Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-35/2025 20.05.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə3, cavabdeh, həmçinin digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yöndəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 09 iyun 2020-ci il tarixli 159 saylı güzəştli kredit müqaviləsi üzrə 4311,40 (dörd min üç yüz on bir manat qırx qəpik) manat məbləğində əsas borc, 36,55 (otuz altı manat əlli beş qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 4347,95 (dörd min üç yüz qırx yeddi manat doxsan beş qəpik) manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi, tələbin Cavabdeh2 məxsus ipoteka predmeti olan Şamaxı rayonu, Dəmirçi kəndində yerləşən 0,07101 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin dəyərinin ipoteka qoyanın ipoteka saxlayanla razılığına əsasən 18000 (on səkkiz min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin satılması hesabına Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına olan 4347,95 (dörd min üç yüz qırx yeddi manat doxsan beş qəpik) manat məbləğində kredit borcunun və mediasiya ilə əlaqədar ödənilmiş 70 (yetmiş) manat məbləğində mediasiya xərcinin iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında 09 iyun 2020-ci il tarixli 159 nömrəli güzəştli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 6523,73 (altı min beş yüz iyirmi üç manat yetmiş üç qəpik) manat məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 (beş) il müddətində bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməsini öz öhdəsinə götürmüşdür. Cavabdeh1 ilə bağlanmış güzəştli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh2 arasında 09 iyun 2020-ci il tarixli 159 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən Cavabdeh1 ilə bağlanmış 09 iyun 2020-ci il tarixli 159 saylı güzəştli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 məxsus Şamaxı rayonu, Dəmirçi kəndində 0,07101 ha torpaq sahəsi və onun üzərində yerləşən yerləşən fərdi yaşayış evi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 2.2-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 18000 (on səkkiz min) manat məbləğində müəyyən edilmişdir. Cavabdeh1 ilə bağlanmış güzəştli kredit müqaviləsinin 3.4-cü bəndinə əsasən borclu bu müqavilə üzrə kreditora çatmalı olan krediti və ona hesablanmış faizləri və digər ödənişləri bu müqavilənin 5-ci bəndində nəzərdə tutulan müddətdə və qaydada ödəməyi öz öhdəsinə götürür. Güzəştli kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə görə Cavabdeh1 09 iyun 2020-ci il tarixli 159 saylı güzəştli kredit müqaviləsinə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Cavabdeh güzəştli kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına olan əsas borcu 4311,40 manat, faiz borcu 36,55 manat olmaqla, cəmi borcu 4347,95 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Sözügedən mübahisə üzrə medaitor MŞS.MT030.2023-2696 saylı, xx.xx.2023-cü il tarixli arayış təqdim etmiş və iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 70 (yetmiş) manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh, həmçinin digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 04 aprel 2024-cü il tarixdə məhkəməyə etiraz təqdim edərək, cavabdehlərdən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulacaq borc məbləğinin Cavabdeh2 məxsus ipoteka predmeti olan Şamaxı rayonu Dəmirçi kəndində 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən sahəsi 153,7 m2 olan fərdi yaşayış evinə yönəldilməsi hissəsində iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, digər cavabdehdən 09 iyun 2020-ci il tarixli 159 nömrəli güzəştli kredit müqaviləsi üzrə götərilmiş 5296,21 manat borc məbləğinin iddiaçının xeyrinə tutulması səhv və yanlışdır. Belə ki, cavabdehlərin borcu 3835 (üç min səkkiz yüz otuz beş) manat təşkil edir. Bundan başqa qeyd olunur ki, Cavabdeh2 məxsus Şamaxı rayonu, Dəmirçi kəndində yerləşən həyətyanı torpaq sahəsi yoxdur. Həmin torpaq sahəsi X4 məxsusdur. Bu baxımdan iddia tələbi borcun torpaq sahəsinə yönəldilməsi hissəsində təmin edilməməlidir. Bundan əlavə ipotekaya qoyulmuş cavabdehin mülkiyyətində olan Şamaxı rayonu, Dəmirçi kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatda olan bütün ailə üzvlərinin razılığı olmamışdır. Belə ki, ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan evdə daimi qeydiyyatda olan ailə üzvləri arvadı X7, oğlu X3, oğlu Cavabdeh1 və gəlini X1r. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı 13 mart 2025-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 09 iyun 2020-ci il tarixli 159 saylı güzəştli kredit müqaviləsi üzrə 2658,01 (iki min altı yüz əlli səkkiz manat bir qəpik) manat məbləğində əsas borc, 22,74 (iyirmi iki manat yetmiş dörd qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 2680,75 (iki min altı yüz səksən manat yetmiş beş qəpik) manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi, tələbin Cavabdeh2 məxsus ipoteka predmeti olan Şamaxı rayonu, Dəmirçi kəndində yerləşən 0,07101 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin dəyərinin ipoteka qoyanın ipoteka saxlayanla razılığına əsasən 18000 (on səkkiz min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin satılması hesabına Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına olan 2680,75 (iki min altı yüz səksən manat yetmiş beş qəpik) manat məbləğində kredit borcunun və mediasiya ilə əlaqədar ödənilmiş 70 (yetmiş) manat məbləğində mediasiya xərcinin iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə3 bildirmişdir ki, iddia tələbinin dəqiqləşdirməsi barədə ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. O, iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edildikdən sonra cavabdeh tərəfindən 19 mart 2025-ci il tarixdə 200 manat məbləğində ödəniş edildiyini və həmin məbləğin əsas borcdan silindiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh, həmçinin digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 kerdit müqaviləsi üzrə 2458,01 manat əsas borc qaldığını bildirmiş, məhkəmədən 22,74 manat faiz borcunun və 70 manat məbləğində mediasiya xərcinin silinməsini, eyni zamanda ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilərkən sonrakı ipoteka müqaviləsində göstərilmiş qiymətin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan borc verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə borc alan Cavabdeh1 arasında bağlanmış 10 iyul 2014-cü il tarixli 815 nömrəli kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcverən heyvandarlıq məqsədilə 8000 (səkkiz min) manat krediti illik faiz dərəcəsi 6 % olmaqla 36 ay müddətinə borcalana verməyi öhdəsinə götürür. Həmin müqavilənin 6.5-ci bəndinə əsasən borcalan krediti va ona hesablanmış faizlari bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini təmin edir. İş materiallarında olan kreditor İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə borclu Cavabdeh1 arasında bağlanmış 09 iyun 2020-ci il tarixli 159 nömrəli güzəştli kredit müqaviləsinin 1.2-ci bəndinə əsasən kreditor borclunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 6523,73 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 6523,73 manat məbləğində güzəştli krediti verməyi, borclu isə verilmiş krediti və ona hesablanan faizləri bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəli (kreditin qaytarılması cədvəli) üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. İş materiallarında olan ödəniş cədvəlində borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 09 iyun 2025-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur. Həmin ödəniş planı borcalan Cavabdeh1 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan ipoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı, borc alan Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 09 iyun 2020-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh2 mülkiyyətində olan Şamaxı rayonu, Dəmirçi kəndində yerləşən 0.07101 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019- cu il tarixli 551 saylı Fərmanının icrası ilə əlqədar borcalan ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Şamaxı filialı arasında bağlanmış 09 iyun 2020-ci tarixli 159 saylı kredit borcunun restruktrizasiyası müqaviləsi üzrə yaranmış borc öhdəliyinin təminatı olaraq ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayıanın razılığı ilə 18000 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Şamaxı rayonu, Dəmirçi kəndində yerləşən 0.7101 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 83 kv.m yaşayış, 70.7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Şamaxı rayonu, Dəmirçi kəndində yerləşən 0.071 ha torpaq sahəsi və onun üzərində yerləşən 153.7 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş, əsas öhdəliyin mahiyyəti kimi 09 iyun 2020-ci il tarixli 159 nömrəli güzəştli kredit müqaviləsi göstərilmişdir. İş materiallarında olan 11 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 09 iyun 2020-ci il tarixli 159 saylı nömrəli güzəştli kredit müqaviləsi üzrə 11 yanvar 2024-cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına 4311,40 manat məbləğində əsas borc və 36,55 manat məbləğində faiz borcu olmaqla, cəmi 4347,95 manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlərə 22 fevral 2024-cü il tarixdə pretenziya məktubu göndərilərək 09 iyun 2020-ci il tarixli, 159 saylı güzəştli kredit müqaviləsi üzrə 4311,40 manat əsas borc, 36,55 manat faiz borcu olmaqla, cəmi 4347,95 manat kredit borcunun 10 gün müddətində ödənilməsi, əks təqdirdə kreditin təminatı kimi girov qoyulmuş Cavabdeh2 məxsus Şamaxı rayonu, Dəmirçi kəndində yerləşən fərdi yaşayış evinin 0,07101 ha torpaq sahəsi ilə birlikdə hərraca çıxarılıb satılması hesabına Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Şamaxı filialına qalan kredit borcunun tam ödənilməsi məqsədilə hüquqi tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan 13 mart 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 09 iyun 2020-ci il tarixli 159 saylı nömrəli güzəştli kredit müqaviləsi üzrə 13 mart 2025-ci il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına 2658,01 manat məbləğində əsas borc və 22,74 manat məbləğində faiz borcu olmaqla, cəmi 2680,75 manat məbləğində borcu vardır. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 05 sentyabr 2024-cü il tarixli 9/3758 nömrəli ekspert rəyində göstərilir ki, Cavabdeh1 İddiaçı QSC-yə pretenziya məktubun göndərildiyi 12 fevral 2024-cü il tarixə 4199,78 manat əsas borc, 1,40 manat faiz borcu, 22 aprel 2024-cü il tarixə 4053,16 manat əsas, 5,85 manat faiz borcu vardır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 yanvar 2025-ci il tarixli 10/756, 9/7880 nömrəli ekspert rəyində göstərilir ki, Şamaxı rayonu, Dəmirçi kəndində yerləşən torpaq sahəsinə və fərdi yaşayış evinə yaxın ərazilərdə analoji torpaq sahələrinin və fərdi yaşayış evlərinin satışına və qiymətinə dair məlumat olmadığından sözügedən fərdi yaşayış evinin və torpaq sahəsinin mövcud orta bazar qiymətini müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermişdir. Lakin Cavabdeh1 09 iyun 2020-ci il tarixli 159 nömrəli güzəştli kredit müqaviləsini bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməli olan əsas və faiz borclarını müvafiq qaydada ödəməmiş, bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi “Cavabdeh1 2658,01 manat məbləğində əsas borcun iddiaçının xeyrinə tutulması” hissəsində qismən təmin edilməli, 2025-ci ilin mart ayında 200 manat ödəniş edilməsi nəzərə alınaraq Cavabdeh1 2458,01 manat məbləğində əsas borc tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməlidir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə istinad etdiyi maliyyə arayışında 13 mart 2025-ci il tarixinə 22,74 manat məbləğində məbləğində faiz hesablandığını bildirmişdir. Məhkəmə qeyd edir ki, kreditorun borcluya xəbərdarlıq məktubu göndərərək bütün borcu qaytarmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Buna görə kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin ödənilməsini borcludan tələb edə bilər. Məlum olduğu kimi, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 09 iyun 2020-ci il tarixli 159 nömrəli güzəştli kredit müqaviləsi üzrə iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən borcun müvafiq qaydada ödənilməsi barədə cavabdehlərə 22 fevral 2024-cü il tarixdə pretenziya məktubunun göndərilməsi nəzərə alınmalı və 05 sentyabr 2024-cü il tarixli 9/3758 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyində həmin tarixə hesablanmış 1,40 manat məbləğində faiz bоrcu Cavabdeh1 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. - 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; - 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; - 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: - 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; - 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx.xx.2020-ci il tarixli qərardadında göstərilir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Göründüyü kimi, kredit müqaviləsi üzrə Cavabdeh1 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə ipoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı, borc alan Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 09 iyun 2020-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 xüsusi mülkiyyətində olan Şamaxı rayonu, Dəmirçi kəndində yerləşən 0.071 ha torpaq sahəsi və onun üzərində yerləşən 153.7 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş torpaq sahəsinə və fərdi yaşayış evinə yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317, 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. Məhkəmə hesab edir ki, ipotekaya qoyulmuş əmlakın ilkin satış qiyməti ipoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı, borc alan Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 09 iyun 2020-ci il tarixli sonrakı ipoteka müqaviləsinin 2.2-ci bəndi nəzərə alınmaqla 18000 manat müəyyən edilməlidir. İddia tələblərinin “mediasiya ilə əlaqədar ödənilmiş cəmi 70 (yetmiş) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş 30 dekabr 2023-cü il tarixli MŞS.MT030.2023-2696 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışlardan görünür ki, hər iki müqavilə üzrə ilkin mediasiya sessiyasında tərəflər iştirak etmiş olsa da, mediasiya prosesi davam etdirilməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin olunmalı, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən mediatora ödənilmiş 70 (yetmiş) manat məbləğində mediasiya xərcinin 35 (otuz beş) manat məbləğində hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 2458,01 (iki min dörd yüz əlli səkkiz manat bir qəpik) manat məbləğində əsas borc və 1,40 (bir manat qırx qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 2459,41 (iki min dörd yüz əlli doqquz manat qırx bir qəpik) manat məbləğində borc tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 35 (otuz beş) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməli, iddiaçı "Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməli olan 2459,41 (iki min dörd yüz əlli doqquz manat qırx bir qəpik) manat məbləğində borc və 35 (otuz beş) manat məbləğində mediasiya xərci İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 xüsusi mülkiyyətində olan Şamaxı rayonu, Dəmirçi kəndində yerləşən 0.07101 ha torpaq sahəsinə və onun üzərində yerləşən 153.7 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməli, həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına olan 2459,41 (iki min dörd yüz əlli doqquz manat qırx bir qəpik) manat məbləğində borc və 35 (otuz beş) manat məbləğində mediasiya xərci ödənilməli, Cavabdeh2 xüsusi mülkiyyətində olan Şamaxı rayonu, Dəmirçi kəndində yerləşən 0.07101 ha torpaq sahəsinin və onun üzərində yerləşən 153.7 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 18000 (on səkkiz min) manat müəyyən edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, hazırkı iddia tələbinin təmin olunan hissəsinə uyğun olaraq hesablanmış 44,59 (qırx dörd manat əlli doqquz qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq X2 ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 2458,01 (iki min dörd yüz əlli səkkiz manat bir qəpik) manat məbləğində əsas borc və 1,40 (bir manat qırx qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 2459,41 (iki min dörd yüz əlli doqquz manat qırx bir qəpik) manat məbləğində borc tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 35 (otuz beş) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməli olan 2459,41 (iki min dörd yüz əlli doqquz manat qırx bir qəpik) manat məbləğində borc və 35 (otuz beş) manat məbləğində mediasiya xərci İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 xüsusi mülkiyyətində olan Şamaxı rayonu, Dəmirçi kəndində yerləşən 0.07101 ha torpaq sahəsinə və onun üzərində yerləşən 153.7 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına olan 2459,41 (iki min dörd yüz əlli doqquz manat qırx bir qəpik) manat məbləğində borc və 35 (otuz beş) manat məbləğində mediasiya xərci ödənilməlidir. Cavabdeh2 xüsusi mülkiyyətində olan Şamaxı rayonu, Dəmirçi kəndində yerləşən 0.07101 ha torpaq sahəsinin və onun üzərində yerləşən 153.7 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 18000 (on səkkiz min) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə 44,59 (qırx dörd manat əlli doqquz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq X2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-35/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-35/2025
20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver