Məhkəmə qərarları › İş №e-2-2(119)-402/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-402/2025

29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-402/2025 29.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nilufər Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 126775 (yüz iyirmi altı min yeddi yüz yetmiş beş) manat məbləğində borc, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqı və 433 (dörd yüz otuz üç) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 127708 (yüz iyirmi yeddi min yeddi yüz səkkiz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 08 yanvar 2024-cü il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında malların təchiz edilməsi barədə 02-T/23 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq satıcı İddiaçı hər dəfə alıcı “Səba" Açıq Səhmdar Cəmiyyətinin sifarişi əsasında tərtib olunacaq və müqaviləyə əlavə olunacaq müvafiq əlavələrdə malları həmin əlavələrdə nəzərdə tutulan miqdarda və qiymətlərdə alıcının təyin etdiyi ünvana çatdırmağı və ona təhvil verməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən İddiaçı üzərinə düşən öhdəlikləri icra etsə də, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti öz üzərinə düşən öhdəlikləri lazımınca icra etmək öhdəliyini pozmuş, ödəməli olduğu məbləği tam şəkildə ödəməmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin hal-hazırda İddiaçınə 126775 (yüz iyirmi altı min manat yeddi yüz yetmiş beş) manat məbləğində borcu vardır. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə izahatında iddia tələbini qəbul etmədiklərini və iddiaçıya daha az məbləğdə borcları olduğunu bildirmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 08 yanvar 2024-cü il tarixli 02-T/23 nömrəli malların təchiz edilməsi barədə alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən satıcı hər dəfə alıcının sifarişi əsasında tərtib olunacaq və müqaviləyə əlavə olunacaq müvafiq əlavələrdə malları həmin əlavələrdə (qiymətlərin razılaşdırma protokollarında) nəzərdə tutulan miqdarda və qiymətlərlə alıcının təyin etdiyi ünvana çatdırmağı və sonuncuya təhvil verməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.4.1-ci bəndinə əsasən malları qəbul edib, əvəzində müəyyənləşdirilmiş pul məbləğini (malların dəyərini) vaxtında ödəmək alıcının vəzifəsidir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən satıcı hər dəfə malın təhvil verilməsi ilə birlikdə qaimə-fakturanı və alıcı tərəfindən verilmiş (sifariş bilavasitə və ya skan edilərək verilə bilər) sifarişi və digər zəruri sənədləri alıcıya təqdim etməlidir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən alıcı malların dəyərini mallar təhvil verildikdən və müvafiq elektron qaimə təqdim edildikdən sonra 30 (otuz) gün ərzində köçürmə yolu ilə satıcıya ödəyir. İş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında 08 yanvar 2024-cü il tarixli 02-T/23 nömrəli malların təchiz edilməsi barədə alqı-satqı müqaviləsi üzrə bağlanmış xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli qiymət razılaşma protokollarına əsasən satılan mallar və onların qiyməti razılaşdırılmışdır. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə 240625 manat dəyərində malın satılması ilə əlaqədar xx.xx.2024-xx.xx.2024cü il tarixlərdə 39 ədəd elektron qaimə-faktura göndərilmişdir. İş materillarında olan İddiaçı "Kapital Bank” Açıq Səhmdar Cəmiyyətində olan hesabından çıxarışdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə 16 aprel 2024-cü il tarixdə 15800 manat, 17 aprel 2024-cü il tarixdə 17800 manat, 10 may 2024-cü il tarixdə 19350 manat, 16 may 2024-cü il tarixdə 17050 manat, 27 may 2024-cü il tarixdə 17050 maanat, 27 iyun 2024-cü il tarixdə 15950 manat və 11 iyul 2024-cü il tarixdə 10850 manat ödənilmişdir. İş materiallarında olan 01 aprel 2025-ci il tarixli ərizədə göstərilir ki, tərəflər arasında bağlanılmış 02-T/23 nömrəli malların təchiz edilməsi barədə alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq satıcı İddiaçı hər dəfə alıcı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sifarişi əsasında tərtib olunmuş və müqaviləyə əlavə olaraq bağlanmış qiymət razılaşma protokollarına əsasən 240625 manat məbləğində mal vermişdir. Təhvil verilmiş malların dəyərindən 113850 manat məbləğində ödənilmiş, hazırda "xxxx"xxxx"X1 Cəmiyyətinə 126775 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan 01 aprel 2025-ci il tarixli 48 nömrəli maliyyə arayışına əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin İddiaçınə həmin tarixə borcu 126775 (yüz iyirmi altı min yeddi yüz yetmiş beş) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında 08 yanvar 2024-cü il tarixli 02-T/23 nömrəli malların təchiz edilməsi barədə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 240625 manat dəyərində mal satılmış, cavabdeh həmin malların dəyərindən 113850 manat ödəniş etsə də, o, öz öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək malların dəyərini tam ödəməmişdir. Buna görə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi həmin müqavilə üzrə ödənilməmiş 126775 (yüz iyirmi altı min yeddi yüz yetmiş beş) manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Bundan əlavə iddiaçı iddia tələbində hüquqi yardımla bağlı vəkilə ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının da cavabdehdən tutulmasını xahiş etmiş, bununla bağlı iddia ərizəsinə hüquqi yardıma görə 500 (beş yüz) manat məbləğində pul ödənilməsini təsdiq edən hüquqi yardımın göstərilməsi haqqında 16 yanvar 2025-ci il tarixli EM-1585VK-2740/25 nömrəli müqaviləni əlavə etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin “hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının tutulması” hissəsi təmin edilməli və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “433 (dörd yüz otuz üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməli, hazırkı iddia tələbi üzrə ödənilməli olan 416,78 (dörd yüz on altı manat yetmiş səkkiz qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 126775 (yüz iyirmi altı min yeddi yüz yetmiş beş) manat məbləğində borc, hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqı və 416,78 (dörd yüz on altı manat yetmiş səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 127691,78 (yüz iyirmi yeddi min altı yüz doxsan bir manat yetmiş səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 126775 (yüz iyirmi altı min yeddi yüz yetmiş beş) manat məbləğində borc, hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqı və 416,78 (dörd yüz on altı manat yetmiş səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 127691,78 (yüz iyirmi yeddi min altı yüz doxsan bir manat yetmiş səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Aliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar