Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-42/2025 12.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, Cavabdehlər Cavabdeh2 və X3 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və X4 (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh2 və X4 (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеhlər Cavabdeh2 və X1 müştərək qaydada 17 mart 2022-ci il tarixli 017R********** nömrəli krеdit razılaşması üzrə 13288,99 (on üç min iki yüz səksən doqquz manat, doxsan doqquz qəpik) manat məbləğində krеdit bоrcu, 1987,46 (min doqquz yüz səksən yeddi manat, qırx altı qəpik) manat məbləğində faiz bоrcu, 768,1 (yeddi yüz altmış səkkiz manat, on qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 16044,55 (on altı min qırx dörd manat, əlli beş qəpik) manat məbləğində borcun, 13 sentyabr 2022-ci il tarixli 017R********** nömrəli krеdit razılaşması üzrə 6998,91 (altı min doqquz yüz doxsan səkkiz manat, doxsan bir qəpik) manat məbləğində krеdit bоrcu, 1197,82 (min yüz doxsan yeddi manat, səksən iki qəpik) manat məbləğində faiz bоrcu və 408,71 (dörd yüz səkkiz manat, yetmiş bir qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 8605,44 (səkkiz min altı yüz beş manat, qırx dörd qəpik) manat məbləğində bоrcun, ümumilikdə isə 24649,99 (iyirmi dörd min altı yüz qırx doqquz manat, doxsan doqquz qəpik) manat məbləğində pul vəsaitinin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 163,95 (yüz altmış üç manat, doxsan beş qəpik) manat məbləğində dövlət rüsumunun iddiaçının хеyrinə tutulması, tutmanın Cavabdeh2 məxsus “MAZ 5516-021” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satılması və 24649,99 (iyirmi dörd min altı yüz qırx doqquz manat, doxsan doqquz qəpik) manat məbləğində bоrcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 163,95 (yüz altmış üç manat, doxsan beş qəpik) manat məbləğində dövlət rüsumunun ipoteka predmeti olan “MAZ 5516-021” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh2 və X1 ümumi qaydada tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 17 mart 2022-ci il tarixli 017L**********04 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh2 120 ay müddətinə 300000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 17 mart 2022-ci il tarixli 017R********** nömrəli kredit razılaşması əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8 faiz оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 20000 manat məbləğində məbləğində kredit götürmüşdür. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 17 aprel 2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 6711,01 manat ödəmiş, onun 13288,99 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 31 yanvar 2024-cü il tarixə 289 gün üçün hesablanmış faiz borcu 1987,46 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci yarımbəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 31 yanvar 2024-cü il tarixə 289 gün üçün hеsablanmış cərimə 768,1 manat məbləğində təşkil edir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ilə bağladığı 13 mart 2022-ci il tarixli 017R********** nömrəli krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 8000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 1001,09 manat ödəmiş, onun 6998,91 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh2 31 yanvar 2024-cü il tarixə 293 gün üçün hesablanmış faiz borcu 1197,82 manat məbləğində təşkil edir. 31 yanvar 2024-cü il tarixə 293 gün üçün hеsablanmış cərimə 408,71 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Krеdit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdeh (ipoteka qoyan) Cavabdeh2lə bank arasında bağlanılmış 28 mart 2022-ci il tarixli ipoteka müqaviləsi (Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilib) əsasında “MAZ 5516-021” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin Qeydiyyat İmtahan İdarəsi tərəfindən verilmiş AA 145404 nömrəli çıxarışa əsasən, Cavabdeh2 məxsus olan “MAZ 5516-021” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin еtmək üçün iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Cavabdehlər 06 may 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə eyniməzmunlu etirazla məhkəməyə müraciət edərək hər iki kredit razılaşması üzrə əsas borcla ödəməyə razı olduqlarını, hər iki razılaşma üzrə əsas borc məbləğini, yəni ümumilikdə 20288 manat məbləğində borcu aylıq cədvəl üzrə ödəməyə hazır olduqlarını bildirmiş, lakin hesablanmış 3185 manat məbləğində faiz borcu və 1177 manat məbləğində cərimələrin silinməsini, Cavabdeh2 iddiaçıya olan 20288 manat məbləğində kredit borcunun (faizlər və cərimələr silinməklə) əvvəlki kimi aylıq ödəniş cədvəlləri tutulmaqla davam etdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh2 01 oktyabr 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək izahatında bildirdi ki, kredit razılaşmaları üzrə 31 dekabr 2024-cü il tarixində cavabdehlərə xəbərdarlıq məktubları göndərilmişdir. Xəbərdarlıq məktublarında qeyd olunmuş faiz məbləğləri məhkəməyə təqdim olunmuş maliyyə arayışları ilə üst-üstə düşür. Həmin tarixdən bu günə qədər cavabdehlər tərəfindən hansısa ödəniş həyata keçirilməmişdir. Hazırkı iş üzrə 2 dəfə ekspertiza keçirilmiş: birinci dəfə ipoteka predmeti olan avtomobilin qiyməti 15000 manat məbləğində müəyyən olunmuşr, ikinci dəfə isə avtomobil ekspert tədqiqatına təqdim olunmadığına görə, ekspertiza keçirilməsindən imtina edilmişdir. İpoteka müqaviləsinin 2022-ci ildə bağlandığını və həmin tarixdən hazırkı vaxta qədər avtomobilin vəziyyətinin daha da pisləşməsini nəzərə alaraq, avtomobilin ilkin ekspert rəyində qeyd edilmiş dəyərlə qiymətləndirilməsinə etiraz etmir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək izahatında bildirdi ki, ipoteka predmeti olan avtomobil təxminən 2 ildir ki, sığorta olunmur və həmin avtomobil istismar edilmədiyi üçün texniki baxışdan da keçirilməmişdir, avtomobilin təmir xərclərini qarşılamaq üçün maddi imkanı yoxdur. Buna görə də həmin avtomobili ekspert baxışına təqdim edə bilməmişdir. 2022-ci ildə avtomobili 27000 manata satışa çıxarmışdır. Hazırda avtomobilin təxmini dəyəri 18000-21000 manat məbləğindədir. Məhkəmə proseslərinin gedişi dövründə ödəniş həyata keçirməmişdir. Hazırda işləmədiyi üçün məhkəmənin yekun aktına əsasən borcu ödəməyi düşünür. Cavabdeh məhkəmədən borcun hissə-hissə ödənilməsinə şərait yaradılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh məhkəmədən Cavabdeh1 borcun hissə-hissə ödənilməsinə şərait yaradılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 17 mart 2022-ci il tarixli 017L**********04 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinin 1.1ci bəndi ilə müəyyən edilir ki, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün 300000 manat məbləğində uzunmüddətli kredit xətti açmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, kreditlər tərəflər arasında “kredit razılaşması”, “bank qarantiyası verilməsi haqqında müqavilə”, “akkreditiv açılması üçün razılaşma” və “bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanacaq ayrıca razılaşmalar əsasında veriləcəkdir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. Həmin müqavilənin 1.6-cı bəndinə əsasən, kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında müəyyən olunmuş qaydada və şərtlərlə, olduğu halda ödəniş planına uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 17 mart 2022-ci il tarixli 017R********** nömrəli kredit razılaşmasına əsasən, bank məbləği 20000 manat olan krediti fərdi mikro kredit məqsədilə aylıq 1,8 dərəcəsi ilə 30 ay müddətinə kredit alana verir. Həmin kredit razılaşmasında bu razılaşmanın 17 mart 2022-ci il tarixli 017L**********04 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə bağlandığı qeyd edilmişdir. Həmin razılaşmanın 1.2-ci bəndinə əsasən, kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. Həmin razılaşmanın 2.3-cü bəndinə əsasən, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Həmin razılaşmanın 4.2.2-ci yarımbəndinə əsasən, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faiz məbləğində cərimə ödəməyə borcludur. İş materiallarında olan 17 mart 2022-ci il tarixli 017R********** nömrəli razılaşma üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh2 banka olan borcu üçün son ödəniş tarixi 17 sentyabr 2024-cü il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 13 sentyabr 2022-ci il tarixli 017R********** nömrəli kredit razılaşmasına əsasən, bank məbləği 8000 manat olan krediti fərdi mikro kredit məqsədilə aylıq 1,8 dərəcəsi ilə 36 ay müddətinə kredit alana verir. Həmin kredit razılaşmasında bu razılaşmanın 17 mart 2022-ci il tarixli 017L**********04 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə bağlandığı qeyd edilmişdir. Həmin razılaşmanın 1.2-ci bəndinə əsasən, kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. Həmin razılaşmanın 2.3-cü bəndinə əsasən, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Həmin razılaşmanın 4.1.3-cü yarımbəndinə əsasən, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 faiz məbləğində cərimə ödəməyə borcludur. İş materiallarında olan 13 sentyabr 2022-ci il tarixli 017R********** nömrəli razılaşma üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh2 banka olan borcu üçün son ödəniş tarixi 13 may 2025-ci il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 17 mart 2022-ci il tarixli 017S**********01 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Həmin zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən, borclu uzunmüddətli kredit müqaviləsi üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini ödəyə bilmədikdə, zamin kreditdən istifadə üçün faiz və bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış məbləğlərin ödənilməsi də daxil olmaqla, borclunun uzunmüddətli kredit müqaviləsi üzrə icra etməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyə borcludur. İş materiallarında olan ipoteka saxlayan (İddiaçı QSC) ilə ipoteka qoyan (Cavabdeh2) arasında bağlanmış 28 mart 2022-ci il tarixli 017M**********01 nömrəli ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan bu müqavilənin 2-ci bəndində qeyd edilən əmlakı (“MAZ 5516-021” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı (istehsal ili: 2000, rəngi: açıq boz, maksimal kütlə: 28700 kq, yüksüz kütlə: 12400 kq, mühərrikin həcmi: 14600, şassi nömrəsi: YZM551600Y0002348, ban nömrəsi: KAB 8323 BİRKASİZ, mühərrik nömrəsi: N/Z SİL) nəqliyyat vasitəsini) 17 mart 2022-ci il tarixdə Xırdalan şəhərində bağlanmış 017L**********04 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, ipoteka predmetinə mülkiyyət hüququnu təsdiq edən rəsmi sənəd: Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən 16 mart 2022-ci il tarixdə verilmiş BB219049 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsidir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən, ipoteka predmetinin dəyəri - ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 19000 manat təşkil edir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayana ipoteka predmetinə tutma yönəltmək hüququ verir. İş materiallarında olan 28 mart 2022-ci il tarixli 145404 nömrəli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 məxsus olan “MAZ 5516-021” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 17 mart 2022-ci il tarixli 017L**********04 nömrəli müqavilə üzrə kredit öhdəliklərinin icrasını təmin еtmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarında olan 31 yanvar 2024-cü il tarixli OUT-2024/01/31-68 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 17 mart 2022-ci il tarixli 017R********** nömrəli kredit razılaşması üzrə 31 yanvar 2024-cü il tarixinə iddiaçıya 13288,99 manat məbləğində əsas bоrc, 1987,46 manat məbləğində faiz borcu və 768,01 manat məbləğində cərimə оlmaqla, cəmi 16044,55 manat məbləğində borcu vardır. İş materiallarında olan 31 yanvar 2024-cü il tarixli OUT-2024/01/31-69 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 13 sentyabr 2022-ci il tarixli 017R********** nömrəli kredit razılaşması üzrə 31 yanvar 2024-cü il tarixinə iddiaçıya 6998,91 manat məbləğində əsas bоrc, 1197,82 manat məbləğində faiz borcu və 408,71 manat məbləğində cərimə оlmaqla, cəmi 8605,44 manat məbləğində borcu vardır. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 05 avqust 2024-cü il tarixli Şamaxı servis və ticarət xidməti tərəfindən verilmiş rəydə “MAZ 5516-021” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 22500 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə təqdim edilmiş 05 sentyabr 2024-cü il tarixli 9/4452 nömrəli ekspert rəyindən görünür ki, “MAZ 5516-021” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin likvid dəyəri təqribən 15000 manat təşkil edir. İş materiallarında olan 21 yanvar 2025-ci il tarixində məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən tərtib edilmiş 03 dekabr 2024-cü il tarixli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında” məktubdan görünür ki, “Məhkəməəmtəəşünaslıq ekspertizası qarşısında qoyulmuş sualın həll edilməsi üçün məhkəməyə 21 oktyabr 2024-cü il tarixli vəsatət göndərilmiş, qərarda göstərilən avtomobilin ekspert baxışına təqdim edilməsi xahiş edilmişdir. Məhkəmə tərəfindən ipoteka predmeti olan avtomobilin ekspert baxışına təqdim edilməsi barədə Mərkəzə məktub daxil olmuşdur. Lakin cavabdeh tərəfindən həmin avtomobil ekspert baxışına təqdim edilməmişdir” əsası ilə ekspertizanın keçirilməsindən imtina edilərək iş məhkəməyə geri qaytarılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü və 269.5-ci maddələrinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci və 319.4-cü maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və (və ya) ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında bağlanmış 17 mart 2022-ci il tarixli uzunmüddətli kredit və təminat müqaviləsi, 17 mart 2022-ci il tarixli və 13 sentyabr 2022-ci il tarixli kredit razılaşmaları üzrə Cavabdeh2 üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Həmin müqavilələr üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, uzunmüddətli kredit və təminat müqaviləsinin və zaminlik müqaviləainin şərtlərinə əsasən, onunla birlikdə həmçinin zamin Cavabdeh1 də kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyəti yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada 17 mart 2022-ci il tarixli 017R********** nömrəli kredit razılaşması üzrə 13288,99 manat məbləğində əsas bоrc, 1987,46 manat məbləğində faiz bоrcu, 13 sentyabr 2022-ci il tarixli 017R********** nömrəli kredit razılaşması üzrə 6998,91 manat məbləğində əsas bоrc, 1197,82 manat məbləğində faiz bоrcunun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehlərdən müştərək qaydada 17 mart 2022-ci il tarixli kredit razılaşması üzrə 768,1 manat və 13 sentyabr 2022-ci il tarixli kredit razılaşması üzrə 408,71 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh2 kredit razılaşmaları üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (17 mart 2022-ci il tarixli kredit razılaşmasının 4.2.2-ci yarımbəndi, 13 sentyabr 2022-ci il tarixli kredit razılaşmasının 4.1.3-cü yarımbəndi) iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya)qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehlərdən cərimələrin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb edilən cərimələrin məbləği azaldılaraq cavabdehlərdən müştərək qaydada 17 mart 2022-ci il tarixli kredit razılaşması üzrə 665 manat və 13 sentyabr 2022-ci il tarixli kredit razılaşması üzrə 350 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı və Cavabdeh2 arasında bağlanmış 17 mart 2022-ci il tarixli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh2 üzərinə düşən öhdəliklərin icrasının təmin edilməsi məqsədilə iddiaçı və Cavabdeh2 arasında bağlanmış 28 mart 2022-ci il tarixli 017M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən “MAZ 5516-021” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir. Kredit razılaşmaları üzrə müvafiq pul vəsaitlərinin ipoteka ilə yüklü edilmiş həmin nəqliyyat vasitəsinə yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317-ci və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğundur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticəsi olaraq verilmiş 05 sentyabr 2024-cü il tarixli 9/4452 nömrəli ekspert rəyini nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiyməti 15000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “satışdan əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlərdən ümumi qaydada tutulması”na dair hissəsi ilə bağlı məhkəmə yuxarıda göstərilənləri və iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunan digər halları, o cümlədən Mülki Məcəllənin, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun və "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərini nəzərə alaraq hesab edir ki, tələbin həmin hissədə əsaslılığı müəyyən olunmadığı üçün təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, borcun yönəldiyi ipoteka predmetinin satışından əldə edilən vəsait cavabdehlərdən tutulan borcu tam ödəmədikdə, ödənilməyən hissənin cavabdehlərdən alınması, yəni qətnamə əsasında verilmiş icra sənədi ödənilməyən hissədə yuxarıda qeyd olunan Məcəllə və Qanunların tələblərinə uyğun olaraq ümumi qaydada icra edilir. Yəni satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərə aid olduğundan iddia həmin hissədə əsassız hesab edilərək təmin edilməməlidir. Bundan əlavə, iddia tələbinin 163,95 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 14 mart 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 164 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 163,46 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2024-cü il tarixli 9/4452 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılan ekspertiza tədqiqatının dəyəri ümumilikdə 50 manat təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdеhlər Cavabdeh2 və X1 müştərək qaydada 17 mart 2022-ci il tarixli 017R********** saylı kredit razılaşması üzrə 13288,99 manat məbləğində əsas bоrc, 1987,46 manat məbləğində faiz bоrcu, 665 manat məbləğində cərimə, 13 sentyabr 2022ci il tarixli 017R********** saylı kredit razılaşması üzrə 6998,91 manat məbləğində əsas borc, 1197,82 manat məbləğində faiz bоrcu, 350 manat məbləğində cərimə və 163,46 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 24651,64 manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, cavabdehlərdən tutulmalı olan 24651,64 manat məbləğində pul vəsaiti İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 xüsusi mülkiyyətində olan “MAZ 5516-021” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməli, həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan 24651,64 manat məbləğində borc ödənilməli, ipoteka predmeti olan “MAZ 5516-021” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 15000 manat məbləğində müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh2 və X1 müştərək qaydada 17 mart 2022-ci il tarixli 017R********** saylı kredit razılaşması üzrə 13288,99 (on üç min iki yüz səksən səkkiz manat, doxsan doqquz qəpik) manat məbləğində əsas bоrc, 1987,46 (min doqquz yüz səksən yeddi manat, qırx altı qəpik) manat məbləğində faiz bоrcu, 665 (altı yüz altmış beş) manat məbləğində cərimə, 13 sentyabr 2022-ci il tarixli 017R********** saylı kredit razılaşması üzrə 6998,91 (altı min doqquz yüz doxsan səkkiz manat, doxsan bir qəpik) manat məbləğində əsas borc, 1197,82 (min yüz doxsan yeddi manat, səksən iki qəpik) manat məbləğində faiz bоrcu, 350 (üç yüz əlli) manat məbləğində cərimə və 163,46 (yüz altmış üç manat, qırx altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 24651,64 (iyirmi dörd min altı yüz əlli bir manat, altmış dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlərdən tutulmalı olan cəmi 24651,64 (iyirmi dörd min altı yüz əlli bir manat, altmış dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 xüsusi mülkiyyətində olan “MAZ 5516-021” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan cəmi 24651,64 (iyirmi dörd min altı yüz əlli bir manat, altmış dörd qəpik) manat məbləğində borc ödənilsin. İpoteka predmeti olan “MAZ 5516-021” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 15000 (on beş min) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və X1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-42/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-42/2025
12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver