Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-374/2024 23.02.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehə qarşı verilmiş “icarə haqqı borcunun tutulması” tələbi barədə iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı “icarə haqqı borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən dövlət mülkiyyətində olan torpaq sahəsinin icarə qaydasında istifadə edilməsindən yaranmış 2400 (iki min dörd yüz) manat məbləğində borcun ondan tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, iş materiallarında olan və cavabdehə ünvanlanmış “Dövlət mülkiyyətində olan torpaq sahəsinə görə icarə haqqının ödənilməsi haqqında” məktubun məzmununda cavabdehin xx.xx.2024-cü il tarixinə dövlət büdcəsinə 3900 manat məbləğində borcunun olması qeyd edilmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş və çap tarixi xx.xx.2024-cü il olan şəxsi hesab vərəqəsinin “Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqə” bölməsindən də görünür ki, cavabdehin dövlət torpaq sahəsindən icarəyə görə 3900 manat məbləğində qalıq borcu mövcuddur. Halbuki iddiaçı tərəfindən hazırkı iddia ərizəsində icarə haqqı borcunun məbləğinin 2400 manat məbləğində olması göstərilmiş, həmin tələbi təsdiqləyən, yəni borc məbləğinin məhz 2400 manat olduğunu təsdiq edən hər hansı sənəd (maliyyə arayışı və ya sübut qismində qiymətləndirilə biləcək digər sənəd) iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə Mülki- Prosessual Məcəllənin 23-1-ci fəslinə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-4.1 və 284-4.1.3-cü maddələrinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən, Mülki-Prosessual Məcəllənin 284- 4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Beləliklə, Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələbinə riayət edilməklə verilmədiyinə görə iddiaçı tərəfindən cavabdehə qarşı verilmiş “icarə haqqı borcunun tutulması” tələbi barədə iddia ərizəsinin sadələşdirilmiş icraat qaydasında məhkəmə icraatı mümkün deyil və ərizənin qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilərək məhkəməyə təqdim olunmuş “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat” adlanan sənədə əsasən, iddiaçı tərəfindən mübahisənin məhkəməyəqədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən müvafiq sənəd xx.xx.2024-cü il tarixində cavabdehin Dövlət Vergi Xidmətinin X1 Sistemindəki elektron kabinetinə göndərilsə də, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdehə göndərilməmiş və ya göndərilməsini təsdiq edən müvafiq sənəd iş materiallarına əlavə edilməmişdir. Belə ki, “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat” adlanan digər sənədin “Sənədi qəbul edən şəxsin adı” sütunundan aydın olur ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdehə deyil, Sumqayıt Kommersiya Məhkəməsinə ünvanlanmışdır. Bununla da hazırkı iddia ərizəsi məhkəməyə Mülki Prosessual Məcəllənin 150.1.4-cü və 150.2-ci maddələrinin tələblərinə riayət edilməklə verilməmişdir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266, 284-1, 284-3, 284-4-cü maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D I: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı verilmiş “icarə haqqı borcunun tutulması” tələbi barədə iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah olunsun ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-374/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-374/2024
23.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver