Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-326/2024 27.11.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 21 yanvar 2021-ci il tarixli kredit müqaviləsi üzrə 9029,78 (doqquz min iyirmi doqquz manat yetmiş səkkiz qəpik) manat məbləğində əsas borcun, 614,42 (altı yüz on dörd manat qırx iki qəpik) manat məbləğində faiz borcunun, 92,43 (doxsan iki manat qırx üç qəpik) manat məbləğində cərimə borcunun, 117,37 (yüz on yeddi manat, otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və həmin bildirişlə əlaqədar ödənilmiş 30 (otuz) manat məbləğində xidmət haqqının cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Stansiya Sumqayıt yaşayış massivi, ev 6, 8 saylı mənzildə yerləşən 2 otaqlı, ümumi sahəsi 55.3 kv.m olan yaşayış evinə yönəldilməsi, həmin yaşayış evinin açıq hərracdan satılması, əldə olunan vəsait hesabına borcun ödənilməsi, həmin vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qalan hissədə qətnamənin ümumi qaydada icra edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 15 mart 2024-cü il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən müəyyən ödənişlər edildiyini göstərmiş və bununla əlaqədar 21 yanvar 2021-ci il tarixli kredit müqaviləsi üzrə 2909,38 (iki min doqquz yüz doqquz manat, otuz səkkiz qəpik) manat məbləğində borcun, 2068,62 (iki min altmış səkkiz manat, altmış iki qəpik) manat məbləğində faiz borcunun, 1462,27 (min dörd yüz altmış iki manat, iyirmi yeddi qəpik) manat məbləğində cərimənin, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illk 5 faizlə hesablanmış 17,2 (on yeddi manat, 20 qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 6457,47 (altı min dörd yüz əlli yeddi manat, qırx yeddi qəpik) dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və həmin bildirişlə əlaqədar ödənilmiş 30 (otuz) manat məbləğində xidmət haqqının əvəzinin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Stansiya Sumqayıt yaşayış massivi, ev 6, 8 saylı mənzildə yerləşən 2 otaqlı, ümumi sahəsi 55.3 kv.m olan yaşayış evinə yönəldilməsi, həmin yaşayış evinin açıq hərracdan satılması, əldə olunan vəsait hesabına borcun ödənilməsi, həmin vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qalan hissədə qətnamənin ümumi qaydada icra edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 16 aprel 2024-cü il tarixli e-2-2(119)-326/2024 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi”tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmiş və kommersiya işi üzrə icraatın Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən ekspertiza rəyi alınanadək dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən e-2-2(119)-326/2024 nömrəli iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə dair 24 may 2024-cü il tarixli 9/3385 nömrəli ekspert rəyi məhkəməyə təqdim olunmuşdur. İddiaçı 16 sentyabr 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə bank arasında razılıq əldə olunduğundan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170-ci və 259.0.11 -ci maddələrinə əsaslanaraq e-2-2(119)-326/2024 nömrəli iş üzrə iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsllərinin iddiaçıya geri qaytarılması və işin baxılmamış saxlanılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2024-cü il tarixli 3-16-16/2-10/3292, 9/3385 nömrəli məktubu ilə e-2-2(119)- 326/2024 nömrəli iş Sumqayıt Kommersiya Məhkəməsinə geri qaytarılmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli e-2-2(119)- 326/2024 nömrəli qərardadı ilə iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının ərizənin baxılmamış saxlanılması haqqında ərizəsi təmin edilməli və onun tərəfindən cavabdehlərə qarşı verilmiş "kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bundan başqa, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman ödənilmiş 16,90 manat məbləğində dövlət rüsumu ona qaytarılmalıdır. Belə ki, iş materiallarında olan 21 noyabr 2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzi ilə müəyyən olunur ki iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 16,90 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 may 2024-cü il tarixli 9/3385 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılan ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə 100 yüz manat məbləğində ekspertiza xərci iddiaçıdan tutularaq dövlət nəfinə köçürülməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsinin qaytarılması barədə ərizəsi təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin tutularaq dövlət büdcəsinə ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ********** nömrəli ödəniş qəbzinə əsasən dövlət büdcəsinə ödənilmiş 16,90 (on altı manat, doxsan qəpik) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 21 noyabr 2023, 16:17:04; Sumqayıt Kommersiya Məhkəməsi üçün) həmin ödənişi etmiş iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-326/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-326/2024
27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver