü üçün borclu olduğu məbləğin 1%-i miqdarında cərimə ödəyir. Belə ki, cərimə məbləği 14960 manat x 1%= 149,60 manat, 149,60 x 365= 54604 manat təşkil edir. İddiaçı MMC tərəfindən göndərilmiş 27 iyul 2023-cü və 02 avqust 2023-cü il tarixli etiraz ərizələri (pretenziya) ilə 14960,52 manat əsas borc və 54604 manat cərimənin İddiaçınə ödənilməsi təklif edilsə də, hazırkı vaxtadək ödənilməmişdir. Bundan başqa ilkin mediasiya sessiyasının keçirilməsi üçün 400 (dörd yüz) manat məbləğində mediasiyaya dair və 10 (on) manat kargüzarlıq xərci İddiaçı tərəfindən ödənilmişdir. 01 may 2024-cü il tarixdə İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edərək bildirmişdir ki, iddia ərizəsində satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 04 yanvar 2019-cu il tarixli 0004 saylı müqaviləyə əsasən Cavabdehnə 20 may 2017-ci il tarixdən 07 iyul 2022-ci il tarixədək eqaimələr əsasında ƏDV daxil 105667,32 manat məbləğində süd məhsulları satışı edildiyi, Cavabdeh tərəfindən həmin müddətdə İddiaçı bank və ƏDV hesabına cəmi 90706,8 (doxsan min yeddi yüz altı manat səksən qəpik) manat pul vəsaiti ödənildiyi, 14960,52 (on dörd min doqquz yüz altmış manat əlli iki qəpik) manat borcu qaldığı qeyd edilmişdir. Lakin mühasibat və maliyyə sənədləri ilə müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin 14960,52 (on dörd min doqquz yüz altmış manat əlli iki qəpik) borcu 2017-ci ildə yox, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 yanvar 2019-cu il tarixli, 004 nömrəli müqaviləyə əsasən 12 noyabr 2020-ci il tarixdən 07 iyul 2022-ci il tarixədək elektron qaimələr əsasında məhsul satış edilməsi, lakin dəyəri ödənilməməsi nəticəsində yaranmışdır. Bundan başqa İddiaçı işgüzar münasibətlərin davam etdiriləcəyini nəzərə alaraq Cavabdehndən 54604 (əlli dörd min altı yüz dörd) manat cərimənin tutulmasını məqsədəmüvafiq etmir və iddia tələbinin azaldılmasını zəruri hesab edir. Göstərilənlərə əsasən ərizədə İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 yanvar 2019-cu il tarixli 0004 saylı müqavilə üzrə yaranmış 14960,52 (on dörd min doqquz yüz altmış manat əlli iki qəpik) manat məbləğində əsas borcun və mediasiya ilə əlaqədar ödənilmiş 410 (dörd yüz on) manat məbləğində mediasiya xərcinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. 01 may və 20 may 2024-cü il tarixli məhkəmə baxış iclaslarında iştirak etmiş İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 04 yanvar 2019-cu il tarixli 0004 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı qaiməfakturalar əsasında alıcını malla təmin etməyi, alıcı isə həmin qaimə-fakturalar əsasında malı qəbul edərək qiymətini ödəməyi öz öhdəsinə götürür. Tərəflər malın razılaşdırılmış müddət ərzində satışı haqqında razılığa gəlirlər. Malın pulunun ödənişi hər qaimə faktura üzrə aparılır və hər bir halda alıcıya təhvil verilmiş malın pulunun ödənilməsi vaxtı 30 gündən artıq ola bilməz. Həmin müqavilənin 3.2-ci bəndinə görə alıcının qəbul etdiyi mallara görə ödəməli olduğu pul vəsaitini müqavilədə nəzərdə tutulan vaxtdan artıq yubatdıqda satıcıya gecikmənin hər günü üçün borclu olduğu məbləğin 1 %-i miqdarında cərimə ödəyir. İddiaçı tərəfindən 31 may 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuş satılan malların reyestr cədvəlindən görünür ki, 01 yanvar 2019-cu il tarixdən 07 iyul 2022-ci il tarixədək İddiaçı tərəfindən Cavabdehnə ümumilikdə 79606,85 (67463,66 manat+12143,19 manat ƏDV) manat dəyərində süd məhsullarının satılması ilə bağlı 131 ədəd elektron qaimə təqdim edilmişdir. İş materiallarında olan İddiaçı ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, Cavabdeh tərəfindən İddiaçınə 11 fevral 2019-cu il tarixdə 149,18 manat, 27 may 2019-cu il tarixdə 171,71 manat, 05 iyul 2019-cu il tarixdə 210,39 manat, 05 iyul 2019-cu il tarixdə 120 manat, 02 avqust 2019-cu il tarixdə 351,81 manat, 21 avqust 2019-cu il tarixdə 604,97 manat, 12 sentyabr 2019-cu il tarixdə 659,3 manat, 26 sentyabr 2019-cu il tarixdə 698,24 manat, 28 oktyabr 2019-cu il tarixdə 309,98 manat, 19 noyabr 2019-cu il tarixdə 199,9 manat və 218,28 manat, 13 dekabr 2019-cu il tarixdə 174,05 manat, 27 yanvar 2020-ci il tarixdə 529,55 manat, 09 may 2020-ci il tarixdə 129,69 manat, 19 may 2020-ci il tarixdə 715,97 manat, 11 iyun 2020-ci il tarixdə 392,4 manat, 03 iyul 2020-ci il tarixdə 308,03 manat, 30 iyul 2020-ci il tarixdə 217,9 manat, 10 avqust 2020-ci il tarixdə 259,8 manat, 03 sentyabr 2020-ci il tarixdə 626,7 manat, 22 sentyabr 2020-ci il tarixdə 217,3 manat, 23 sentyabr 2020-ci il tarixdə 218,12 manat, 30 oktyabr 2020-ci il tarixdə 314,25 manat, 17 dekabr 2020-ci il tarixdə 245,7 manat, 30 dekabr 2020-ci il tarixdə 342,53 manat, 22 yanvar 2021-ci il tarixdə 352,36 manat, 09 mart 2021-ci il tarixdə 453,06 manat, 04 iyun 2021-ci il tarixdə 218,14 manat, 09 iyun 2021-ci il tarixdə 218,14 manat, 31 avqust 2021-ci il tarixdə 268,48 manat olmaqla, cəmi 9895,93 (doqquz min səkkiz yüz doxsan beş manat doxsan üç qəpik) manat ödəniş olunmuşdur. İddiaçı tərəfindən 31 may 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuş ödənilmiş vəsaitlərin reyestr cədvəlindən görünür ki, 01 yanvar 2019-cu il tarixdən 07 iyul 2022-ci il tarixədək Cavabdeh tərəfindən İddiaçınə ümumilikdə ƏDV daxil 64870,10 (altmış dörd min səkkiz yüz yetmiş manat on qəpik) manat məbləğində ödəniş olunmuşdur. İddiaçı tərəfindən 31 may 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuş 30 may 2024-cü il tarixli maliyyə arayışında göstərilir ki, İddiaçı tərəfindən Cavabdehnə məhsul satışları edilmiş və ödənişlər bank hesabına qəbul edilmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixə 223,77 (iki yüz iyirmi üç manat yetmiş yeddi qəpik) manat borcu qalmışdır. 04 yanvar 2019-cu il tarixli, 0004 nömrəli müqavilə üzrə elektron qaimələr əsasında ƏDV daxil 79606,85 (yetmiş doqquz min altı yüz altı manat səksən beş qəpik) manat məhsul satışı edilmiş, ƏDV daxil 64870,10 (altmış dörd min səkkiz yüz yetmiş manat on qəpik) manat ödəniş edilmiş və 14736,75 (on dörd min yeddi yüz otuz altı manat yetmiş beş qəpik) manat borc qalmışdır. 30 may 2024-cü il tarixə Cavabdeh İddiaçınə borcu cəmi 14960,52 (on dörd min doqquz yüz altmış manat əlli iki qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, İddiaçı ilə alıcı Cavabdeh arasında 04 yanvar 2019-cu il tarixli 0004 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə İddiaçı tərəfindən Cavabdehnə müxtəlif vaxtlarda müxtəlif dəyərdə süd məhsulları satılmışdır. Cavabdeh tərəfindən ƏDV daxil cəmi 64870,10 (altmış dörd min səkkiz yüz yetmiş manat on qəpik) manat məbləğində ödəniş edilsə də, malların dəyəri tam ödənilməmişdir. Buna görə də, İddiaçı Cavabdehnə qarşı hazırkı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, Cavabdeh ilə İddiaçı arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, həmin müqavilə üzrə ödənilməmiş borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Lakin 04 yanvar 2019-cu il tarixli 0004 nömrəli alqı-satqı müqaviləsi üzrə tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən iddiaçı tərəfindən təqdim edilmiş 30 may 2024-cü il tarixli maliyyə arayışı nəzərə alınmalıdır. Belə ki, 30 may 2024-cü il tarixli maliyyə arayışında Cavabdeh 04 yanvar 2019-cu il tarixli 0004 nömrəli müqavilə üzrə İddiaçınə 14736,75 (on dörd min yeddi yüz otuz altı manat yetmiş beş qəpik) manat məbləğində borcunun qaldığı qeyd olunmuşdur. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin edilməli, Cavabdehndən 04 yanvar 2019-cu il tarixli 0004 nömrəli alqı-satqı müqaviləsi üzrə 14736,75 (on dörd min yeddi yüz otuz altı manat yetmiş beş qəpik) manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 410 (dörd yüz on) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Sumqayıt 1 saylı Mediasiya təşkilatının 24 oktyabr 2023-cü il tarixli MŞS/MT030/2023- 02173 nömrəli arayışından görünür ki, İddiaçı nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş olsa da, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən 410 (dörd yüz on) manat məbləğində mediasiya xərci ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə təmin edilməli, İddiaçı tərəfindən mediatora ödənilmiş 410 (dörd yüz on) manat məbləğində mediasiya xərci Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 04 yanvar 2019cu il tarixli 0004 nömrəli müqavilə üzrə 14736,75 (on dörd min yeddi yüz otuz altı manat yetmiş beş qəpik) manat məbləğində borc və mediasiya ilə əlaqədar ödənilmiş 410 (dörd yüz on) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 15146,75 (on beş min yüz qırx altı manat yetmiş beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin iddianın təmin olunmuş hissəsinə uyğun hesablanmış 134,21 (yüz otuz dörd manat iyirmi bir qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 04 yanvar 2019-cu il tarixli 0004 nömrəli müqavilə üzrə 14736,75 (on dörd min yeddi yüz otuz altı manat yetmiş beş qəpik) manat məbləğində borc və mediasiya ilə əlaqədar ödənilmiş 410 (dörd yüz on) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 15146,75 (on beş min yüz qırx altı manat yetmiş beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 134,21 (yüz otuz dörd manat iyirmi bir qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-306/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-306/2024
31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver