Məhkəmə qərarları › İş №e-2-2(119)-379/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-379/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-379/2021 29.04.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər “X4 Təsərrüfatı” MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı müqavilənin ləğvi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər “X4 Təsərrüfatı” MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı müqavilənin ləğvi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh “X4 Təsərrüfatı” MMC arasında bağlanılmış 04.05.2018-ci il tarixli, 1802 XK nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə illik 20 faizlə, 48 ay müddətinə 450.000 (dörd yüz əlli min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı qismində Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş 18.05.2011-ci il tarixli, MA seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh3 mülkiyyətində olan Siyəzən şəhəri, Xətai küçəsində istifadədə olan 0.07 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli 1A nömrəli qeyri-yaşayış binası (mağaza); 26.04.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh3 mülkiyyətində olan Siyəzən rayonu, Qara Siyəzən kəndində 1.0018 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 658,6 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə; 03.04.2008-ci il tarixli MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh4 mülkiyyətində olan Siyəzən şəhəri, B.Bayramov küçəsində istifadədə olan 0.0139 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli 4 otaqlı 17 nömrəli fərdi yaşayış evi və 18.12.2008-ci il tarixli MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan Siyəzən şəhəri, Su Kəməri küçəsində yerləşən 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsində 42.3 kv.m. yaşayış, 36.2 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 3.3-cü bəndinə əsasən, kredit məbləğinin kreditin kredit alan üçün açılan ssuda hesabına köçürüldüyü tarixdən başlayaraq hər 30 (otuz) təqvim gününün bitdiyi gündən ertəsi gün kredit alan tərəfindən kredit verənin hesabına nəğd və ya köçürmə yolu ilə müqavilənin 4.1-ci bəndi ilə müəyyən olunan müddət ərzində hər ay bərabər hissələrlə geri qaytarılması nəzərdə tutulmuşdur. Lakin “X4 Təsərrüfatı” MMC bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin hal-hazırda ləğv prosesində olan İddiaçı ASC-yə 27.10.2020-ci il tarixə 396.507,22 (üç yüz doxsan altı min beş yüz yeddi manat, 22 qəpik) manat əsas borc, 135.269,67 (bir yüz otuz beşmin iki yüz altmış doqquz manat, 67 qəpik) manat faiz borcu, 14.091,44 (on dörd min doxsan bir manat, 44 qəpik) manat gecikdirilməyə görə hesablanmış cərimə olmaqla, cəmi: 545.868,33 (beş yüz qırx beş min səkkiz yüz altmış səkkiz manat, 33 qəpik) manat borcu vardır. Pul məbləğinin ödənilməsi tələbi ilə iddiaçı tərəfindən dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas borc, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Göstərilənləri nəzərə alaraq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC məhkəmədən “X4 Təsərrüfatı” MMC ilə İddiaçı ASC arasında bağlanmış 04.05.2018-ci il tarixli 1802 XK saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, cavabdeh “X4 Təsərrüfatı” MMC-dən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 396.507,22 (üç yüz doxsan altı min beş yüz yeddi manat, 22 qəpik) manat əsas borcun, 135.269,67 (bir yüz otuz beş min iki yüz altmış doqquz manat, 67 qəpik) manatmüqavilə müddəti üçün hesablanmış faiz borcunun, 14.091,44 (on dörd min doxsan bir manat, 44 qəpik) manat gecikməyə görə hesablanan cərimənin, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetlərinə tutma yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun, kredit və ipoteka müqavilələrinin surətlərinin notarial qaydada təsdiq edilməsi üçün çəkilmiş 28 (iyirmi səkkiz) manat notariat xərcinin tutulması, tutmanın Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş 18.05.2011-ci il tarixli MA seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh3 mülkiyyətində olan Siyəzən şəhəri, Xətai küçəsində istifadədə olan 0.07 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli 1A nömrəli qeyri-yaşayış binasına, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş 26.04.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh3 mülkiyyətində olan Siyəzən rayonu, Qara Siyəzən kəndində 1.0018 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 658.6 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş 03.04.2008-ci il tarixli MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh4 mülkiyyətində olan Siyəzən şəhəri, B.Bayramov küçəsində istifadədə olan 0.0139 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli 4 otaqlı 17 nömrəli fərdi yaşayış evinə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş 18.12.2008-ci il tarixli MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan Siyəzən şəhəri, Su Kəməri küçəsində yerləşən 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsində 42.3 kv.m. yaşayış, 36.2 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetlərinin satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada “X4 Təsərrüfatı” MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə cavabdeh “X4 Təsərrüfatı” MMC arasında bağlanılmış 04.05.2018-ci il tarixli, 1802 XK №-li kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə illik 20% hesablanmaq şərtilə 450.000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 3.6-cı bəndinə əsasən, faizlər kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 (otuz) təqvim gününün bitdiyi gündən sonra ertəsi gün kredit alan tərəfindən kredit verənin hesabına nağd və ya köçürülmə yolu ilə ödənilməlidir. Müqavilənin 5.2-ci bəndində bu müqavilənin 3.3-cü bəndində göstərilən vəzifənin icra müddəti kredit alan tərəfindən gecikdirildiyi halda, gecikdirilmiş borc məbləği tam şəkildə geri qaytarılanadək hər gecikdirilmiş günə görə gecikdirilmiş əsas borca müqavilənin 3.4-cü bəndi ilə müəyyən olunan faizlərin iki misli miqdarında cərimə hesablanması nəzərdə tutulmuşdur. İş materiallarında olan 04.05.2018-ci il tarixli, sonrakı ipoteka müqavilələrindən görünür ki, qeyd edilən kredit müqaviləsinin təminatı olaraq: 1. 03.04.2008-ci il tarixli MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh4 mülkiyyətində olan Siyəzən şəhəri, B.Bayramov küçəsində istifadədə olan 0.0139 ha torpaq sahəsində yerləşən, 94,4 kv.m yaşayış, 130,04 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli 4 otaqlı 17 nömrəli fərdi yaşayış evi (İpoteka predmeti 161.550 manat məbləğində qiymətləndirilmişdir); 2. 18.05.2011-ci il tarixli MA seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh3 mülkiyyətində olan Siyəzən şəhəri, Xətai küçəsində istifadədə olan 0.07 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli 1A nömrəli 534,42 kv.m ümumi, 309,8 kv.m tikinti altı sahəsindən ibarət qeyri-yaşayış binası (mağaza) (İpoteka predmeti 228.100 manat məbləğində qiymətləndirilmişdir.); 3. 26.04.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh3 mülkiyyətində olan Siyəzən rayonu, Qara Siyəzən kəndində 1.0018 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 658.6 kv.m ümumi, 148,2 kv.m əsas, 510.4 köməkçi sahədən ibarət əmlak kompleksi (İpoteka predmeti 625.500 manat məbləğində qiymətləndirilmişdir); 4. 18.12.2008-ci il tarixli MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan Siyəzən şəhəri, Su Kəməri küçəsində yerləşən 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsində 42.3 kv.m. yaşayış, 36.2 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi (İpoteka predmeti 113.200 manat məbləğində qiymətləndirilmişdir) ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 16.05.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Cavabdeh4 mülkiyyətində olan Siyəzən şəhəri, B.Bayramov küçəsində yerləşən 0.0139 ha torpaq sahəsində 94,4 kv.m yaşayış, 130,04 kv.m köməkçi sahədən ibarət 17 nömrəli fərdi yaşayış evinin ipotekasının dövlət qeydiyyatı aparılmışdır. İş materiallarında olan 16.05.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Cavabdeh3 mülkiyyətində olan Siyəzən şəhəri, Xətai küçəsində yerləşən 0.07 ha torpaq sahəsində yerləşən, 1A nömrəli ümumi sahəsi 534,42 kv.m olan qeyri-yaşayış binasının (mağaza) ipotekasının dövlət qeydiyyatı aparılmışdır. İş materiallarında olan 16.05.2018-ci il tarixli RX, seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Siyəzən şəhəri, Su Kəməri küçəsində 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 78,5 kv.m. fərdi yaşayış evinin ipotekasının dövlət qeydiyyatı aparılmışdır. İş materiallarında olan 16.05.2018-ci il tarixli RX, seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Cavabdeh3 mülkiyyətində olan Siyəzən rayonu, Qara Siyəzən kəndində 1.0018 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 658.6 kv.m olan əmlak kompleksinin ipotekasının dövlət qeydiyyatı aparılmışdır. İş materiallarında olan 13.11.2019-cu il tarixli bildirişdən görünür ki, cavabdeh “X4 Təsərrüfatı” MMC-nin rəhbəri X3 bank qarşısında öhdəliklərinin yerinə yetirilməsi, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə borcun məhkəmə qaydasında alınması üçün müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 11.01.2021-ci il tarixli **********025 №-li bildirişdən görünür ki, Cavabdeh4 bank qarşısında öhdəliklərinin yerinə yetirilməsi, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə borcun məhkəmə qaydasında alınması üçün müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 11.01.2021-ci il tarixli **********023 №-li bildirişdən görünür ki, Cavabdeh3 bank qarşısında öhdəliklərinin yerinə yetirilməsi, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə borcun məhkəmə qaydasında alınması üçün müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 11.01.2021-ci il tarixli **********024 №-li bildirişdən görünür ki, Cavabdeh2 bank qarşısında öhdəliklərinin yerinə yetirilməsi, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə borcun məhkəmə qaydasında alınması üçün müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 11.01.2021-ci il tarixli **********025 №-li bildirişdən görünür ki, Cavabdeh4 bank qarşısında öhdəliklərinin yerinə yetirilməsi, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə borcun məhkəmə qaydasında alınması üçün müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, 04.05.2018-ci il tarixli, 1802 XK №-li kredit müqaviləsi üzrə cavabdeh “X4 Təsərrüfatı” MMC-nin ləğv prosesində olan İddiaçı ASC-yə əsas borcu üzrə 396.507,22 manat məbləğində qalıq, ona hesablanmış 135.269,67 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 14.091,44 manat məbləğində dəbbə pulu olmaqla cəmi 545.863,33 manat məbləğində məbləğində borcu yaranmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh “X4 Təsərrüfatı” MMC kredit müqaviləsi əsasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini, həmin müqavilə ilə müəyyən edilmiş faizləri və cəriməni iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitlərini almasına dair hüququndan istifadə etmiş, kredit borcunu, həmin kreditdən yaranan faiz və cərimə borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Bununla da, “X4 Təsərrüfatı” MMC onunla iddiaçı ləğv prosesində olan İddiaçı ASC arasında bağlanılmış kredit müqaviləsini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC müqavilələrin ləğvini, verdiyi kreditləri, həmin kreditlərə hesablanmış faizləri, cəriməni və həmin kreditlərin əvəzinin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.2-ci maddəsinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması üçün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinin tələbinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidərsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh “X4 Təsərrüfatı” MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, yəni müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Ona görə də, ləğv prosesində olan İddiaçı ASC hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğuna görə təmin edilərək, “X4 Təsərrüfatı” MMC ilə İddiaçı ASC arasında bağlanmış 04.05.2018-ci il tarixli 1802 XK saylı kredit müqaviləsi vaxtından əvvəl ləğv edilməlidir. Cavabdeh “X4 Təsərrüfatı” MMC-dən 396.507,22 (üç yüz doxsan altı min beş yüz yeddi manat, 22 qəpik) manat əsas borc, 135.269,67 (bir yüz otuz beş min iki yüz altmış doqquz manat, 67 qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 14091.44 (on dörd min doxsan bir manat, 44 qəpik) manat gecikməyə görə hesablanan cərimə olmaqla ümumilikdə 545.868,33 (beş yüz qırx beşmin səkkiz yüz altmış səkkiz manat, 33 qəpik) manat tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Tutma cavabdehlər - Cavabdeh4 mülkiyyətində olan Siyəzən şəhəri, B.Bayramov küçəsində istifadədə olan 0.0139 ha torpaq sahəsində yerləşən, 94,4 kv.m yaşayış, 130,04 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli 4 otaqlı 17 nömrəli fərdi yaşayış evinə, Cavabdeh3 mülkiyyətində olan Siyəzən şəhəri, Xətai küçəsində istifadədə olan 0.07 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli 1A nömrəli 534,42 kv.m ümumi, 309,8 kv.m tikinti altı sahəsindən ibarət qeyri-yaşayış binasına (mağaza), Cavabdeh3 mülkiyyətində olan Siyəzən rayonu, Qara Siyəzən kəndində 1.0018 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 658.6 kv.m ümumi, 148,2 kv.m əsas, 510.4 köməkçi sahədən ibarət əmlak kompleksinə, Cavabdeh2 mülkiyyətində olan Siyəzən şəhəri, Su Kəməri küçəsində 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 42.3 kv.m. yaşayış, 36.2 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə yönəldilməlidir. Məhkəmə ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, ipoteka predmeti olan Siyəzən şəhəri, B.Bayramov küçəsində istifadədə olan 0.0139 ha torpaq sahəsində yerləşən, 94,4 kv.m yaşayış, 130,04 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli 4 otaqlı 17 nömrəli fərdi yaşayış evinin ipoteka müqaviləsində tərəflərin razılığı ilə 161.550 manat məbləğində; Siyəzən şəhəri, Xətai küçəsində istifadədə olan 0.07 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli 1A nömrəli 534,42 kv.m ümumi, 309,8 kv.m tikinti altı sahəsindən ibarət qeyri-yaşayış binasının(mağaza) ipoteka müqaviləsində tərəflərin razılığı ilə 228.100 manat məbləğində, Siyəzən rayonu, Qara Siyəzən kəndində mülkiyyətində olan 1.0018 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 658.6 kv.m ümumi, 148,2 kv.m əsas, 510.4 köməkçi sahədən ibarət əmlak kompleksinin ipoteka müqaviləsində tərəflərin razılığı ilə 625.500 manat məbləğində, Siyəzən şəhəri, Su Kəməri küçəsində 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsində 42.3 kv.m. yaşayış, 36.2 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinin ipoteka müqaviləsində tərəflərin razılığı ilə 113.200 manat məbləğində qiymətləndirildiyini və iddiaçının nümayəndəsinin məhkəmədə ipoteka ilə yüklü edilmiş əmlakların həmin ilkin satış qiymətləri ilə ixtisaslaşdırılmış açıq hərraca çıxarılmasına etiraz etmədiyini nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, sözügedən əmlakların ilkin satış qiyməti müvafiq ipteka müqavilələrində razılaşdırılmış məbləğlərdə müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin tələbinin ipoteka qoyulmuş göstərilən əmlaklara yönəldilməsi Mülki Məcəllənin 317.2-ci maddəsinin tələbinə uyğun olaraq, ipoteka qoyulmuş göstərilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. İpoteka predmetlərinin satışından əldə olunacaq vəsait hesabına cavabdeh “X4 Təsərrüfatı” MMC-nin iddiaçıya olan borcları ödənilməli, borc ödənildikdən sonra artıq vəsait qalarsa, qalan vəsait ipoteka predmetlərinin mülkiyyətçilərinə verilməli, ipoteka predmetlərinin satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə, qalıq borc ümumi qaydada “X4 Təsərrüfatı” MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə məsrəfləri cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MM-nin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər “X4 Təsərrüfatı” MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı müqavilənin ləğvi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh “X4 Təsərrüfatı” MMC ilə İddiaçı ASC arasında bağlanmış 04.05.2018-ci il tarixli 1802 XK saylı kredit müqaviləsi vaxtından əvvəl ləğv edilsin. Cavabdeh “X4 Təsərrüfatı” MMC-dən 396.507,22 (üç yüz doxsan altı min beş yüz yeddi manat, 22 qəpik) manat əsas borc, 135.269,67 (bir yüz otuz beş min iki yüz altmış doqquz manat, 67 qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 14091.44 (on dörd min doxsan bir manat, 44 qəpik) manat gecikməyə görə hesablanan cərimə olmaqla ümumilikdə 545.868,33 (beş yüz qırx beşmin səkkiz yüz altmış səkkiz manat, 33 qəpik) manat tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Tutma Cavabdeh3 mülkiyyətində olan Siyəzən şəhəri, Xətai küçəsində 1A ünvanında istifadəsində olan 0.07 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli 534,42 kv.m ümumi, 309,8 kv.m tikinti altı sahəsindən ibarət qeyri-yaşayış binasına yönəldislin. Həmin qeyriyaşayış binasının ilkin satış qiyməti 228.100 (iki yüz iyirmi səkkiz min yüz) manat məbləğində müəyyən edilsin. Tutma Cavabdeh3 mülkiyyətində olan Siyəzən rayonu, Qara Siyəzən kəndində mülkiyyətində olan 1.0018 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 658.6 kv.m ümumi sahədən ibarət əmlak kompleksi olan müəssisəyə yönəldilsin. Həmin torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 658.6 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin birlikdə ilkin satış qiyməti 625.000 (aitı yüz iyirmi beş min) manat məbləğində müəyyən edilsin. Tutma Cavabdeh4 mülkiyyətində olan Siyəzən şəhəri, B.Bayramov küçəsində istifadədə olan 0.0139 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli 4 otaqlı 17 nömrəli fərdi yaşayış evinə yönəldilsin. Həmin fərdi yaşayış evinin ilkin satış qiyməti 161.550 (yüz altmış bir min beş yüz əlli) manat məbləğində müəyyən edilsin. Tutma Cavabdeh2 mülkiyyətində olan Siyəzən şəhəri, Su kəməri küçəsində yerləşən 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsində 42.3 kv.m. yaşayış, 36.2 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin. Həmin torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 42.3 kv.m. yaşayış, 36.2 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinin birlikdə ilkin satış qiyməti 113.200 (yüz on üç min iki yüz) manat məbləğində müəyyən edilsin. İpoteka predmetləri açıq hərracda satılaraq, satışdan əldə edilən pul vəsaitləri yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İpoteka predmetlərinin satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsinə yönəldikdən sonra artıq vəsait qalarsa, qalan vəsait ipoteka predmetlərinin mülkiyyətçilərinə verilsin, ipoteka predmetlərinin satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə, qalıq borc ümumi qaydada “X4 Təsərrüfatı” MMC-dən iddiaçının xeyrinə tutulsun. Məhkəmə məsrəfləri - iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetlərinə tutma yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumu, kredit və ipoteka müqavilələrinin surətlərinin notarial qaydada təsdiq edilməsi üçün çəkilmiş 28 (iyirmi səkkiz) manat notariat xərci cavabdehlərə aid edilsin. Cavabdehlərdən müştərək qaydada 30 manat dövlət rüsumunun, ipoteka predmetlərinə tutma yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun, kredit və ipoteka müqavilələrinin surətlərinin notarial qaydada təsdiq edilməsi üçün çəkilmiş 28 (iyirmi səkkiz) manat notariat xərcinin əvəzi tutularaq, iddiaçıya ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar