Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-36/2025 26.11.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh3nə, Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun və digər ödənişlərin tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3nə, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun və digər ödənişlərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12874,99 (on iki min səkkiz yüz yetmiş dörd manat, doxsan doqquz qəpik) manat məbləğində əsas bоrc, 2721,4 (iki min yeddi yüz iyirmi bir manat, qırx qəpik) manat məbləğində faiz borcu, 1830,3 (min səkkiz yüz otuz manat, otuz qəpik) manat məbləğində cərimə оlmaqla, cəmi 17426,69 (on yeddi min dörd yüz iyirmi altı manat, altmış doqquz qəpik) manat məbləğində borcun, həmçinin 142,28 (yüz qırx iki manat, iyirmi səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bağlanmış 06 sentyabr 2019-cu il tarixli 016LCAR75542401 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh3 MMC-yə 36 ay müddətinə illik 18 % dərəcəsi ilə 30352,58 manat məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi iddiaçı ilə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 10 sentyabr 2019-cu il tarixli müvafiq olaraq 16FİZAM175623904 və 016FİZAM75542301 nömrəli zaminlik müqavilələri bağlanmış və onlar kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdürlər. Cavabdeh3 MMC onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcədə öhdəlik üzrə zaminlər Cavabdeh1 və Cavabdeh2 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini iddiaçı qarşısında tam icra etməyən Cavabdeh3 MMC-nin 13 fevral 2024-cü il tarixə iddiaçıya 12874,99 manat məbləğində əsas borcu, 2721,4 manat məbləğində faiz borcu olmaqla, 1830,3 manat məbləğində cərimə olmaqla, cəmi 17426,69 manat məbləğində borcu qalmaqdadır. Cavabdeh, eyni zamanda digər Cavabdeh3 qanuni təmsilçisi Cavabdeh2 03 oktyabr 2024-cü il tarixində keçirilmiş məhkəmə baxış iclasında məhkəməyə vəsatətlə müraciət edərək əlavə məhkəmə-mühasibatlıq ekspertizasına dair 09 sentyabr 2024-cü il tarixli ekspert rəyi ilə razı olmadığını, buna görə də məhkəmədən əlavə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli e-2-2(119)- 610/2024 nömrəli qərardadı ilə vəsatət təmin edilərək kommersiya işi üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İddiaçı 20 fevral 2025-ci il tarixində məhkəməyə vəsatətlə müraciət edərək, məhkəmədən iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilməsini, ekspert qarşısında “İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 06 sentyabr 2019-cu il tariхli, 016LCAR75542401 nömrəli kredit müqaviləsinin və 23 iyun 2021-ci il tarixli 16230621- 175542401R nömrəli restrukturizasiya razılaşmasının şərtləri birlikdə nəzərə alınmaqla Cavabdeh3 MMC-nin xx.xx.2024-cü il tarixə olan əsas, faiz və cərimə borcunun məbləği nə qədər təşkil edir?” sualının qoyulmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 07 mart 2025-ci il tarixli e-2-2(119)-36/2025 nömrəli qərardadı ilə vəsatət təmin edilərək kommersiya işi üzrə təkrar məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki 22 oktyabr 2025-ci il tarixli 9/2152 nömrəli ekspert rəyi ilə bağlı etirazı yoxdur. Ekspert rəyində qeyd edilən qiymətlər təxminən iddia ərizəsində qeyd edilən əsas borc məbləği ilə oxşardır. Belə ki, iddia ərizəsində əsas borcun məbləği 12874 manat qeyd edilmiş, ekspert rəyi ilə də 12384 manat məbləğində əsas borc hesablanmışdır. Faiz borcu iddia ərizəsində 2721,4 manat məbləğində qeyd edilmiş, ekspert rəyində isə 4167,21 manat məbləğində hesablanmışdır. İddiaçının nümayəndəsi əsas borc məbləğində fərqin olmasına baxmayaraq, ekspert rəyini nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 02 may 2024-cü il tarixində keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh3 MMC-nin qanuni təmsilçisi, eyni zamanda digər Cavabdeh2 izahatında iddia tələbində qeyd edilən əsas borc və faiz borcunun məbləğini qəbul etmədiyini, gecikmə faizi də ödəniş qrafikinə əlavə edildiyi üçün borc məbləğinin miqdarının artdığını, müqavilə üzrə etdiyi ödənişlərin miqdarını dəqiq xatırlamadığını bildirmişdir. Cavabdehin borc məbləğlə bağlı etirazının dəlilləri nəzərə alınaraq Sumqayıt Kommersiya Məhkəməsinin 04 iyun 2024-cü il tarixli e-2-2(119)-610/2024 nömrəli qərardadı ilə kommersiya işi üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 06 sentyabr 2019-cu il tarixli 016LCAR75542401 nömrəli kredit limiti müqaviləsinin 1.1-ci bəndinə əsasən, kreditverən (iddiaçı) borcalana (cavabdehə) 100000 manat məbləğində 120 ay müddətinə, 06 sentyabr 2029-cu il tarixinədək kredit limiti ayırır və kredit limiti çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmanı imzalamaqla kredit verməyi öhdəsinə götürür. Kredit limitinin müddəti ərzində borcalan ona kredit verilməsi barədə kreditverənə müraciət etmək hüququna malikdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, kredit limiti müqaviləsi çərçivəsində borcalana verilən kreditlər razılaşmanın bağlanması ilə rəsmiləşdirilir və bu müqavilə çərçivəsində veriləcək hər bir kredit üzrə kreditin illik faiz dərəcəsi, FİFD, cərimə və kreditin ödənilməsinə dair digər spesifik şərtlər bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən razılaşmalarla müəyyən ediləcəkdir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, borcalanın bu müqavilədən irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Bu məqsədlə bağlanmış zaminlik müqaviləsi bu müqaviləyə əsasən verilən kreditin faizi ilə birlikdə qaytarılmasına dair öhdəliyin vaxtında və lazımi qaydada icrasının təmin edilməsi üsuludur. İş materiallarında olan 06 sentyabr 2019-cu il tarixli 016LCAR75542401 nömrəli kredit limiti müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh3 MMC-nin banka olan borcunun həmin ödəniş cədvəlinə uyğun olaraq son ödəniş tarixi 10 mart 2022-ci il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 06 sentyabr 2019-cu il tarixli 016LCAR75542401 nömrəli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 10 sentyabr 2019-cu il tarixli 1 nömrəli razılaşmanın 2-ci bəndinə əsasən, kreditverən 06 sentyabr 2019-cu il tarixli 016LCAR75542401 nömrəli kredit limiti müqaviləsi çərçivəsində illik 21 faiz dərəcəsi ilə 06 mart 2022-ci il tarixinədək 0 ay güzəşt olmaqla 30000 manat məbləğdə borc pul vəsaitini borcalanın mülkiyyətinə verir. Borcalan isə 300 manat məbləğdə xidmət haqqı ödəyir. Həmin razılaşmanın 5-ci bəndinə əsasən, razılaşmanın 2-ci bəndinə uyğun olaraq kredit üzrə faktiki illik faiz dərəcəsi 21,9 faizdir. Həmin razılaşmanın 8-ci bəndinə əsasən, 06 sentyabr 2019-cu il tarixli 016LCAR75542401 nömrəli kredit limiti müqaviləsinə əlavə olunmuş ödəniş cədvəli üzrə ödənişlər lazımi qaydada həyata keçirilmədikdə, bu razılaşma çərçivəsində verilmiş kreditlər üzrə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 21%+5% gecikdirmə faizi ilə hesablanır. Borcalan bu razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə tam olaraq qaytarılmalı olduğu tarixədək öhdəliklərini icra etmədiyi yaxud lazımi qaydada icra etmədiyi təqdirdə kreditverənə gecikdirilmiş borc məbləğinin 40 % məbləğində cəriməni ödəməlidir. Qeyd olunanlarla yanaşı kreditverən dəbbə pulunu yaxud öhdəliyin icra olunmaması nəticəsində dəymiş zərərin ödənilməsinin tələb edilməsini seçmək hüququnu özündə saxlayır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 23 iyun 2021-ci il tarixli 16230***-*******01R nömrəli restrukturizasiya razılaşmasının 1-ci bəndinə əsasən, tərəflər arasında bağlanmış 06 sentyabr 2019-cu il tarixli 016LCAR75542401 nömrəli kredit limiti müqaviləsinə əsasən kreditverən borcalana 120 ay müddətinə illik 30 faizdən çox olmamaq şərtilə 100000 manat məbləğində kredit limiti ayrılmasına dair şərtlər barədə razılığa gəlmişdirlər. Həmin razılaşmanın 2-ci bəndinə əsasən, kreditverən bu razılaşmanın 1-ci bəndində qeyd edilmiş kredit limiti müqaviləsi çərçivəsində bağlanmış 19 sentyabr 2019-cu il tarixli Əlavə razılaşmaya əsasən borcalana illik 21 faiz dərəcəsi ilə 30 ay müddətinə 01 dekabr 2022-ci il tarixinədək 25179,9 manat məbləğdə kredit vermişdir və bu Restrukturizasiya Razılaşmasının imzalanması tarixinə borcalanın həmin kredit (borc) üzrə 30352,58 manat məbləğdə əsas borc və 0 manat məbləğdə faiz borcu mövcuddur. Həmin razılaşmanın 4-cü bəndinə əsasən, borcalan bu restrukturizasiya razılaşmasının ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən bu restrukturizasiya razılaşması üzrə ödənişləri vaxtında və lazımi qaydada kreditverənin xeyrinə icra etməyi öz öhdəsinə götürür. İş materiallarında olan 23 iyun 2021-ci il tarixli 16230***-*******01R nömrəli restrukturizasiya razılaşmasına əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh3 MMC-nin banka olan borcunun həmin ödəniş cədvəlinə uyğun olaraq son ödəniş tarixi 24 iyun 2024-cü il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 06 sentyabr 2019-cu il tarixli 016LCAR75542401 nömrəli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 12 dekabr 2019-cu il tarixli 2 nömrəli razılaşmanın 2-ci bəndinə əsasən, kreditverən 06 sentyabr 2019-cu il tarixli 016LCAR75542401 nömrəli kredit limiti müqaviləsi çərçivəsində illik 22 faiz dərəcəsi ilə 12 oktyabr 2021-ci il tarixinədək 0 ay güzəşt olmaqla 15000 manat məbləğdə borc pul vəsaitini boracalanın mülkiyyətinə verir. Borcalan isə 150 manat məbləğdə xidmət haqqı ödəyir. Həmin razılaşmanın 5-ci bəndinə əsasən, razılaşmanın 2-ci bəndinə uyğun olaraq kredit üzrə faktiki illik faiz dərəcəsi 22 faizdir. Həmin razılaşmanın 8-ci bəndinə əsasən, 06 sentyabr 2019-cu il tarixli 016LCAR75542401 nömrəli kredit limiti müqaviləsinə əlavə olunmuş ödəniş cədvəli üzrə ödənişlər lazımi qaydada həyata keçirilmədikdə, bu razılaşma çərçivəsində verilmiş kreditlər üzrə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 21%+5% gecikdirmə faizi ilə hesablanır. Borcalan bu razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə tam olaraq qaytarılmalı olduğu tarixədək öhdəliklərini icra etmədiyi yaxud lazımi qaydada icra etmədiyi təqdirdə kreditverənə gecikdirilmiş borc məbləğinin 40% məbləğində cəriməni ödəməlidir. Qeyd olunanlarla yanaşı kreditverən dəbbə pulunu yaxud öhdəliyin icra olunmaması nəticəsində dəymiş zərərin ödənilməsinin tələb edilməsini seçmək hüququnu özündə saxlayır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 01 may 2020-ci il tarixli 016LCAR201220001 nömrəli restrukturizasiya razılaşmasının 1-ci bəndinə əsasən, tərəflər arasında bağlanmış 06 sentyabr 2019-cu il tarixli 016LCAR75542401 nömrəli kredit limiti müqaviləsinə əsasən kreditverən borcalana 120 ay müddətinə illik 30 faizdən çox olmamaq şərtilə 100000 manat məbləğində kredit limiti ayrılmasına dair şərtlər barədə razılığa gəlmişdirlər. Həmin razılaşmanın 2-ci bəndinə əsasən, kreditverən bu razılaşmanın 1-ci bəndində qeyd edilmiş kredit limiti müqaviləsi çərçivəsində bağlanmış 12 dekabr 2019-cu il tarixli Əlavə razılaşmaya əsasən borcalana illik 22 faiz dərəcəsilə 30 ay müddətinə 12 iyun 2022-ci il tarixinədək 15000 mant məbləğdə kredit vermişdir və bu restrukturizasiya razılaşmasının imzalanması tarixinə borcalanın həmin kredit üzrə 13840,33 manat məbləğdə əsas borc, 410,13 manat məbləğdə faiz borcu mövcuddur. Həmin razılaşmanının 4-cü bəndinə əsasən, borcalan bu restrukturizasiya razılaşmasının ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən bu restrukturizasiya razılaşması üzrə ödənişləri vaxtında və lazımi qaydada kreditverənin xeyrinə icra etməyi öz öhdəsinə götürür. İş materiallarında olan 01 may 2020-ci il tarixli 016LCAR201220001 nömrəli restrukturizasiya razılaşmasına əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh3 MMC-nin banka olan borcunun həmin ödəniş cədvəlinə uyğun olaraq son ödəniş tarixi 01 noyabr 2022-ci il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 05 oktyabr 2020-ci il tarixli 016LCAR201220001 nömrəli restrukturizasiya razılaşmasının 1-ci bəndinə əsasən, tərəflər arasında bağlanmış 06 sentyabr 2019-cu il tarixli 016LCAR75542401 nömrəli kredit limiti müqaviləsinə əsasən kreditverən borcalana 120 ay müddətinə illik 30 faizdən çox olmamaq şərtilə 100000 manat məbləğində kredit limiti ayrılmasına dair şərtlər barədə razılığa gəlmişdirlər. Həmin razılaşmanın 2-ci bəndinə əsasən, kreditverən bu Razılaşmanın 1-ci bəndində qeyd edilmiş kredit limiti müqaviləsi çərçivəsində bağlanmış 12 dekabr 2019-cu il tarixli Əlavə Razılaşmaya əsasən borcalana illik 22 faiz dərəcəsilə 30 ay müddətinə 15000 manat məbləğdə kredit vermişdir və bu restrukturizasiya razılaşmasının imzalanması tarixinə borcalanın həmin kredit üzrə 13423,27 manat məbləğdə əsas borc və 687,91 manat məbləğdə faiz borcu mövcuddur. Həmin razılaşmanının 5-ci bəndinə əsasən, borcalan bu restrukturizasiya razılaşmasının ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən bu restrukturizasiya razılaşması üzrə ödənişləri vaxtında və lazımi qaydada kreditverənin xeyrinə icra etməyi öz öhdəsinə götürür. İş materiallarında olan 05 oktyabr 2020-ci il tarixli 016LCAR201220001 nömrəli restrukturizasiya razılaşmasına əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh3 MMC-nin banka olan borcunun həmin ödəniş cədvəlinə uyğun olaraq son ödəniş tarixi 06 mart 2023-cü il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 10 sentyabr 2019cu il tarixli 016FİZAM75542301 nömrəli, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 10 sentyabr 2019-cu il tarixli 016FİZAM75542301 nömrəli zaminlik müqavilələrinin 1.2-ci bəndlərinə əsasən, icrası zaminliklə təmin olunmuş öhdəlik və onun məzmunu kreditor və borclu Cavabdeh3 MMC-nin nizamnaməsinə əsasən hərəkət edən Cavabdeh2 arasında bağlanmış “06 sentyabr 2019-cu il tarixli 016LCAR75542401 nömrəli kredit limiti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalarla müəyyən olunur. Kredit limiti müqaviləsinə əsasən kreditor borcluya 120 ay müddətinə 100000 manat məbləğindək illik 30%-dən çox olmamaq şərtilə kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan razılaşmalar bağlamaqla kredit verir. Həmin müqavilələrin 2.1-ci bəndlərinə əsasən, zamin(lər) faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır(lar). Həmin müqavilələrin 2.2-ci bəndlərinə əsasən, borclu kreditor qarşısında olan öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə, kreditor öz mülahizəsinə əsasən həmin öhdəliyin icrasını borcludan və ya zamin(lər)dən, yaxud onların hər ikisindən birlikdə tələb edə bilər. İş materiallarında olan 12 dekabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, borcalanın (Cavabdeh3 MMC-nin) iddiaçıya 12874,99 manat məbləğində əsas borcu, 5214,39 manat məbləğində faiz borcu olmaqla, cəmi 18089,38 manat məbləğində borcu vardır. İş materiallarında olan 28 fevral 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq məktubları göndərilərək 12874,99 manat məbləğində əsas borc, 2721,4 manat məbləğində faiz borcu, 1830,3 manat məbləğində cərimə olmaqla, ümumilikdə 17426,69 manat məbləğində borclarının olduğu bildirilərək həmin borcun ödənilməsi tələb edilmişdir. Məktublarda, həmçinin öhdəliklərini pozduqları üçün göstərilən borc banka ödənilmədiyi təqdirdə müvafiq tədbirlərin görüləcəyi cavabdehlərin nəzərlərinə çatdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş 09 sentyabr 2024-cü il tarixli 9/4665 nömrəli ekspert rəyində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 06 sentyabr 2019-cu il tarixli 016CLAR75542401 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh3 MMC-nin İddiaçı ASC-yə sualda qeyd edilən tarixə, yəni 13 fevral 2024-cü il tarixə olan borcu 18883,51 manat (10562,68 manat məbləğində əsas borc, 8320,83 manat məbləğində faiz borcu olmaqla) məbləğində müəyyən edilir. Həmin rəydə “Qeyd” olaraq hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 06 sentyabr 2019-cu il tarixli 016CLAR75542401 nömrəli kredit müqaviləsinin 3.3-cü bəndində cərimə nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün Cavabdeh3 MMC-yə cərimə borcu hesablanmadığı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş 16 yanvar 2025-ci il tarixli 9/8602 nömrəli ekspert rəyində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 23 iyun 2021-ci il tarixli 016230***-*******01R nömrəli restrukturizasiya razılaşmasında qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh3 MMC-nin İddiaçı ASC-yə sualda qeyd edilən tarixə, yəni 13 fevral 2024-cü il tarixə olan borcu 6936,57 manat məbləğində (4721,97 manat məbləğində əsas borc, 2214,6 manat məbləğində faiz borcu olmaqla) müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş 22 oktyabr 2025-ci il tarixli 9/2152 nömrəli ekspert rəyində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, 1-ci sual üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 23 iyun 2021-ci il tarixli 16230***-*******01R nömrəli restrukturizasiya razılaşmasının şərtlərinə əsasən "xxxx" MMC-nin İddiaçı ASC-yə olan borcu 16551,21 manat məbləğində (12384 manat məbləğində əsas borc, 4167,21 manat məbləğində faiz borcu olmaqla) müəyyən edilir. 2ci sual üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 05 oktyabr 2020-ci il tarixli 016LCAR201220001 nömrəli restrukturizasiya razılaşması üzrə Cavabdeh3 MMC-nin İddiaçı ASC-yə borcu olmadığı müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmənin mövqeyi: Təsvir olunanlarla müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 06 sentyabr 2019-cu il tarixli 016LCAR75542401 nömrəli kredit limiti müqaviləsi çərçivəsində tərəflər arasında 10 sentyabr 2019-cu il tarixli 1 nömrəli razılaşma və həmin razılaşma üzrə 23 iyun 2021-ci il tarixli 16230***-*******01R nömrəli restrukturizasiya razılaşması, eyni zamanda həmin kredit limiti müqaviləsi çərçivəsində 12 dekabr 2019-cu il tarixli 2 nömrəli razılaşma və həmin razılaşma üzrə 01 may 2020-ci il tarixli 016LCAR201220001 nömrəli və 05 oktyabr 2020-ci il tarixli 016LCAR201220001 nömrəli restrukturizasiya razılaşmaları imzalanmış, cavabdeh 12 dekabr 2019-cu il tarixli 2 nömrəli razılaşma və həmin razılaşma üzrə 01 may 2020-ci il tarixli və 05 oktyabr 2020-ci il tarixli restrukturizasiya razılaşmaları üzrə öhdəliklərini yerinə yetirsə də (22 oktyabr 2025-ci il tarixli 9/2152 nömrəli ekspert rəyində də bu nəticəyə gəlinmişdir), 10 sentyabr 2019-cu il tarixli 1 nömrəli razılaşma və həmin razılaşma üzrə 23 iyun 2021-ci il tarixli 16230***- *******01R nömrəli restrukturizasiya razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək ödənilməli olan əsas və faiz borclarını tam ödəmədiyindən, onun sözügedən razılaşma və ona edilmiş restrukturizasiya razılaşması üzrə borcu yaranmışdır. Cavabdeh3 MMC öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, onunla birlikdə, həmçinin zaminlər Cavabdeh1 və Cavabdeh2 da iddiaçı ilə aralarında bağlanmış zaminlik müqavilələrinin şərtlərinə əsasən, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyətləri yaranmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı və cavabdeh "xxxx" MMC arasında bağlanmış 10 sentyabr 2019-cu il tarixli 1 nömrəli razılaşma və həmin razılaşma üzrə 23 iyun 2021-ci il tarixli 16230***-*******01R nömrəli restrukturizasiya razılaşması üzrə tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən iddia tələbi və cavabdehlərin mənafeyi nəzərə alınaraq əsas borcun məbləği müəyyən edilərkən 22 oktyabr 2025-ci il tarixli 9/2152 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalı, həmin kredit müqaviləsi üzrə 12384 manat məbləğində əsas borc tutulmalıdır. Belə ki, iddia ərizəsində sözügedən kredit müqaviləsi üzrə 12874,99 manat məbləğində əsas borcun tutulması xahiş edilsə də, 22 oktyabr 2025-ci il tarixli 9/2152 nömrəli ekspert rəyində əsas borcun məbləği 12384 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehlərdən tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən iddia tələbi və cavabdehlərin mənafeyi nəzərə alınaraq faiz borcunun məbləği məhkəmə-mühasibatlıq ekspertizasının 22 oktyabr 2025-ci il tarixli 9/2152 nömrəli ekspert rəyində qeyd edilmiş nəticəyə əsasən deyil, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmaqla, iddiaçı tərəfindən verilmiş iddia tələbinə və cavabdehlərə göndərilmiş 28 fevral 2024-cü il tarixli xəbərdarlıq məktublarına uyğun olaraq müəyyən edilməlidir. Belə ki, sözügedən ekspert rəyində hesablanmış faiz borcunun məbləği iddia ərizəsində və 28 fevral 2024-cü il tarixli xəbərdarlıq məktublarında qeyd edilənlərdən daha yüksək məbləğdədir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin 2721,4 manat məbləğində faiz borcunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə hissəsi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehlərdən müştərək qaydada 1830,3 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehlərin həmin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, və tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (10 sentyabr 2019-cu il tarixli 1 nömrəli razılaşmanın 8-ci bəndi) iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimə borcunun əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla nəzərə alınmaqla, iddia tələbinin cavabdehlərdən müştərək qaydada 1830,3 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin olunmalı, tələb olunan dəbbə pulunun məbləği azaldılaraq 620 manat məbləğində cərimə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan əlavə, iddia tələbinin 142,28 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 15 mart 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 142,28 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 137,18 manat təşkil etdiyindən həmin məbləğdə pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Bunlardan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 sentyabr 2024-cü il tarixli 9/4665 nömrəli, 16 yanvar 2025-ci il tarixli 9/8602 nömrəli və 22 oktyabr 2025-ci il tarixli 9/2152 nömrəli ekspert rəylərinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılan ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 250 manat təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 250 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 12384 manat məbləğində əsas borc, 2721,4 manat məbləğində faiz bоrcu, 620 manat məbləğində cərimə, 137,18 (yüz otuz yeddi manat, on səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 15862,58 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməli, həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 250 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh3ndən, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 12384 (on iki min üç yüz səksən dörd) manat məbləğində əsas borc, 2721,4 (iki min yeddi yüz iyirmi bir manat, qırx qəpik) manat məbləğində faiz bоrcu, 620 (altı yüz iyirmi) manat məbləğində cərimə, 137,18 (yüz otuz yeddi manat, on səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 15862,58 (on beş min səkkiz yüz altmış iki manat, əlli səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh3ndən, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-36/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-36/2025
26.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver