Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-375/2024 24.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “icarə haqqı borcunun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “icarə haqqı borcunun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən 10000 (on min) manat məbləğində icarə haqqı borcunun, mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərcinin və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixli BNFFC-HAA-02 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçıya məxsus olan “X3 (28+1)” markalı 99NU661 dövlət qeydiyyat nişanlı avtobus cavabdehin icarəsinə verilmişdir. Bu müqavilənin 1.2-ci bəndinə əsasən aylıq icarə haqqı 4000 (dörd min) manat müəyyən olunmuşdur. Lakin cavabdeh həmin əmlakdan istifadə etmiş, 2 ay 15 gün üzrə icarə haqqını ödəməmiş və nəticədə onun iddiaçıya ödənilməmiş 10000 (on min) manat məbləğində icarə haqqı borcu yaranmışdır. İddiaçı həmin borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etmiş, lakin cavabdeh bu borcu qaytarmamışdır. İcarə münasibətləri 20 iyul 2023-cü il tarixdən dayandırılmış və nəticədə 2 ay 15 gün üzrə ödənilməmiş icarə haqqı borcu qalmışdır. İddiaçı cavabdehə mediasiya təklifi göndərmiş, mediasiyaya müraciət etmiş, lakin keçirilmiş ilkin mediasiya sesiyasında cavabdeh iştirak etməmişdir. Məhkəmə hazırlıq iclaslarında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, icarəyəverən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanmış 01 dekabr 2021-ci il tarixli, BNFFC-HAA-02 nömrəli nəqliyyat vasitəsinin icarə müqaviləsinin 1-ci bəndinə əsasən icarəyəverən qanuni əsaslarla ona məxsus olan “X3 (28+1)” markalı 99NU661 dövlət qeydiyyat nişanlı avtobusu aylıq icarə haqqı 4000 (dörd min) manat olmaqla etibarnamə əsasında sürücüsü ilə (Sürücü: X1, Ş/V: AA0749369, qeydiyyat ünvanı: ünvan 1 sərnişin avtobusunu öz xidməti ehtiyaclarını ödəmək üçün təyinatına uyğun olaraq istifadə etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndinə əsasən tərəflər arasında olan bütün hesablaşmalar qarşılıqlı razılaşdırılmış və təsdiqlənmiş xidməti akt əsasında həyata keçirilir. Ödəmələr hər növbəti ayın 5-dən 10-dək rəsmi köçürmə yolu ilə həyata keçirilməlidir. Tərəflər arasında olan bütün hesablaşmalar müəyyən olunmuş nağdsız hesablaşmalar qaydasında həyata keçirilir. Müqavilədə göstərilən məbləğə gəlir vergisi daxildir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 3300 manat məbləğində icarə haqqının ödənilməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBBN seriyalı 461884 nömrəli, 4000 manat məbləğində icarə haqqının ödənilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBBQ seriyalı 518171 nömrəli, 4000 manat məbləğində icarə haqqının ödənilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBBQ seriyalı 519164 nömrəli, 4000 manat məbləğində icarə haqqının ödənilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBBS seriyalı 000278 nömrəli, 4000 manat məbləğində icarə haqqının ödənilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBBT seriyalı 443801 nömrəli, 4000 manat məbləğində icarə haqqının ödənilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBBV seriyalı 328747 nömrəli, 4000 manat məbləğində icarə haqqının ödənilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBBX seriyalı 072145 nömrəli, 4000 manat məbləğində icarə haqqının ödənilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBBZ seriyalı 126113 nömrəli, 4000 manat məbləğində icarə haqqının ödənilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBBZ seriyalı 125517 nömrəli, 4000 manat məbləğində icarə haqqının ödənilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBCA seriyalı 933811 nömrəli, 4000 manat məbləğində icarə haqqının ödənilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBCC seriyalı 607753 nömrəli, 4000 manat məbləğində icarə haqqının ödənilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBCE seriyalı 378682 nömrəli, 4000 manat məbləğində icarə haqqının ödənilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBCİ seriyalı 167899 nömrəli, 4000 manat məbləğində icarə haqqının ödənilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBCK seriyalı 313846 nömrəli, 4000 manat məbləğində icarə haqqının ödənilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBCM seriyalı 048607 nömrəli, 4000 manat məbləğində icarə haqqının ödənilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBCN seriyalı 969254 nömrəli, 4000 manat məbləğində icarə haqqının ödənilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDA seriyalı 980064 nömrəli, 4000 manat məbləğində icarə haqqının ödənilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDC seriyalı 686769 nömrəli, 4000 manat məbləğində icarə haqqının ödənilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDE seriyalı 784797 nömrəli, 4000 manat məbləğində icarə haqqının ödənilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDG seriyalı 961963 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan İddiaçı "xxxx" QSC-də olan bank hesabından çıxarışdan görünür ki, Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixdə 3300 manat, xx.xx.2022ci il tarixdə 4000 manat, xx.xx.2022-ci il tarixdə 4000 manat, xx.xx.2022-ci il tarixdə 4000 manat, xx.xx.2022-ci il tarixdə 4000 manat, xx.xx.2022-ci il tarixdə 4000 manat, xx.xx.2022-ci il tarixdə 4000 manat, xx.xx.2022-ci il tarixdə 4000 manat, xx.xx.2022-ci il tarixdə 4000 manat, xx.xx.2022-ci il tarixdə 4000 manat, xx.xx.2022-ci il tarixdə 4000 manat, xx.xx.2022-ci il tarixdə 4000 manat, xx.xx.2022-ci il tarixdə 4000 manat, xx.xx.2023-cü il tarixdə 4000 manat, xx.xx.2023-cü il tarixdə 4000 manat, xx.xx.2023-cü il tarixdə 4000 manat, xx.xx.2023-cü il tarixdə 4000 manat və xx.xx.2023-cü il tarixdə 4000 manat məbləğində olmaqla, ümumilikdə 71300 (yetmiş bir min üç yüz) manat məbləğində ödəniş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında 01 dekabr 2021-ci il tarixli, BNFFC-HAA-02 nömrəli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı ona məxsus “X3 (28+1)” markalı 99NU661 dövlət qeydiyyat nişanlı avtobusu cavabdehin icarəsinə vermişdir. Sözügedən müqavilə üzrə 79300 (yetmiş doqquz min üç yüz) manat dəyərində icarə haqqının ödənilməsi ilə əlaqədar İddiaçı Cavabdehnə 20 ədəd elektron qaimə göndərmiş, cavabdeh isə cəmi 71300 (yetmiş bir min üç yüz) manat məbləğində ödəniş etsə də, öhdəliyini lazımi qaydada icra etməyərək icarə haqqı tam ödəməmişdir. Buna görə də, İddiaçı Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, İddiaçı ilə icarəçi Cavabdeh arasında 01 dekabr 2021-ci il tarixli, BNFFC-HAA-02 nömrəli nəqliyyat vasitəsinin icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. İddiaçı tərəfindən iddia ərizəsində 10000 (on min) manat məbləğində icarə haqqı borcunun tutulması tələb edilsə də, məhkəmə araşdırması zamanı cavabdehin iddiaçı tərəfindən göndərilmiş elektron qaimələr üzrə ödənilməmiş cəmi 8000 (səkkiz min) manat məbləğində icarə haqqı borcunun olması müəyyən edilmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi 10000 (on min) manat məbləğində icarə haqqı borcunun cavadehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qismən təmin olunmalı, həmin müqavilə üzrə ödənilməmiş 8000 (səkkiz min) manat məbləğində icarə haqqı borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Sumqayıt 1 saylı Mediasiya təşkilatının 17 yanvar 2024-cü il tarixli MŞS/MT030/2024-00012 nömrəli arayışından görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş olsa da, Cavabdeh nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmiş və mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə təmin edilməli, İddiaçı tərəfindən mediatora ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərci Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddia tələbinin cavabdehdən “ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun əvəzinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə təmin edilməli, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 8000 (səkkiz min) manat məbləğində icarə haqqı borcu, mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərci və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8120 (səkkiz min yüz iyirmi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun hesablanan 100 (yüz) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 80 (səksən) manat məbləğində pul vəsaiti (100-20=80 manat) Cavabdehndən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 8000 (səkkiz min) manat məbləğində icarə haqqı borcu, mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərci və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8120 (səkkiz min yüz iyirmi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən 80 (səksən) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-375/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-375/2024
24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver