Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-31/2020 12.08.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Quluzadə Hüseyn Rasim oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X2 nümayəndəsi Nəcəfquliyeva Könül Rövşən qızının iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X2 Cavabdeh qarşı “çirkab suların kanalizasiya şəbəkəsinə birləşdirilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və X4 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “çirkab suların kanalizasiya şəbəkəsinə birləşdirilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icarədarı olduğu “Sumqayıt-Novxanı” yolunun kənarında yerləşən “Neptun” istirahət mərkəzində formalaşan çirkab suların Xəzər dənizi sahil zonaya axıdılmasının qarşısının alınması məqsədilə çirkab suların ərazidən keçən kanalizasiya şəbəkəsinə birləşdirilməsi öhdəliyinin cavabdehə həvalə olunması və cavabdeh öhdəliyi yerinə yetirənədək fəaliyyətinin dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışıdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X4 tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh icarədarı olduğu “Sumqayıt-Novxanı” yolunun kənarında yerləşən “Neptun” istirahət mərkəzində formalaşan çirkab suları kanalizasiya xəttinə qoşulmadığı üçün həmin istirahət mərkəzində yaranan çirkab suları ərazidəki primitiv və germetik olmayan quyuya axıdılaraq dəniz hövzəsinin çirklənməsinə səbəb olur. Belə ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının tapşırığına və Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2018-ci il tarixli 270 nömrəli sərəncamına əsasən Sumqayıt şəhərində fəaliyyət göstərən iaşə və xidmət obyektlərinin ekoloji, sanitar normalara və ticarət qaydalarına əməl edilməsinin yoxlanılması üçün yaradılmış Sumqayıt şəhər İcra Hakimiyyəti, Sumqayıt Bələdiyyəsi, Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi, Gigiyena və Epidemologiya Mərkəzi, Memarlıq və Şəhərsalma İdarəsi, 4 saylı Regional Ekologiya və X4, Sumqayıt şəhər Baş Polis İdarəsi və X8 nümayəndələrinin və həmin İstirahət Mərkəzinin məsul işçisi Toğrul Əsgərovun iştirakı ilə xx xxxxx 2019-cu ildə “Sumqayıt- Novxanı” yolunun kənarında yerləşən “Neptun” istirahət mərkəzində araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, həmin obyektdə ekoloji, sanitartexniki normalar və tələblər yerinə yetirilməmiş, kanalizasiya və çirkab suları mərkəzi kanalizasiya xəttinə qoşulmamışdır. Çirkab suları primitiv qaydada qazılmış quyulara axıdılır və bununla da Xəzər dənizi hövzəsinin birbaşa çirklənməsinə, fauna və florasına, insan sağlamlığına ciddi təhlükə yaranır. Ekolologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və X4 tərəfindən həmin obyektin icarədarı Cavabdeh xx xxxxx 2019cu il tarixli 893 saylı rəsmi məktubla müraciət olunaraq, həmin ictimai-iaşə obyektində formalaşan çirkab suların Xəzər dənizi sahili zonaya axıdılmasının qarşısının alınması məqsədi ilə çirkab suların 2 ay müddətində ərazidən keçən kanalizasiya şəbəkəsinə birləşdirilməsi işlərinin aparılması və nəticəsi barədə İdarəyə məlumat verilməsi tələb edilmişdir. Ancaq Cavabdeh tərəfindən bu istiqamətdə heç bir tədbir görülməmişdir. Həmin faktla əlaqədar 4 saylı Regional Ekologiya və X4 tərəfindən Cavabdeh barəsində xx xxxx 2019-cu ildə inzibati xəta haqqında protokol tərtib olunmuş və sonuncu həmin Protokol əsasında qəbul edilmiş xx xxxx 2019-cu il tarixli Qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X2 nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh icarədarı olduğu “Sumqayıt-Novxanı” yolunun kənarında yerləşən “Neptun” istirahət mərkəzində formalaşan çirkab suların Xəzər dənizi sahil zonaya axıdılmasının qarşısının alınması məqsədilə çirkab suların ərazidən keçən kanalizasiya şəbəkəsinə birləşdirilməsi öhdəliyinin cavabdehə həvalə olunması və cavabdeh öhdəliyi yerinə yetirənədək fəaliyyətinin dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X2 nümayəndəsi Nümayəndə suallara cavab olaraq bildirdi ki, “Sumqayıt-Novxanı” yolunun kənarında yerləşən “Neptun” istirahət mərkəzinin icarədarı olan Cavabdeh müvafiq qaydada xəbərdar edilməsinə və inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsinə baxmayaraq, xx xxxxx 2019-cu il tarixli Aktla müəyyən edilmiş nöqsanları aradan qaldırmamış və icarədarı olduğu “Neptun” istirahət mərkəzində formalaşan çirkab suların ərazidən keçən kanalizasiya şəbəkəsinə birləşdirilməsini təmin etməmişdir. xx xxxxx 2019-cu il tarixli Aktla müəyyən edilmiş nöqsanlara görə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi ilə əlaqədar qəbul edilmiş xx xxxx 2019-cu il tarixli Qərardan məhkəməyə şikayət vermiş olsa da, Sumqayıt Şəhər Məhkəməsinin və Sumqayıt Apelyasiya Məhkəməsinin müvafiq qərarları ilə onun şikayətləri təmin edilməmiş və xx xxxx 2019-cu il tarixli Qərar qüvvəsində saxlanmışdır. Bu halın özü də xx xxxxx 2019-cu il tarixli Aktla müəyyən edilmiş nöqsanların olmasını və həmin nöqsanlarda Cavabdeh təqsirli olmasını təsdiq edir. xx xxxxxx 2020-ci ildə keçirilən məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X1 iddia tələbini qəbul etmədiyini bildirərək, Cavabdeh icarədarı olduğu “Sumqayıt-Novxanı” yolunun kənarında yerləşən “Neptun” istirahət mərkəzində formalaşan çirkab suların ərazidən keçən kanalizasiya şəbəkəsinə qoşulmadığını və həmin çirkab suların dəniz sahilindən xeyli aralıda qazılmış xüsusi quyulara axıdılaraq, vaxtlı-vaxtında maşınla daşındığını təsdiq etsə də, xx xxxxx 2019-cu il tarixli Aktla müəyyən edilmiş nöqsanların olmadığını, yəni həmin quyuya axıdılan çirkab suların heç bir halda dəniz sahilini çrkləndirmədiyini göstərərək, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X4 tərəfindən Cavabdeh qarşı verilmiş “çirkab suların kanalizasiya şəbəkəsinə birləşdirilməsi” barədə iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. Lakin, Cavabdeh xx xxxxxx 2020-ci il tarixinə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, Cavabdeh və yaxud, onun nümayəndəsi X1 həmin tarixə təyin edilmiş məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasının davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin nümayəndələrinin məhkəmə iclasında vermiş olduqları izahatları,iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) icarədarı olduğu “Sumqayıt- Novxanı” yolunun kənarında yerləşən “Neptun” istirahət mərkəzində xx xxxxx 2019-cu ildə ekoloji, sanitar-texniki və sanitar-gigiyenik norma və tələblərə riayət olunub-olunmaması yoxlanılmış və həmin yoxlama zamanı “Neptun” istirahət mərkəzində formalaşan çirkab sularının mərkəzi kanalizasiya xəttinə qoşulmayaraq, çirkab suların primitiv qaydada qazılmış quyulara axıdıldığı və bununla da, Xəzər dənizi hövzəsinin çirklənməsinə səbəb olduğu, fauna və florasına və insan sağlamlığına ciddi təhlükə yaratdığı müəyyən olunaraq, xx xxxxx 2019-cu il tarixli Akt tərtib edilmişdir. Həmin Aktla müəyyən edilmiş nöqsanın aradan qaldırılması və “Neptun” istirahət mərkəzində formalaşan çirkab suların Xəzər dənizi sahili zonaya axıdılmasının qarşısının alınması məqsədi ilə çirkab suların 2 ay müddətində ərazidən keçən kanalizasiya şəbəkəsinə birləşdirilməsi işlərinin aparılması və nəticəsi barədə İdarəyə məlumat verilməsi tələb edilsə də, həmin tələb yerinə yetirilməmişdir. Buna görə də, xx xxxx 2019-cu ildə icarədar Cavabdeh barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və sonuncu həmin Protokol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X4 tərəfindən qəbul edilmiş xx xxxx 2019-cu il tarixli MN ******* nömrəli Qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq xx xxxx 2019-cu il tarixli MN ******* nömrəli Qərardan məhkəməyə şikayət vermiş olsa da, onun şikayətləri Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3(060)-538/2020 nömrəli və Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3(105)-211/2020 nömrəli qərarları ilə təmin edilməyərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X2 inzibati xəta üzrə tənbeh vermə haqqında xx xxxx 2019-cu il tarixli MN ******* nömrəli qərarı qüvvəsində saxlanmışdır. İş materiallarında olan,Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(119)-31/2020 nömrəli qərardadına əsasən tərtib edilərək məhkəməyə göndərilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X2 xx xxx 2020-ci il tarixli 1096 saylı məktubunda göstərilir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X2 əməkdaşları tərəfindən “xxxxxx” ASC-nin Bağlar Su-Kanalı İdarəsinin texnikiistehsalat şöbəsinin mühəndisi Mahir Abbasovun və “Neptun“ istirahət mərkəzinin icarədarı Cavabdeh iştirakı ilə “Sumqayıt-Novxanı” yolunun kənarında Xəzər dənizi sahili zonasında yerləşən “Neptun” istirahət mərkəzinin ərazisində quraşdırılmış “şambo” sisteminə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, “X6” ilə üzbəüz ərazidə “Novxanı- Sumqayıt” avtomobil yolunun sağ kənarında Xəzər dənizi sahili çimərlik zonasında yerləşən “Neptun” istirahət mərkəzində formalaşan çirkab suların axıdiiması üçün Mərkəzin ərazisində iki ədəd şambo sistemi quraşdırılmışdır. Baxış keçirilərkən ərazidə çirkab sularının axıdılması üçün quraşdırılmış hər iki “şambo” sisteminin içərisinin daşdan hörüldüyü, 1-ci “şambo”nun uzunluğu 4 metr, eni 3 metr və dərinliyi 4,5 metr ölçüdə olmaqla, Xəzər dənizi sahilindən 90 metr məsafədə, 2-ci “şambo”nun isə uzunluğu 5 metr, eni 5 metr və dərinliyi 4,5 metr ölçüdə olmaqla, Xəzər dənizinin sahilindən 120 metr məsafədə yerləşdiyi müəyyən edilmişdi. Təqdim olunmuş materiallar əsasında məlum olmuşdur ki, “Neptun” istirahət mərkəzində “şambo”lara toplanan çirkab suların yığılıb daşınması işləri “Neptun” istirahət mərkəzinin İcarəçisi Cavabdeh ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 Ekoloji Nəzarət və Mühafizə Mərkəzi arasında bağlanmış xx xxxx 2020-ci il tarixli 10 saylı müqavilə əsasında həyata keçirilir. Baxış zamanı hər iki “şambo” sisteminin ətraf hissəsi qapalı örtülü olduğundan, həmin “şambo”lardan torpaq əraziyə və eləcə də, Xəzər dənizi sahilinə çirkab suyun sızması hallarını təyin etmək mümkün olmamışdı. İş materiallarında olan,Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(119)-31/2020 nömrəli qərardadına əsasən tərtib edilərək məhkəməyə göndərilmiş “xxxxxx” X3 24iyul 2020-ci il tarixli 03/02/-3/5/9481 saylı məktubunda göstərilir ki, “Sumqayıt-Novxanı” yolunun kənarında yerləşən “Neptun'’ istirahət mərkəzinin kanalizasiya kollektoruna birləşməsi mövcud deyildir. “Neptun istirahət mərkəzi yaranmış çirkab suları qazılmış quyuya (şambo) axıdır. “xxxxxx" ASC tərəfindən çirkab sular üçün qazılmış bu tip quyulara (şambo) xidmət göstərilmir.Həmçinin, “Neptun” istirahət mərkəzi tərəfindən yaxınlıqdan keçən kanalizasiya kollektoruna qoşulmaq üçün texniki şərtin verilməsinə görə “xxxxxx” ASC-yə müraciət edilməmişdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 7.1 və 7.2-ci maddələrinə əsasən, su təchizatı və tullantı sularının axıdılması sistemlərinin layihələndirilməsi və tikilməsi, əhalinin, müəssisə, idarə və təşkilatların məişət (təsərrüfat)içməli, sənaye-texnoloji və digər məqsədlər üçün su ilə təmin olunması, həmçinin tullantı sularının axıdılması, nəqli, təmizlənməsi, tullantıların zərərsizləşdirilməsi və atılması prosesləri su təchizatı və kanalizasiya təsərrüfatlarının yerləşdirilməsi və inkişafı respublika və regional sxemlərinə müvafiq olaraq həyata keçirilir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinin tələblərinə görə, ətraf mühitin keyfiyyət normativlərinin əsas göstəricilərinə ətraf mühitə atılan və axıdılan zərərli maddələrin miqdarının, səs-küyün, vibrasiyanın, elektromaqnit şüalanmasının və başqa zərərli fiziki təsirlərin, radiasiya təsiri səviyyəsinin, kənd təsərrüfatı və meşə təsərrüfatında aqrokimyəvi maddələrin miqdarının tətbiqinin yol verilə bilən son hədləri aid edilir. Həmin Qanunun 32-ci maddəsinə əsasən, ətraf mühitə atılan və axıdılan zərərli maddələrin yol verilə bilən miqdarının normallaşdırılması əhalinin sağlamlığının, bitki və heyvanlar aləminin mühafizəsi, onların genetik fondunun qorunması məqsədilə, atmosferi, suyu, torpağı və yerin təkini çirkləndirən potensial təhlükəli kimyəvi və bioloji maddələrin yol verilə bilən miqdarnın normativləri müəyyən edilir. Müvafiq ərazilərdə bütün, çirklənmə mənbələrinin əhalinin sağlamlığına, bitki və heyvanlar aləminə təsiri nəzərə alınmaqla ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədi ilə hər bir çirklənmə mənbəyi üzrə ətraf mühitə atılan,axıdılan və basdırılan zərərli maddələrin yol verilə bilən normativlərinin son hədləri müəyyən edilir. Əhalinin sağlamlığının və əmək qabiliyyətinin qorunması, bitki və heyvanlar aləmi üçün əlverişli olan ətraf mühitin mühafizəsi məqsədi ilə səs-küyün, vibrasiyanın, elektromaqnit sahələrinin səviyyəsinin, radioaktiv şüalanmanın və başqa zərərli fiziki təsirlərin yol verilə bilən son hədləri normativləri müəyyən edilir. Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinin tələblərinə görə, su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğu və avadanlıqlarsız müəssisələri, kommunal və digər obyektləri istismar edilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Beləliklə də, təsvir olunanlarla müəyyən olunur ki, “Sumqayıt-Novxanı” yolunun kənarında yerləşən və mərkəzi kanalizasiya xəttinə qoşulmamış Cavabdeh icarədarı olduğu “Neptun” istirahət mərkəzində formalaşan çirkab suları primitiv qaydada qazılmış quyulara axıdılmaqla Xəzər dənizi hövzəsinin çirklənməsinə səbəb olmaqla, fauna və florasına və insan sağlamlığına ciddi təhlükə yaradır ki, nəticədə ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələbləri pozulur. Ona görə də, iddia tələbi “Cavabdeh icarədarı olduğu “Neptun” istirahət mərkəzində formalaşan çirkab suların Xəzər dənizi sahil zonaya axıdılmasının qarşısının alınması məqsədilə çirkab suların ərazidən keçən kanalizasiya şəbəkəsinə birləşdirilməsi öhdəliyinin cavabdehə həvalə olunması” hissəsində əsaslıdır. Lakin, “cavabdeh öhdəliyini yerinə yetirənədək fəaliyyətinin dayandırılması” hissəsində isə iddia tələbinin əsaslılığı müəyyən edilmir. Çünki, məhkəmə baxışı zamanı iddiaçı tərəfindən cavabdehin fəaliyyətinin dayandırılmalı olmasının zəruriliyi əsaslandırılmamış və həmin hissədə iddia tələbinin əsaslılığı iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Xəzər dənizi sahil zonasına axıdılmasının qarşısının alınması məqsədilə Cavabdeh üzərinə icarədarı olduğu “Sumqayıt-Novxanı” yolunun kənarında yerləşən “Neptun” istirahət mərkəzində formalaşan çirkab suların kanalizasiya şəbəkəsinə birləşdirilməsi öhdəliyi qoyulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Xəzər dənizi sahil zonasına axıdılmasının qarşısının alınması məqsədilə Cavabdeh (VÖEN **********) üzərinə icarədarı olduğu “Sumqayıt-Novxanı” yolunun kənarında yerləşən “Neptun” istirahət mərkəzində formalaşan çirkab suların kanalizasiya şəbəkəsinə birləşdirilməsi öhdəliyi qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-31/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-31/2020
12.08.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver