Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-387/2021 06.04.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər -“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər -“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə xx xxxxx 2021-ci il tarixinə təyin edilmiş məhkəmə baxış iclasına tərəflər gəlməmişlər. Lakin, İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia ərizəsinin qaytarılması” barədə ərizə göndərərək, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə - iddia ərizəsi baxılmamış saxlanılır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “iddia ərizəsinin qaytarılması” barədə ərizəsi təmin edilməli və həmin ərizə əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər - “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd etmək lazımdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən hazırkı iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə verilmiş olduğundan, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı tərəfindən elektron kabinetdə yerləşdirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “iddia ərizəsinin qaytarılması” barədə ərizəsi təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər -“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-387/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-387/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver