Məhkəmə qərarları › İş №e-2-2(119)-39/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-39/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-39/2024 29.10.2024 Sumqayıt Kommersiya Məhkəməsi Açar sözlər: kredit müqavilələrindən əmələ gələn öhdəliklər üzrə mübahisələr, borcun tutulması Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 14 avqust 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27 avqust 2021-cü il tarixli DCLT00280179-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6,058.08 (altı min əlli səkkiz manat səkkiz qəpik) manat əsas borc, 1,192.22 (bir min bir yüz doxsan iki manat iyirmi iki qəpik) manat hesablanmış faiz borcu, 1,670.52 (bir min altı yüz yetmiş manat əlli iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 8,920.82 (səkkiz min doqquz yüz iyirmi manat səksən iki qəpik) manat məbləğində borcun və 13 oktyabr 2021ci il tarixli DC00280179-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 9,935.67 (doqquz min doqquz yüz otuz beş manat altmış yeddi qəpik) manat əsas borc, 2,801.02 (iki min səkkiz yüz bir iki qəpik) manat manat faiz borcu, 946.88 (doqquz yüz qırx altı manat səksən səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 13,683.57 (on üç min altı yüz səksən üç manat əlli yeddi qəpik) məbləğində borcun və Mediasiya prosesi üzrə ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh borc alan Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X2 xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC/SE/5619saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X1 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında X5 çərçivəsində xx.xx.2021-ci il tarixdə DCLT00280179-01 saylı maliyyələşdirmə üçün ərizə (41040AZNSK********** saylı kart hesabına bağlı) imzalanmış, ərizəyə əsasən xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 24%, kredit müddətinin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 33,5% olmaqla, 6,060 (altı min altmış) manat məbləğində tütün məhsullarının alışı və bununla bağlı ƏDV-nin ödənilməsi məqsədi ilə plastik kart üzrə kredit xətti açılmışdır. xx.xx.2021-ci il tarixli DC00280179-04 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış, ərizəyə əsasən xx.xx.2023-cü il tarixinədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kredit müddətinin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 32% olmaqla, 10,294 (on min iki yüz doxsan dörd) manat məbləğində mal alışı məqsədilə birdəfəlik kredit verilmiş. Lakin, borcalan qeyd edilən DCLT00280179-01 saylı müqavilə üzrə öhdəliklərini 316 gün, DC00280179-04 saylı müqavilə üzrə öhdəliklərini 574 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında öhdəlikləri aşağıdakı kimidir. DCLT00280179-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6,058.08 (altı min əlli səkkiz manat səkkiz qəpik) manat əsas borc, 1,192.22 (bir min bir yüz doxsan iki manat iyirmi iki qəpik) manat hesablanmış faiz borcu, 1,670.52 (bir min altı yüz yetmiş manat əlli iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 8,920.82 (səkkiz min doqquz yüz iyirmi manat səksən iki qəpik) manat təşkil edir. DC00280179-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 9,935.67 (doqquz min doqquz yüz otuz beş manat altmış yeddi qəpik) manat əsas borc, 2,801.02 (iki min səkkiz yüz bir manat iki qəpik) manat faiz borcu, 946.88 (doqquz yüz qırx altı manat səksən səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 13,683.57 (on üç min altı yüz səksən üç manat əlli yeddi qəpik) manat təşkil edir. X3 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur. Kreditin müddəti bitənədək və kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X2 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Eyni zamanda, X3 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. Bundan başqa İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya İnstitutunun tətbiqi qaydasında Mediasiya Şurasına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Mediasiya prosesi üzrə 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödəmişdir.

3. Daha sonra İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi “iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair” ərizə verərək, Cavabdeh 27 avqust 2021-cü il tarixli DCLT00280179-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6,058.08 (altı min əlli səkkiz manat səkkiz qəpik) manat əsas borc, 2,384.44 (iki min üç yüz səksən dörd manat qırx dörd qəpik) manat hesablanmış faiz borcu, 3,905.33 (üç min doqquz yüz beş manat otuz üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 12,347.85 (on iki min üç yüz qırx yeddi manat səksən beş qəpik) manat məbləğində borcun və 13 oktyabr 2021-ci il tarixli DC00280179-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 9,935.67 (doqquz min doqquz yüz otuz beş manat altmış yeddi qəpik) manat əsas borc, 3,077.83 (üç min yetmiş yeddi manat səksən üç qəpik) manat faiz borcu, 1,159.71 (min yüz əlli doqquz manat yetmiş bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 14,173.21 (on dörd min yüz yetmiş üç manat iyirmi bir qəpik) manat məbləğində borcun və mediasiya prosesi üzrə ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin həcminin artırılması” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh 27 avqust 2021-cü il tarixli DCLT00280179-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6,058.08 (altı min əlli səkkiz manat səkkiz qəpik) manat əsas borc, 2,384.44 (iki min üç yüz səksən dörd manat qırx dörd qəpik) manat hesablanmış faiz borcu, 3,905.33 (üç min doqquz yüz beş manat otuz üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 12,347.85 (on iki min üç yüz qırx yeddi manat səksən beş qəpik) manat məbləğində borcun və 13 oktyabr 2021-ci il tarixli DC00280179-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 9,935.67 (doqquz min doqquz yüz otuz beş manat altmış yeddi qəpik) manat əsas borc, 3,077.83 (üç min yetmiş yeddi manat səksən üç qəpik) manat faiz borcu, 1,159.71 (min yüz əlli doqquz manat yetmiş bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 14,173.21 (on dörd min yüz yetmiş üç manat iyirmi bir qəpik) manat məbləğində borcun və mediasiya prosesi üzrə ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi.

5. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, yəni əsas borcu qəbul etdiyini, lakin yaranmış faiz və cərimə borclarını qəbul etmədiyini, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ona ödəniş etmədiyi təqdirdə 1 ay sonra məlumat verməli olduğunu və eyni zamanda borcun ödənilməsini tələb etməli olmasını, lakin "xxxx" Açıq Səhmdar Cəmiyyəti faiz borcunun artması üçün 1 il gözlədikdən sonra onunla əlaqə saxladığını, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hər günə 5 manat faiz olmaqla, 420 günə faiz borcu hesanlandığını və buna görədə iddianı qismən qəbul etdiyini bildirmişdir.

6. Hazırkı məhkəmə baxış iclası ilə bağlı Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəbin üzürlü olması barədə sübut təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

8. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin artırılması” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

9. Belə ki, iş materialları ilə müəyyən olunur ki, "Bank" - “Paşa Bank" Açıq Səhmdar Cəmiyyəti ilə "Müştəri" - Cavabdeh (VÖEN **********) arasında 20 oktyabr 2020-ci ildə sonuncunun “Bank xidmətlərinin göstərilməsinə dair” X2 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli Versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC/SE/5619 nömrəli Razılaşma imzalanmış və həmin Razılaşmanı imzalamaqla müştəri Cavabdeh X1 qeyd edilmiş şərtləri qəbul etmişdir.

10. 20 oktyabr 2020-ci il tarixli Razılaşmanın 1-ci bəndinə əsasən, borcalan Cavabdeh (VÖEN **********) bu Razılaşmanı imzalamaqla, “Bank xidmətlərinin göstərilməsinə dair” X2 Bankın rəsmi internet səhifəsində “https://www.pashabank.az/gsa_addendum/lang,az/” link üzrə yerləşdirilən 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli Versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir.

11. İş materiallarında olan “Bank xidmətlərinin göstərilməsinə dair” X2 “Kredit (Maliyyələşdirmə)” bölməsinin 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir.

12. İş materiallarında olan “Bank xidmətlərinin göstərilməsinə dair” X2 “Kredit (Maliyyələşdirmə)” bölməsinin 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər.

13. İş materiallarında olan 27 avqust 2021-cü il tarixli DCLT00280179-01 saylı Kredit Kart Əməliyyatları üzrə Maliyyələşdirmə üçün ərizəyə əsasən, müştəri Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixədək güzəşt müddəti bitdiyi halda illik faiz dərəcəsi 24% olmaqla, kredit müddətinin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 33,5% olmaqla, 6,060 (altı min altmış) manat məbləğində “nağdsız qaydada "xxxx" QSC, "xxxx" QSC və "xxxx" QSC-dən tütün məhsullarının alışı və bununla bağlı ƏDV-nin ödənilməsi” məqsədi ilə plastik kart üzrə kredit xətti açılmışdır.

14. 27 avqust 2021-cü il tarixli DCLT00280179-01 saylı Kredit Kart Əməliyyatları üzrə Maliyyələşdirmə üçün ərizəyə əsasən, müştəri Cavabdeh həmin ərizə əsasında yaranan əsas borc, faizlər, komissiya haqqı, öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və ya vurulmuş zərər, girov predmetinə tutumanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi üzrə bütün pul tələblərinə dair öhdəliklər götürmüşdür.

15. İş materiallarında olan 13 oktyabr 2021-ci il tarixli DC00280179-04 saylı Kredit Əməliyyatı üzrə Maliyyələşdirmə üçün ərizəyə əsasən, müştəri Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixinədək illik faiz dərəcəsi 17% olmaqla, illik cərimə faizi 15% olmaqla, kredit müddətinin bitmə tarixindən sonra gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faizi 32% olmaqla, 10,294 (on min iki yüz doxsan dörd) manat məbləğində “mal alışı” məqsədilə birdəfəlik kredit verilmişdir.

16. 13 oktyabr 2021-ci il tarixli DC00280179-04 saylı Kredit Kart Əməliyyatları üzrə Maliyyələşdirmə üçün ərizəyə əsasən, müştəri Cavabdeh həmin ərizə əsasında yaranan əsas borc, faizlər, komissiya haqqı, öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və ya vurulmuş zərər, girov predmetinə tutumanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi üzrə bütün pul tələblərinə dair öhdəliklər götürmüşdür.

17. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 04 avqust 2023-cü il tarixli PB/BPŞ-OUT-00859-2023/11 nömrəli Maliyyə Arayışında 11 iyul 2023-cü il tarixinə borcalan Cavabdeh borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 27 avqust 2021-cü il tarixli DCLT00280179-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6,058.08 (altı min əlli səkkiz manat səkkiz qəpik) manat əsas borc, 1,192.22 (bir min bir yüz doxsan iki manat iyirmi iki qəpik) manat hesablanmış faiz borcu, 1,670.52 (bir min altı yüz yetmiş manat əlli iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 8,920.82 (səkkiz min doqquz yüz iyirmi manat səksən iki qəpik) manat məbləğində borcunun (gecikmə günün sayı – 316) olduğu və 13 oktyabr 2021-ci il tarixli DC00280179-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 9,935.67 (doqquz min doqquz yüz otuz beş manat altmış yeddi qəpik) manat əsas borc, 2,801.02 (iki min səkkiz yüz bir manat iki qəpik) manat faiz borcu, 946.88 (doqquz yüz qırx altı manat səksən səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 13,683.57 (on üç min altı yüz səksən üç manat əlli yeddi qəpik) manat məbləğində borcunun (gecikmə günün sayı – 574) olduğu göstərilmişdir.

18. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 12 sentyabr 2023-cü il tarixli PB/BPŞ-OUT-01044-2023/1 nömrəli Maliyyə Arayışında 08 sentyabr 2023-cü il tarixinə borcalan Cavabdeh borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 27 avqust 2021-cü il tarixli DCLT00280179-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6,058.08 (altı min əlli səkkiz manat səkkiz qəpik) manat əsas borc, 2,384.44 (iki min üç yüz səksən dörd manat qırx dörd qəpik) manat hesablanmış faiz borcu, 3,905.33 (üç min doqquz yüz beş manat otuz üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 12,347.85 (on iki min üç yüz qırx yeddi manat səksən beş qəpik) manat məbləğində borcunun (gecikmə günün sayı – 375) olduğu və 13 oktyabr 2021-ci il tarixli DC00280179-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 9,935.67 (doqquz min doqquz yüz otuz beş manat altmış yeddi qəpik) manat əsas borc, 3,077.83 (üç min yetmiş yeddi manat səksən üç qəpik) manat faiz borcu, 1,159.71 (min yüz əlli doqquz manat yetmiş bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 14,173.21 (on dörd min yüz yetmiş üç manat iyirmi bir qəpik) manat məbləğində borcunun (gecikmə günün sayı – 633) olduğu göstərilmişdir.

19. Yuxarıda təsvir olunanlardan görünür ki, kredit vermiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcalan Cavabdeh 27 avqust 2021-cü il tarixli DCLT00280179-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6,058.08 (altı min əlli səkkiz manat səkkiz qəpik) manat əsas borcu, 2,384.44 (iki min üç yüz səksən dörd manat qırx dörd qəpik) manat hesablanmış faiz borcu, 3,905.33 (üç min doqquz yüz beş manat otuz üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 12,347.85 (on iki min üç yüz qırx yeddi manat səksən beş qəpik) manat məbləğində borcunun və 13 oktyabr 2021-ci il tarixli DC00280179-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 9,935.67 (doqquz min doqquz yüz otuz beş manat altmış yeddi qəpik) manat əsas borcu, 3,077.83 (üç min yetmiş yeddi manat səksən üç qəpik) manat faiz borcu, 1,159.71 (min yüz əlli doqquz manat yetmiş bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 14,173.21 (on dörd min yüz yetmiş üç manat iyirmi bir qəpik) məbləğində borcunun olduğu müəyyən edilmiş və həmin borcun Cavabdehdan tutulması üçün iddia ərizəsi və “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət olunmuşdur.

20. Lakin, mübahisənin obyektiv həlli məqsədi ilə 27 avqust 2021-cü il tarixli DCLT00280179-01 saylı maliyyələşdirmə üçün ərizəyə və 13 oktyabr 2021-ci il tarixli DC00280179-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən tələb edilən borcların düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi üçün Cavabdeh vəsatəti əsasında məhkəmənin 25 oktyabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək ekspertiza keçirilmiş və məhkəmə-mühasibatlıq ekspertizasının 07 iyun 2024-cü il tarixli 9/8822 nömrəli Ekspert Rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında X5 çərçivəsində bağlanmış 27 avqust 2021-cü il tarixli DCLT00280179-01 saylı maliyyələşdirmə üçün ərizənin şərtlər üzrə borcalan Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2022-ci il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə 6.058,93 manat, faiz borcu üzrə 1.058,21 manat, xx.xx.2023-cü il tarixədək əsas borc üzrə 6.058,93, faiz borcu üzrə 2556,79 manat. Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında X5 çərçivəsində bağlanmış 13 oktyabr 2021-ci il tarixli DC00280179-04 saylı maliyyələşdirmə üçün ərizənin şərtlər üzrə borcalan Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2023-ci il tarixə əsas borc üzrə 9.331,35 manat, faiz borcu üzrə 2.877,42 manat.

21. Lakin, 07 iyun 2024-cü il tarixli 9/8822 nömrəli Ekspert Rəyi ilə razılaşmayan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin vəsatəti əsasında məhkəmənin 13 avqust 2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək ekspertiza keçirilmiş və əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 04 oktyabr 2024-cü il tarixli 9/7264 nömrəli Ekspert Rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 27 avqust 2021-cü il tarixli DCLT00280179-01 saylı maliyyələşdirmə üçün ərizənin şərtləri əsas götürülməklə 27 avqust 2024-cü il tarixinə, 08 sentyabr 2023-cü il tarixinə və eyni zamanda 13 oktyabr 2024-cü il tarixinə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2022-ci il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək): əsas borc üzrə 6.058,93 manat, faiz borcu üzrə 1.058,21 manat, xx.xx.2024-cü il tarixdək əsas borc üzrə 6.058,93 manat, faiz borcu üzrə 1370,41 manat, xx.xx.2024-cü il tarixdək əsas borc üzrə 6.058,93 manat, faiz borcu üzrə 1652,32 manat. Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında X5 çərçivəsində bağlanmış 13 oktyabr 2021-ci il tarixli DC00280179-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2023-cü il tarixinə və eyni zamanda xx.xx.2024-cü il tarixə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2023-cü il tarixə əsas borc üzrə 9934,69 manat, faiz borcu üzrə 3063,47 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 9934,69 manat, faiz borcu üzrə 4635,09 manat.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

23. Göründüyü kimi, iş materialları ilə müəyyən edilir ki, borcalan (cavabdeh) Cavabdeh müvafiq olaraq 20 oktyabr 2020-ci ildə sonuncunun “Bank xidmətlərinin göstərilməsinə dair” X2 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli Versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC/SE/5619 nömrəli Razılaşmanı, 27 avqust 2021-cü il tarixli DCLT00280179-01 saylı Kredit Kart Əməliyyatları üzrə Maliyyələşdirmə üçün ərizəni və 13 oktyabr 2021-ci il tarixli DC00280179-04 saylı Kredit Kart Əməliyyatları üzrə Maliyyələşdirmə üçün ərizəni bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, borcverən İddiaçı ASC-yə ödənilməli olan əsas borcları nəzərdə tutulan qaydada ödəməmiş və bununla da, öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər.

24. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı ASC tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etmişdir).

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2).

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

34. Beləliklə də, təsvir olunanlara əsasən müəyyən olunur ki, borcalan Cavabdeh 27 avqust 2021-cü il tarixli DCLT00280179-01 saylı Kredit Kart Əməliyyatları üzrə Maliyyələşdirmə üçün ərizə üzrə və 13 oktyabr 2021-ci il tarixli DC00280179-04 saylı Kredit Kart Əməliyyatları üzrə Maliyyələşdirmə üçün ərizə üzrə kredit ödənişlərini ərizələrin şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən, həmin Ərizələr üzrə yaranmış borclar borcalan Cavabdeh tutulmalıdır.

35. Lakin, 27 avqust 2021-cü il tarixli DCLT00280179-01 saylı Kredit Kart Əməliyyatları üzrə Maliyyələşdirmə üçün ərizə üzrə və 13 oktyabr 2021-ci il tarixli DC00280179-04 saylı Kredit Kart Əməliyyatları üzrə Maliyyələşdirmə üçün ərizə üzrə Cavabdeh tutulmalı olan əsas borcun və faiz borcunun məbləğləri müəyyən edilərkən - iş üzrə keçirilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 04 oktyabr 2024-cü il tarixli 9/7264 nömrəli Ekspert Rəyi mötəbər sübut olaraq nəzərə alınmalı və 27 avqust 2021-cü il tarixli DCLT00280179-01 saylı Kredit Kart Əməliyyatları üzrə Maliyyələşdirmə üçün ərizə üzrə həmin Ekspertiza Rəyi ilə xx.xx.2022-ci il tarixə müəyyən edilmiş "1.058,21 manat miqdarında faiz borcu” Cavabdeh tutulmalıdır.

36. Məhkəmə qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27 avqust 2021-cü il tarixli DCLT00280179-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən iddia tələbi və cavabdeh tərəfin mənafeyi nəzərə alınaraq əsas borcun məbləği məhkəmə-mühasibatlıq ekspertizasının 04 oktyabr 2024-cü il tarixli 9/7264 nömrəli Ekspert Rəyində müəyyən edilmiş nəticəyə əsasən deyil, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmaqla, iddiaçı tərəfindən verilmiş iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Belə ki, 04 oktyabr 2024-cü il tarixli 9/7264 nömrəli Ekspert Rəyində Cavabdeh ilə bağlanmış 27 avqust 2021-cü il tarixli DCLT00280179-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2022-ci il tarixə əsas borcun 6.058,93 (altı min əlli səkkiz manat 93 qəpik) manat olması müəyyən edilmiş olsa da, iddia tələbində iddiaçı tərəfindən Cavabdeh 6,058.08 (altı min əlli səkkiz manat 08 qəpik) manat məbləğində əsas borcun tutulması tələb olunur. Ona görə də, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq kredit razılaşması üzrə iddia tələbində göstərilən məbləğdə, yəni 6,058.08 (altı min əlli səkkiz manat səkkiz qəpik) manat məbləğində əsas borc tutulmalıdır. Çünki, iddia tələbi üzrə hesablanmış əsas borcun məbləği ekspert rəyində hesablanmış məbləğdən az məbləğdədir və bu səbəbdən də, həmin kredit müqaviləsi üzrə əsas borcun tutulmasında ekspert rəyində müəyyən edilmiş nəticə nəzərə alınmayaraq, iddia tələbi üzrə 6,058.08 (altı min əlli səkkiz manat səkkiz qəpik) manat məbləğində əsas borc tutulmalıdır.

37. Həmçinin, 13 oktyabr 2021-ci il tarixli DC00280179-04 saylı Kredit Kart Əməliyyatları üzrə Maliyyələşdirmə üçün ərizə üzrə 04 oktyabr 2024-cü il tarixli 9/7264 nömrəli Ekspertiza Rəyi ilə xx.xx.2023-cü il tarixə müəyyən edilmiş "9934,69 manat miqdarında əsas borc və 3063,47 manat miqdarında faiz borcu” Cavabdeh tutulmalıdır.

38. Məhkəmə hesab edir ki, iddianın 27 avqust 2021-cü il tarixli DCLT00280179-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən “3,905.33 (üç min doqquz yüz beş manat otuz üç qəpik) manat cərimənin tutulması” tələbinə və 13 oktyabr 2021-ci il tarixli DC00280179- 04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən “1,159.71 (min yüz əlli doqquz manat yetmiş bir qəpik) manat cərimənin tutulması” tələbinə aid hissələri qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, Cavabdeh 27 avqust 2021-cü il tarixli DCLT00280179-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 300 (üç yüz) manat məbləğində cərimə və 13 oktyabr 2021-ci il tarixli DC00280179-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 500 (beş yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

39. Həmçinin, iddia tələbi “mediasiya prosesi ilə əlaqədar ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutulması” hissəsində isə qismən təmin edilməli və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Cavabdeh iddiaçının xeyrinə mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının 100 (yüz) manat hissəsi tutulmalıdır. Çünki, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında təşkil olunmuş ilkin mediasiya sessiyasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ilə yanaşı, Cavabdeh da iştirak etmişdir.

40. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

41. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

44. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

45. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

47. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh 27 avqust 2021-ci il tarixli DCLT00280179-01 nömrəli Maliyyələşdirmə üçün ərizə üzrə 6,058.08 (altı min əlli səkkiz manat 08 qəpik) manat məbləğində əsas borc, 1058,21 (min əlli səkkiz manat 21 qəpik) manat məbləğində faiz borcu, 300 (üç yüz) manat məbləğində cərimə olmaqla, cəmi 7416,29 manat və 13 oktyabr 2021-ci il tarixli DC00280179-04 nömrəli Maliyyələşdirmə üçün ərizə üzrə 9934,69 (doqquz min doqquz yüz otuz dörd manat 69 qəpik) manat məbləğində əsas borc, 3063,47 (üç min altmış üç manat 47 qəpik) manat məbləğində faiz borcu, 500 (beş yüz) manat məbləğində cərimə olmaqla, cəmi 13498,16 manat və mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 100 (yüz) manat hissəsi olmaqla, cəmi 21014,45 (iyirmi bir min on dörd manat 45 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir.

48. Bundan əlavə, hazırkı iddia tələbinin təmin olunmuş hissəsi üzrə hesablanan 152,74 (yüz əlli iki manat 74 qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir.

49. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur.

50. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaiti isə Cavabdeh dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir.

51. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

52. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

53. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 27 avqust 2021-ci il tarixli DCLT00280179-01 nömrəli Maliyyələşdirmə üçün ərizə üzrə 6,058.08 (altı min əlli səkkiz manat 08 qəpik) manat məbləğində əsas borc, 1058,21 (min əlli səkkiz manat 21 qəpik) manat məbləğində faiz borcu, 300 (üç yüz) manat məbləğində cərimə olmaqla, cəmi 7416,29 manat və 13 oktyabr 2021-ci il tarixli DC00280179-04 nömrəli Maliyyələşdirmə üçün ərizə üzrə 9934,69 (doqquz min doqquz yüz otuz dörd manat 69 qəpik) manat məbləğində əsas borc, 3063,47 (üç min altmış üç manat 47 qəpik) manat məbləğində faiz borcu, 500 (beş yüz) manat məbləğində cərimə olmaqla, cəmi 13498,16 manat və mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 100 (yüz) manat hissəsi olmaqla, cəmi 21014,45 (iyirmi bir min on dörd manat 45 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumu kimi 152,74 (yüz əlli iki manat 74 qəpik) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) verilə bilər.

Sədrlik edən İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar