Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-334/2022 28.04.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı qanuni təmsilçisi X1, cavabdeh “D.X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X2 iştirakı ilə, İddiaçı cavabdeh “D.X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-334/2022 nömrəli kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 03 mart 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “D.X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “D.X3” MMC-dən İddiaçı MMC-nin xeyrinə 03 fevral 2021-ci il tarixli İcarə müqaviləsi üzrə ƏDV daxil cəmi 5900 manat (5000 manat əsas borc + 900 manat ƏDV) məbləğində borcun və ödənilmiş 79 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (e-2-2(119)-334/2022 nömrəli kommersiya işi). Məhkəmə baxışı zamanı İddiaçı və cavabdeh “D.X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçiləri məhkəməyə həmin iddia ərizəsinə dair e-2-2(119)- 334/2022 nömrəli kommersiya işi üzrə iddiaçı və cavabdeh tərəfindən tərtib olunaraq imzalanmış 15 aprel 2022-ci il tarixli Barışıq Sazişi və “Barışıq Sazişinin təsdiq edilməklə, işin icraatına xitam verilməsi” barədə ərizələr təqdim edərək, həmin mübahisə üzrə tərəflər arasında bağlanaraq imzalanıb-möhürlənmiş 15 aprel 2022-ci il tarixli Barışıq Sazişinin məhkəmə tərəfindən təsdiq edilib, işin icraatına xitam verilməsi xahiş olunmuşdur. Məhkəməyə təqdim edilmiş Barışıq Sazişinin məzmunu ilə müəyyən olunur ki, 15 aprel 2022-ci ildə İddiaçı ilə cavabdeh “D.X3” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Barışıq Sazişi bağlanmış və həmin Barışıq Sazişi hazırkı iddia tələbi üzrə iddiaçı və cavabdeh arasında məhkəmədən kənar gəlinən razılığı əks etdirir. X4 məzmunu ilə müəyyən olunur ki, İddiaçı ilə cavabdeh “D.X3” Məhdud Məsuliyyətli Cəmiyyəti aşağıda qeyd olunan şərtlər əsasında razılığa gəlmişlər: "1. İddiaçı" "cavabdeh"ə qarşı Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan e-2- 2(119)-334/2022 nömrəli kommersiya işi üzrə "borcun tutulması tələbinə" dair iddiasından imtina edir;
2. "Cavabdeh" "İddiaçı"ya olan 5000 (beş min) manat borcunu etiraf edir;
3. "Cavabdeh" 5000 (beş min) manat borcun aşağıda göstərilmiş qaydada ödənilməsini öz öhdəsinə götürür; 2022-ci ilin sentyabr ayı üçün - 2500 (iki min beş yüz) manat məbləğində; 2022-ci ilin oktyabr ayı üçün - 2500 (iki min beş yüz) manat məbləğində.
4. Bu Sazişin 3-cü bəndində nəzərdə tutulmuş hər hansı aylıq ödəniş vaxtında aparılmayacağı və növbəti ödəniş ardıcıllığı ilə bağlı qarşılıqlı razılaşma olmayacağı halda, qalıq ümumi borc növbəti ay ərzində birdəfəyə tam həcmdə həyata keçirilməlidir.
5. Tərəflər razılaşırlar ki, bu Sazişdə əks olunmayan digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənəcəkdir.
6. Tərəflər öhdələrinə götürürlər ki, mülki mübahisə üzrə tərəflərin çəkdikləri xərclər özlərinə aid ediləcəkdir və bu barədə qarşı tərəfə hər hansı iddia irəli sürülməyəcəkdir.
7. X8 tərəflərin iradə ifadəsini əks etdirir.
8. X8 üzrə götürülmüş öhdəliklərin icrası tərəflər üçün məcburidir.
9. X8 hər tərəfdə bir nüsxə qalması şərtilə, 3 nüsxədə hazırlanmış və imzalanmışdır”. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflərin işi Barışıq Sazişi ilə qurtarmaları heç bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmadığına görə 15 aprel 2022-ci il tarixli Barışıq Sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə - hakim iş üzrə icraata xitam verməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-cü maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə də, məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdeh “D.X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə tərəflər arasında bağlanmış 15 aprel 2022-ci il tarixli Barışıq Sazişi təsdiq edilməli və X4 təsdiq olunması ilə əlaqədar e-2-2(119)- 334/2022 nömrəli kommersiya işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ:
İddiaçı ilə cavabdeh “D.X3” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 15 aprel 2022-ci il tarixli Barışıq Sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: - “1. İddiaçı" "Cavabdeh"ə qarşı Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(119)-334/2022 nömrəli kommersiya işi üzrə "borcun tutulması tələbinə" dair iddiasından imtina edir;
2. "Cavabdeh" "İddiaçı"ya olan 5000 (beş min) manat borcunu etiraf edir;
3. "Cavabdeh" 5000 (beş min) manat borcun aşağıda göstərilmiş qaydada ödənilməsini öz öhdəsinə götürür; 2022-ci ilin sentyabr ayı üçün - 2500 (iki min beş yüz) manat məbləğində; 2022-ci ilin oktyabr ayı üçün - 2500 (iki min beş yüz) manat məbləğində.
4. Bu Sazişin 3-cü bəndində nəzərdə tutulmuş hər hansı aylıq ödəniş vaxtında aparılmayacağı və növbəti ödəniş ardıcıllığı ilə bağlı qarşılıqlı razılaşma olmayacağı halda, qalıq ümumi borc növbəti ay ərzində birdəfəyə tam həcmdə həyata keçirilməlidir.
5. Tərəflər razılaşırlar ki, bu Sazişdə əks olunmayan digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənəcəkdir.
6. Tərəflər öhdələrinə götürürlər ki, mülki mübahisə üzrə tərəflərin çəkdikləri xərclər özlərinə aid ediləcəkdir və bu barədə qarşı tərəfə hər hansı iddia irəli sürülməyəcəkdir.
7. X8 tərəflərin iradə ifadəsini əks etdirir.
8. X8 üzrə götürülmüş öhdəliklərin icrası tərəflər üçün məcburidir.
9. X8 hər tərəfdə bir nüsxə qalması şərtilə, 3 nüsxədə hazırlanmış və imzalanmışdır”. Barışıq Sazişinin təsdiq olunması ilə əlaqədar İddiaçı cavabdeh “D.X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2- 2(119)-334/2022 nömrəli kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Zülfüqar Sadiqov