Məhkəmə qərarları › İş №e-2-2(119)-34/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-34/2024

11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-34/2024 11.03.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya məxsus Xaçmaz rayonu, N.Nərimanov küçəsi, ev 62 ünvanında yerləşən (abonent kodu **********0) qeyri-yaşayış obyektinə (gözəllik salonuna) hesablanmış 1544,14 (min beş yüz qırx dörd manat on dörd qəpik) manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən binanın birinci mərtəbəsindəki “7 Gözəl” gözəllik salonunda hər ay fəsillərə uyğun olaraq təxminən ayda 100-150 manat aralığında enerji sərfiyyatı olur. 14 dekabr 2021-ci ildən 14 yanvar 2022-ci il tarixə qədər bir ay müddətinə iddiaçıya məxsus sahibkarlıq obyektinə qanunsuz 14036 kvts sərfiyyat yazılmışdır. 0,11 qəpikdən hesablandıqda, həmin sərfiyyat 1544,14 (min beş yüz qırx dörd manat on dörd qəpik) manat təşkil edir. Bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etdikdən sonra iddiaçının iştirakı ilə sayğaca baxış keçirilmiş, onun tərəfindən sayğaca hər hansı bir müdaxilə olunmadığı, işıq sayğacının binanın içində ikinci mərtəbədə ona məxsus olan obyektə aid olmayan blokun içərisində quraşdırıldığı və sayğacın aşağı hissəsində naqillər az miqdarda əriyərək birbirinə dəydiyi üçün sürətli sərfiyyat yazıldığı müəyyən edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona əsassız olaraq qanunsuz istifadə ilə bağlı 1544,14 (min beş yüz qırx dörd manat on dörd qəpik) cərimə yazılmışdır. İddiaçı həmin borcun silinməsi ilə bağlı dəfərlərlə cavabdeh təşkilata müraciət etsə də, müsbət nəticə əldə olunmamışdır. 12 sentyabr 2023-cü il tarixdə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə etiraz göndərərək İddiaçı2 14 dekabr 2021-ci il tarixdən 14 yanvar 2022-ci il tarixədək hesablanmış 1544,14 (min beş yüz qırx dörd manat on dörd qəpik) manat məbləğində borcun silinməsinə dair iddia tələbi əssasız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus obyekt 01 yanvar 2008-ci il tarixdə abonent qeydiyyatına alınmışdır. 18 mart 2015-ci il tarixdə elektrik hesabat sayğacı quraşdırılmışdır. Həmin tarixdən 05 sentyabr 2023-cü il tarixədək sayğac əsasında elektrik enerjisindən sərfiyyata görə 10164,16 manat hesablanmışdır. Abonent həmin dövrlərdə 8634,80 manat ödəniş etmiş və hal-hazırda iddiaçının həmin dövrlər üçün sayğac borcu əsasında 1529,46 manat debitor borcu qalmışdır. Abunə haqqında çıxarışdan da göründüyü kimi, iddiaçının obyektində 14 dekabr 2021-ci il tarixdə 956 kvts (105,16 manat) X1 edilmişdir. xx.xx.2022-ci il tarixdə isə 1060 kvts (116,60 manat) X1 edilmişdir. İddiaçı isə 14 dekabr 2021-ci il tarixdən 14 yanvar 2022-ci il tarixədək 14036 kvts (1544,14 manat) X1 etdiyini iddia ərizəsində qeyd etsə də, hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçı əsassız olaraq 1544,14 manat borcun silinməsini tələb edir. 14 yanvar 2022-ci il tarixdə ərazi üzrə nəzarətçi yalnışlıqla hesabatı səhv vuraraq abonentə 1544,14 manatlıq bildiriş təqdim etmişdir. Lakin 20 yanvar 2022-ci il tarixdə həmin yanlışlıq düzəldilərək abonentə 116,78 manatlıq bildiriş təqdim edilmişdir. Abunə haqqında arayışdan da aydın görünür ki, abonentin qeyd edilən tarixə 1544,14 manat borcu olmamışdır. Abunə haqqında çıxarışdan da görünür ki, iddiaçı aylıq ödənişləri vaxtlıvaxtında ödəməmişdir. Bütün bunlar göstərir ki, abonent istifadə etdiyi enerjinin borclarını vaxtlı-vaxtında, şərtləşdirilmiş qaydada ödəməyərək öhdəliklərin icra olunması tələblərindən irəli gələn qaydaları pozmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. İddiaçı2 25 oktyabr 2023-cü il tarixdə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək bildirmişdir ki, iddia ərizəsinin təsviri məzmun hissəsində o, 14 dekabr 2021-ci il tarixdən 14 yanvar 2022-ci il tarixə qədər X1yə görə artıq yazılmış borcun silinməsini xahiş etmişdir. Lakin sonradan məlum olmuşdur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ona əvvəlcə 14 yanvar 2022-ci il tarixdə 1544,14 manatlıq əsassız pul hesablamış, sonradan bu hal onun narazılığına səbəb olduğu üçün cavabdeh təşkilat tərəfindən 20 yanvar 2022-ci il tarixdə həmin borc silinərək 116,18 manat saxlanılmış, 10 gündən keçdikdən sonra isə ona əvvəl hesablanmış həmin borc yenidən yazılmışdır. Göstərilənlərə əsasən o, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya məxsus Xaçmaz rayonu, N.Nərimanov küçəsi, ev 62 ünavanında yerləşən (abonent kodu **********0) qeyri-yaşayış obyektinə (gözəllik salonu) əsassız hesablanaraq yazılmış 1544,14 (min beş yüz qırx dörd manat on dörd qəpik) manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”da göstərilənlərə uyğun izahat verərək, əsassız olduğu üçün İddiaçı2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. 28 fevral 2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak etmiş İddiaçı2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin o, 11 mart 2024-cü il tarixli məhkəmə baxış iclasının iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizəni, etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14 dekabr 2021-ci il tarixli bildiriş xəbərdalıqdan görünür ki, Xaçmaz rayonu, N.Nərimanov küçəsi ünvanında yerləşən (abonent kodu **********0) gözəllik salonuna 22 noyabr 2021-ci il tarixdən 14 dekabr 2021-ci il tarixədək istifadə olunmuş 956 kvts elektrik enerjisi sərfiyyatına görə 180,18 manat məbləğində borc hesablanmışdır. Belə ki, iş materiallarında olan 14 yanvar 2022-ci il tarixli bildiriş xəbərdalıqdan görünür ki, Xaçmaz rayonu, N.Nərimanov küçəsi ünvanında yerləşən gözəllik salonuna 14 dekabr 2021-ci il tarixdən 14 yanvar 2022-ci il tarixədək istifadə olunmuş 14036 kvts elektrik enerjisi sərfiyyatına görə 1544,14 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan 20 yanvar 2022-ci il tarixli ödəniş bildiriş xəbərdalıqdan görünür ki, Xaçmaz rayonu, N.Nərimanov küçəsi ünvanında yerləşən gözəllik salonuna 14 dekabr 2021-ci il tarixdən 20 yanvar 2022-ci il tarixədək istifadə olunmuş 1060 kvts elektrik enerjisi sərfiyyatına görə 116,78 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan 01 fevral 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı2 20 yanvar 2022-ci il tarixdən 01 fevral 2022-ci il tarixədək 13809 kvts elektrik enerjisi sərfiyyatına görə 1518,99 manat məbləğində borc hesablanmış, istifadə olunan elektik enerjisi haqqı üzrə qalıq borc olan 1519,77 manat məbləğində borcun 06 fevral 2022-ci il tarixinədək ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan abunə haqqında arayışdan görünür ki, 20 yanvar 2022-ci il tarixdən 01 fevral 2022-ci il tarixədək İddiaçı2 məxsus gözəllik salonuna 13809 kvts elektrik enerjisi sərfiyyatına görə 1518,99 manat borc hesablanmışdır. İş materiallarında olan 02 fevral 2024-cü il tarixli 3-16-16/2-10/8998-9/9204 nömrəli ekspert rəyində göstərilir ki, ünvan 2 ünvanda yerləşən obyektin (qadın gözəllik salonunun) elektrik sayğacı mübahisə yaranan dövrdən işlək vəziyyətdədir və hazırda hesablaşma həmin sayğacın göstəriciləri əsasında aparılır. Sayğacda xx.xx.2021 xx.xx.2022-ci il tarixdə hər hansı texniki qüsur qeydə alınmamışdır. Baxış zamanı hesablaşma elektrik sayğacının örtük qutularının və sıxıcılar kolodkasının qapağının plombları üzərində və məftillərində hər hansı zədə, pozulma aşkar edilməmişdir. Sayğacın texniki göstəriciləri normalara uyğundur. Sayğacın aşağı hissəsindəki naqillərin əriyərək bir-birinə dəyməsi halı aşkar edilmədiyinə, sayğacın çıxışında naqillərin soyuq burma üsulu ilə birləşdirilməsindən yaranan yüksək keçid müqaviməti artıq sərfiyyat yaratmadığına, həmçinin sayğacda hər hansı texniki qüsur qeydə alınmadığına və hazırda işlək (saz) vəziyyətdə olduğuna görə artıq sərfiyyatın hesablanması üzrə tədqiqat aparılmamışdır. Sayğacın texniki vəziyyətinin normal olduğu nəzərə alınmaqla, materialda olan bildiriş və abonent saldosuna olan məlumatlar əsasında müəyyən edilir ki, elektrik enerjisi sərfiyyatı: 1) xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 889 kVt (dəyəri 97,7 manat), xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 1060 kVt (dəyəri 116,78 manat), xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 286 kVt (dəyəri 31,5 manat) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın: - 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. - 8.13-cü bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. - 8.14-cü bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. - 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Göründüyü kimi, yuxarıda təsvir olunanlar və işin konkret halları ilə müəyyən olunur ki, İddiaçı2 enerjitəchizati müəssisəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona məxsus qeyri-yaşayış sahəsində (gözəllik salonunda) elektrik enerjisi sərfiyyatına görə hesablanmış borcla razılaşmayaraq həmin borcun silinməsi üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatları və iş materialları ilə müəyyən edilmişdir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı İddiaçı2 (VÖEN **********) məxsus Xaçmaz rayonu, N.Nərimanov küçəsi, ev 62 ünvanında yerləşən (abonent kodu **********0) gözəllik salonuna 20 yanvar 2022-ci il tarixdən 01 fevral 2022-ci il tarixədək elektrik enerjisi sərfiyyatı 13809 kvts qeyd olunmaqla 1518,99 manat borc hesablanmışdır. Lakin iş materiallarında olan 02 fevral 2024-cü il tarixli 3-16-16/2-10/8998-9/9204 nömrəli ekspert rəyində Xaçmaz rayonu, N.Nərimanov küçəsi, ev 62 ünvanında yerləşən qadın gözəllik salonunda 20 yanvar 2022-ci il tarixdən 01 feval 2022-ci il tarixədək 286 kvts X1 olunduğu və dəyərinin 31,5 manat təşkil etdiyi müəyyən olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının 02 fevral 2024-cü il tarixli 3-16-16/2-10/8998-9/9204 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınıb, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya məxsus gözəllik salonuna 20 yanvar 2022-ci il tarixdən 01 fevral 2022-ci il tarixədək hesablanaraq yazılmış 1518,99 manat borcdan ekspert rəyində həmin tarix aralığına elektrik enerjisi sərfiyyatı üzrə hesablanmış 31,5 manat məbləğ çıxılmalı, cavabdeh tərəfindən iddiaçıya məxsus Xaçmaz rayonu, N.Nərimanov küçəsi, ev 62 ünvanında yerləşən gözəllik salonuna (abonent kodu **********0) hesablanmış 1487,49 (min dörd yüz səksən yeddi manat qırx doqquz qəpik) manat məbləğində borc silinməlidir (1518,99 manat-31,5 manat = 1487,49 manat). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasənhakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı2 məxsus Xaçmaz rayonu, N.Nərimanov küçəsi, ev 62 ünvanında yerləşən gözəllik salonuna (abonent kodu **********0) hesablanmış 1487,49 (min dörd yüz səksən yeddi manat qırx doqquz qəpik) manat məbləğində borc silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dövlət nəfinə 34,87 (otuz dörd manat səksən yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən vəAzərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı2 məxsus Xaçmaz rayonu, N.Nərimanov küçəsi, ev 62 ünvanında yerləşən gözəllik salonuna (abonent kodu **********0) hesablanmış 1487,49 (min dörd yüz səksən yeddi manat qırx doqquz qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dövlət nəfinə 34,87 (otuz dörd manat səksən yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar