Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-42/2024 29.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-42/2024 nömrəli kommersiya işinə açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsinə dair e-2-2(119)-42/2024 nömrəli kommersiya işi üzrə 29 may 2024-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə baxış iclasına gəlməmişlər. Lakin, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 29 may 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə ipoteka predmetinin satılması nəticəsində iddia tələbi üzrə bütün öhdəliklərin tam icra edilmiş olunduğunu bildirərək, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-42/2024 nömrəli kommersiya işi üzrə icraata xitam verilməsini və ödənilmiş dövlət rüsumunun iddiaçıya qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər və iddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinin tələblərinə görə, iddiadan imtina etmə - bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.4-cü maddələrinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa - iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə, yuxarıda qeyd olunanlara əsasən iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hazırkı kommersiya işi üzrə iddiadan imtina etməsi tərəflərin mənafeyinə uyğun olduğundan, iddiaçının iddiadan imtinası qəbul edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsi” barədə ərizəsi təmin edilməli və İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)- 42/2024 nömrəli kommersiya işi üzrə icraata xitam verilməlidir. Həmçinin, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı vermiş olduğu “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-42/2024 nömrəli kommersiya işi üzrə icraata xitam verildiyindən, həmin iddia ərizəsinin verilməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 1475 (min dörd yüz yetmiş beş) manat məbləğində dövlət rüsumu da ona geri qaytarılmalıdır. Çünki, iddiaçı Rabitəbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia ərizəsinə əlavə edilmiş və müvafiq qaydada rekvizitləri “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə təqdim olunan həmin iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsində (qrafasında) qeyd olunan məlumatlardan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia ərizəsinin verilməsi üçün 1475 (min dörd yüz yetmiş beş) manat məbləğində dövlət rüsumu “Azərbaycan Respublikası Mərkəzi Bankı - X1” vasitəsilə 12 may 2023-cü ildə Dövlət Büdcəsinə (Sumqayıt Kommersiya Məhkəməsi üçün) ödənilmişdir (ödənişin tarixi və saatı: 12 may 2023-cü il, saat 18:10:00; Sənəd №: Əvvəlcədən ödəmə; Büdcə təsnifat kodu: 142211; Büdcə səviyyə kodu: 1, Xəzinə hesabı: AZ34CTRE********************, Hesablaşma forması: Kart, Transaksiya nömrəsi: **********45 / xx.xx.2023 18:10:00, Sumqayıt Kommersiya Məhkəməsi üçün). Eləcə də, iş materialları ilə müəyyən edilir ki, hazırkı mübahisənin obyektiv həlli məqsədi ilə kommersiya işi üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspertiza tərəfindən müvafiq olaraq 30 yanvar 2024-cü il tarixli 9/9013 nömrəli Ekspert Rəyi verilmişdir. X2 əlavə edilmiş “Ekspertiza xərclərinə dair” Bildirişdə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində müəyyən edilərək, həmin məbləğin müvafiq qaydada tutularaq aidiyyəti üzrə ödənilməsi xahiş olunmuşdur. İşin hallarına görə məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti yuxarıda qeyd olunan kredit borcunu almış Cavabdeh2ndən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə - dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə - dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.2-ci maddəsinə əsasən, məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsi” barədə ərizəsi təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-42/2024 nömrəli kommersiya işi üzrə icraata xitam verilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi üzrə 12 may 2023-cü il tarixli ********** nömrəli Ödəniş Qəbzinə əsasən “Azərbaycan Respublikası Mərkəzi Bankı - X1” vasitəsilə Dövlət Büdcəsinə ödənilmiş 1475 (min dörd yüz yetmiş beş) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 12 may 2023cü il, saat 18:10:00; Sənəd №: Əvvəlcədən ödəmə; Büdcə təsnifat kodu: 142211; Büdcə səviyyə kodu: 1, Xəzinə hesabı: AZ34CTRE********************, Hesablaşma forması: Kart, Transaksiya nömrəsi: **********45 / xx.xx.2023 18:10:00;, Sumqayıt Kommersiya Məhkəməsi üçün) həmin ödənişi etmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh2ndən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-42/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-42/2024
29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Qarantiya
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver