Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-390/2022 24.11.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 Nimət oğlunun, cavabdehlər Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 29 mart 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 25 oktyabr 2019-cu il tarixli Kredit Müqaviləsi üzrə 28577,73 (iyirmi səkkiz min beş yüz yetmiş yeddi manat 73 qəpik) manat əsas borc və 8629,94 (səkkiz min altı yüz iyirmi doqquz manat 94 qəpik) manat faiz borcu olmaqla, cəmi 37207,67 manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 (iki yüz) manat məbləğində haqqın və 1,62 (bir manat 62 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, 25 oktyabr 2019-cu tarixli Kredit Müqaviləsinə əsasən borcalan Cavabdeh2 borcverən "xxxx" X2 Açıq Səhmdar Cəmiyyətindən (hal-hazırda İddiaçı Açıq Səhmdar Cəmiyyəti) illik 25%lə 24 ay müddətinə 30000 manat məbləğində kredit götürmüşdür. Həmin kreditin təminatı olaraq Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 ilə 25 oktyabr 2019-cu il tarixli Zaminlik Müqavilələri bağlanmışdır. 23 sentyabr 2020-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 23 yanvar 2022-ci il tarixədək müəyyən edilmişdir. Lakin Borcalan müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 08 dekabr 2021-ci il tarixədək Cavabdeh2 Banka 25 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 28577,73 manat əsas borc və 8629,94 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 37207,67 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC cavabadehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 arasında olan hazırkı kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş olsa da, tərəflər arasında razılıq əldə olunmamış və borc ödənməmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 25 oktyabr 2019-cu il tarixli Kredit Müqaviləsi üzrə 28577,73 manat əsas borc və 8629,94 manat faiz borcu olmaqla, cəmi 37207,67 manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində haqqın və 1,62 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul etdiyini, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün biznesini böyütmək məqsədilə 25 oktyabr 2019-cu il tarixli Kredit Müqaviləsi üzrə 30000 manat məbləğində kredit götürmüş olsa da, yaranmış problemlərə görə borcunu vaxtlı-vaxtında ödəyə bilmədiyini və Bankın bundan istifadə edərək ona yüksək faiz hesabladığını, buna görə də əsas borcu qəbul etsə də, faiz borcunu qəbul etmədiyini və faiz borcunun tutulmasına etiraz etdiyini, əsas borcu hissə-hissə ödəyəcəyini və iddia tələbi üzrə əsas borcun tutulmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 25 oktyabr 2019-cu il tarixli 20-MZ3-1-0-753-19 nömrəli Kredit Müqaviləsindən görünür ki, "xxxx" X2 Açıq Səhmdar Cəmiyyəti (hal-hazırda İddiaçı Açıq Səhmdar Cəmiyyəti) – “Kreditor”, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh2 (VÖEN **********) – “Borcalan” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən biznes fəaliyyəti məqsədilə borcalan Cavabdeh2 24 ay müddətinə illik 25 % dərəcəsi ilə 30000 (otuz min) manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, bu Müqavilədə göstərilmiş qaydada Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və Müqavilənin ayrılmaz hissəsi olan azalan ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir. Bu zaman nəzərə alınır ki, istənilən halda əsas borcun ödənilməsi bərabər hissələrlə həyata keçirilməlidir. İş materiallarında olan 25 oktyabr 2019-cu il tarixli 20-MZ3-1-0-753-19 nömrəli Kredit Müqaviləsində göstərilən kreditin və ona hesablanmış faizlərin Ödəniş Cədvəlindən (1 saylı Əlavədən) görünür ki, borcalan Cavabdeh2 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Cədvəlini borcalan Cavabdeh2 imza etmişdir. X5 əsasən ödənişin son tarixi 25 oktyabr 2021-ci il müəyyən olunmuşdur. İş materiallarında olan 25 oktyabr 2019-cu il tarixli 20-MZ3-1-0-753-19 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Borc verən”, Cavabdeh4 – “Zamin” və Cavabdeh2 – “Borcalan” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh4 “zamin” olaraq borcalan Cavabdeh2 25 oktyabr 2019-cu il tarixli 20- MZ3-1-0-753-19 nömrəli Kredit Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 25 oktyabr 2019-cu il tarixli 20-MZ3-1-0-753-19/1 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Borc verən”, Cavabdeh1 – “Zamin” və Cavabdeh2 – “Borcalan” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh1 “zamin” olaraq borcalan Cavabdeh2 25 oktyabr 2019-cu il tarixli 20- MZ3-1-0-753-19 nömrəli Kredit Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 25 oktyabr 2019-cu il tarixli 20-MZ3-1-0-753-19/2 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Borc verən”, Cavabdeh3 – “Zamin” və Cavabdeh2 – “Borcalan” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh3 “zamin” olaraq borcalan Cavabdeh2 25 oktyabr 2019-cu il tarixli 20- MZ3-1-0-753-19 nömrəli Kredit Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. X1 4.1-ci bəndlərinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik Kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə Zamin və ya Zaminlər və Borcalan Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarından görünür ki, 25 oktyabr 2019-cu il tarixli 20-MZ3-1-0-753-19 nömrəli Kredit Müqaviləsi üzrə imzalanmış 28 aprel 2020-ci il tarixli “Əlavə Saziş 1” əsasən Müqavilənin 2.4, 2.4.1, 2.4.2 və 2.4.3-cü yarımbəndləri ləğv edilmiş (1.1.1-ci bənd), Müqavilə üzrə verilmiş kreditin müddətinin 25 yanvar 2022-ci il tarixədək uzadılmış (1.1.2-ci bənd), Müqavilə üzrə kreditin illik faiz dərəcəsi 25% (1.1.3-cü bənd) və Müqavilə üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 (üç) ay (1.1.4-cü bənd) müəyyən edilmişdir. Eyni zamanda, həmin “Əlavə Saziş 1”-lə Borcalanın kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və bu Sazişə əlavə edilmiş ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirilməsi (1.1.5-ci bənd) və Müqavilə üzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş illik faiz dərəcəsinin 72 % təşkil etməsi (1.1.6-cı bənd) də müəyyən olunmuşdur. İş materiallarında olan 25 oktyabr 2019-cu il tarixli 20-MZ3-1-0-753-19 nömrəli Kredit Müqaviləsi üzrə kreditin və ona hesablanmış faizlərin 28 aprel 2020-ci il tarixli Ödəniş Cədvəlindən görünür ki, borcalan Cavabdeh2 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Cədvəlini borcalan Cavabdeh2 imza etmişdir. X3 əsasən ödənişin son tarixi 25 yanvar 2022-ci il müəyyən olunmuşdur. İş materiallarında olan 25 oktyabr 2019-cu il tarixli 20-MZ3-1-0-753-19 nömrəli Kredit Müqaviləsi üzrə imzalanmış 23 sentyabr 2020-ci il tarixli “Əlavə Saziş 1”-dən görünür ki, müqavilə üzrə kreditin qalıq borc məbləği (əsas borc, gecikdirilmiş əsas borc, faiz borcu, gecikdirilmiş faiz borcu və cərimə) kapitallaşdırılmaqla, 28577,73 (iyirmi səkkiz min beş yüz yetmiş yeddi manat 73 qəpik) manat təşkil edir (1.1.1-ci bənd). İş materiallarında olan 25 oktyabr 2019-cu il tarixli 20-MZ3-1-0-753-19 nömrəli Kredit Müqaviləsi üzrə kreditin və ona hesablanmış faizlərin 23 sentyabr 2020-ci il tarixli Ödəniş Cədvəlindən görünür ki, borcalan Cavabdeh2 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Cədvəlini borcalan Cavabdeh2 imza etmişdir. X3 əsasən ödənişin son tarixi 23 yanvar 2022-ci il müəyyən olunmuşdur. İş materiallarından görünür ki, 25 oktyabr 2019-cu il tarixli 20-MZ3-1-0-753-19 nömrəli Kredit Müqaviləsi üzrə Borcalan və Borcverən arasında imzalanmış yuxarıda qeyd olunan Əlavə Sazişlərlə əlaqədar borc verən İddiaçı ASC ilə zamin Cavabdeh4 arasında da müvafiq olaraq 25 oktyabr 2019-cu il tarixli 20-MZ3-1-0-753-19 nömrəli Zaminlik Müqaviləsinə 28 aprel 2020-ci il tarixli “Əlavə Saziş 1” və 23 sentyabr 2020-ci il tarixli “Əlavə Saziş 1” imzalanmışdır. İş materiallarından görünür ki, 25 oktyabr 2019-cu il tarixli 20-MZ3-1-0-753-19 nömrəli Kredit Müqaviləsi üzrə Borcalan və Borcverən arasında imzalanmış yuxarıda qeyd olunan Əlavə Sazişlərlə əlaqədar borc verən İddiaçı ASC ilə zamin Cavabdeh1 arasında da müvafiq olaraq 25 oktyabr 2019-cu il tarixli 20-MZ3-1-0-753-19/1 nömrəli Zaminlik Müqaviləsinə 28 aprel 2020-ci il tarixli “Əlavə Saziş 1” və 23 sentyabr 2020-ci il tarixli “Əlavə Saziş 1” imzalanmışdır. İş materiallarından görünür ki, 25 oktyabr 2019-cu il tarixli 20-MZ3-1-0-753-19 nömrəli Kredit Müqaviləsi üzrə Borcalan və Borcverən arasında imzalanmış yuxarıda qeyd olunan Əlavə Sazişlərlə əlaqədar borc verən İddiaçı ASC ilə zamin Cavabdeh3 arasında da müvafiq olaraq 25 oktyabr 2019-cu il tarixli 20-MZ3-1-0-753-19/2 nömrəli Zaminlik Müqaviləsinə 28 aprel 2020-ci il tarixli “Əlavə Saziş 1” və 23 sentyabr 2020-ci il tarixli “Əlavə Saziş 1” imzalanmışdır. İş materiallarında olan 08 dekabr 2021-ci il tarixli Maliyyə Arayışından görünür ki, borcalan Cavabdeh2 25 oktyabr 2019-cu il tarixli 20-MZ3-1-0-753-19 nömrəli Kredit Müqaviləsi üzrə 08 dekabr 2021-ci il tarixinə borcverən İddiaçı ASC-yə 28577,73 manat məbləğində əsas borcu və 8629,94 manat məbləğində faiz borcu olmaqla, cəmi 37207,67 manat məbləğində borcu olmuşdur (həmin Arayışdan görünür ki, əsas borc üzrə son ödəniş 17 aprel 2020-ci ildə 477,76 manat məbləğində, faiz üzrə isə son ödəniş 17 aprel 2020-ci ildə 522,24 manat məbləğində edilmişdir). Lakin, mübahisənin obyektiv həlli məqsədi ilə borc verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borc alan Cavabdeh2 arasında bağlanmış 25 oktyabr 2019-cu il tarixli 20- MZ3-1-0-753-19 nömrəli Kredit Müqaviləsi üzrə tələb edilən borcun düzgün hesablanıbhesablanmamasının müəyyən edilməsi üçün məhkəmənin 06 sentyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 25 oktyabr 2022-ci il tarixli 9/6991 nömrəli Ekspert Rəyindən görünür ki, Cavabdeh2 ilə "xxxx" İKB arasında bağlanmış 25 oktyabr 2019-cu il tarixli 20-MZ3-1-0-753-19 nömrəli Kredit Müqaviləsinin və Əlavə Sazişlərin şərtləri nəzərə alınmaqla, borcalan Cavabdeh2 borcverən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 08 dekabr 2021-ci il tarixə ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən edilmişdir: - 08 dekabr 2021-ci il tarixə - əsas borc üzrə 28577,73 manat və faiz borcu üzrə 8632,86 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, iş materialları ilə müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan (cavabdeh) Cavabdeh2 (VÖEN **********) və zaminlər (cavabdehlər) Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müvafiq olaraq 25 oktyabr 2019-cu il tarixli Kredit və Zaminlik Müqavilələri bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, borcverən İddiaçı ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri Ödəniş Cədvəlində nəzərdə tutulan qaydada ödəməmiş və bununla da, borcverən İddiaçı ASC-dən alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirməmişlər. Ona görə də, məlum Kredit müqaviləsi üzrə cəmi 30000 manat məbləğində verilmiş kredit Ödəniş Cədvəlinə uyğun olaraq qaytarılmadığı üçün krediti vermiş Bank tərəfindən borcalan Cavabdeh2 08 dekabr 2021-ci il tarixə 28577,73 manat məbləğində əsas borcunun və 8629,94 manat məbləğində faiz borcunun olduğu müəyyən edilmiş və həmin borcun cavabdehlərdən, yəni borcalan Cavabdeh2 və zaminlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulması üçün müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı ASC tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir (20 sentyabr 2021-ci il tarixli mediasiya Arayışı). Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, təsvir olunanlara əsasən müəyyən olunur ki, məlum kredit müqaviləsi üzrə borcalan Cavabdeh2 25 oktyabr 2019-cu il tarixli 20-MZ3-1-0-753-19 nömrəli Kredit müqaviləsi üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən, həmin Müqavilə üzrə yaranmış borc cavabdehlərdən tutulmalıdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 25 oktyabr 2019-cu il tarixli 20-MZ3-1-0-753-19 nömrəli Kredit müqaviləsi üzrə müştərək qaydada tutulmalı olan əsas borc və faiz borcunun məbləğləri müəyyən edilərkən - iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 25 oktyabr 2022-ci il tarixli 9/6991 nömrəli Ekspert Rəyi də mötəbər sübut kimi qiymətləndirilməli və cavabdehlərdən tutulmalı olan borc məbləğləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, həmin Rəyə və iddiaçı tərəfindən verilmiş iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Yəni, 25 oktyabr 2022-ci il tarixli 9/6991 nömrəli Ekspertiza Rəyində 25 oktyabr 2019-cu il tarixli 20-MZ3-1-0-753-19 nömrəli Kredit müqaviləsi üzrə 08 dekabr 2021-ci il tarixinədək mövcud əsas borc 28577,73 manat və faiz borcu isə 8632,86 manat miqdarında müəyyən edilmiş olsa da, iddia tələbində iddiaçı tərəfindən cavabdehlərdən müştərək qaydada “28577,73 manat məbləğində əsas borcun və 8629,94 manat məbləğində faiz borcunun“ tutulması tələb olunur. Bu halda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehlərdən həmin müqavilə üzrə iddia tələbində göstərilən məbləğdə, yəni 8629,94 manat məbləğində faiz borcu tutulmalıdır. Çünki, ekspert rəyində faiz borcunun 8632,86 manat məbləğində olduğu qeyd olunsa da, iddiaçı iddia tələbində “8629,94 manat məbləğində faiz borcunun tutulmasını” xahiş etmişdir. Həmçinin, iddia tələbində 08 dekabr 2021-ci il tarixə hesablanaraq tələb edilən “28577,73 manat məbləğində” əsas borc 25 oktyabr 2022-ci il tarixli 9/6991 nömrəli Ekspertiza Rəyi ilə də təsdiq olunur və ona görə də, cavabdehlərdən müştərək qaydada 25 oktyabr 2019-cu il tarixli 20-MZ3-1-0-753-19 nömrəli Kredit müqaviləsi üzrə “28577,73 manat” miqdarında əsas borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və cavabdehlər Cavabdeh2 (VÖEN **********), Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 28577,73 manat məbləğində əsas borc və 8629,94 manat məbləğində faiz borcu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Eləcə də, mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının və iddia tələbi nəzərə alınaraq 1,62 (bir manat 62 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin, Cavabdeh3 məcburi köçkün olması (Cəbrayıl rayonu, Çullu kəndi) və məcburi köçkünlərin məhkəmələrə verilən iddialar üzrə ödənilmiş rüsumlardan azad olmaları nəzərə alınaraq, hazırkı iddia tələbinin təmin olunmuş hissəsi üzrə hesablanan 201,62 (iki yüz bir manat 62 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. Eyni zamanda, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 (VÖEN **********), Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 28577,73 (iyirmi səkkiz min beş yüz yetmiş yeddi manat 73 qəpik) manat məbləğində əsas borc, 8629,94 (səkkiz min altı yüz iyirmi doqquz manat 94 qəpik) manat məbləğində faiz borcu, mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı və 1,62 (bir manat 62 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 37409,29 (otuz yeddi min dörd yüz doqquz manat 29 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada dövlət nəfinə 200 (iki yüz) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-390/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-390/2022
24.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver