Məhkəmə qərarları › İş №e-2-2(119)-33/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-33/2025

14.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-33/2025 14.11.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə4 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1, Cavabdeh3, X2 və Cavabdeh4nə qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1, Cavabdeh3, X2 və Cavabdeh4nə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC ilə arasında bağlanmış 18 yanvar 2017-ci tarixli sm5567_DEV2 nömrəli kredit müqaviləsi və ona edilmiş əlavələr üzrə 337011,66 (üç yüz otuz yeddi min on bir manat, altmış altı qəpik) manat məbləğində əsas borc, 51025,57 (əlli bir min iyirmi beş manat, əlli yeddi qəpik) manat məbləğində faiz borcu, 133942,35 (yüz otuz üç min doqquz yüz qırx iki manat, otuz beş qəpik) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 521979,58 (beş yüz iyirmi bir min doqquz yüz yetmiş doqquz manat, əlli səkkiz) manat məbləğində pul vəsaitinin, ipoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı bildirişlərin müvafiq reyestrdə qeydə alınması üçün ödənilmiş 540 (beş yüz qırx) manat məbləğində dövlət rüsumunun və xidmət haqqlarının, 812 (səkkiz yüz on iki) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdеhlər "xxxx" MMC-dən və Cavabdeh1 iddiaçının xeyrinə tutulması, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan ünvan 2 yerləşən 2 otaqlı 7 nömrəli mənzilə, ünvan 2 yerləşən 2 otaqlı 6 nömrəli mənzilə, ünvan 3ən, xüsusi mülkiyyətdə olan, 56,26 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə (kimyəvi təmizləmə sexi), Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 193, 12 mənzilə (yeni qaydalarla: AZ5006, Sumqayıt şəhəri, ünvan 8, X1 məxsus olmuş, hazırda isə cavabdehlər Cavabdeh1 və Tahir İsmayılova məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına və Cavabdeh4nə məxsus olan Sumqayıt şəhəri, 13-cü mkr., Babək küçəsi 1 ünvanında, 0,00731 ha torpaq sahəsində yerləşən, 61,5 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasına yönəldilərək, həmin ipoteka obyektlərinin açıq hərracda satılması və əmlakın satılmasından əldə edilən məbləğ hesabına iddiaçıya borcun ödənilməsi, ipoteka predmetlərinə tutma yönəldikdən və əmlaklar satıldıqdan sonra ən geci 1 ay ərzində əmlakların boşaldılması, satışdan əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 18 yanvar 2017-ci tarixli sm5567_DEV2 nömrəli kredit müqaviləsinə əsasən, restrukturizasiya məqsədilə illik 18 faiz dərəcəsi olmaqla 36 ay müddətinə 749392 manat məbləğində cavabdehə kredit kimi verilmişdir. Həmin kredit müqavilələri üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq İddiaçı ASC ilə digər Cavabdeh1 arasında 18 yanvar 2017-ci tarixli sm5567_DEV2 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 18 yanvar 2017-ci tarixli sm5567_DEV2 nömrəli kredit müqaviləsi üzrə öhdəliklər tam icra olunana qədər borclu ilə birlikdə məsuliyyət daşıyır. 18 yanvar 2017-ci tarixli sm5567_DEV2 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən, Baş kredit müqaviləsinə müddətinin uzadılması haqqında 12 fevral 2020-ci il tarixli Əlavə Sazişlə müqavilənin müddəti 60 ay müddətinə illik 1 faiz dərəcəsi olmaqla uzadılmışdır. Həmçinin zaminlik müqaviləsinin də müddəti də 19 fevral 2020-ci il tarixli Əlavə sazişə əsasən 60 ay müddətinə uzadılmışdır. 18 yanvar 2017-ci tarixli sm5567_DEV2 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 2 yerləşən 2 otaqlı 7 nömrəli mənzil, ünvan 2 yerləşən 2 otaqlı 6 nömrəli mənzil, ünvan 3ən, xüsusi mülkiyyətdə olan, 56,26 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsi (kimyəvi təmizləmə sexi), Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 193, mənzil 12 (Yeni qaydalarla: AZ5006, Sumqayıt şəhəri, ünvan 8, X1 məxsus olmuş, hazırda isə Cavabdeh1 və X2 məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası və Cavabdeh4nə məxsus Sumqayıt şəhəri, 13-cü mkr., Babək küçəsi 1 ünvanında, 0,00731 ha torpaq sahəsində yerləşən, 61,5 kv.m. ümumi sahəsi olan qeyriyaşayış binası iddiaçı qarşısında sonrakı ipoteka müqavilələri və ipoteka müqavilələrinə əlavə sazişlərlə yüklü edilmişdir. İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş, dövlət qeydiyyatına alınmış və bu barədə iddiaçıya yüklülük barədə çıxarışlar təqdim edilmişdir. 18 yanvar 2017-ci tarixli sm5567_DEV2 nömrəli kredit müqaviləsinin şərtlərinə görə cavabdehlər kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdirlər. Təqdim olunan maliyyə arayışına əsasən, cavabdehlərin 02 fevral 2024-cü il tarixinə 18 yanvar 2017-ci tarixli sm5567_DEV2 nömrəli kredit müqaviləsi və ona əlavələr üzrə 337011,66 manat məbləğində əsas borc, 51025,57 manat məbləğində faiz borcu, 133942,35 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 521979,58 manat məbləğində borcu vardır. Cavabdeh "A&T MOBİLE” MMC 14 may 2024-cü il tarixdə “aidiyyət haqqında ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasındakı hazırkı mübahisənin sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmadığını, kreditin hüquqi şəxsə biznes məqsədləri üçün deyil, şəxsi istehlak məqsədləri üçün verildiyini göstərmiş və bununla əlaqədar işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 14 may 2024-cü il tarixli 2-2(119)-451/2024 nömrəli qərardadı ilə aidiyyət haqqında ərizə rədd edilmişdir. Cavabdeh "A&T MOBİLE” MMC Sumqayıt Kommersiya Məhkəməsinin 14 may 2024cü il tarixli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilərək işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 14 may 2024-cü il tarixli 2-2(119)-451/2024 nömrəli qərardadı ilə cavabdeh "A&T MOBİLE” MMC-nin Sumqayıt Kommersiya Məhkəməsinin 14 may 2024-cü il tarixli e-2-2(119)-451/2024 nömrəli qərardadından verdiyi şikayətin təmin edilməməsi, Sumqayıt Kommersiya Məhkəməsinin 14 may 2024-cü il tarixli e-2-2(119)-451/2024 nömrəli qərardadından cavabdeh "A&T MOBİLE” MMC tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 11 iyun 2024-cü il tarixli 2-2(102)- 400/2024 nömrəli qərarı ilə cavabdeh "A&T MOBİLE” MMC tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Sumqayıt Kommersiya Məhkəməsinin 14 may 2024-cü il tarixli e-2- 2(119)-451/2024 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi 17 iyul 2024-cü il tarixində məhkəməyə vəsatətlə müraciət edərək iddiaçı tərəfindən cavabdeh "xxxx" MMC ilə bağlanmış 18 yanvar 2017-ci tarixli, sm5567_DEV2 nömrəli kredit müqaviləsi və ona edilmiş əlavələr üzrə 337011,66 manat məbləğində əsas borc, 51025,57 manat məbləğində faiz borcu, 133942,35 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 521979,58 manat pul vəsaitinin məbləğlərinin düzgün hesablanıb-hesablanmaması, habelə İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 18 yanvar 2017-ci tarixli, sm5567_DEV2 nömrəli kredit müqaviləsi və ona edilmiş əlavələr üzrə iddia ərizəsinin verildiyi tarixə olan əsas və faiz borcunun və dəbbə pulunun məbləğlərinin müəyyən edilməsi məqsədilə məhkəməmühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 17 iyul 2024-cü il tarixli e-2-2(119)-451/2024 nömrəli qərardadı ilə vəsatətin təmin edilərək e-2-2(119)-451/2024 nömrəli kommersiya işi üzrə məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının təyin edilməsi qərara alınmışdır (Sumqayıt Kommersiya Məhkəməsinin 29 may 2025-ci il tarixli e-2-2(119)-33/2025 nömrəli qərardadı ilə Sumqayıt Kommersiya Məhkəməsinin 17 iyul 2024-cü il tarixli e-2-2(119)-451/2024 nömrəli qərardadının icrasının təmin edilməsi məqsədilə kommersiya işi üzrə yenidən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir). Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əsas borc məbləğini 247461,66 manat hissəsində müdafiə etdiyini bildirərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi izahatında bildirdi ki, iddianı qismən, yəni əsas borcun 225000 manat məbləğində olan hissəsini qəbul edir və dəbbə pulunu qəbul etmir. Borcun ödənilməsi üçün, bütün əmlaklara tutmanın yönəldilməsinə zərurət yoxdur. Hesab edir ki, mülkiyyətçinin vəfat etməsi və iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi tarixləri arasında kifayət qədər müddət olduğundan və ipoteka predmeti olan əmlakın mülkiyyətçisi vəfat etdiyindən vərəsələrdən bu barədə razılıq əldə edilməsi ilə bağlı tədbirlər görülməli idi. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, X3 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə həmin cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 18 yanvar 2017-ci tarixli sm5567_DEV2 nömrəli Baş kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqavilə bank (iddiaçı) ilə müştəri (cavabdeh) arasında kredit verilməsi ilə əlaqədar yaranan münasibətləri, o cümlədən kreditin təmin olunması, geri qaytarılması, tələbin ödənilməsi şərtləri və qaydalarını, sığorta şərtlərini, hesablar açılması və aparılmasını, bank xidmətlərinin göstərilməsi şərtlərini, xidmət haqqının hesablanması və tutulması qaydalarını və digər münasibətləri nizamlayır. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, xüsusi olaraq bağlanmış müqavilələr ilə bu müqavilə arasında ziddiyətlər olarsa, xüsusi müqavilələr əsas götürülür. Xüsusi müqavilələrdə həlli göstərilməyən məsələlər bu müqavilədə göstərilən şərtlərlə həll edilir. Həmin müqavilənin 2.1-ci, 2.3-cü, 2.4-cü və 2.5-ci maddələrinə əsasən, müştəriyə verilən kreditin məbləği 749392 manat məbləğdən çox olmamalıdır. Kredit ticarət və xidmət məqsədilə istifadə olunmaq üçün verilir. Kredit 36 ay müddətinə verilir. Kreditə görə illik 18 faiz haqqı hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 18 faiz təşkil edir. Həmin müqavilənin 3.1.2-ci və 3.1.11-ci yarımbəndlərinə əsasən, kredit və ona hesablanmış faizləri, o cümlədən bu müqavilənin 2.10-cu bəndində göstərilən faizləri, dəbbə pullarını və cərimələri müqavilədə göstərilən müddətdə ödəmək, habelə bankın tarif dərəcələrinə uyğun olaraq banka xidmət haqqı (komissiya) ödəmək; ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə şərtlərinə uyğun banka dəbbə pulu və ya cərimə ödəmək müştərinin vəzifələridir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, müqavilənin müddəti bitdikdən sonra, kreditə faiz dərəcəsi müqavilədə göstərilənin illik faizin 2 misli olaraq faiz hesablanır. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, müştəri ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, 1-ci gecikmə gündən 10-cu gecikmə gününədək gecikdirilmiş məbləğin 0,1 faizi, 11-ci gündən başlayaraq isə 1 faiz dəbbə pulu ödəyir. Dəbbə pulunun maksimum məbləği müqavilə məbləğinin 20 faizindən çox ola bilməz. İş materiallarında olan İddiaçı ASC ilə borc alan qismində cavabdeh "xxxx" MMC, zamin qismində Cavabdeh1 arasında bağlanmış 18 yanvar 2017-ci tarixli sm5567_DEV2 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, zamin borc alan ilə kreditor (bank) arasında bağlanmış 18 yanvar 2017-ci tarixli sm5567_DEV2 nömrəli Baş kredit müqaviləsinə əsasən kredit almış borc alanın kreditor (bank) qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, borc alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borc alan borc verən (bank) qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 18 yanvar 2017-ci tarixli sm5567_DEV2 nömrəli Baş kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında 20 avqust 2018-ci il tarixli əlavə razılaşmaya əsasən, aylıq ödənişlərinin azaldılması məqsədi ilə İddiaçı ASC-nin “Sumqayıt “ filialının müştərisi "xxxx" MMC-nin 18 yanvar 2017-ci il tarixli sm5567_DEV2 nömrəli kredit müqaviləsi üzrə digər şərtlər dəyişdirilmədən, 5 ay (avqust-dekabr-2018), aylarında aylıq 8000 manat (əsas 4000 manat +faiz 4000 manat) məbləğində ödənişlər edilməklə restruktruzasiya olunur. Qrafik üzrə faiz müddətin sonuna keçirilir. İş materiallarında olan İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 18 yanvar 2017-ci tarixli sm5567_DEV2 nömrəli kredit müqaviləsinin müddətinin uzadılması haqqında 19 fevral 2020-ci il tarixli əlavə sazişə əsasən, tərəflər 18 yanvar 2017-ci tarixli sm5567_DEV2 nömrəli kredit müqaviləsinin müddətinin 12 fevral 2020-ci il tarixindən 60 ay uzadılması, sm5567_DEV2 nömrəli kredit müqaviləsi üzrə kredit məbləğinin qalığının əsas borcu (654264,12 manat) illik 1 faiz olmaqla 60 ay müddətinə uzadılması, müştəri tərəfindən ediləcək aylıq ödənişin minimum 13500 manat təyin edilməsi, bu məbləğdən əsas borcun ödənişinin annuitet qaydada təmin edilməsi, restrukturizasiya tarixinə hesablanmış faiz (137231,17 manat) bərabər hissələrə bölünərək annuitet cədvəldə faiz borcunun üzərinə əlavə olunaraq silinməsi və müqavilənin digər şərtlərinin dəyişdirilmədən saxlanılması barədə razılığa gəlmişdirlər. İş materiallarında olan 18 yanvar 2017-ci tarixli sm5567_DEV2 nömrəli Baş kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən, cavabdeh "xxxx" MMC-nin banka olan borcu üçün son ödəniş tarixi 18 yanvar 2025-ci il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə borcalan qismində "xxxx" MMC, ipoteka qoyan qismində Cavabdeh1 arasında bağlanmış 09 iyun 2015-ci il tarixli SM5567 nömrəli ipoteka müqaviləsinə əsasən, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 85,3 kv.m., yaşayış sahəsi 40 kv.m., yardımçı sahəsi 45,3 kv.m. olan 2 otaqlı mənzil və Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 89,6 kv.m., yaşayış sahəsi 45,3 kv.m., yardımçı sahəsi 46,1 kv.m olan 2 otaqlı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, ipoteka ilə yüklü edilmiş əmlak müstəqil qiymətləndirici tərəfindən hər iki mənzil 75000 manat (Mərkəzi Bankın məzənnəsi ilə 71592 ABŞ dolları) məbləğlərində qiymətləndirilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə borcalan qismində "xxxx" MMC, ipoteka qoyan qismində Cavabdeh1 və Cavabdeh4 arasında bağlanmış 22 may 2013-cü il tarixli 3859 nömrəli ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan Sumqayıt şəhəri, 2-ci mikrorayonda istifadəsində olan 0,00676 ha torpaq sahəsində yerləşən 2 nömrəli bina 1 girişli, 56,26 kv.m. ümumi, 30 kv.m. əsas, 26,26 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (kimyəvi təmizləmə sexi) və Cavabdeh4nə tam mülkiyyət hüququ üzrə məxsus olan Sumqayıt şəhəri, 13-cü mikrorayon, Babək küçəsi 1 ünvanında istifadədə olan 0,00731 ha torpaq sahəsində yerləşən mülkiyyətində olan 64,5 kv.m-lik 1 mərtəbəli qeyri-yaşayış binası iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, ipoteka ilə yüklü edilmiş əmlak müstəqil qiymətləndirici tərəfindən müvafiq olaraq 140000 manat və 130000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə borcalan qismində "xxxx" MMC, ipoteka qoyan qismində Cavabdeh3 arasında bağlanmış 31 yanvar 2018-ci il tarixli SM5567 nömrəli ipoteka müqaviləsinə əsasən, Cavabdeh3 tam mülkiyyət hüququ üzrə məxsus olan Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 193, mənzil 12-də yerləşən ev iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, ipoteka ilə yüklü edilmiş əmlak müstəqil qiymətləndirici tərəfindən 65000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə borcalan qismində "xxxx" MMC, ipoteka qoyan qismində Tahir Hacıyev və Nailə İsmaylova arasında bağlanmış 26 may 2014-cü il tarixli 5177 nömrəli ipoteka müqaviləsinə əsasən, Tahir Hacıyevə tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 7 ünvanında yerləşən 5 otaqlı mənzil, Nailə İsmayılovaya tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0,05424 ha torpaq sahəsində yerləşən mülkiyyətində olan 452 kv.m-lik 1 mərtəbəli qeyri-yaşayış binası iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, ipoteka ilə yüklü edilmiş əmlak müstəqil qiymətləndirici tərəfindən müvafiq olaraq 57000 manat və 400000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə borcalan qismində "xxxx" MMC, ipoteka qoyan qismində Cavabdeh1 və Cavabdeh4 arasında bağlanmış 09 iyun 2015-ci il tarixli SM5567 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan Sumqayıt şəhəri, 2-ci mikrorayonda istifadəsində olan 0,00676 ha torpaq sahəsində yerləşən 2 nömrəli bina 1 girişli, 56,26 kv.m. ümumi, 30 kv.m. əsas, 26,26 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (kimyəvi təmizləmə sexi) və Cavabdeh4nə tam mülkiyyət hüququ üzrə məxsus olan Sumqayıt şəhəri, 13-cü mikrorayon, Babək küçəsi 1 ünvanında istifadədə olan 0,00731 ha torpaq sahəsində yerləşən mülkiyyətində olan 64,5 kv.m-lik 1 mərtəbəli qeyri-yaşayış binası iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, ipoteka ilə yüklü edilmiş əmlak müstəqil qiymətləndirici tərəfindən müvafiq olaraq 179000 manat (Mərkəzi Bankın məzənnəsi ilə 170867 ABŞ dolları) və 150000 manat (Mərkəzi Bankın məzənnəsi ilə 143184 ABŞ dolları) məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə borcalan qismində "xxxx" MMC, ipoteka qoyan qismində Cavabdeh4 arasında bağlanmış 18 yanvar 2017-ci il tarixli SM5567_DEV2/4 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh4nə tam mülkiyyət hüququ üzrə məxsus olan Sumqayıt şəhəri, 13-cü mikrorayon, Babək küçəsi 1 ünvanında istifadədə olan 0,00731 ha torpaq sahəsində yerləşən mülkiyyətində olan 64,5 kv.m-lik 1 mərtəbəli qeyri-yaşayış binası iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, ipoteka ilə yüklü edilmiş əmlak müstəqil qiymətləndirici tərəfindən 130000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə borcalan qismində "xxxx" MMC, ipoteka qoyan qismində Cavabdeh1 arasında bağlanmış 18 yanvar 2017-ci il tarixli SM5567_DEV2/1 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 85,3 kv.m., yaşayış sahəsi 40 kv.m., yardımçı sahəsi 45,3 kv.m. olan 2 otaqlı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, ipoteka ilə yüklü edilmiş əmlak müstəqil qiymətləndirici tərəfindən 75000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə borcalan qismində "xxxx" MMC, ipoteka qoyan qismində Cavabdeh1 arasında bağlanmış 18 yanvar 2017-ci il tarixli SM5567_DEV2/2 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 89,6 kv.m., yaşayış sahəsi 45,3 kv.m., yardımçı sahəsi 46,1 kv.m olan 2 otaqlı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, ipoteka ilə yüklü edilmiş əmlak müstəqil qiymətləndirici tərəfindən 75000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə borcalan qismində "xxxx" MMC, ipoteka qoyan qismində Cavabdeh1 arasında bağlanmış 18 yanvar 2017-ci il tarixli SM5567_DEV2/3 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan Sumqayıt şəhəri, 2-ci mikrorayonda istifadəsində olan 0,00676 ha torpaq sahəsində yerləşən 2 nömrəli bina 1 girişli, 56,26 kv.m. ümumi, 30 kv.m. əsas, 26,26 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (kimyəvi təmizləmə sexi) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, ipoteka ilə yüklü edilmiş əmlak müstəqil qiymətləndirici tərəfindən 170000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan İddiaçı ASC, ipoteka qoyan qismində Cavabdeh1 və borcalan qismində "xxxx" MMC arasında bağlanmış 22 may 2013-cü il tarixli SM3859 nömrəli ipoteka müqaviləsinə 13 fevral 2020-ci il tarixli 01 nömrəli Əlavə Sazişə əsasən, Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan Sumqayıt şəhəri, 2-ci mikrorayonda istifadəsində olan 0,00676 ha torpaq sahəsində yerləşən 2 nömrəli bina 1 girişli, 56,26 kv.m. ümumi, 30 kv.m. əsas, 26,26 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binası (kimyəvi təmizləmə sexi) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC, ipoteka qoyan qismində Cavabdeh1 və borcalan qismində "xxxx" MMC arasında bağlanmış 09 iyun 2015-ci il tarixli SM5567 nömrəli ipoteka müqaviləsinə 13 fevral 2020-ci il tarixli Əlavə Sazişə əsasən, Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 85,3 kv.m., yaşayış sahəsi 40 kv.m., yardımçı sahəsi 45,3 kv.m. olan 2 otaqlı mənzil və Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 89,6 kv.m., yaşayış sahəsi 45,3 kv.m., yardımçı sahəsi 46,1 kv.m olan 2 otaqlı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC, ipoteka qoyan qismində Cavabdeh3 və borcalan qismində "xxxx" MMC arasında bağlanmış 31 yanvar 2018-ci il tarixli SM5577_DEV2/3 nömrəli ipoteka müqaviləsinə 13 fevral 2020-ci il tarixli Əlavə Sazişə əsasən, Cavabdeh3 tam mülkiyyət hüququ üzrə məxsus olan Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 193, mənzil 12 (yeni qaydalarla: AZ5006, Sumqayıt şəhəri, ünvan 8 ünvanında yerləşən 119,8 kv.m-lik mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC, ipoteka qoyan qismində Nailə İsmayılova və borcalan qismində "xxxx" MMC arasında bağlanmış 26 may 2014-cü il tarixli SM5177 nömrəli ipoteka müqaviləsinə 13 fevral 2020-ci il tarixli Əlavə Sazişə əsasən, Nailə İsmayılovaya tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0,05424 ha torpaq sahəsində yerləşən mülkiyyətində olan 452 kv.m-lik 1 mərtəbəli qeyriyaşayış binası iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC, ipoteka qoyan qismində “Sevil” kiçik müəssisəsi və borcalan qismində "xxxx" MMC arasında bağlanmış 22 may 2013-cü il tarixli SM3859 nömrəli ipoteka müqaviləsinə 13 fevral 2020-ci il tarixli Əlavə Sazişə əsasən, “Sevil” kiçik müəssisəsinə tam mülkiyyət hüququ üzrə məxsus olan Sumqayıt şəhəri, 13-cü mikrorayon, Babək küçəsi 1 ünvanında istifadədə olan 0,00731 ha torpaq sahəsində yerləşən mülkiyyətində olan 64,5 kv.m-lik 1 mərtəbəli qeyri-yaşayış binası iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yuxarıda istinad edilən ipoteka müqavilələrinin 7.2-ci bəndlərinə əsasən, tərəflər razılaşırlar ki, bu əlavə sazişlərlə ipoteka müqavilələri arasında ziddiyət yarandıqda Əlavə Sazişlərin şərtləri əsas götürülür. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 227 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, Cavabdeh1 məxsus ünvan 6 ünvanında yerləşən əmlak İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 228 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, Cavabdeh1 məxsus ünvan 5 ünvanında yerləşən əmlak İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, Cavabdeh4nə məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon, Babək küçəsi 1 ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayonda 2 ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 326 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 193, mənzil 12 (yeni qaydalarla: AZ5006, Sumqayıt şəhəri, ünvan 8 ünvanında yerləşən əmlak İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, Nailə İsmayılovaya məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 174337 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Nailə İsmayılova 10 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 24 yanvar 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının ½ hissəsi Cavabdeh1 və ½ hissəsi Tahir İsmayılovun paylı mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt ərazi idarəsindən iddiaçıya ünvanlanmış “İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması haqqında” 01 iyun 2023-cü il tarixli 3-21-3-31/2- 1832/2023 nömrəli məktubun məzmununa əsasən, Cavabdeh1 və X2 məxsus olan ünvan 11 ünvanında yerləşən qeyri-yaşayış binası üzərinə yönəldilmiş tutma barədə bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 29 sentyabr 2025-ci il tarixli 9/3288 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasına dair ekspert rəyinin nəticə hissəsində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, 18 yanvar 2017-ci tarixli sm5567_DEV2 nömrəli kredit müqaviləsi üzrə 19 may 2023-cü il tarixə əsas borc üzrə 402123,43 manat, faiz borcu üzrə 184241,68 manat; 02 fevral 2024-cü il tarixə əsas borc üzrə 337011,66 manat, faiz borcu üzrə 182890,25 manat; 29 may 2025-ci il tarixə əsas borc üzrə 324211,66 manat, faiz borcu üzrə 182918,33 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 18 aprel 2025-ci il tarixli 9/61xxxx/5986 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilir ki, tədqiq obyektlərinin yerləşmə yerinə, təmirlilik səviyyəsinə və təyinatına uyğun olaraq həmin ərazidə yerləşən analoji qeyri-yaşayış evlərinin satışına dair məlumat olmadığından həmin obyektlər üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş 30 iyun 2025-ci il tarixli 02-170/25 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 2 yerləşən 2 otaqlı 7 nömrəli mənzilin ilkin satış qiyməti 114000 manat, bazar dəyəri 142000 manat, ünvan 2 yerləşən 2 otaqlı 6 nömrəli mənzilin ilkin satış qiyməti 108000 manat, bazar dəyəri 136000 manat, ünvan 12ən və ümumi sahəsi 56,26 kv.m. olan qeyriyaşayış sahəsinin (kimyəvi təmizləmə sexinin) ilkin satış qiyməti 155000 manat, bazar dəyəri 163000 manat, Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 193, mənzil 12 (yeni qaydalarla: AZ5006, Sumqayıt şəhəri, ünvan 8 ünvanında yerləşən daşınmaz əmlakın ilkin satış qiyməti 155000 manat, bazar dəyəri 163000 manat, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binasının ilkin satış qiyməti 868000 manat, bazar dəyəri ******* manat, Sumqayıt şəhəri, 13-cü mkr, Babək küçəsi 1 ünvanında 0,00731 ha torpaq sahəsində yerləşən, 61,5 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasının ilkin satış qiyməti 153000 manat, bazar dəyəri 169000 manat məbləğində təşkil edir. İş materiallarına, həmçinin cavabdeh tərəfindən həyata keçirilmiş ödənişləri əks etdirən hesabdan çıxarış əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü və 269.5-ci maddələrinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 274.1-ci maddəsinə əsasən, ipoteka ilə yüklü edilmiş əşyanın mülkiyyətçisinin dəyişməsi ipoteka hüququnu dəyişdirmir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci və 319.4-cü maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və (və ya) ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC arasında 18 yanvar 2017-ci tarixli sm5567_DEV2 nömrəli Baş kredit müqaviləsi və həmin müqaviləyə 20 avqust 2018-ci il tarixli, 19 fevral 2020-ci il tarixli əlavə sazişlər bağlanmış, cavabdeh həmin müqavilə və əlavə sazişlərlə üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək ödənilməli olan əsas və faiz borclarını tam ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmiş, nəticədə onun sözügedən kredit müqaviləsi üzrə borcu yaranmışdır. Cavabdeh "xxxx" MMC öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, onunla birlikdə, həmçinin zamin Cavabdeh1 iddiaçı ilə aralarında bağlanmış zaminlik müqaviləsinin şərtlərinə əsasən, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti yaranmışdır. Məhkəmə iddia ərizəsi ilə tutulması xahiş edilən əsas borcla bağlı qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman cavabdеhlər "xxxx" MMC-dən və Cavabdeh1 18 yanvar 2017-ci tarixli sm5567_DEV2 nömrəli kredit müqaviləsi və ona edilmiş əlavələr üzrə 02 fevral 2024-cü il tarixinə hesablanmış 337011,66 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş cavabdehin ödənişlərini əks etdirən sənəddən görünür ki, cavabdeh tərəfindən 02 fevral 2024-cü il tarixdən sonra cəmi 89550 manat məbləğində ödəniş həyata keçirilmişdir: 800 manat (xx.xx.2024) + 3000 manat (xx.xx.2024) + 5000 manat (xx.xx.2024) + 4000 manat (xx.xx.2024) + 4000 manat (xx.xx.2024) + 2000 manat (xx.xx.2024) + 2000 manat (xx.xx.2024) + 4000 manat (xx.xx.2024) + 3000 manat (xx.xx.2024) + 1500 manat (xx.xx.2024) + 150 manat (xx.xx.2024) + 1100 manat (xx.xx.2024) + 1600 manat (xx.xx.2024) + 2400 manat (xx.xx.2024) + 4000 manat (xx.xx.2024) + 2500 manat (xx.xx.2024) + 1500 manat (xx.xx.2024) + 4000 manat (xx.xx.2024) + 4000 manat (xx.xx.2024) + 4000 manat (xx.xx.2025) + 4000 manat (xx.xx.2025) + 4000 manat (xx.xx.2025) + 3200 manat (xx.xx.2025) + 800 manat (xx.xx.2025) + 3100 manat (xx.xx.2025) + 900 manat (xx.xx.2025) + 5000 manat (xx.xx.2025) + 2700 manat (xx.xx.2025) + 1300 manat (xx.xx.2025) + 4000 manat (xx.xx.2025) + 2700 manat (xx.xx.2025) + 1300 manat (xx.xx.2025) + 2000 manat (xx.xx.2025) = 89550 manat. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 18 yanvar 2017-ci tarixli sm5567_DEV2 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh1 müştərək qaydada 247461,66 manat (337011,66 manat - 89550 manat) məbləğində əsas borc və 51025,57 manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Bu nəticəyə gələrkən məhkəmə, həm də onu nəzərə alır ki, məhkəməyə təqdim edilmiş 29 sentyabr 2025-ci il tarixli 9/3288 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasına dair ekspert rəyində cavabdehlərə göndərilmiş pretenziya məktublarında və iddia tərəfindən tərtib edilmiş maliyyə arayışında qeyd edilmiş 02 fevral 2024-cü il tarixinə əsas borc iddia ərizəsində göstərilənlə eyni məbləğdə, faiz borcu isə iddia ərizəsində göstəriləndən daha yüksək məbləğdə hesablanmışdır. Məhz buna görə də tutulmalı olan əsas borcların və faiz borclarının məbləğləri müəyyən edilərkən iddia tələbi və cavabdehin mənafeyi nəzərə alınaraq əsas borcun və faiz borcunun məbləği məhkəmə-mühasibatlıq ekspertizasının istinad edilən ekspert rəyində qeyd edilmiş nəticəyə əsasən deyil, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmaqla, iddiaçı tərəfindən verilmiş iddia tələbinə və cavabdehlərə göndərilmiş 02 fevral 2024-cü il tarixli pretenziya məktubuna uyğun olaraq müəyyən edilmişdir. İddia tələbinin cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh1 müştərək qaydada 133942,35 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" MMC-nin kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (baş kredit müqaviləsinin 4.3-cü bəndi) iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya)qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehlərdən cərimələrin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb edilən cərimənin məbləği azaldılaraq cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh1 müştərək qaydada 17000 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından görünür ki, İddiaçı ASC ilə borcalan qismində "xxxx" MMC, ipoteka qoyan qismində Cavabdeh1 və Cavabdeh4 arasında bağlanmış 22 may 2013-cü il tarixli 3859 nömrəli ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan Sumqayıt şəhəri, 2-ci mikrorayonda istifadəsində olan 0,00676 ha torpaq sahəsində yerləşən 2 nömrəli bina 1 girişli, 56,26 kv.m. ümumi, 30 kv.m. əsas, 26,26 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (kimyəvi təmizləmə sexi) və Cavabdeh4nə tam mülkiyyət hüququ üzrə məxsus olan Sumqayıt şəhəri, 13-cü mikrorayon, Babək küçəsi 1 ünvanında istifadədə olan 0,00731 ha torpaq sahəsində yerləşən mülkiyyətində olan 64,5 kv.m-lik 1 mərtəbəli qeyri-yaşayış binası iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC ilə borcalan qismində "xxxx" MMC, ipoteka qoyan qismində Cavabdeh3 arasında bağlanmış 31 yanvar 2018-ci il tarixli SM5567 nömrəli ipoteka müqaviləsinə əsasən, Cavabdeh3 tam mülkiyyət hüququ üzrə məxsus olan Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 193, mənzil 12-də yerləşən ev iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC ilə borcalan qismində "xxxx" MMC, ipoteka qoyan qismində Cavabdeh1 arasında bağlanmış 09 iyun 2015-ci il tarixli SM5567 nömrəli ipoteka müqaviləsinə əsasən, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 85,3 kv.m., yaşayış sahəsi 40 kv.m., yardımçı sahəsi 45,3 kv.m. olan 2 otaqlı mənzil və Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 89,6 kv.m., yaşayış sahəsi 45,3 kv.m., yardımçı sahəsi 46,1 kv.m olan 2 otaqlı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC ilə borcalan qismində "xxxx" MMC, ipoteka qoyan qismində Nailə İsmaylova arasında bağlanmış 26 may 2014-cü il tarixli 5177 nömrəli ipoteka müqaviləsinə əsasən, Nailə İsmayılovaya tam mülkiyyət hüququ üzrə məxsus olmuş ünvan 1 ünvanında istifadədə olan 0,05424 ha torpaq sahəsində yerləşən mülkiyyətində olan 452 kv.m-lik 1 mərtəbəli qeyri-yaşayış binası (Qətnamənin “İş materialları” hissəsində istinad edilmiş ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, hazırda həmin əmlakın ½ hissəsi Cavabdeh1 və ½ hissəsi Tahir İsmayılovun paylı mülkiyyətindədir) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə müvafiq pul vəsaitlərinin ipoteka ilə yüklü edilmiş həmin daşınmaz əmlaklara yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317-ci və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğundur. Eyni zamanda, Mülki Məcəllənin 274.1-ci maddəsinə əsasən, ipoteka ilə yüklü edilmiş əşyanın mülkiyyətçisinin dəyişməsi ipoteka hüququnu dəyişdirmir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 30 iyun 2025-ci il tarixli 02-170/25 nömrəli mütəxəssis rəyini nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş ünvan 2 yerləşən 2 otaqlı 7 nömrəli mənzilin ilkin satış qiyməti 114000 manat, ünvan 2 yerləşən 2 otaqlı 6 nömrəli mənzilin ilkin satış qiyməti 108000 manat, ünvan 12ən və ümumi sahəsi 56,26 kv.m. olan qeyri-yaşayış sahəsinin (kimyəvi təmizləmə sexinin) ilkin satış qiyməti 155000 manat, Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 193, mənzil 12 (yeni qaydalarla: AZ5006, Sumqayıt şəhəri, ünvan 8 ünvanında yerləşən daşınmaz əmlakın ilkin satış qiyməti 155000 manat, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti 868000 manat, Sumqayıt şəhəri, 13-cü mkr. Babək küçəsi 1 ünvanında 0,00731 ha torpaq sahəsində yerləşən, 61,5 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasının ilkin satış qiyməti 153000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “satışdan əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlərdən ümumi qaydada tutulması”na dair hissəsi ilə bağlı məhkəmə yuxarıda göstərilənləri və iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunan digər halları, o cümlədən Mülki Məcəllənin, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun və "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərini nəzərə alaraq hesab edir ki, tələbin həmin hissədə əsaslılığı müəyyən olunmadığı üçün təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, borcun yönəldiyi ipoteka predmetinin satışından əldə edilən vəsait cavabdehlərdən tutulan borcu tam ödəmədikdə, ödənilməyən hissənin cavabdehlərdən alınması, yəni qətnamə əsasında verilmiş icra sənədi ödənilməyən hissədə yuxarıda qeyd olunan Məcəllə və Qanunların tələblərinə uyğun olaraq ümumi qaydada icra edilir. Yəni satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərə aid olduğundan iddia həmin hissədə əsassız hesab edilərək təmin edilməməlidir. İddia tələbinin ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 540 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə 01 iyun 2023-cü il tarixli təsdiqetmə bildirişlərindən görünür ki, iddiaçı tərəfindən cəmi 90 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmçinin iş materiallarında olan təyinatı “Xidmət haqqının ödənilməsi” olan təsdiqetmə bildirişlərindən görünür ki, iddiaçı tərəfindən 450 manat məbləğində xidmət haqqı ödənilmişdir. Buna görə də, iddia tələbi həmin hissədə təmin edilməli, üzrə cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh1 müştərək qaydada 90 manat məbləğində dövlət rüsumunun və 450 manat məbləğində xidmət haqqının əvəzi iddiaçının xeyrinə tutulmalıdır. Bunlardan əlavə, iş materiallarında olan 20 fevral 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 812 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 695,04 manat təşkil etdiyindən (337011,66 + 51025,57 + 17000 = 405037,23, hazırda əsas borcun məbləği 247461,66 manat olsa da, həmin borcun bir hissəsi məhkəmə prosesləri dövründə ödənildiyindən dövlət rüsumunun məbləği hesablanarkən ilkin iddia ərizəsində qeyd edilmiş əsas borc, faiz borcu və qətnamə ilə tutulması qət edilmiş cərimə məbləğləri nəzərə alınmalıdır) həmin məbləğdə pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 iyun 2025-ci il tarixli ödəniş tapşırığı üzrə mütəxəssis tədqiqatının dəyəri olan 3000 manat məbləğində pul vəsaiti "xxxx" MMC-nin hesabına ödənilmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 3000 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Bunlardan əlavə, iş materiallarında olan 29 sentyabr 2025-ci il tarixli 9/3288 nömrəli və 18 aprel 2025-ci il tarixli 9/61xx-xx/5986 nömrəli ekpert rəylərinin xərclərinə dair bildirişlərdən görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri cəmi 200 manat məbləğində təşkil etmişdir. Yuxarıda göstərilənlərə əsasən, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat məbləğində pul vəsaiti cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdеhlər "xxxx" MMC-dən və Cavabdeh1 müştərək qaydada 247461,66 manat məbləğində əsas borc, 51025,57 manat məbləğində faiz borcu, 17000 manat məbləğində cərimə, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı ödənilmiş 90 manat məbləğində dövlət rüsumunun, 450 manat məbləğində xidmət haqqının, 3000 manat məbləğində mütəxəssis tədqiqatının dəyərinin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 695,04 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 319722,27 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, cavabdеhlər "xxxx" MMC-dən və Cavabdeh1 tutulmalı olan cəmi 319722,27 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan ünvan 2 yerləşən 2 otaqlı 7 nömrəli mənzilə, ünvan 2 yerləşən 2 otaqlı 6 nömrəli mənzilə, ünvan 12ən və ümumi sahəsi 56,26 kv.m. olan qeyri-yaşayış sahəsinə (kimyəvi təmizləmə sexinə), Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 193, mənzil 12 (yeni qaydalarla: AZ5006, Sumqayıt şəhəri, ünvan 8 ünvanında yerləşən daşınmaz əmlaka, cavabdehlər Cavabdeh1 və Tahir İsmayılova məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına, “Sevil” kiçik müəssisəsinə məxsus olan Sumqayıt şəhəri, 13-cü mkr. Babək küçəsi 1 ünvanında 0,00731 ha torpaq sahəsində yerləşən, 61,5 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasına yönəldilməli, həmin ipoteka predmetləri açıq hərracda satılaraq iddiaçıya olan cəmi 319722,27 manat məbləğində borc ödənilməli, ipoteka predmeti olan ünvan 2 yerləşən 2 otaqlı 7 nömrəli mənzilin ilkin satış qiyməti 114000 manat, ünvan 2 yerləşən 2 otaqlı 6 nömrəli mənzilin ilkin satış qiyməti 108000 manat, ünvan 12ən və ümumi sahəsi 56,26 kv.m. olan qeyri-yaşayış sahəsinin (kimyəvi təmizləmə sexinin) ilkin satış qiyməti 155000 manat, Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 193, mənzil 12 (yeni qaydalarla: AZ5006, Sumqayıt şəhəri, ünvan 8 ünvanında yerləşən daşınmaz əmlakın ilkin satış qiyməti 155000 manat, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti 868000 manat, Sumqayıt şəhəri, 13-cü mkr. Babək küçəsi 1 ünvanında 0,00731 ha torpaq sahəsində yerləşən, 61,5 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasının ilkin satış qiyməti 153000 manat məbləğində müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat məbləğində pul vəsaiti cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdеhlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh1 müştərək qaydada 247461,66 (iki yüz qırx yeddi min dörd yüz altmış bir manat, altmış altı qəpik) manat məbləğində əsas borc, 51025,57 (əlli bir min iyirmi beş manat, əlli yeddi qəpik) manat məbləğində faiz borcu, 17000 (on yeddi min) manat məbləğində cərimə, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı ödənilmiş 90 (doxsan) manat məbləğində dövlət rüsumunun, 450 (dörd yüz əlli) manat məbləğində xidmət haqqının, 3000 (üç min) manat məbləğində mütəxəssis tədqiqatının dəyərinin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 695,04 (altı yüz doxsan beş manat, dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 319722,27 (üç yüz on doqquz min yeddi yüz iyirmi iki manat, iyirmi yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdеhlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh1 tutulmalı olan cəmi 319722,27 (üç yüz on doqquz min yeddi yüz iyirmi iki manat, iyirmi yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan ünvan 2 yerləşən 2 otaqlı 7 nömrəli mənzilə, ünvan 2 yerləşən 2 otaqlı 6 nömrəli mənzilə, ünvan 12ən və ümumi sahəsi 56,26 kv.m. olan qeyriyaşayış sahəsinə (kimyəvi təmizləmə sexinə), Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 193, mənzil 12 (yeni qaydalarla: AZ5006, Sumqayıt şəhəri, ünvan 8 ünvanında yerləşən daşınmaz əmlaka, cavabdehlər Cavabdeh1 və Tahir İsmayılova məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına, “Sevil” kiçik müəssisəsinə məxsus olan Sumqayıt şəhəri, 13-cü mkr. Babək küçəsi 1 ünvanında 0,00731 ha torpaq sahəsində yerləşən, 61,5 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasına yönəldilsin və həmin ipoteka predmetləri açıq hərracda satılaraq İddiaçı ASC-yə olan cəmi 319722,27 (üç yüz on doqquz min yeddi yüz iyirmi iki manat, iyirmi yeddi qəpik) manat məbləğində borc ödənilsin. İpoteka predmeti olan ünvan 2 yerləşən 2 otaqlı 7 nömrəli mənzilin ilkin satış qiyməti 114000 (yüz on dörd min) manat, ünvan 2 yerləşən 2 otaqlı 6 nömrəli mənzilin ilkin satış qiyməti 108000 (yüz səkkiz min) manat, ünvan 12ən və ümumi sahəsi 56,26 kv.m. olan qeyri-yaşayış sahəsinin (kimyəvi təmizləmə sexinin) ilkin satış qiyməti 155000 (yüz əlli beş min) manat, Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 193, mənzil 12 (yeni qaydalarla: AZ5006, Sumqayıt şəhəri, ünvan 8 ünvanında yerləşən daşınmaz əmlakın ilkin satış qiyməti 155000 (yüz əlli beş min) manat, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti 868000 (səkkiz yüz altmış səkkiz min) manat, Sumqayıt şəhəri, 13-cü mkr. Babək küçəsi 1 ünvanında 0,00731 ha torpaq sahəsində yerləşən, 61,5 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasının ilkin satış qiyməti 153000 (yüz əlli üç min) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Cavabdeh1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar