Məhkəmə qərarları › İş №e-2-2(119)-364/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-364/2024

29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-364/2024 29.03.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əliyeva Təhminə Faiq qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun və digər ödənişin tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun və digər ödənişin tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azerant” MMC aralarında bağlanmış kredit xətti razılaşması üzrə 45484,53 (qırx beş min dörd yüz səksən dörd manat, əlli üç qəpik) manat məbləğində borc, 150,35 (yüz əlli manat, otuz beş qəpik) manat məbləğində faiz borcu, 132,67 (yüz otuz iki manat, altmış yeddi qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 45767,55 (qırx beş min yeddi yüz altmış yeddi manat, əlli beş qəpik) manat məbləğində borcun və 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzinin həmin cavabdehdən və öhdəliyin icrasını təmin etmək məqsədilə bağlanmış zaminlik müqaviləsi üzrə zamin qismində iştirak etmiş digər Cavabdeh2 birgə qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə 29 mart 2024-cü il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclasında tərəflər iştirak etməmişlər. İddiaçı 14 mart 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin, eləcə də ödənilmiş 228 manat məbləğində dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələblərinə görə, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının 14 mart 2024-cü il tarixli ərizəsi əsasında iddia ərizəsi baxılmamış saxlanılaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bundan əlavə, iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindəki məlumatlarla, o cümlədən ərizəyə əlavə edilmiş ********** nömrəli ödəniş qəbzi ilə müəyyən edilir ki, iddiaçı tərəfindən həmin ərizənin verilməsi üçün 228 manat məbləğində dövlət rüsumu “X1” vasitəsilə 14 fevral 2024-cü il tarixində dövlət büdcəsinə (Sumqayıt Kommersiya Məhkəməsi üçün) ödənilmişdir. Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: Ərizə təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun və digər ödənişin tutulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı “PAŞA Bank" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun və digər ödənişin tutulması” barədə iddia ərizəsi üzrə ********** nömrəli ödəniş qəbzinə əsasən “X1” vasitəsilə dövlət büdcəsinə ödənilmiş 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 14 fevral 2024-cü il, 16:45:26; Sumqayıt Kommersiya Məhkəməsi üçün) həmin ödənişi etmiş iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar