Məhkəmə qərarları › İş №e-2-2(119)-40/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-40/2023

16.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-40/2023 16.06.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-in xeyrinə 29 avqust 2019-cu il tarixli Kredit Müqaviləsi üzrə 90390,65 manat əsas borc, 21206,57 manat faiz borcu və 36,06 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 111633,28 manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat məbləğin və 1,63 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 məxsus Sumqayıt şəhərinin Koroğlu prospekti- 12-ci mikrorayonda yerləşən ümumi sahəsi 216,8 kv.m olan 554 nömrəli qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 mülkiyyətindəki Sumqayıt şəhərinin Koroğlu prospekti-12-ci mikrorayonda yerləşən ümumi sahəsi 216.8 kv.m olan 554 nömrəli qeyri-yaşayış sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin qeyri-yaşayış sahəsinin boşaldılması və Banka təhvil verilməsi və Cavabdeh2 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti (əvvəlki adı "xxxx" İKB ASC) arasında bağlanmış 29 avqust 2019-cu il tarixli Baş Kredit Müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə 16 iyun 2023-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasına tərəflər gəlməmişlər. Lakin, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia ərizəsinin qaytarılması və işin baxılmamış saxlanılması” barədə ərizə təqdim edərək, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi üzrə tələb olunan borc məbləğinin ödənilməsi barədə cavabdehlərlə məhkəmədən kənar qarşılıqlı razılıq əldə olunduğundan, iddia ərzəsinin əlavə edilmiş sənədlərin əslləri ilə birlikdə iddiaçıya geri qaytarılması və iddia ərizəsinin baxılmamış saxlanılması haqqında qərardad qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə - iddia ərizəsi baxılmamış saxlanılır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “iddia ərizəsinin qaytarılması və işin baxılmamış saxlanılması” barədə ərizəsi təmin edilməli və həmin ərizə əsasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalı və həmin kommersiya işi üzrə iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Eləcə də, iş materialları ilə müəyyən edilir ki, hazırkı mübahisənin obyektiv həlli məqsədi ilə cavabdeh tərəfin təşəbbüsü ilə kommersiya işi üzrə məhkəmə-mühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizaları keçirilmiş və ekspertiza tərəfindən müvafiq olaraq 24 fevral 2023-cü il tarixli 9/436 nömrəli və 10 may 2023-cü il tarixli 10/362, 10/154, 9/431, 9/228 nömrəli Ekspert Rəyləri verilmişdir. X1 əlavə edilmiş “Ekspertiza xərclərinə dair” Bildirişlərdə keçirilmiş ekspertiza tədqiqatlarının ümumilikdə cəmi dəyəri 200 (iki yüz) manat məbləğində müəyyən edilərək, həmin məbləğin müvafiq qaydada tutularaq aidiyyəti üzrə ödənilməsi xahiş olunmuşdur. İşin hallarına görə məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan ümumilikdə cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 260.3-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadında işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “iddia ərizəsinin qaytarılması və işin baxılmamış saxlanılması” barədə ərizəsi təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar