Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-33/2022 22.02.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi, iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3, Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 01 dekabr 2020-ci il tarixli 24odrftDNG/20 saylı kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 7609 manat, faiz borcu üzrə 751,44 manat və cərimə borcu üzrə 964,44 manat olmaqla, cəmi 9324,88 manat məbləğində borcun, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun və mediasiya xərci kimi ödənilmiş 100 manat məbləğində pulun tutularaq, iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh MMC arasında bağlanmış 01 dekabr 2020-ci il tarixli 24odrftDNG/20 saylı kredit müqaviləsinə əsasən sonuncuya 2 ay müddətinə, yəni 01 fevral 2021-ci il tarixədək, illik 16% ödəmək şərtilə, 7609 manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsinin 2.1-ci bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan Cavabdeh MMC tərəfindən bu Müqavilənin şərtlərinə müvafiq оlaraq həyata кеçirilir. Lakin, Cavabdeh MMC müqavilənin şərtlərini pozaraq ödəməli оlduğu кreditin və кredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra еtməmişdir. Cavabdeh MMC-nin 01.12.2020-ci il tarixli 24odrftDNG/20 saylı kredit müqaviləsinə əsasən 13 avqust 2021-ci il tarixinə əsas kredit borcu 7609 manat, faiz borcu 751,44 manat və cərimə borcu 964,44 manat olmaqla, cəmi 9324,88 manat təşkil edir (bundan sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442 və 445-ci maddələrinin məzmunu qeyd olunur). Məhkəməyə müraciət olunmamışdan əvvəl bu mübahisə ilə əlaqədar mediasiya prosesinin təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə mübahisənin həll edilməsi mümkan olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz borcları cavabdehdən iddiaçının xeyrinə tutulmalı və cavabdehin iddiaçıya olan borcları ödənilməlidir. Məhkəmə iclasında iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və 01 dekabr 2020-ci il tarixli 24odrftDNG/20 saylı kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 7609 manat, faiz borcu üzrə 751,44 manat və cərimə borcu üzrə 964,44 manat olmaqla, cəmi 9324,88 manat məbləğində borcun, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun və mediasiya xərci kimi ödənilmiş 100 manat məbləğində pulun Cavabdehndən tutularaq iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə keçirilən məhkəmə baxış iclasında Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə iddia tələbini qismən qəbul etdiyini, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar Cavabdeh ilə iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti arasında bağlanmış 01 dekabr 2020-ci il tarixli 24odrftDNG/20 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən halhazırda cavabdehin iddiaçıya 7609 manat məbləğində əsas kredit borcunun və 751,44 manat məbləğində faiz borcunun olduğunu və cərimə kimi hesablanmış 964,44 manat məbləğində borcu isə qəbul etmədiyini bildirib, iddia tələbi üzrə əsas borcun və faiz borcunun cavabdehdən tutulmasına etiraz etməsə də, məhkəmədən cərimə borcunun cavabdehdən tutulmamasını xahiş etdi və öz mövqeyini - Pandemiya dövrü başladığı üçün cavabdehə məxsus mağazanın bir müddət işləməməsi, 2020-ci ilin dekabr ayında özünün də COVİD-19 virusuna yoluxduğu üçün və eyni zamanda, şəkərli diabet xəstəsi olduğu üçün uzun müddət xəstəxanada müalicə aldığına görə həmin kredit müqaviləsi üzrə alınmış krediti və ona hesablanmış faizləri vaxtında qaytara bilməməsi ilə əsaslandırdı. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, tərəflərin izahatları və iş materialları ilə müəyyən olunmuşdur ki, elektron qaydada bağlanmış 01 dekabr 2020-ci il tarixli 24odrftDNG/20 nömrəli Kredit müqaviləsinə əsasən Borc verən "xxxx" X2 Səhmdar Cəmiyyəti tərəfindən Borc alan Cavabdehnə (VÖEN **********) dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə 2 (iki) ay müddətinə, yəni 01 fevral 2021-ci il tarixədək illik 16 % dərəcəsi ilə 7609 (yeddi min altı yüz doqquz) manat məbləğində kredit verilmiş və həmin kredit məbləği olan 7609 (yeddi min altı yüz doqquz) manat məbləğində pul vəsaiti 01 dekabr 2020-ci ildə Cavabdeh MMC-nin hesabına köçürülmüşdür. Həmin Kredit Müqaviləsinin 4.3-cü bəndinin tələblərinə görə “Borcalan” kreditin və ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Borcverən” əsas borcun gecikdirildiyi hər təqvim günü üçün gecikdirilən əsas borc məbləğinin illik 40% miqdarında cərimə tətbiq edə bilər. İş materiallarında olan 13 avqust 2021-ci il tarixli UB-BANK/PİKMD/976137 nömrəli Maliyyə arayışından görünür ki, borcalan Cavabdeh 01 dekabr 2020-ci il tarixli 24odrftDNG/20 nömrəli Kredit Müqaviləsi üzrə 12 avqust 2021-ci il tarixə "xxxx" X2 Səhmdar Cəmiyyətinə 7609 (yeddi min altı yüz doqquz) manat məbləğində əsas borc, 751,44 (yeddi yüz əlli bir manat 44 qəpik) manat məbləğində faiz borcu və 964,44 (doqquz yüz altmış dörd manat 44 qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 9324,88 (doqquz min üç yüz iyirmi dörd manat 88 qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə də, iş materialları ilə müəyyən edilir ki, hüquqi şəxs olan borcalan (cavabdeh) Cavabdeh (VÖEN **********) 01 dekabr 2020-ci il tarixli 24odrftDNG/20 nömrəli Kredit müqaviləsini bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək həmin Müqavilə üzrə borcverən (iddiaçı) "xxxx" X2 Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, borcverən "xxxx" Kommersiya Bankı ASC-dən aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə Banka olan borcu ödəməsi ilə əlaqədar müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün Cavabdehndən 7609 manat məbləğində əsas borcun və 751,44 manat məbləğində faiz borcunun tutulması hissəsində iddia tələbi əsaslıdır və həmin hissədə iddia tam təmin olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın "964,44 manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, Cavabdehndən cəmi 200 (iki yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd etmək lazımdır ki, penya məbləği azaldılarkən – digər hallarla yanaşı, ölkədə COVİD-19 virusu ilə əlaqədar yaranmış pandemiya vəziyyətinin sahibkarlıq fəaliyyətinə etdiyi təsiri və kommersiya hüquqi şəxslərinə də pandemiyanın təsirsiz ötüşmədiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdehndən (VÖEN **********) 7609 manat məbləğində əsas borc, 751,44 manat məbləğində faiz borcu və 200 manat məbləğində cərimə "xxxx" X2 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən mediatora 100 (yüz) manat məbləğində xidmət haqqı və eyni zamanda, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən isə 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Dövlət Büdcəsinə ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu və mediasiya ilə əlaqədar mediatora ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də, hazırkı iddia tələbi üzrə ümumilikdə hesablanan 113,24 manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi (iddiaçı tərəfindən 30 manat hissəsi ödənilmişdir) olan 83,24 (səksən üç manat 24 qəpik) manat məbləğində pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi Cavabdehndən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 7609 (yeddi min altı yüz doqquz) manat məbləğində əsas borc, 751,44 (yeddi yüz əlli bir manat 44 qəpik) manat məbləğində faiz borcu, 200 (iki yüz) manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - cəmi 8690,44 (səkkiz min altı yüz doxsan manat 44 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət rüsumunun qalığı kimi 83,24 (səksən üç manat 24 qəpik) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-33/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-33/2022
22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver