Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-348/2023 09.03.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, Bakı Kommersiya Məhkəməsindən ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə baxılması üçün göndərilmiş İddiaçı Cavabdeh2nə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair e-2-2(113)-155/2023 nömrəli kommersiya işinin materiallarına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 2, mənzil 94 olan Cavabdeh1ndən 21.810 (iyirmi bir min səkkiz yüz on) manat məbləğində əsas borcun, əsas borcun gecikdirilməsinə görə illik 5 faiz olmaqla ümumi dəyəri 3.271,5 (üç min iki yüz yetmiş bir manat 50 qəpik) manat məbləğində əlavə borcun, iddia verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 200 (iki yüz) manatın, ümumilikdə 25.281,5 (iyirmi beş min iki yüz səksən bir manat 50 qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli e-2-2(113)-5444/2022 nömrəli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab olunmuş və məhkəmə hazırlıq iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Hazırlıq iclası xx.xx.2022-ci, xx.xx.2022-ci il tarixlərə təxirə salınmış və 18 noyabr 2022-ci il tarixli e-2-2(113)-5444/2022 nömrəli qərardadla məhkəmə baxış iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. İddiaçı nümayəndəsi Nümayəndə2 xx.xx.2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə” ərizə təqdim edərək, hazırkı iş üzrə Cavabdeh1 əsl Cavabdeh2 ilə əvəz olunmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə baxış iclasında ərizə təmin olunaraq Cavabdeh2 ilə əvəz edilmiş və iş üzrə yenidən hazırlıq iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli e-2-2(113)-5444/2022 nömrəli qərardadı ilə kommersiya işi üzrə məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə təyin olunmuşdur. Həmin tarixdə məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə təxirə salınmışdir. Bakı Kommersiya Məhkəməsinin 01 fevral 2023-cü il tarixli e-2-2(113)-155/2023 nömrəli qərardadı ilə əvəz olunmuş Cavabdeh2 hüquqi ünvanı ünvan 3ə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardadda göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəməyə baxılmağa verir. Göründüyü kimi, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə pul tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət olunarkən cavabdeh hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 2, mənzil 94 olan Cavabdeh1 olmuş və iddia ərizəsi mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44.1-ci maddəsində aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş sonradan başqa məhkəməyə aid olsa da həmin işin mahiyyəti üzrə həmin məhkəmədə həll edilməli olduğu göstərilmişdir. Buna görə Bakı Kommersiya Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli e- 2-2(113)-5444/2022 nömrəli qərardadı ilə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun öz icraatına götürmüş olduğu hazırkı kommersiya işi üzrə mübahisəyə Bakı Kommersiya Məhkəməsində deyil, Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması mübahisəlidir. Çünki Bakı Kommersiya Məhkəməsi tərəfindən işin başqa məhkəməyə baxılmağa verilməsi üçün Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44.2-ci maddəsində göstərilən hallardan hər hansı biri mövcud deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir Həmin Məcəllənin 44-cü maddəsinə əsasən: 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; 44.2.3. hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; 44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; 44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; 44.2.6. bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə, məhkəmələr arasında ərazi aidiyyəti ilə bağlı fikir ayrılığı olduqda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verildiyinə görə, yuxarıda qeyd olunan hallara əsasən hazırkı kommersiya işi üzrə ərazi aidiyyəti Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45-ci maddəsini rəhbər tutaraq, QƏRARA A L D İ: Bakı Kommersiya Məhkəməsindən Sumqayıt Kommersiya Məhkəməsinə baxılması üçün göndərilmiş İddiaçı Cavabdeh2nə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair e-2- 2(113)-155/2023 nömrəli kommersiya işi ərazi aidiyyətinin müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-348/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-348/2023
09.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver