Məhkəmə qərarları › İş №e-2-2(119)-401/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-401/2021

06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-401/2021 06.07.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, cavabdehin nümayəndəsi X4, üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı (mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublı̇ kasinin İ̇qtı̇ sadı̇ yyat Nazı̇ rlı̇ yi yanında Əmlak Məsələlərı̇ Dövlət Xı̇ dmətı̇ ) borcun tutulması, icarə müqaviləsinə xitam verilməsi və qeyri-yaşayış sahəsinin qaytarılması tələbinə dair işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehə qarşı borcun tutulması, icarə müqaviləsinə xitam verilməsi və qeyri-yaşayış sahəsinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə Cavabdeh arasında 26.01.2009-cu il tarixində bağlanmış “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” 9040/7870 nömrəli və 10262/9040 nömrəli 16.05.2018-ci il tarixli icarə müqavilələri üzrə 01.01.2015-01.04.2021-ci illər üçün ödənilməmiş 113597,15 (yüz on üç min beş yüz doxsan yeddi manat 15 qəpik) manat borc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və həmin icarə müqaviləsinə xitam verilməklə icarə müqaviləsinin predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1352.1 kv.m təşkil edən, iddiaçının balansında olan qeyri-yaşayış sahəsinin iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə Cavabdeh arasında 26.01.2009-cu il tarixində “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” 9040/7870 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinə əsasən, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi sədrinin 08.01.2007-ci il tarixli, 01 saylı Əmrinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1352.1 kv.m təşkil edən, iddiaçının balansında olan qeyri-yaşayış sahəsi istehsal məqsədi ilə cavabdehin icarəsinə verilmişdir. İcarə predmeti olan qeyri-yaşayış sahəsinin adı, dəyəri, təyinatı, təsviri və s. digər xüsusi qeydlər müqavilədə öz əksini tapmışdır. Həmçinin bundan əlavə, icarə müqaviləsi üzrə cavabdehin ödəməli olduğu icarə haqqı, hesablanma qaydası da tam ətraflı qeyd edilmişdir. Tərəflər arasında bağlanmış Müqavilənin 8.3.5-ci maddəsinə əsasən, icarəyə verilmiş əmlakdan dövlət və ya ictimai ehtiyaclar üçün istifadə zərurəti yarandıqda Müqavilə üzrə hüquq münasibətlərinə xitam verilir. Hal-hazırda "xxxx" MMC-də istehsalın genişlənməsi və istehsal həcminin artması ilə əlaqədar əlavə istehsal sahələrinə və tikililərə ehtiyacın olduğunu nəzərə alınmaqla icarə müqaviləsinin predmeti olan qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətinə qaytarılmasına zərurət yaranmışdır. Bu 26.01.2009-cu il tarixli icarə müqaviləsində icarə münasibətlərinə xitam verilməsinin birbaşa əsası kimi qeyd edilmişdir. Ona görə də, iddiaçı tərəfindən qeyd edilmiş qeyriyaşayış sahəsi ilə əlaqədar bağlanmış icarə müqaviləsinə xitam verilməsi və həmin ərazinin iddiaçıya qaytarılması ilə bağlı icarə müqaviləsinə xitam verilməsi barədə qərar verilməsi üçün Azərbaycan Respublikaslı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilmişdir. Həmin müraciətə verilmiş cavab məktubunda cavabdehə xəbərdarlıq məktubunun göndərildiyi qeyd edilmişdir. Lakin, cavabdeh həm bağlanılmış müqavilənin həm də qanunvericiliyin tələblərini kobud surətdə pozaraq həmin qeyri-yaşayış sahəsinin iddiaçıya qaytarılmasına suni şəkildə maneələr yaradır, bununla da iddiaçının hüququnu və qanunla qorunan mənafeyini kobud surətdə pozur. Cavabdeh artıq uzun müddətdir ki, icarə haqqını da ödəmir. Belə ki, bu barədə cavabdeh şirkətə dəfələrlə şifahi və yazılı müraciətlər edilmişdir. Lakin cavabdeh öz öhdəliklərinin icrasından boyun qaçırır. 2015-2019-cu illər üçün cavabdehin ödənilməmiş cəmi 73.382,00 (yetmiş üç min üç yüz səksən iki) manat borcu mövcud olmuşdur, hazırda isə 26.01.2009-cu il tarixli və 16.05.2018-ci il tarixli müqavilələr üzrə 01.01.2015-01.04.2021-ci illər üçün cavabdehin ödənilməmiş cəmi 113597,15 (yüz on üç min beş yüz doxsan yeddi manat 15 qəpik) manat borcu yaranmışdır. İddia ərizəsində göstərilir ki, cavabdehin həm icarə haqqını ödəməməsi, həm də icarə obyektini tam əsassız olaraq iddiaçıya qaytarmaması iddiaçını məhkəməyə müraciət etməyə məcbur etmişdir. Yaranmış borcun ödənilməsi, qeyd edilmiş icarə müqaviləsinə xitam verilməklə icarə obyektinin iddiaçıya qaytarılması barədə məhkəmə tərəfindən ədalətli qərar verilməsi zəruridir. İddia ərizəsində Mülki Məcəllənin 442, 443.1, 690.2 və 697.1-ci maddələrinə istinad edilmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X5, habelə digər nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçının nümayəndələri sonuncu məhkəmə baxış iclasında iştirak etməmiş, Vəkil məhkəməyə ərizə təqdim edərək iddia tələbini müdafiə etdiklərini və işə təqdim olunmuş sübutlar əsasında iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Z.Səmədov qeyd edilən qeyri-yaşayış sahəsinə dair 16.05.2018-ci il tarixdə yeni icarə müqaviləsi bağlanıldığını, iddia tələbini borcun tutulması hissəsində qəbul etdiyini, müəssisənin maliyyə vəziyyəti qənaətbəxş olmadığından hazırda icarə haqqını ödəmək imkanlarının olmadığını, yaxın vaxtlarda yerinə yetirilmiş dövlət sifarişlərinə görə Maliyyə Nazirliyi tərəfindən ödəniş olacağını və icarə haqqının ödəniləcəyini bildirmiş, müqaviləyə xitam verilməsi və qeyriyaşayış sahəsinin qaytarılması hissəsində isə iddianı qəbul etmədiyini və həmin hissədə iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublı̇ kasinin İ̇qtı̇ sadı̇ yyat Nazı̇ rlı̇ yi yanında Əmlak Məsələlərı̇ Dövlət Xı̇ dmətı̇ nin nümayəndəsi Q.Mehdiyev iddianın icarə müqaviləsinin ləğv edilməsi hissəsində təmin olunmamasını, borcun tutulması hissəsində isə təmin olmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X2 "xxxx" İstehsalat Birliyində əmlakın idarə olunması üzrə aparıcı mühəndis vəzifəsində işlədiyini və Birliyin tabeliyində olan müəssisələrdə, o cümlədən Radioquraşdırma zavodunda icarəyə verilmiş əmlaklar barədə məlumatlı olduğunu, iddia ərizəsində qeyd edilən qeyri-yaşayış sahəsinin icarə müqaviləsi əsasında Cavabdeh istifadəsində olduğunu, sonuncu dəfə icarə haqqının 2015-ci ilin aprel ayında ödənildiyini, dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq icarə haqqını ödəmədiklərini və həmin ərazini tərk etmədiklərini, bir neçə dəfə akt tərtib Cavabdeh şirkətinin əməkdaşlarının qeyri-yaşayış sahəsindən istifadəsini dayandırsalar da sonradan həmin ərazidə fəaliyyətlərini davam etdirdiklərini bildirmişdir. Əsaslandırıcı hissə Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını və şahid ifadəsini dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İddiaçının nümayəndəsi tərəfindən təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Baki Şəhər Ərazi İdarəsi tərəfindən təsdiq olunmuş 18.05.2011-ci il tarixli **********64-12101 reyestr nömrəli daşınmaz əmlakın (əmlak kompleksi kimi müəssisənin) Texniki Paspotuna əsasən “ünvan 2 ünvanının balans saxlayıcısı X3, "xxxx" İstehsalat Birliyi MMC “Radioquraşdirma” zavodudur. İş materiallarından görünür ki, “icarəyəverən” Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi (VÖEN:**********) ilə “icarəçi” Cavabdeh (VÖEN:**********) arasında 26.01.2009-ci il tarixli 9040/7870 nömrəli dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “icarəyəverən” Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi sədrinin 08.01.2007-ci il tarixli, 01 saylı əmrinə əsasən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 1352.1 m2 təşkil edən ARMSN, "xxxx" İstehsalat Birliyi MMC, “Radioquraşdırma” zavodunun balansında olan qeyri-yaşayış sahəsi istehsal məqsədi ilə “icarəçi”nin müddətli istifadəsinə verir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən bir aylıq icarə haqqı 2259,81 manatdır və icarə haqqının 50%-i (ƏDV ilə) 1223.2 manat, illik icrarə haqqının 50%-i (ƏDV ilə) 14678.4 manat AR MSN, "xxxx" İstehsalat Birliyi MMC, “Radioquraşdırma” zavodunun hesablaşma hesabına ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublı̇ kasinin İ̇qtı̇ sadı̇ yyat Nazı̇ rlı̇ yi yanında Əmlak Məsələlərı̇ Dövlət Xı̇ dmətı̇ tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş 10262/9040 nömrəli 16.05.2018-ci il tarixli icarə müqaviləsindən də görünür ki, iddiaçının balansında olan ümumi sahəsi 1370 m2 təşkil edən qeyri-yaşayış sahəsinin xidmət məqsədi ilə “icarəçi”nin müddətli istifadəsinə verir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən bir aylıq icarə haqqı 3413.53 manatdır və icarə haqqının 50%-i (ƏDV ilə) 1847.69 manat, illik icrarə haqqının 50%-i (ƏDV ilə) 22172.29 manat AR MSN, "xxxx" İstehsalat Birliyi MMC, “Radioquraşdırma” zavodunun hesablaşma hesabına ödənilməlidir. Həmin müqavilənin 4-cü bəndinə əsasən icarə müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə, sahədən səmərəli və təyinatı üzrə istifadə edilməsinə nəzarət etmək, aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirmək icarəyəverənin hüququdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən icarəyə verilmiş əmlakdan ancaq müqavilə şərtlərinə uyğun təyinatı üzrə istifadə etmək və icarə müddət ərzində icarə haqqını cari ayın 10-dək ödəmək “icarəçi”nin hüquq və vəzifələridir. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən icarə haqqı iki ardıcıl müddət üçün ödənilmədikdə bu, “İcarəçi”nin müqavilənin icrasından birtərəfli imtinası kimi qəbul edilir və icarə müqaviləsi ləğv oluna bilər. Həmin müqavilənin 8.3.5-ci maddəsinə əsasən icarəyə verilmiş əmlakdan dövlət və ya ictimai ehtiyatları üçün istifadə zərurəti yarandıqda müqavilə üzrə hüquq müqanisbətlərinə vaxtından əvvəl xitam verilir. İddiaçı tərəfindən təqdim edilmiş 10.06.2021-ci il tarixli 17/133 saylı maliyyə arayışından görünür ki, Cavabdeh yuxarıda qeyd edilən müqavilələr üzrə 01.01.2015-ci il tarixdən 01.04.2021-ci il tarixədək icarə haqqını ödəməmişdir və cəmi borcu ƏDV ilə birlikdə 113597,15 manat təşkil edir. İddiaçı tərəfindən təqdim edilmiş 27.04.2021-ci il tarixli 06/83 saylı məlumatdan və kassa mədaxil orederindən görünür ki, Cavabdeh icarə müqaviləsi əsasında sonuncu ödənişi 22.04.2015-ci il tarixdə etmişdir ki, həmin ödəniş də 2014-cü ilin oktyabr, noyabr və dekabr ayları üzrə icrə haqqı olmuşdur. Məhkəmə tədqiqatı zamanı cavabdehin nümayəndəsi iddiaçı tərəfindən icarə haqqı üzrə tələb edilən edilən məbləği, yəni 113597,15 manatı mübahisələndirməmiş, habelə qeyd edilən borc məbləğindən ödənişlər edilməsinə dair hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi icarə haqqı üzrə borc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Eyni zamanda, “İcarə haqqında” Qanunun “icarə haqqı” adlanan 8-ci maddəsinin tələblərinə əsasən icarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. Qanunla və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, dövlət əmlakı dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlara məxsus olduqda, icarə haqları 100 faiz dövlət büdcəsinə köçürülür, kommersiya fəaliyyəti göstərən müəssisə və təşkilatlarda isə 50 faizi isə həmin müəssisələrin sərəncamında qalır. Yuxarıda qeyd edilən müqavilələrin müvafiq tələblərinə əsasən də icarə haqqı məbləğnin 50%-i məhz iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddia tələbi icarə müqaviləsinə xitam verilməklə icarə müqaviləsinin predmeti olan qeyri-yaşayış sahəsinin iddiaçıya qaytarılmasına dair hissədə əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş materiallarına əsasən, icarəyə verilmiş qeyri-yaşayış sahəsi dövlət əmlakı olmaqla onun dövlət mülkiyyətində olması işin mübahisəsiz haldır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 153.3-cü maddəsində göstərilmişdir ki, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq, əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Mülki Məcəllənin 155.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. "İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 6 sentyabr tarixli, 629 nömrəli Fərmanının 1-ci hissinə əsasən Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti dövlət əmlakının sərəncamçısına – Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 1.1.-ci bəndinə əsasən Xidmət dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində (bundan sonra – müvafiq sahə) dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. Həmin əsasnamənin 3.11-ci bəndinə daşınmaz dövlət əmlakını, o cümlədən dövlətə məxsus olan hüquqi şəxslərə məxsus daşınmaz əmlakı icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanılmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayıb Nazirliyə vermək və bu sahədə nəzarəti həyata keçirmək hazırda həmin Xidmətin vəzifələrindəndir. İşin yuxarıda qeyd olunan hallarını, habelə qanunvericliyin tələblərini və yuxarıda qeyd edilən icarə müqavilələrinin şərtlərini nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini icarə müqaviləsinə xitam verilməklə icarə müqaviləsinin predmeti olan qeyri-yaşayış sahəsinin qaytarılması barədə iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüquqa malik deyildir. Çünki, həmin qeyri- yaşayış sahəsi dövlət mülkiyyətindədir və məhz icarəyə verilən vaxt dövlət əmlakının sərəncamçısı olan Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən də icarəyə verilmişdir. Bundan əlavə, Mülki Məcəllənin 421.1 və 421.2-ci maddələrinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. İddiaçı "xxxx" MMC həmin qeyriyaşayış sahəsinin icarə müqaviləsi üzrə tərəf olmadığından həmin müqaviləyə xitam verilməsini tələb etmək hüququ yoxdur. Müqavilənin 8.3.5-ci bəndinin tələblərinə uyğun olaraq müqaviləyə xitam verilməsi zərurəti yaranarsa bu halda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti müvafiq tələblə məhkəməyə müraciət edə bilər. Lakin, Əmlak Məsələləri Dövlət Xidməti məhkəmə tərəfindən mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismindəə cəlb edilsə də mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs kimi işə cəlb olunması barədə müraciət etməyərək həmin qeyri-yaşayış sahəsinin icarə müqaviləsinə xitam verilməsi barədə hər hansı tələb irəli sürməmişdir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 113597,15 (yüz on üç min beş yüz doxsan yeddi manat 15 qəpik) manat borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdehndən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar