Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-41/2020 02.09.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X14 qızının katibliyi, iddiaçı “Term” Kompaniyasının nümayəndəsi X1, Cavabdeh X10 nümayəndəsi Xankişiyev Yaşar Abdulla oğlunun iştirakı ilə, iddiaçı “Term” Kompaniyasının Cavabdeh X9rşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Term” Kompaniyası “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh X9rşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X13 tərəfindən iddiaçıya yazılmış 110241 (yüz on min iki yüz qırx bir) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh X13 tərəfindən tərtib edilmiş xx xxxxxxx 2019-cu il tarixli bildiriş-xəbardarlıq qaiməsində iddiaçı “Term” Kompaniyasının su borcunun 110241 manat olduğu göstərilmişdir və iddiaçı tərəf həmin hesablanmış borcla razı deyildir. Belə ki, Cavabdeh ASC-nin işçiləri tərəfindən iddiaçının su ilə təchiz olunan obyektinə hər ay bir, bəzi hallarda isə iki dəfə baxış keçirilərək, sayğacın hesabatlarına uyğun qaimələr təqdim edilmişdir. xx xxxx 2019-cu il tarixə su istifadəsinə görə cəmi 1807 manat borcun olması müəyyən edilmiş olsa da, xx xxxxxxx 2019-cu il tarixli bildiriş-xəbardarlıq qaiməsində bu rəqəmin 110241 manat olduğu göstərilmişdir. Cavabdehin iddiaçıdan ödənilməsini tələb etdiyi 110241 manat məbləğin nəyə əsasən hesablanması aydın deyildir. 2017-ci ilin avqust aynın ilk həftəsində suölçmə cihazının elektron hissəsində nasazlıq olduğu üçün Kompaniyanın əməkdaşları tərəfindən X8 Sayğacların təmiri və serviz şöbəsinə məlumat verilmiş vəİdarə tərəfindən xx xxxxxx 2017-ci ildə suölçən cihaz açılaraq təmirə aparılmışdır. Təmir edildikdən sonra həmin sayğac 15/14244 nömrəli akta əsasən yenidən quraşdırılsa da, bir neçə gündən sonra cihazın elektron hesablama hissəsinin işləməməsi müəyyən edilmiş və həmin vaxtdan etibarən də suölçən cihazın mexaniki göstəriciləri əsasında X8 əməkdaşları tərəfindən təqdim olunan bildiriş əsasında su sərfiyatının haqqı hər ay ödənilmişdir. Bir müddət keçdikdən sonra suölcən cihazın mexaniki hissəsində nasazlıq yaranmış və bununla əlaqədar iddiaçı tərəf yenidən bu barədə X8 sayğacların təmiri və servizi şöbəsinə məlumat vermişdir. Həmin məlumat əsasında servis xidmətinin əməkdaşları gələrək suölçən cihazı açaraq aparmış və bir gün keçdikdən sonra suölçən cihazı qaytararaq, sayğacın mexaniki hissəsinin pərinə daş qırıntısı düşdüyündən işləmədiyini və istismara yararlı olduğunu bildirib, sayğacı yerinə quraşdırmışlar. Bundan sonra da su sərfiyyatının ödənişləri yuxarıda qeyd edilən qayda da aparılmışdır. 2019-cu ilin avqust ayında isə Kompaniyaya məxsus suölcən cihaz yenidən X8 əməkdaşları tərəfindən video çəkiliş edilərək açılmış və “Nəzarət ölçü cihazları” İdarəsinə aparılaraq, suölçən cihaza müdaxilə olunması barədə qanunsuz akt tərtib olunmuşdur. Halbuki, suölçən cihaz ilk dəfə çıxarılıb aparıldıqda, Sukanal İdarəsinin əməkdaşları özləri ust qapaq plombunu qoparaq sayğacı təmir etmişlər. Suölçən cihaz çıxarılıb aparıldıqdan sonra sayğac gətirilib yerinə quraşdırılmadığına görə iddiaçı tərəfindən yeni suölçən cihaz alınaraq, Sukanal İdarəsinin əməkdaşlarının iştirakı ilə quraşdırılmışdır. xx xxxxxxx 2019cü il tarixli su sərfiyyatının ödənilməsinə dair hesab fakturada isə 110241 manat sərfiyyat borcunun olması göstərilmişdir. Lakin, həmin fakturada borcun əsasları qeyd olunmamışdır. İş üzrə məhkəmə prosesi zamanı Cavabdeh X13 tərəfindən məhkəməyə iddia tələbinə yazılı Etiraz təqdim edilərək, iddiaçı “Term” Kompaniyasının Cavabdeh X9rşı “borcun silinməsi” tələbi barədə iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı "Term" Kompaniyası ilə Cavabdeh X13 arasında xx xxxxxx 2012-ci il tarixli müqavilə bağlanmışdır. Həmin Müqavilə şərtlərinə uyğun olaraq abonentin su təchizatı paylayıcı su şəbəkəsinə qoşulmuş d=100 mm olan boru vasitəsi ilə həyata keçirilir. Abonentin istifadə etdiyi suyun və axıdılmış tullantı sularının həcmi su xəttinin giriş nöqtəsində quraşdırılmış ölçmə cihazı (su sayğacı) göstəricilərinə görə təyin edilir. Müqavilənin 2.2.4-cü bəndinə əsasən abonent ölçü cihazlarına və digər tənzimləyicilərə vurulmuş plombların bütövlüyüni təmin edir, onları daim işlək vəziyyətdə saxlayır və eləcə də ölçü cihazlarını yoxlama dövrülüyünə uyğun olaraqi dövlət yoxlamasından keçirir. Həmin Müqavilənin 2.2.5-ci bəndinə əsasən ölçü cihazlarının və tənzimləyici işində qüsurlar yarandıqda və yaxud, sıradan çıxdıqda, vurulmuş plomblar pozulduqda abonent növbəti gündən gec olmayaraq su təchizatı müəssisisinə dərhal məlumat verir. Abonent sayğacın elektron hissəsinin işləməməsi ilə bağlı təchizatçı müəssisəyə müraciət etməsi ilə əlaqədar abonentin sayğaca məsul şəxsin, Nəzarət Ölçü Cihazlarının İdarəsinin və yerli Sukanal idarəsinin əməkdaşlarının iştirakı ilə xx xxxxxx 2019-cu ildə sayğaca baxış keçirilmiş və həmin baxış zamanı tərtib edilmiş Akt əsasında sayğac şəbəkədən ayrılaraq, abonentin məsul şəxsinə təhvil verilmiş və labarator yoxlamasına göndərilmişdir. Sayğac Cavabdeh ASC Nəzarət Ölçü Cihazları İdarəsinin “Suölçən X2” tərəfindən dövrü yoxlamaya qəbul olunaraq üzərində yoxlama və sınaq keçirilmişdir.Həmin labarotoriyanın xx xxxxxx 2019-cu il tarixli 30523/0046400 nömrəli Rəyində göstərilir ki, “Sayğacın mexaniki hissəsində olan plastik halqanın sırğasindan zavod plombunun məftili keçməyib. Sayğacın mexanizmini kipləndirən vintlərin üzərində olan 3 ədəd qurğuşun möhürü yoxdur. Sayğacın hesablama mexanizmində müdaxilə aşkar olundu. Sayğac təmirə və istismara yararsızdır. Göründüyü kimi sayğaca müdaxilə faktı laborator müayinəsinin nəticəsi olaraq müəyyən edilmişdir. İstehlakçı ilə su təchizatı və kanalizasiya müəssisə arasındakı qarşılıqlı münasibətləri və bununla əlaqədar yaranan digər məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 262 №-li qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları” ilə tənzim olunur. Həmin Qaydalara əsasən suölçən cihazları onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun istismar etmək, istehlakçılara məxsus binalarda, mənzillərdə, fərdi yaşayış evlərində, həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasını, o cümlədən üzərindəki plombların toxunulmazlığını təmin etmək, suölçən cihazlar və ya onlara vurulmuş plomblar hər hansı səbəbdən zədələndikdə (xarab olduqda), növbəti iş günündən gec olmayaraq, bu barədə STKM-i xəbərdar etməksudan istifadə edənistehlakçıların vəzifələridir.Suölçən cihazların göstəricilərində istehlakçının təqsiri səbəbindən uyğunsuzluq (səhv) müəyyən edildikdə və (və ya) suölçən cihazların plombu zədələndikdə, istehlakçının vəsaiti hesabına suölçən cihazların növbədənkənar dövlət yoxlaması keçirilməlidir. Suölçən cihaza müdaxilə və pozuntu halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini pozuntu aşkar edildikdə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən müəyyənləşdirir və hesablaşma aparır. Cavabdeh ASC su təchizatı və kanalizasiya xidmətləri sahəsində təbii inhisarçı olmaqla, gəlirləri bu fəaliyyətdən, yəni onun şəbəkə və qurğuları vasitəsi ilə istehlakçılara verilən içməli suyun dəyərindən formalaşır. Müvafiq olaraq Cəmiyyətin balansında olan şəbəkə və qurğulardan istifadə edən istehlakçının su sərfiyyatını ölçən sayğaca müdaxilə etməsi Cəmiyyətə ziyan vurur və belə istifadə halları Cəmiyyətlə sayğacdan kənar gizli istifadəyə yol verən istehlakçı arasında ziyan vurmaqla bağlı mülkihüquq münasibətləri yaradır.Beləliklə, iddiaçının sudan qanunsuz istifadəsi nəticəsində ‘Cavabdeh” ASC-yə 12 aylıq müddətə hesablanmış 110241 manat məbləğində maddi ziyan dəymişdir. Yaranmış 110241 manat borc mülki hüquq pozuntusundan irəli gələn borcdur və pozuntu aşkar edildiyi günədək bir il ərzində abonent tərəfindən sudan istifadə üzrə ödənilən məbləğ - hesablanan həmin dəymiş ziyan məbləğinə daxil deyildir. Ona görə də, iddiaçı “Term” Kompaniyasının Cavabdeh ASC-yə qarşı verilmiş “su və kanalizasiya xidmətləri üzrə dəymiş zərər kimi hesablanmış 110241 manat borcun silinməsi” barədə iddia tələbi rədd olunmalıdır. Məhkəmə iclasında iddiaçı “Term” Kompaniyasının nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin olunması və Cavabdeh X13 tərəfindən iddiaçı “Term” Kompaniyasına hesablanmış 110241 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh X10 nümayəndəsi X7 iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə Etirazda yazılanlara uyğun izahat verərək, xx xxxxxx 2019-cu ildə qüsurlu olduğu üçün şəbəkədən ayrılaraq laboratoriyaya göndərilmiş sayğacın aşkar olunan qüsurlarına görə xx xxxxxx 2020-ci ilədək olan 12 aylıq dövrü əhatə edən müddət üçün, yəni 2018-ci ilin avqust ayından 2019-cu ilin avqust ayınadək 110241 manat məbləğində dəymiş zərərin hesablandığını təsdiq edib, iddiaçı “Term” Kompaniyası tərəfindən Cavabdeh X9rşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını və şahid ifadəsini dinləyib, iddia ərizəsini, iddia tələbinə yazılı etirazı və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Cavabdeh X10 Nəzarət-Ölçü Cihazları İdarəsində mühəndis vəzifəsində işləyən X6 ifadəsində xx xxxxxx 2019-cu il tarixli “Smart-kart tipli su sayğaclarının laborator yoxlamadan keçirilməsi” haqqında akt əsasında abonentin nümayəndəsi tərəfindən təqdim edilmiş “Term” Kompaniyasına məxsus su sayğacının xx xxxxxx 2019-cu ildə abonentin nümayəndəsinin iştirakı ilə Cavabdeh X10 Nəzarət-Ölçü Cihazları İdarəsində laboratoriya müayinəsindən keçirilərkən, həmin sayğacın mexaniki hissəsində olan plastik halqanın sırğasindan zavod plombunun məftilinin keçmədiyini, sayğacın mexanizmini kipləndirən vintlərin üzərində olan 3 ədəd qurğuşun möhürün qoparıldığını, sayğacın hesablama mexanizmində müdaxilə aşkar olunduğunu və sayğacın təmirə və istismara yararsız olduğunun müəyyən edildiyini təsdiq etmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı “Term” Kompaniyasına (VÖEN **********) məxsus qeyri-yaşayış sahəsinin su təchizatı xx xxxxxx 2012-ci ildən etibarən Cavabdeh X13 ilə “Su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün” Müqavilə (abonent kodu: 150056) əsasında həyata keçirilir və həmin Müqavilədə müvafiq olaraq tərəflərin, yəni “İstehlakçı” (abonent) olaraq “Term”xxxxxxxxxxxxxxxxxxx“Müəssisə” (təchizatçı) olaraq Cavabdeh ASC-nin hüquqları və öhdəlikləri təsbit olunmuşdur. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli 15/14244 nömrəli “Quraşdırılan, dəyişdirilən və təmir olunan su sayğacının istismara qəbuluna dair” Akta əsasən müəyyən olunur ki, istehlakçı “Term” Kompaniyasına məxsus obyektə 16avqust 2017-ci ildə “Alfasu- 100” markalı 50130523 nömrəli su sayğacı quraşdırılmışdır. İş materiallarında olan xx xxxxxx 2019-cuil tarixli Aktın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq xx xxxxxx 2019-cu ildə Sumqayıt şəhərinin 44-cü məhəlləsində yerləşən istehlakçı “Term” Kompaniyasına məxsus obyektin “su təchizatı və kanalizasiya sisteminə” baxış keçirilmiş və baxış zamanı tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli Aktda “Sayğacın elektron hissəsi işlək deyil. Mexaniki hissə işləkdir. Sayğacın Cavabdeh loqolu plombu və zavod möhürü üzərindədir” qeydləri yazılmışdır. İş materiallarında olan Cavabdeh X13 Nəzarət-Ölçü Cihazları İdarəsinin Suölçən X3 tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli 30523/0046400 nömrəli Rəyində göstərilir ki, “sayğacın mexaniki hissəsində olan plastik halqanın sırğasından zavod plombunun məftili keçməyib. Sayğacın mexanizmini kipləşdirən vintlərin üzərində olan 3 ədəd qurquşun möhür yoxdur. Sayğacın hesablama mexanizmində müdaxilə aşkar olundu. Sayğac təmirə və istismara yararsızdır”. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli 02/04836 nömrəli “Quraşdırılan, dəyişdirilən və təmir olunan su sayğacının istismara qəbuluna dair” Aktın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən istehlakçı “Term” Kompaniyasına məxsus obyektə xx xxxxxxx 2019-cu ildə CTB-100YD markalı 00202522 nömrəli yeni su sayğacı quraşdırılmışdır. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli ********* nömrəli Hesab Fakturadan görünür ki, “Term” Kompaniyasının 18 faiz ƏDV olmaqla qrunt suyu üçün 81 manat, sudan istifadə üzrə 55080 manat və çirkab suların axıdılması üzrə 55080 manat hesablanaraq, xx xxxxxxx 2019-cu il tarixinə cəmi 110241 (yüz on min iki yüz qırx bir) manat məbləğində ümumi borc müəyyən edilmişdir. İş materiallarında olan “Term” Kompaniyasının su təchizatı ilə əlaqədar tərtib edilmiş Abonent haqqında Məlumatlardan görünür ki, qüsurlu olduğu üçün xx xxxxxx 2019-cu ildə çıxarılmış sayğac tərəfindən və eləcə də, xx xxxxxxx 2019-cu ildə quraşdırılmış sayğac tərəfindən istifadə olunan suyun hesabatı aparılmış və həmin hesabatlar müvafiq dövrləri əhatə edən aylar üzrə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənmir (məsələn, köhnə sayğacın dövründə - 2019-cu ilin may ayında 721 m3, iyun ayında 1110 m3 və iyul ayında 859 m3. Yeni sayğacın dövründə - 2019-cu ilin noyabr ayında 250 m3 və dekabr ayında 520 m3, 2020-ci ilin yanvar ayında 575 m3 və fevral ayında 600 m3). Yəni, sayğacın 2019-cu ilin oktyabr ayında yenisi ilə əvəz olunmasına baxmayaraq, köhnə və yeni sayğaclar tərəfindən hesablanmış aylıq hesablanan sərfiyyatlarda kəskin artma və ya azalma müşahidə olunmamışdır. Hətta, qüsurlu olduğu üçün çıxarılmış sayğacın hesabat apardığı sonuncu aylarda, məsələn 2019-cu ilin may ayında - 721 m3, iyun ayında - 1110 m3 və iyul ayında - 859 m3 su sərfiyyatının olmasının ölçüldüyü halda, quraşdırılmış yeni sayğac tərəfindən hesabatın aparıldığı 2019-cu ilin noyabr ayında - 250 m3 və dekabr ayında - 520 m3, 2020-ci ilin yanvar ayında - 575 m3 və fevral ayında - 600 m3 sərfiyyat hesablanmışdır. İş materiallarında olan Müştəri xidmətləri şöbəsinin Fakturalama qrupunun Su kəməri təsərrüfatında nəzarətçisinin Peşə Təlimatına əsasən əhali və qeyri-əhali abonentləri tərəfindən su kəmərində istifadə qaydalarına və normalarına riayət olunmasına, quraşdırılmış smart kartlı tipli sayğac göstəricisinin oxunmasını həyata keçirərək onların düzgün işləməsinə nəzarət etmək (2.1-ci bənd), ayda bir dəfədən az olmayaraq su ölçmə cihazlarının göstəricilərini müvafiq oxuma kodu ilə bazaya daxil etmək və əvvəlcədən təsdiq edilmiş oxuma kodlarından düzgün istifadə etmək (2.5-ci bənd), su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə edən isrehlakçılan ilkin olaraq aşkara çıxarır və müvafiq tədbirlər görmək (2.7-ci bənd), əhali və qeyri-əhali abonentlərinə quraşdırılmış smart kartlı tipli sayğac göstəricisinin oxunmasını həyata keçirmək, onların düzgün işləməsinə nəzarət etmək (2.8-ci bənd) və su sayğacı olmadıqda, yaxud işləmədikdə hesabatın müvafiq qaydada aparılmasını təmin etmək (2.9cu bənd) nəzarətçinin vəzifələridir. Yuxarıda göstərilənlərə əsasən müəyyən olunur ki, iddiaçı “Term” Kompaniyasının nəzdində olan qeyri-yaşayış sahəsinin su təchizatı ilə əlaqədar xx xxxxxx 2017-ci ildə quraşdırılmış su sayğacı xx xxxxxx 2019-cu ildə qüsurlu olması səbəbindən çıxarılaraq, laboratoriya yoxlamasından keçirildikdə müəyyən edilən nöqsanlara görə Cavabdeh ASC tərəfindən əvvəlki 12 aylıq müddəti əhatə edən 110241 manat məbləğində dəymiş ziyan kimi borc hesablanmışdır. Lakin, iddiaçı “Term” Kompaniyası Cavabdeh ASC tərəfindən hesablamış həmin borc məbləği ilə razılaşmamışdır. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 1-ci bəndinə əsasən, fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. Həmin Qanunun 5-ci maddəsinin 3-cü bəndinə əsasən, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 30-cu maddəsinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçıdan tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.6-cı bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 2.1.3-cü və 2.1.5-ci bəndlərinə əsasən, fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək su təchizatı və kanalizasiya müəssisəsinin (bundan sonra - STKM) vəzifəsidir. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, təchizatçı Cavabdeh X13 ilə istehlakçı "Term" Kompaniyası arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli müqavilə əsasında sonuncunun su təchizatı paylayıcı su şəbəkəsinə qoşulmuş və bununla əlaqədar xx xxxxxx 2017-ci ildə sayğac quraşdırılmışdır. xx xxxxxx 2019-cu ildə isə həmin sayğac qüsurlu olduğu üçün müvafiq qaydada çıxarılaraq laboratoriya şətaitində yoxlanışa göndərilmiş və həmin yoxlama zamanı sayğacın qüsurlu və istismara yararsız olduğu müəyyən edilmişdir. Məlum yoxlama nətizəsində “sayğacın mexaniki hissəsində olan plastik halqanın sırğasından zavod plombunun məftili keçməyib. Sayğacın mexanizmini kipləşdirən vintlərin üzərində olan 3 ədəd qurquşun möhür yoxdur. Sayğacın hesablama mexanizmində müdaxilə aşkar olundu. Sayğac təmirə və istismara yararsızdır” rəyi verilmiş və bununla əlaqədar məlum qüsurun müəyyən edildiyi dövrdən əvvəlki 12 aylıq dövr üçün cəmi 110241 manat məbləğində dəymiş zərər hesablanmışdır. Lakin, həmin sayğacın mütəmadi olaraq yoxlanılması və nəzarət edilməsi cavabdeh «Cavabdeh” X10 müvafiq struktur bölməsinə aid nəzarətçinin səlahiyyətində olmuş və həmin nəzarətçi vəzifə təlimatına uyğun olaraq ayda bir dəfədən az olmayaraq keçirilən yoxlama zamanı həmin sayğacda heç bir qüsur (rəydə qeyd olunan qüsurlardan hər hansı birini) aşkar etməmişdir. İstehlakçının sudan istifadəsinin miqdarını və digər göstəricilərini əks etdirən Abonent haqqında Məlumatlarda olan göstəricilərlə isə müəyyən olunur ki, məlum sayğac istehlakçı tərəfindən istifadə edilən suyun hesabatını aparmış və bu hesabatlarda əks olunan rəqəmlər quraşdırılmış yeni sayğacın aylar üzrə apardığı hesabatdan az olmamışdır, hətta artıq olmuşdur (köhnə sayğac şəbəkədən ayrıldığı vaxtdan əvvəlki ayda da, yəni 2019-cu ilin iyul ayında da işlək vəziyyətdə olmuş və su sərfiyyatının qeydiyyatını aparmışdır). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Yuxarıda təsvir olunanlar nəzərə alınmaqla, məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə aparılan məhkəmə araşdırması zamanı xx xxxxxx 2019-cu il tarixli Akt əsasında şəbəkədən çıxarılaraq yoxlamaya göndərilmiş sayğacda müəyyən edilən nöqsanlara görə su sayğacı tərəfindən su təchizatının sərfiyyatının düzgün hesablamaması mötəbər subutlar əsasında müəyyən olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə bu halları sübut etmək vəzifəsi cavabdeh «Cavabdeh” X10 üzərinə düşür (Cavabdeh tərəfin təqdim etdiyi Abonent haqqında Məlumatlarda sayğac göstəriciləri, məlum Akt əsasında hesablanmış pul vəsaiti və iddiaçının ödənişləri öz əksini tapmışdır. Lakin, həmin məlumatlar cavabdeh tərəfin mövqeyinin əsaslılığını təsdiq etmir). Bununla belə, məhkəmə araşdırması zamanı xx xxxxxx 2019-cu il tarixli Akt əsasında şəbəkədən çıxarılaraq yoxlamaya göndərilmiş sayğacda xx xxxxxx 2019-cu il tarixli Rəylə müəyyən edilən qüsurlara görə Cavabdeh X13 tərəfindən iddiaçı "Term" Kompaniyasına 110241 manat məbləğində dəymiş zərər qismində borcun hesablanmasının əsaslılığı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və xx xxxxxx 2019-cu il tarixli Rəylə müəyyən edilən qüsurlara görə Cavabdeh X13 tərəfindən iddiaçı “Term” Kompaniyasına (abonent kodu: 150056) hesablanmış cəmi 110241 (yüz on min iki yüz qırx bir) manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X13 tərəfindən iddiaçı “Term” Kompaniyasına (abonent kodu: 150056) hesablanmış 110241 (yüz on min iki yüz qırx bir) manat məbləğində borc silinsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-41/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-41/2020
02.09.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver