Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-40/2025 01.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 16 avqust 2019-cu il tarixli 2180 saylı kredit müqaviləsi üzrə 3709,69 (üç min yeddi yüz doqquz manat altmış doqquz qəpik) manat məbləğində əsas borc, 897,54 (səkkiz yüz doxsan yeddi manat əlli dörd qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 4607,23 (dörd min altı yüz yeddi manat iyirmi üç qəpik) manat məbləğində borcun, mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərcinin və 6,07 (altı manat yeddi qəpik) manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, borc tələbinin ipoteka predmeti olan Cavabdeh məxsus Quba rayonu, Gənclər qəsəbəsində yerləşən 1,3871 ha olan torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin dəyərinin tərəflərin razılığına əsasən 18000 (on səkkiz min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin açıq hərraca çıxarılaraq satılması hesabına cəmi 4607,23 (dörd min altı yüz yeddi manat iyirmi üç qəpik) manat məbləğində borcun, mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərcinin və 6,07 (altı manat yeddi qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Xaçmaz filialı ilə Cavabdeh arasında bağlanmış 16 avqust 2019-cu il tarixli 2180 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 20%-lə 24 ay müddətinə qarışıq meyvə bağına aqrotexniki qulluq məqsədilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Bakı filialı ilə ipotekaqoyan Cavabdeh arasında 16 avqust 2019-cu il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmış və cavabdehə məxsus Quba rayonu, Gənclər qəsəbəsi ünvanında yerləşən 1,3871 ha olan torpaq sahəsi ipoteka qoyulmuşdur. Cavabdeh ilə bağlanmış 16 avqust 2019-cu il tarixli ipoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən ipoteka predmeti olan Quba rayonu, Gənclər qəsəbəsi ünvanında yerləşən 1,3871 ha olan torpaq sahəsinin dəyəri tərəflərin razılığına əsasən 18000 (on səkkiz min) manat məbləğində müəyyən edilmişdir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə görə Cavabdeh qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Cavabdeh ona verilmiş krediti vaxtında qaytarmamaqla kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və iddiaçını ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Borcun ödənilməsi tələbi ilə Cavabdeh dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Borcluya göndərilmiş pretenziya və xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına olan əsas borcu 3709,69 manat, faiz borcu 897,54 manat, cəmi borcu 4607,23 manat təşkil edir. Sözügedən mübahisə ilə bağlı Qusar 1 saylı Mediasiya təşkilatının medaitoru tərəfindən mediasiya prosesinin nəticəsi olan MŞQ-MT-027-2023-01482 saylı, xx.xx.2023-cü il tarixli arayış təqdim edilmiş və iddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan borc verən İddiaçı Səhmdar Kredit Təşkilatı ilə borc alan Cavabdeh arasında bağlanmış 16 avqust 2019-cu il tarixli 2180 nömrəli kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcverən bağçılıq, meyvə istehsalı məqsədilə 10000 (on min) manat krediti illik faiz dərəcəsi 20 % olmaqla 24 ay müddətinə borcalana verməyi öhdəsinə götürür. Həmin müqavilənin 6.5-ci bəndinə əsasən borcalan krediti va ona hesablanmış faizlari bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini təmin edir. İş materiallarında olan ödəniş cədvəlində borcalan Cavabdeh banka olan borcunun son ödəniş tarixi 2021-ci ilin avqust ayı olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur. Həmin ödəniş planı borcalan Cavabdeh imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan ipoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı və ipoteka qoyan Cavabdeh arasında bağlanmış 16 avqust 2019cu il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh mülkiyyətində olan Quba rayonu, Gənclər qəsəbəsində yerləşən 1,3871 ha torpaq sahəsini tərəflər arasında bağlanmış 16 avqust 2019-cu il tarixli 2180 saylı kredit müqaviləsi üzrə yaranmış borc öhdəliyinin təminatı olaraq ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Quba rayonu, Gənclər qəsəbəsində yerləşən 1,3871 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 76 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********55 qeydiyyat nömrəli çıxarışdan görünür ki, Quba rayonu, Gənclər qəsəbəsində yerləşən 1,3871 ha torpaq sahəsi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş, əsas öhdəliyin mahiyyəti kimi 16 avqust 2019-cu il tarixli müqavilə göstərilmişdir. İş materiallarında olan 31 oktyabr 2023-cü il tarixli maliyyə arayışında göstərilir ki, Cavabdeh 16 avqust 2019-cu il tarixli 2180 nömrəli kredit müqaviləsi üzrə 31 oktyabr 2023-cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına 3709,69 (üç min yeddi yüz doqquz manat altmış doqquz qəpik) manat məbləğində əsas borc, 897,54 (səkkiz yüz doxsan yeddi manat əlli dörd qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 4607,23 (dörd min altı yüz yeddi manat iyirmi üç qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan 25 sentyabr 2024-cü il tarixli 9/4948 nömrəli məhkəməmühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, cari hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 16 avqust 2019-cu il tarixli, 2180 saylı kredit müqaviləsinə əsasən istifadə edilmiş məbləğin, kreditin təyin edildiyi tarixdən etibarən qərardadda ekspert qarşısında qoyulmuş suallar üzrə göstərilən tarixlərədək, Cavabdeh İddiaçı Səhmdar Kredit Təşkilatına olan borcu 16 avqust 2021-ci il tarixinə əsas borc üzrə 4986,37 manat, faiz borcu üzrə 248,43 manat, 31 oktyabr 2023-cü il tarixə 3203,89 manat, 173,54 manat və 24 may 2024-cü il tarixinə 3203,89 manat, 5%-lə borc üzrə 264,32 manatdır. İş materiallarında olan 02 dekabr 2024-cü il tarixli 10/4783-9/4897 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən rəyindən görünür ki, Quba rayonu, Gənclər qəsəbəsi ünvanında yerəşən 1,3871 ha olan torpaq sahəsinin hazırki orta bazar qiyməti təqribən 36060 manat məbləğində müəyyən olunur. Quba rayonu, Gənclər qəsəbəsi ünvanında yerəşən 1,3871 ha olan torpaq sahəsinin hazırki likvid dəyəri qiyməti 32450 manat müəyyən edilir. İş materiallarında olan 17 mart 2025-ci il tarixli 9/1349 nömrəli təkrar məhkəməmühasibatlıq ekspertizasının rəyindən rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2180 saylı kredit müqaviləsinə əsasən istifadə edilmiş məbləğin, kreditin təyin edildiyi tarixdən etibarən Qərardadda ekspert qarşısında qoyulmuş suallar üzrə göstərilən tərixlərədək, Cavabdeh İddiaçı Səhmdar Kredit Təşkilatına olan borcu 16 avqust 2021-ci il tarixinə əsas borc üzrə 4986,37 manat, faiz borcu üzrə 248,43 manat, 31 oktyabr 2023-cü il tarixə 2939,81 manat, faiz borcu üzrə 0 manat, 5%-lə borc üzrə 417,30 manat, 24 may 2024-cü il tarixinə əsas borc üzrə 2939,81 manat, faiz borcu üzrə 0 manat, 5%-lə borc üzrə 500,60 manat müəyyən edilir. İş materiallarında olan 16 aprel 2025-ci il tarixli 10/1354 nömrəli təkrar məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində göstərilir ki, Quba rayonu, Gənclər qəsəbəsində yerləşən, Cavabdeh xüsusi mülkiyyətində olan 1,3871 ha torpaq sahəsinin yerləşdiyi ərazilərdə həmin torpaq sahəsinə analoji olan hər hansı torpaq sahəsinin satışına dair məlumat olmadığına görə tədqiq olunan torpaq sahəsinin likvid və orta bazar qiymətini müəyyən etmək mümkün olmadı. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 09 iyun 2025-ci il tarixli 424/E nömrəli mütəxəssis rəyində göstərilir ki, Quba rayonu, Gənclər qəsəbəsində yerləşən 1,3871 ha olan torpaq sahəsinin (məqsədli təyinatı kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin) olan) hazırki real bazar dəyəri 25000 (iyirmi beş min) manat, likvid dəyəri isə 22500 (iyirmi iki min beş yüz) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh vermişdir. Lakin Cavabdeh 16 avqust 2019-cu il tarixli 2180 saylı kredit müqaviləsini bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməli olan əsas və faiz borclarını müvafiq qaydada ödəməmiş, bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 16 avqust 2019-cu il tarixli 2180 nömrəli kredit müqaviləsi üzrə tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən 17 mart 2025-ci il tarixli 9/1349 nömrəli təkrar məhkəmə-mühasibatlıq ekspertizasının rəyi mötəbər sübut kimi nəzərə alınmalı və ekspert rəyində qeyd edilən 2939,81 (iki min doqquz yüz otuz doqquz manat səksən bir qəpik) manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı iddia qaldırarkən istinad etdiyi 31 oktyabr 2023-cü il tarixli maliyyə arayışında 16 avqust 2019-cu il tarixli 2180 nömrəli kredit müqaviləsi üzrə 31 oktyabr 2023-cü il tarixinə 897,54 (səkkiz yüz doxsan yeddi manat əlli dörd qəpik) manat məbləğində məbləğində faiz borcunun hesablandığını bildirmişdir. Lakin 17 mart 2025-ci il tarixli 9/1349 nömrəli təkrar məhkəmə-mühasibatlıq ekspertizasının rəyində həmin tarixə faiz borcunun 0 (sıfır) manat olduğu qeyd edilmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi “897,54 (səkkiz yüz doxsan yeddi manat əlli dörd qəpik) manat məbləğində faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində 17 mart 2025-ci il tarixli 9/1349 nömrəli ekspert rəyi mötəbər sübut kimi götürülərək təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. - 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; - 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; - 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: - 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; - 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx.xx.2020-ci il tarixli qərardadında göstərilir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Göründüyü kimi, kredit müqaviləsi üzrə Cavabdeh üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə iddiaçı ilə cavabdeh arasında bağlanmış 16 avqust 2019-cu il tarixli 2180 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən Quba rayonu, Gənclər qəsəbəsində yerəşən 1,3871 ha olan torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş evə yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317, 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. Məhkəmə hesab edir ki, ipotekaya qoyulmuş əmlakın ilkin satış qiyməti müəyyən edilərkən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 09 iyun 2025-ci il tarixli 424/E nömrəli mütəxəssis rəyi əsas götürülərək ipoteka predmeti olan Quba rayonu, Gənclər qəsəbəsində yerləşən 1,3871 ha torpaq sahəsinin ilkin satış (likvid) qiyməti 22500 (iyirmi iki min beş yüz) manat göstərilməlidir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş cəmi 60 (altmış) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Qusar 1 saylı Mediasiya təşkilatının 14 sentyabr 2023-cü il tarixli MŞQ-MT-027-2023-01482 nömrəli arayışından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş olsa da, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən 60 (altmış) manat məbləğində mediasiya xərci ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə təmin edilməli, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən mediatora ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərcinin əvəzi Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməlidir. İddia tələbinin “6,07 (altı manat yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 04 aprel 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 6 (altı) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə qismən təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 6 (altı) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2939,81 (iki min doqquz yüz otuz doqquz manat səksən bir qəpik) manat məbləğində əsas bоrc, mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci və 6 (altı) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3005,81 (üç min beş manat səksən bir qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulmalı, cavabdеh Cavabdeh tutulmalı olan cəmi 3005,81 (üç min beş manat səksən bir qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh xüsusi mülkiyyətində olan Quba rayonu, Gənclər qəsəbəsində yerləşən 1,3871 ha torpaq sahəsinə yönəldilməli, həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına olan 3005,81 (üç min beş manat səksən bir qəpik) manat məbləğində borc ödənilməli, ipoteka predmeti olan Quba rayonu, Gənclər qəsəbəsində yerləşən 1,3871 ha torpaq sahəsinin ilkin satış qiyməti 22500 (iyirmi iki min beş yüz) manat müəyyən edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 350 (üç yüz əlli) manat məbləğində pul vəsaiti cavabdeh cavabdеh Cavabdeh tutularaq X1 ödənilməlidir. Eləcə də, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun hesablanan 49,40 (qırx doqquz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 43,40 (qırx üç manat qırx qəpik) (49,40 manat-6 manat=43,40 manat) manat məbləğində pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi cavabdеh Cavabdeh dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh 2939,81 (iki min doqquz yüz otuz doqquz manat səksən bir qəpik) manat məbləğində əsas bоrc, mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci və 6 (altı) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3005,81 (üç min beş manat səksən bir qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulsun. Cavabdеh Cavabdeh tutulmalı olan cəmi 3005,81 (üç min beş manat səksən bir qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh xüsusi mülkiyyətində olan Quba rayonu, Gənclər qəsəbəsində yerləşən 1,3871 ha torpaq sahəsinə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına olan cəmi 3005,81 (üç min beş manat səksən bir qəpik) manat məbləğində borc ödənilsin. İpoteka predmeti olan Quba rayonu, Gənclər qəsəbəsində yerləşən 1,3871 ha torpaq sahəsinin ilkin satış qiyməti 22500 (iyirmi iki min beş yüz) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 350 (üç yüz əlli) manat məbləğində pul vəsaiti cavabdеh Cavabdeh tutularaq X1 ödənilsin. Cavabdеh Cavabdeh dövlət nəfinə 43,40 (qırx üç manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-40/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-40/2025
01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver