Məhkəmə qərarları › İş №e-2-2(119)-426/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-426/2020

25.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-426/2020 25.09.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X10 qızının katibliyi, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X7 nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X7 Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X9 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 2850 (iki min səkkiz yüz əlli) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X7 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən xx xxxxxx 2020-ci il tarixində iddiaçı “Azərbaycan Sənayə Korporasiyası” X8 25 nömrəli Müqavilənin layihəsi və 28 nömrəli hesab fakturanın təsdiq edilmiş nüsxələri elektron poçt vasitəsi ilə göndərilmişdir. Cavabdeh tərəfindən göstərilən şərtlərlə həmin Müqavilənin iddiaçı tərəfindən imzalanması məqbul hesab edilməmiş və bu səbəbdən də, həmin Müqavilənin layihəsi iddiaçı tərəfindən rəsmən təsdiq edilməmişdir. Lakin, bununla belə iddiaçının əməkdaşı tərəfindən cavabdehin bank hesabına seriyası EBAG olan 092277 saylı elektron qaiməyə əsasən xx xxxxxx 2020-ci il tarixində tamamilə yanlış olaraq 2850 (iki min səkkiz yüz əlli) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Köçürülmə həyata keçiriləndən bir müddət sonra iddiaçı tərəfindən köçürülmənin yanlışlığı müəyyən edilmiş və bu barədə xx xxxxxx 2020-ci il tarixli akt tərtib olunmuşdur. Akt tərtib olunandan sonra Cavabdeh MMC-yə qeyd edilən məbləğdə ödənişin yanlışlıqla köçürüldüyü və həmin məbləğin geri qaytarılması haqqında xx xxxx 2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Həmin məktub rəsmi olaraq cavabdehin ünvanına daxil olmuşdur. Lakin, hazırki vaxtadək yalnız cavabdeh təşkilatın rəhbərliyinin imzası və möhürü ilə təsdiqlənmiş “İzahat” xarakterli məktublaiddiaçıya cavab verilmişdir. Həmin məktubda cavabdehin hesabına iddiaçı tərəfindən qeyd edilən ödənişin ödənildiyi və bunun müqabilində bir sıra xidmətlərin göstəriləcəyi qeyd edilmişdir. Məktubun məzmunundan həmçinin o da müəyyən olunur ki, müqavilə cavabdeh tərəfindən təsdiq olunmamışdır, yəni müqavilə sadəcə layihə olaraq qalmışdır. Beləliklə də, cavabdeh təşkilatın rəhbərliyinin izahat xarakterli məktubu və müvafiq köçürülməni təsdiq edən sənədlərlə iddia edilən məbləğin tərəflər arasında rəsmi olaraq təsdiq edilməmiş müqavilə üzrə, adi yanlışlıq səbəbindən cavabdehin hesabına köçürüldüyü aydın olur və bu barədə cavabdehin rəhbərliyi məlumatlandırılmışdır. Bu səbəbdən də, iddiaçı tərəfindən cavabdehə yanlışlıqla ödənilmiş 2850 (iki min səkkiz yüz əlli) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçının hesabına geri qaytarılmalıdır. Belə ki, hazırda cavabdeh təşkilat iddia edilən həmin məbləğə qanunla əsassız olaraq yiyələnmiş şəxs hesab edilir (bundan sonra iddia ərizəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin “əsassız varlanmaya” aid normaları təsvir edilir). Məhkəmə iclasında iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X7 nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdehndən 2850 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X7 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunu və iş materialları ilə müəyyən olunur ki, xx xxxxxx 2020-ci il tarixində Cavabdeh tərəfindən elektron poçt vasitəsi ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X7 elektron ünvanına xx xxxxxx 2020-ci il tarixli 25 nömrəli Müqavilənin layihəsi və imzalanmamış 28 nömrəli hesab-faktura göndərilmişdir. Həmin Müqavilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən imzalanmasa da, sonuncunun mühasibatlığı tərəfindən xx xxxxxx 2020-ci il tarixində Cavabdeh MMC-nin hesabına 2850 (iki min səkkiz yüz əlli) manat məbləğində köçürmə yolu ilə ödəniş edilmişdir. Lakin, 2850 manat məbləğində pulun yanlışlıqla (səhvən) köçürülməsi müəyyən edildikdən sonra “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Maliyyə Departamentinin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci ildə “Köçürülmə əməliyyatlarında yol verilmiş yanlışlıq barədə” Akt tərtib edilərək, həmin pulun qaytarılması tələb edilmişdir. Buna baxmayaraq, xx xxxxxx 2020-ci il tarixli ödənişlə səhvən ödənilmiş 2850 manat məbləğində pul vəsaiti Cavabdeh MMC tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin hesabına qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cimaddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçünonun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən,varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında öhdəliyin əmələ gəlməsinə əsas ola biləcək müqavilə müvafiq qaydada bağlanaraq imzalanmadan, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X9 tərəfindən xx xxxxxx 2020-ci il tarixində Cavabdeh hesabına 2850 manat məbləğində pul vəsaitini köçürmə yolu ilə ödəniş edilməsi, sonuncunun həmin məbləğ həddində əsassız varlanmasına səbəb olmuşdur. Lakin, artıq ödənilmiş 2850 manat məbləğində pulun qaytarılması barədə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh əsassız varlanmanın predmeti olan həmin pul vəsaitini qaytarmamışdır. Ona görə də, xx xxxxxx 2020-ci il tarixində Cavabdeh hesabına ödənilmiş 2850 (iki min səkkiz yüz əlli manat) manat məbləğində pul vəsaitinin iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X6ytarılması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdehndən 2850 manat məbləğində pul vəsaiti iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X7 xeyrinə tutulmalıdır. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 2850 (iki min səkkiz yüz əlli) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2880 (iki min səkkiz yüz səksən) manat məbləğində pul vəsaiti iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X7 xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar