Məhkəmə qərarları › İş №e-2-2(119)-32/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-32/2022

20.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-32/2022 20.12.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə4 Həsən oğlunun iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 04 oktyabr 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 25 noyabr 2020-ci il tarixli C00287376-01 saylı kredit üzrə 16604,91 manat əsas borc, 791,46 manat faiz borcu və 127,05 manat cərimə borcu olmaqla, cəmi 17523,42 manat borcun, 03 fevral 2021-ci il tarixli DC00287376-02 saylı kredit üzrə 58158,01 manat əsas borc, 2795,19 manat faiz borcu və 290,62 manat cərimə borcu olmaqla, cəmi 61243,82 manat borcun və mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının birgə qaydada İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh2 MMC (bundan sonra “Borcalan”) arasında 17 noyabr 2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X1 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC- 03091LE/2019 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalamaqla, borcalan www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Qeyd olunan X4 çərçivəsində tərəflər arasında - xx.xx.2020-ci il tarixli DC00287376-01 saylı Maliyyələşdirmə üçün Ərizə Forması imzalanmış və həmin ərizə üzrə Bank tərəfindən Cavabdeh2 MMC-yə illik faiz dərəcəsi 16,5% olmaqla 25 may 2022-ci il tarixədək 20000 (iyirimi min) manat məbləğində birdəfəlik kredit verilmiş; 03 fevral 2021-ci il tarixli DC00287376-02 saylı Maliyyələşdirmə üçün Ərizə Forması imzalanmış və Bank tərəfindən Cavabdeh2 MMC-yə illik faiz dərəcəsi 18% olmaqla xx.xx.2022-ci il tarixədək 63000 (altmış üç min) manat məbləğində birdəfəlik kredit verilmişdir. DC00287376-01 saylı Maliyyələşdirmə üçün Ərizə Forması üzrə Borcalanın Bank qarşısında olan öhdəliyinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli DG**********48 saylı və DC00287376-02 saylı Maliyyələşdirmə üçün Ərizə Forması üzrə isə Borcalanın Bank qarşısında olan öhdəliyinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli DG**********86 saylı zaminlik müqavilələri bağlanmışdır. Belə ki, tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli X1 5-ci bölməsinin 5.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank kredit müddətini vaxtından əvvəl geri tələb edə bilər. Lakin Müştəri DC00287376-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə 134 gün, DC00287376-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə isə 127 gün ərzində müqavilə öhdəliklərini icra etməyərək, borcun müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Müştərinin xx.xx.2021-ci il tarixinə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri aşağıdakı kimidir: - DC00287376-01 saylı Maliyyələşdirmə üçün Ərizəyə əsasən 16604,91 manat əsas borc, 791,46 manat faiz borcu və 127,05 manat cərimə borcu olmaqla, cəmi 17523,42 manat, gecikmə günün sayı- 134 gün; - DC00287376-02 saylı Maliyyələşdirmə üçün Ərizəyə əsasən 58158,01 manat əsas borc, 2795,19 manat faiz borcu və 290,62 manat cərimə borcu olmaqla, cəmi 61243,82 manat təşkil edir, gecikmə günün sayı–127 gün. Eyni zamanda, məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin mediasiyada həll edilməsi üçün müvafiq qaydada İddiaçı ASC tərəfindən cavabadehlərlə mövcud kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müvafiq qaydada mediatora müraciət edilmiş olsa da, tərəflər arasında mediasiya qaydasında razılıq əldə olunmamış və borc ödənilməmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 02 dekabr 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edilərək, 25 noyabr 2020-ci il tarixli DC00287376-01 nömrəli kredit üzrə 16604,91 manat məbləğində əsas borc, 1621 manat məbləğində faiz borcu və 440,78 manat məbləğində cərimə borcu olmaqla, cəmi 18666,69 manat məbləğində borcun və 03 fevral 2021-ci il tarixli DC00287376-02 nömrəli kredit üzrə 58158,01 manat məbləğində əsas borc, 5964,79 manat məbləğində faiz borcu və 1181,61 manat məbləğində cərimə borcu olmaqla, cəmi 65304,41 manat məbləğində borcun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi haqqında qəbul edilməsi xahiş olunmuşdur. Bundan sonra da, həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 16 mart 2022-ci ildə yenidən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə 15 mart 2022ci il tarixli ərizə təqdim edilərək, 25 noyabr 2020-ci il tarixli DC00287376-01 nömrəli kredit üzrə 16604,91 (on altı min altı yüz dörd manat 91 qəpik) manat əsas borc, 2420,12 (iki min dörd yüz iyirmi manat 12 qəpik) manat faiz borcu və 923,62 (doqquz yüz iyirmi üç manat 62 qəpik) manat cərimə olmaqla, cəmi 19948,65 (on doqquz min doqquz yüz qırx səkkiz manat 65 qəpik) manat məbləğində borcun, 03 fevral 2021-ci il tarixli DC00287376- 02 nömrəli kredit üzrə 58158,01 (əlli səkkiz min yüz əlli səkkiz manat 01 qəpik) manat əsas borc, 9018,08 (doqquz min on səkkiz manat 08 qəpik) manat faiz borcu və 2591,05 (iki min beş yüz doxsan bir manat 05 qəpik) manat cərimə olmaqla, cəmi 69767,14 (altmış doqquz min yeddi yüz altmış yeddi manat 14 qəpik) manat məbləğində borcun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə4 iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin həcminin artırılması” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və 25 noyabr 2020-ci il tarixli DC00287376-01 nömrəli kredit üzrə 16604,91 manat əsas borc, 2420,12 manat faiz borcu və 923,62 manat cərimə olmaqla, cəmi 19948,65 manat məbləğində borcun və 03 fevral 2021-ci il tarixli DC00287376-02 nömrəli kredit üzrə 58158,01 manat əsas borc, 9018,08 manat faiz borcu və 2591,05 manat cərimə olmaqla, cəmi 69767,14 manat məbləğində borcun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 birgə qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. İş üzrə 07 aprel 2022-ci ildə keçirilən məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi Nümayəndə1 25 noyabr 2020-ci il tarixli DC00287376-01 nömrəli və 03 fevral 2021-ci il tarixli DC00287376-02 nömrəli kreditlər üzrə yalnız əsas borcların tutulmasına etiraz etmədiyini, həmin kreditlər üzrə hesablanmış faiz və cərimələrin isə cavabdehlərdən tutulmasına etiraz etdiyini bildirmişdir. Lakin, bundan sonra iş üzrə təyin edilmiş məhkəmə baxış iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh2 nümayəndəsi və Cavabdeh1 və onun nümayəndəsi Nümayəndə1 məhkəmə iclaslarına gəlməsələr də, Cavabdeh1 nümayəndəsi Nümayəndə1 06 dekabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilən ərizə ilə məhkəməyə müraciət edib, iddia tələbini hər iki müqavilə üzrə əsas borc hissəsində qəbul etdiyini, faizlərin və cərimənin tutulması hissəsində isə qəbul etmədiyini bildirərək, məhkəmə baxış iclasının cavabdeh tərəfin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin artırılması” barədə ərizələri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "Bank" “Paşa Bank" Açıq Səhmdar Cəmiyyəti ilə "müştəri" Cavabdeh2 (VÖEN **********) arasında 17 noyabr 2020-ci ildə “Bank xidmətlərinin göstərilməsinə dair X1 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi” barədə OnGTC-03091LE/2019 nömrəli Razılaşma imzalanmış və həmin Razılaşmanı imzalamaqla sonuncu X2 qeyd edilmiş şərtləri qəbul etmişdir. Həmin X4 çərçivəsində 25 noyabr 2020-ci il tarixli DC00287376-01 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” imzalanaraq, Bank tərəfindən borcalan Cavabdeh2nə illik faiz dərəcəsi 16,5% olmaqla, 25 may 2022-ci il tarixədək 20000 (iyirimi min) manat məbləğində və eləcə də, "Bank" “Paşa Bank" ASC ilə "müştəri" Cavabdeh2 MMC arasında yuxarıda qeyd olunan X4 çərçivəsində 03 fevral 2021-ci il tarixli DC00287376-02 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” imzalanaraq, Bank tərəfindən borcalan Cavabdeh2nə illik faiz dərəcəsi 18% olmaqla, 03 avqust 2022-ci il tarixədək 63000 (altmış üç min) manat məbləğində birdəfəlik kreditlər verilmişdir. Həmin Razılaşmanın 1-ci bəndinə əsasən, Cavabdeh2 MMC (VÖEN **********) şəxsində bu Razılaşmanı imzalamaqla, bank xidmətlərinin göstərilməsinə dair X1 bankın rəsmi internet səhifəsində “https://www.pashabank, az/gsa addendum/lang.az/” link üzrə yerləşdirilən 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir. İş materiallarına əlavə edilmiş Bank xidmətlərinin göstərilməsinə dair X1 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli versiyasına əsasən, Bu Müqavilədə, Müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır. X3 “Kredit (Maliyyələşdirmə)” ilə bağlı müddəalarını nəzərdə tutan İV bölməsinin “Kredit barədə məlumat”nı müəyyən edən 1.1-ci bəndinə əsasən, Bank Müştəriyə “Maliyyələdirmə üçün ərizə” forması ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə və ya birdəfəlik verilən kredit (birdəfəlik, bərpa olunan, bərpa olunmayan, Overdraft, tranşlarla kredit, invoys əsasında maliyyələşdirmə və ya qarantiya/akkreditivin maliyyələşdirilməsi üçün kredit xətti və s. kimi öhdəliklər) üçün (bundan sonra xüsusi növə istinad edilmədiyi halda, ümumi olaraq “Kredit” adlandırılacaq) Kredit verir. Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası (bu Müqavilədə qeyd olunandan fərqlidirsə), istifadə və qüvvədə olma müddət, cərimə, məqsəd, Müştəriyə verilməsi qaydası və bu kimi şərtlər “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunur. Müştərinin kredit sifarişi təklifə dəvət, “Maliyyələşdirmə üçün Ərizə” isə Bankın krediti vermək üçün təklifini ifadə edir və Müştəri onu imzalamaqla təklifi qəbul edir. X3 “Kredit (Maliyyələşdirmə)” ilə bağlı müddəalarını nəzərdə tutan İV bölməsinin “Kreditin məbləği, verilməsi və qaytarılması, Kredit məbləğinə hesablanan faizlərin miqdari və ödənilməsi şərtləri”ni müəyyən edən 3.8-ci bəndinə əsasən, Müştərinin Bank qarşısında mövcud bir neçə pul öhdəlikləri ilə bağlı Banka edilən hər hansı bir ödəniş tələblərin müddəti nəzərə alınmaqla ilkin olaraq hər öhdəlik üzrə cərimə (peniya) faizlərinin, sonra kredit faizlərinin, sonra əsas borc və son olaraq Overdraft üzrə öhdəliklərin (mövcud olduğu təqdirdə) silinməsinə yönəldilir. X3 “Kredit (Maliyyələşdirmə)” ilə bağlı müddəalarını nəzərdə tutan İV bölməsinin “Kreditin məbləği, verilməsi və qaytarılması, Kredit məbləğinə hesablanan faizlərin miqdari və ödənilməsi şərtləri”ni müəyyən edən 3.9-cu bəndinə əsasən, Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. İş materiallarında olan 23 noyabr 2020-ci il tarixli DC**********48 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Bank”, Cavabdeh1 – “Zamin” və Cavabdeh2 – “Borcalan” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh1 “zamin” olaraq borcalan Cavabdeh2 tərəfindən 25 noyabr 2020-ci il tarixli DC00287376-01 nömrəli kredit əsasında alınan kreditlər üzrə Bank qarşısında öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 02 fevral 2021-ci il tarixli DC**********86 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Bank”, Cavabdeh1 – “Zamin” və Cavabdeh2 – “Borcalan” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh1 “zamin” olaraq borcalan Cavabdeh2 tərəfindən 03 fevral 2021-ci il tarixli DC00287376-02 nömrəli kredit əsasında alınan kreditlər üzrə Bank qarşısında öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 15 mart 2022-ci il tarixli Maliyyə Arayışında borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 14 mart 2022-ci il tarixinə borcalan Cavabdeh2 25 noyabr 2020-ci il tarixli DC00287376-01 nömrəli kredit üzrə 16604,91 manat məbləğində əsas borc, 2420,12 manat məbləğində faiz borcu və 923,62 manat məbləğində cərimə borcu olmaqla, cəmi 19948,65 (on doqquz min doqquz yüz qırx səkkiz 65 qəpik) manat məbləğində borcun (gecikmə günün sayı – 350) və 03 fevral 2021ci il tarixli DC00287376-02 nömrəli kredit üzrə isə 58158,01 manat məbləğində əsas borc, 9018,08 manat məbləğində faiz borcu və 2591,05 manat məbləğində cərimə borcu olmaqla, cəmi 69767,14 (altmış doqquz min yeddi yüz altmış yeddi manat 14 qəpik) manat məbləğində borcun (gecikmə günün sayı – 343) olduğu göstərilmişdir. Yuxarıda təsvir olunanlardan görünür ki, məlum “Maliyyələşdirmə üçün Ərizə”lər əsasında verilmiş kredit tam qaytarılmadığı üçün krediti vermiş Bank tərəfindən borcalan Cavabdeh2 14 mart 2022-ci il tarixə 25 noyabr 2020-ci il tarixli DC00287376-01 nömrəli kredit üzrə 16604,91 manat məbləğində əsas borc, 2420,12 manat məbləğində faiz borcu və 923,62 manat məbləğində cərimə borcu və 03 fevral 2021-ci il tarixli DC00287376-02 nömrəli kredit üzrə isə 58158,01 manat məbləğində əsas borc, 9018,08 manat məbləğində faiz borcu və 2591,05 manat məbləğində cərimə borcunun olduğu müəyyən edilmiş və həmin borcun cavabdehlərdən (borcalan Cavabdeh2ndən və zamin Cavabdeh1) müştərək qaydada tutulması üçün 16 mart 2022-ci ildə “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət olunmuşdur. Lakin, mübahisənin obyektiv həlli məqsədi ilə 25 noyabr 2020-ci il tarixli DC00287376-01 nömrəli kredit üzrə və 03 fevral 2021-ci il tarixli DC00287376-02 nömrəli kredit üzrə tələb edilən borcun düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi üçün cavabdeh tərəfin vəsatəti əsasında məhkəmənin 03 dekabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası və iddiaçı tərəfin vəsatəti əsasında isə məhkəmənin 07 aprel 2022-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəməmühasibatlıq ekspertizası təyin edilərək ekspertiza keçirilmiş və yekun olaraq məhkəməmühasibatlıq ekspertizasının 03 noyabr 2022-ci il tarixli 9/3082 nömrəli Ekspert Rəyi ilə müəyyən olunmuşdur ki, 25 noyabr 2020-ci il tarixli DC00287376-01 nömrəli kredit üzrə borcalan “Svetofor Trade AZE" MMC-nin 14 mart 2022-ci il tarixə Banka 16650 manat əsas borcu və 2420,21 manat faiz borcu vardır. 03 fevral 2021-ci il tarixli DC00287376-02 nömrəli kredit üzrə isə borcalan “Svetofor Trade AZE" MMC-nin 14 mart 2022-ci il tarixə Banka 58394,88 manat əsas borcu və 9018,08 manat faiz borcu vardır. Qeyd etmək lazımdır ki, əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 03 noyabr 2022-ci il tarixli 9/3082 nömrəli Ekspert Rəyinin tədqiqat prosesinin təsviri hissəsində göstərillmişdir ki, 25 noyabr 2020-ci il tarixli DC00287376-01 saylı kredit müqaviləsinə əsasən kredit alana illik 16,5% olmaqla, xx.xx.2022-ci il tarixədək 20000 manat məbləğində kredit verilmiş, hər gecikdirilmiş gün üçün illik 15 faiz dərəcə ilə cərimə məbləği tətbiq edilmiş və 25 noyabr 2020-ci il tarixli DC00287376-01 saylı kredit müqaviləsi üzrə Banka ümumilikdə xx.xx.2022-ci il tarixədək (sualda göstərilən tarix) 4691,49 manat məbləğində ödəniş aparılmışdır ki, həmin məbləğin 3395,09 manatı əsas borca, 1246,96 manatı faiz borcuna və 49,44 manatı isə cərimə borcuna silinmişdir. 03 fevral 2021-ci il tarixli DC00287376-02 saylı kredit müqaviləsinə əsasən kredit alana illik 18% olmaqla, xx.xx.2022-ci il tarixədək 63000 manat məbləğində kredit verilmiş, hər gecikdirilmiş gün üçün illik 15 faiz dərəcə ilə cərimə məbləği tətbiq edilmiş və 03 fevral 2021-ci il tarixli DC00287376-02 saylı kredit müqaviləsi üzrə Banka ümumilikdə xx.xx.2022-ci il tarixədək (sualda göstərilən tarix) 7434,76 manat məbləğində ödəniş aparılmışdır ki, həmin məbləğin 4841,99 manatı əsas borca, 2312,90 manatı faiz borcuna və 279,87 manatı isə cərimə borcuna silinmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, iş materialları ilə müəyyən edilir ki, borcalan (cavabdeh) Cavabdeh2 və zamin (cavabdeh) Cavabdeh1 25 noyabr 2020-ci il tarixli DC00287376-01 nömrəli Kredit və 03 fevral 2021-ci il tarixli DC00287376-02 nömrəli Kredit, 23 noyabr 2020-ci il tarixli DC**********48 nömrəli və 02 fevral 2021-ci il tarixli DC**********86 nömrəli Zaminlik Müqavilələri bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, borcverən İddiaçı ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri müqavilələrdə nəzərdə tutulan qaydada ödəməmiş və bununla da, borcverən İddiaçı ASC-dən alınmış kreditləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı ASC tərəfindən mediatora 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən isə 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, təsvir olunanlara əsasən müəyyən olunur ki, 25 noyabr 2020-ci il tarixli DC00287376-01 nömrəli kredit üzrə 16604,91 manat əsas borc, 2420,12 manat faiz borcu və 923,62 manat cərimə olmaqla, cəmi 19948,65 manat məbləğində borcun və 03 fevral 2021-ci il tarixli DC00287376-02 nömrəli kredit üzrə 58158,01 manat əsas borc, 9018,08 manat faiz borcu və 2591,05 manat cərimə olmaqla, cəmi 69767,14 manat məbləğində borcun cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 müştərək qaydada 25 noyabr 2020-ci il tarixli DC00287376-01 nömrəli kredit üzrə 16604,91 manat əsas borc, 2420,12 manat faiz borcu və 923,62 manat cərimə, 03 fevral 2021-ci il tarixli DC00287376-02 nömrəli kredit üzrə 58158,01 manat əsas borc, 9018,08 manat faiz borcu və 2591,05 manat cərimə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Eləcə də, mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 müştərək qaydada tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Eyni zamanda, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 müştərək qaydada dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. Həmçinin, hazırkı iddia tələbinin təmin olunmuş hissəsi üzrə hesablanan 359,14 (üç yüz əlli doqquz manat 14 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 329,14 (üç yüz iyirmi doqquz manat 14 qəpik) manat (359,14 manat – 30 manat = 329,14 manat) məbləğində pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 müştərək qaydada dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 müştərək qaydada 25 noyabr 2020-ci il tarixli DC00287376-01 nömrəli kredit üzrə 16604,91 (on altı min altı yüz dörd manat 91 qəpik) manat əsas borc, 2420,12 (iki min dörd yüz iyirmi manat 12 qəpik) manat faiz borcu və 923,62 (doqquz yüz iyirmi üç manat 62 qəpik) manat cərimə, 03 fevral 2021-ci il tarixli DC00287376-02 nömrəli kredit üzrə 58158,01 (əlli səkkiz min yüz əlli səkkiz manat 01 qəpik) manat əsas borc, 9018,08 (doqquz min on səkkiz manat 08 qəpik) manat faiz borcu və 2591,05 (iki min beş yüz doxsan bir manat 05 qəpik) manat cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 90145,79 (doxsan min yüz qırx beş manat 79 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 müştərək qaydada dövlət rüsumunun qalığı kimi 329,14 (üç yüz iyirmi doqquz manat 14 qəpik) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 müştərək qaydada dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar