Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-383/2023 12.10.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə3, Cavabdeh nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1 iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 03 mart 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 293204 (iki yüz doxsan üç min iki yüz dörd) manat məbləğində əsas borc, 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və 183,2 (yüz səksən üç manat 20 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 293787,2 (iki yüz doxsan üç min yeddi yüz səksən yeddi manat 20 qəpik) manat məbləğində pulun iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “iddiaçı”) ilə fərdi sahibkar Cavabdeh (bundan sonra - “cavabdeh”) arasında 14 may 2018-ci il tarixli 180514/08-093 nömrəli Alqı-satqı müqaviləsi (bundan sonra “Alğı-satqı müqaviləsi”) bağlanmış və həmin müqavilə əsasında iddiaçı tərəfindən mal və materiallar cavabdehin mülkiyyətinə verilmişdir. Həmin Alqı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya 315204 (üç yüz on beş min iki yüz dörd) manat ödənilməmiş borcu qalmışdır. Daha sonra satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı Cavabdeh arasında 16 mart 2021-ci il tarixində 1791 nömrəli Saziş (bundan sonra - “Saziş”) imzalanaraq, cavabdeh tərəfindən ödənilməmiş 315204 (üç yüz on beş min iki yüz dörd) manat borc etiraf edilmiş və tərəflər borcun Sazişdə müəyyən edilmiş qrafik üzrə ödənilməsi barədə razılığa gəlmişlər. Sazişin 4-cü bəndinə əsasən, cavabdeh 2021-ci ilin aprel ayından etibarən 2022-ci ilin mart ayına qədər hər ay 26267 (iyirmi altı min iki yüz altmış yeddi) manat məbləğində ödəniş edəcəyini öhdəsinə götürmüşdür. Lakin, bu günədək cavabdeh Saziş üzrə öhdəsinə götürdüyü borcdan sadəcə cəmi 22000 (iyirmi iki min) manat ödəniş etmişdir. Saziş üzrə sonuncu ödəniş 10 avqust 2021-ci il tarixində 4000 (dörd min) manat olmaqla həyata keçirilmişdir. Hal-hazırda cavabdehin Saziş üzrə 293204 (iki yüz doxsan üç min iki yüz dörd) manat məbləğində ödənilməmiş borcu qalmışdır. İddia ərizəsinə əlavə olunan müvafiq təsdiqedici sənədlərdən də göründüyü kimi, iddiaçı Müqavilələr və Sazişlə bağlı üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında və lazımi qaydada icra etsə də, cavabdeh həmin Müqavilədən irəli gələn öhdəliklərini pozmuş, satılmış malların dəyərinin tam ödənilməsinə dair öhdəliklərini bu günə qədər tam icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin, bu danışıqlar heç bir fayda verməmişdir. Cavabdehə borcunun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmişdir. Həmçinin, borcun qaytarılması məqsədi ilə yazılmış 11 aprel 2022-ci il tarixli pretenziya məktubunun 13 aprel 2022-ci il tarixində kağız daşıyıcıda şəxsin faktiki ünvanında (ünvan 1sə pretenziyanın 08 sentyabr 2022-ci il tarixində Vahid Məhkəmə Portalında elektron informasiya sistemi vasitəsilə cavabdehə göndərilməsinə baxmayaraq, cavabdeh bu günə kimi qalıq borc məbləğini iddiaçıya qaytarmamış və borcun ödənilməsinə yönəlmiş hər hansı əməli tədbir görməmişdir. Hazırki mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən mediasiya təşkilatına və pretenziya qaydasında cavabdehə müraciət olunmasına baxmayaraq, borc ödənməmiş və mübahisənin məhkəmədən kənar və yaxud mediasiya qaydasında həll edilməsi mümkün olmamışdır. Tərəflər arasında bağlanmış Sazişin 8-ci bəndinə əsasən, tərəflər bu Sazişin öhdəliklərinin yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Sazişin 9-cu bəndinə əsasən, tərəflər bu Saziş üzrə öhdəliklərin yerinə yetirilməsi zamanı meydana çıxmış mübahisələrin danışıqlar yolu ilə həll olunması üçün tədbir görürlər. Həmçinin, həmin Sazişin 10-cu bəndinə istinadən isə, mübahisələr danışıqlar yolu ilə tənzimlənmədikdə, onun həlli Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq aidiyyəti məhkəmələr tərəfindən həyata keçirilir. Hazırda Cavabdehin İddiaçıya olan borc məbləği 293204 (iki yüz doxsan üç min iki yüz dörd) manat təşkil edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri adlanan 8.1.4-cü maddəsinə istinadən 293204 (iki yüz doxsan üç min iki yüz dörd) manat iddia məbləği üçün 583,2 (beş yüz səksən üç manat 20 qəpik) manat məbləğində dövlət rüsumu hesablanmışdır. Mediasiya haqqında Azərbaycan Respublikası Qanununa və “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2019-cu il tarixli 308 nömrəli Qərarına əsasən iddia qiyməti 50000 manatdan yuxarı olduqda İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq 400 (dörd yüz) manat məbləğində hesablanır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinin tələbinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Hazırki iddia ərizəsinə əsasən ödənilməli olan dövlət rüsumu 583,2 (beş yüz səksən üç manat 20 qəpik) manat, mediasiya xərci isə 400 (dörd yüz) manat olduğu üçün, iddiaçı tərəfindən dövlət rüsumunun kəsiri kimi 183,2 (yüz səksən üç manat 20 qəpik) manat məbləğində pul da Dövlət Büdcəsinə ödənilmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək Cavabdeh nümayəndəsi Nümayəndə1 tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinə qarşı etiraz” təqdim edilərək, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbinin rədd edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 14 may 2018-ci il tarixli 180514/08-093 nömrəli Alqı-satqı müqaviləsi üzrə öhdəliklər tam olaraq yerinə yetirilmişdir. Yəni, cavabdehin həmin müqavilə üzrə heç bir ödənilməmiş borcu qalmamışdır. Sonradan tərəflər arasında yeni mal və məhsulların verilməsi barədə razılıq əldə olunmuş və bu məqsədlə cavabdeh tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 27000 manat məbləğində pul ödənilmişdir. Lakin, ödənilmiş pulun müqabilində iddiaçı tərəfindən cavabdehə heç bir mal və materiallar verilməmişdir. Cavabdeh iddiaçı ilə olan işgüzar əlaqələrini pozmamaq məqsədi ilə bir müddət gözləmişdir. Bir müddət sonra iddiaçı tərəfindən 16 mart 2021-ci il tarixli 1791 nömrəli yeni Saziş tərtib edildiyi, həmin müqavilə üzrə guya cavabdehin borcu olduğu və həmin borcu ödəmək niyyətində olduğu barədə öhdəlik götürdüyü bildirilmişdir. Qeyd olunan müqavilə üzrə borc ödəmək öhdəliyinin olmasından cavabdeh xəbərsiz olmuşdur. Sonradan iddiaçı mal və materiallar vermək adı ilə qeyd edilən məbləğdə pulun cavabdeh tərəfindən ödənilməsini təmin etmiş, cavabdehin iradəsi əleyhinə və hansı şəraitdə tərtib olunması məlum olmayan yeni Sazişin olduğunu bildirərək, cavabdehə formal olaraq borc öhdəliyi yaratmışdır. Həmçinin cavabdeh bildirmək istəyir ki, 16 mart 2021-ci il tarixli 1791 nömrəli Saziş 14 may 2018-ci il tarixli 180514/08-093 nömrəli alqı-satqı müqaviləsinin davamı olaraq tərtib edildiyindən, həmin borcun olması əvvəlki müqavilə ilə müəyyən olunmalıdır. Lakin, borcun mövcud olmasını təsdiq edəcək heç bir sənəd və sübut yoxdur. Ona görə də, iddiaçının formal olaraq 16 mart 2021-ci il tarixli 1791 nömrəli Saziş tərtib etməsi, mal və material vermək adı ilə 27000 manat məbləğində pulun cavabdeh tərəfindən ödənilməsini təmin etməsi - iddiaçı tərəfindən formal olmaqla, məqsədli xarakter daşıyır. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh 293204 manat məbləğində əsas borc, 400 manat məbləğində mediasiya xərci və 183,2 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 293787,2 manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”da göstərilənlərə uyğun izahat verərək, əsassız olduğu üçün iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, iddia tələbinin əsaslandırıldığı 16 mart 2021-ci il tarixli 1791 nömrəli Saziş bu iş üzrə iddia tələbinin əsaslılığnı müəyyən edən sübut kimi nəzərə alına bilməz. Çünki, Cavabdeh iddiaçı MMC-yə borcu yoxdur və Cavabdeh iddia ərizəsində qeyd olunan 22000 manat məbləğində pul vəsaitini həmin Sazişin icrası, yəni borcu ilə əlaqədar deyil, iddiaçı Şirkətdən yeni mallar almaq üçün ödəmişdir. Bundan əlavə, Cavabdeh iddiaçı Şirkətin işçisi olduğu və Şirkətin Xaçmazda nümayəndəliyini həyata keçirdiyi üçün Şirkət tərəfindən cavabdehə mal verilmiş, Cavabdeh isə Xaçmazda bu malları satmışdır. Eyni zamanda, 14 may 2018-ci il tarixli 180514/08-093 nömrəli Alqı-satqı müqaviləsi formal bağlanmış, malın verilməsini təsdiq edən elektron qaimələr və təhvil-təslim aktları məhkəməyə təqdim olunmamışdır. İş üzrə 11 iyul 2023-cü il tarixində keçirilmiş məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirib, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmiş və öz mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbinin əsaslandırıldığı 16 mart 2021-ci il tarixli 1791 nömrəli Saziş onun tərəfindən imzalanmamışdır və o, iddia ərizəsində qeyd olunan 22000 manat məbləğində pul vəsaitini həmin Sazişin icrası ilə əlaqədar deyil, iddiaçı Şirkətdən yeni mallar almaq üçün ödəmişdir. Lakin, hazırkı kommersiya işi ekspertiza tərəfindən məhkəməyə qaytarıldıqdan sonra iş üzrə 12 oktyabr 2023-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh həmin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin hazırkı iclasda iştirak etməsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh iştirakı olmadan işin mahiyyəti üzrə baxılmasının davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”ı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “Satıcı” - hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Alıcı” - hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh (VÖEN **********) arasında 14 may 2018-ci il tarixində № 180514/08-093 nömrəli Alqı-satqı Müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən, bu Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 1 (bir) il müddətində qüvvədədir. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən, tərəflərdən biri digərinə Müqavilənin müddətinin bitməsinədək 12.1-ci bənddə nəzərdə tutulmuş qaydada Müqaviləyə xitam verilməsinə dair yazılı bildiriş vermədikdə. Müqavilə eyni müddətə və eyni şərtlərə uzadılmış hesab edilir, uzadılmaların sayı məhdudiyyətsizdir. İş materiallarından görünür ki, satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan alıcı Cavabdeh arasında bağlanmış 14 may 2018-ci il tarixli 180514/08-093 nömrəli Alğı-satqı Müqaviləsi əsasında “Satıcı” - hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Alıcı” - hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh (VÖEN **********) arasında 16 mart 2021-ci il tarixində 1791 nömrəli Saziş imzalanmışdır. Həmin Sazişin "Sazişin predmeti" adlanan hissəsində göstərilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2018-d il tarixli 180514/08-093 nömrəli Alğı-satqı Müqaviləsi imzalanmışdır. Nəzərə alaraq ki: həmin Alğı-satqı Müqaviləsinə əsasən Satıcı Alıcıya mallar satmış və nəticədə Alıcının Satıcıya ƏDV daxil olmaqla, ümumilikdə 315204 (üç yüz on beş min iki yüz dörd) manat məbləğində ödənilməmiş borcu yaranmışdır; Alıcı 315204 (üç yüz on beş min iki yüz dörd) manat məbləğində borcu hissə-hissə ödəmək niyyətindədir. Satıcı və Alıcı (birlikdə bundan sonra "Tərəflər" adlanacaq) aralarında yaranmış borc münasibətlərini qarşılıqlı razılıq əsasında həll etmək məqsədilə, bu Sazişi (bundan sonra "Saziş') aşağıdakı şərtlərlə bağladılar”. Həmin Sazişin 1-ci bəndinə əsasən, Alıcı təsdiq edir ki, onun 15 mart 2021-ci il tarixə Satıcıya 315204 (üç yüz on beş min iki yüz dörd) manat məbləğində borcu vardır. Həmin Sazişin 2-ci bəndinə əsasən, Alıcı Satıcıya olan 315204 (üç yüz on beş min iki yüz dörd) manat məbləğində borcunu hissə-hissə ödəmək şərti ilə, tam həcmdə ödənilməsini öhdəsinə götürür. Həmin Sazişin 3-cü bəndinə əsasən, Satıcı Alıcının ona ödəməli olduğu pul məbləğinin 315204 (üç yüz on beş min iki yüz dörd) manat olduğunu təsdiq edir və bu pul məbləği tam ödənildiyi halda Borcluya qarşı 15 mart 2021-ci il tarixədək yaranmış öhdəliklər üzrə heç bir əlavə tələb irəli sürmür. Həmin Sazişin 4-cü bəndinə əsasən, tərəflər razılaşır ki, Alıcı yaranmış borcu 12 (on iki) ay müddətində hissə-hissə aşağıdakı qaydada ödəyəcəkdir: 20 aprel 2021-ci il tarixədək - 26267 (iyirmi altı min iki yüz altmış yeddi) manat; 20 may 2021-ci il tarixədək - 26267 (iyirmi altı min iki yüz altmış yeddi) manat; 20 iyun 2021-ci il tarixədək - 26267 (iyirmi altı min iki yüz altmış yeddi) manat; 20 iyul 2021-ci il tarixədək - 26267 (iyirmi altı min iki yüz altmış yeddi) manat; 20 avqust 2021-ci il tarixədək - 26267 (iyirmi altı min iki yüz altmış yeddi) manat; 20 sentyabr 2021-ci il tarixədək - 26267 (iyirmi altı min iki yüz altmış yeddi) manat; 20 oktyabr 2021-ci il tarixədək - 26267 (iyirmi altı min iki yüz altmış yeddi) manat; 20 noyabr 2021-ci il tarixədək - 26267 (iyirmi altı min iki yüz altmış yeddi) manat; 20 dekabr 2021-ci il tarixədək - 26267 (iyirmi altı min iki yüz altmış yeddi) manat; 21 yanvar 2022-ci il tarixədək - 26267 (iyirmi altı min iki yüz altmış yeddi) manat; 20 fevral 2022-ci il tarixədək 26267 (iyirmi altı min iki yuz altmış yeddi) manat; 20 fevral 2022-ci il tarixədək 26267 (iyirmi altı min iki yüz altmış yeddi) manat. Lakin, Cavabdeh məhkəmə iclasında 16 mart 2021-ci il tarixli 1791 nömrəli Sazişdə olan özünə məxsus imzaları mübahisələndirərək, həmin imzaların ona məxsus olmadığını bildirdiyi üçün cavabdeh tərəfin vəsatəti əsasında qəbul edilmiş 11 iyul 2023-cü il tarixli qərardadla iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının 01 sentyabr 2023-cü il tarixli 4/1300 nömrəli Ekspert Rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş e-2- 2(119)-383/2023 nömrəli işin 86-93-cü vərəqələrində olan 14 may 2018-ci il tarixli 180514/08-093 nömrəli Alqı-satqı müqaviləsinin sonuncu vərəqəsində “Alıcı” adından “Fiziki şəxs Cavabdeh” qrafasındakı imza, işin 77-78-ci vərəqələrində (i/v: 77-78-də) olan 16 mart 2021-ci il tarixli 1791 nömrəli Sazişin 1-ci və 2-ci vərəqələrində sonunda "C.İ.A" hərflərinin qarşısındakı imzalar və həmin Sazişin 2-ci vərəqəsində "Cavabdeh" qrafasındakı imza - eyni şəxs - Cavabdeh tərəfindən icra olunmuşdur. İş materiallarına əlavə olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 29 aprel 2021ci il tarixli, 08 iyun 2021-ci il tarixli və 09 avqust 2021-ci il tarixli Ödəniş Tapşırıqlarından görünür ki, Cavabdeh tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına müvafiq qaydada 10000 (on min) manat, 8000 (səkkiz min) manat və 4000 (dörd min) manat məbləğində pul vəsaitləri köçürülmüşdür. İş materiallarında olan satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı Cavabdeh arasında olan dövriyyə cədvəlindən görünür ki, 16 mart 2021-ci il tarixli 1791 nömrəli Sazişə əsasən ümumilikdə cəmi 315204 (üç yüz on beş min iki yüz dörd) manat məbləğində hesablanmış borcdan alıcı Cavabdeh tərəfindən 03 may 2021-ci ildə 10000 manat məbləğində, 09 iyun 2021-ci ildə 8000 manat məbləğində və 10 avqust 2021-ci ildə 4000 manat məbləğində ödəniş olmaqla, cəmi 22000 (iyirmi iki min) manat məbləğində ödəniş həyata keçirilmiş və Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qeyd edilən Saziş üzrə cəmi 293204 (iki yüz doxsan üç min iki yüz dörd) manat məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan 22 iyun 2023-cü il tarixli Maliyyə Arayışı ilə müəyyən olunur ki, satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı Cavabdeh arasında bağlanmış 16 mart 2021-ci il tarixli 1791 nömrəli Sazişə əsasən sonuncunun 315204 (üç yüz on beş min iki yüz dörd) manat məbləğində borcu olmuş və alıcı Cavabdeh tərəfindən qeyd olunan Saziş üzrə cəmi 22000 (iyirmi iki min manat) manat məbləğində ödəniş edilmişdir. Hazırda alıcı Cavabdeh satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qeyd edilən Siziş üzrə ödənilməmiş cəmi 293204 (iki yüz doxsan üç min iki yüz dörd) manat məbləğində borcu qalmışdır. Eləcə də, "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazasındakı məlumatlarla müəyyən olunur ki, Cavabdeh hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti göstərmək üçün 10 iyun 2013-cü il tarixdə ********** nömrəli X1 Nömrəsi əldə etmiş və həmin VÖEN-nin statusu hal-hazırda da aktivdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, satıcı "xxxx" MMC ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan alıcı Cavabdeh arasında bağlanmış 14 may 2018-ci il tarixli 180514/08-093 nömrəli Alğı-satqı Müqaviləsi üzrə sonuncunun ödənilməmiş cəmi 315204 manat məbləğində borcunun etirafı və həmin borcun hissə-hissə, yəni hər ay 26267 manat olmaqla ödənilməsi (sonuncu ödəniş 20 fevral 2022-ci il tarixədək ödənilməli idi) ilə əlaqədar həmin tərəflər arasında 16 mart 2021ci il tarixli 1791 nömrəli Saziş imzalanmışdır. Lakin, alıcı Cavabdeh tərəfindən həmin Sazişlə müəyyən edilmiş qaydada və məbləğlərdə ödənişlər edilməmiş və o, 03 may 2021-ci ildə 10000 manat məbləğində, 09 iyun 2021-ci ildə 8000 manat məbləğində və 10 avqust 2021-ci ildə 4000 manat məbləğində ödəniş olmaqla, cəmi 22000 (iyirmi iki min) manat məbləğində ödəniş etdikdən sonra Saziş üzrə ödənişlərini tam dayandırmışdır. Bununla da, məlum Saziş üzrə 20 fevral 2022-ci il tarixədək ödənilməli olan 315204 manat məbləğində borcun cəmi 293204 (iki yüz doxsan üç min iki yüz dörd) manat hissəsi Cavabdeh tərəfindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 293204 (iki yüz doxsan üç min iki yüz dörd) manat məbləğində əsas borcun, 400 manat məbləğində mediasiya xərcinin və 183,2 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mediatorun hesabına 400 (dörd yüz) manat məbləğində xidmət haqqı, Dövlət Büdcəsinə isə 183,2 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış 16 mart 2021-ci il tarixli 1791 nömrəli Saziş üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Saziş üzrə ödənilməmiş 293204 (iki yüz doxsan üç min iki yüz dörd) manat məbləğində əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Məhkəmə qeyd etməyi lazım bilir ki, cavabdeh tərəf məhkəmə araşdırması zamanı iddianı qəbul etməyərək, öz mövqeyini “16 mart 2021-ci il tarixli 1791 nömrəli Sazişdə ona aid edilən imzanın ona aid olmaması”, “ödədiyi pulları Saziş üzrə deyil, mal almaq üçün ödəməsi” və s. bu kimi dəlillərlə əsaslandırmış olsa da, məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla, o cümlədən də işin konkret halları, cavabdeh tərəfin vəsatəti əsasında keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 01 sentyabr 2023-cü il tarixli 4/1300 nömrəli Ekspert Rəyi və digər mötəbər sübutlarla cavabdehin iddia tələbinə etirazının dəlilləri təkzib olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdeh 293204 manat məbləğində əsas borc iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Eləcə də, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə uyğun olaraq mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı da Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Həmçinin, hazırkı iddia ərizəsinin verilməsi üçün Dövlət Büdcəsinə ödənilməli olan 583,2 (beş yüz səksən üç manat 20 qəpik) manat məbləğində dövlət rüsumunun iddiaçı tərəfindən ödənilmiş 183,2 (yüz səksən üç manat 20 qəpik) manat hissəsinin əvəzi də Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Bundan əlavə, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində pul vəsaiti və hazırkı iddia tələbi üzrə ümumilikdə hesablanan 583,2 (beş yüz səksən üç manat 20 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 400 (dörd yüz) manat (583,2 manat – 183,2 manat = 400 manat) məbləğində pul vəsaiti dövlət rüsumunun qalığı kimi Cavabdeh dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100000 manatdan ******* manatadək olduqda, 390 manat + 100000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh (VÖEN **********) 293204 (iki yüz doxsan üç min iki yüz dörd) manat məbləğində əsas borc, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və 183,2 (yüz səksən üç manat 20 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 293787,2 (iki yüz doxsan üç min yeddi yüz səksən yeddi manat 20 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumunun qalığı kimi 400 (dörd yüz) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində pul vəsaiti Cavabdeh dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-383/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-383/2023
12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver