Məhkəmə qərarları › İş №e-2-2(119)-428/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-428/2021

18.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-428/2021 18.05.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X9 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil oğlunun, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi http://cms.justice.loc/Cases/Default.aspx?caseId=1500103X7 oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, ona məxsus olan avadanlıqlar, əmlaklar və onun işçilərinin İddiaçı MMC-nin qanuni icarəsində olan qeyri-yaşayış binasının (“Mərkəz Plaza”) 600 kv.m olan anbarından məcburi qaydada çıxarılması və qeyd edilən sahəni qeyri-qanuni olaraq zəbt etdiyi hər bir ay üçün ƏDV daxil olmamaqla 3000 (üç min) manat məbləğində icarə haqqının Cavabdeh alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə məhkəmə icraatı zamanı İddiaçı tərəfindən 03 may 2021-ci ildə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edilərək, Cavabdeh avadanlıqları, əmlakları və işçiləri ilə birlikdə İddiaçı MMC-nin qanuni icarəsində olan qeyri-yaşayış binasının (“Mərkəz Plaza”) 600 kv.m sahəsi olan anbarından məcburi qaydada çıxarılması və qeyd edilən sahəni qeyri-qanuni olaraq zəbt etdiyi 07 yanvar 2021-ci il tarixindən 18 may 2021-ci il tarixinə qədər olan müddətin hər bir ayı üçün 3000 (üç min) manat məbləğində (ƏDV daxil olmamaqla) icarə haqqı olmaqla, ümumilikdə 10064,34 manat məbləğində pulun Cavabdeh alınaraq iddiaçı "İddiaçı” MMCyə verilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı tərəfindən iddia ərizəsində və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Sumqayıt şəhəri, 36-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən 9 mərtəbəli qeyri-yaşayış binasını (“Mərkəz Plaza”) mülkiyyətçi “A+A Şirkətlər Qrupu” MMC-dən icarəyə götürmüşdür və Cəmiyyətin icarə hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmışdır. Qeyd edilən qeyri-yaşayış binasının (“Mərkəz Plaza”) anbarı (600 kv.m) İddiaçı MMC-dən əvvəl subicarə qaydasında həmin qeyri-yaşayış binasının (“Mərkəz Plaza”) icarəçisi olmuş “xxxx” MMC tərəfindən Cavabdeh icarəyə verilmişdir. Lakin, “xxxx” MMC-nin təşəbbüsü əsasında onun “A+A Şirkətlər Qrupu” MMC ilə bağladığı icarə müqaviləsinə xitam verilmişdir. Bundan sonra qeyd edilən qeyri-yaşayış binasının (“Mərkəz Plaza”) İddiaçı MMC-yə icarəyə verilməsi ilə bağlı tərəflər arasında müqavilə bağlanmış və iddiaçının icarə hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində rəsmi olaraq qeydə alınmışdır. İddiaçı MMC yeni icarəçi olaraq qeyri-yaşayış binasında (“Mərkəz Plaza”) yerləşən subicarəçilərlə yenidən icarə müqavilələri bağlamışdır. Yalnız Cavabdeh İddiaçı MMC ilə istifadə etdiyi sahə ilə əlaqədar yeni subicarə müqaviləsinin bağlanmasından, həmçinin həmin anbar sahəsi üçün icarə haqqını ödəməkdən imtina etmişdir. Yeni subicarə müqaviləsinin bağlanmasından imtina etməsinə və icarə haqqı ödəməməsinə baxmayaraq, cavabdeh hələ də qeyri-yaşayış binasının (“Mərkəz Plaza”) həmin anbar bölməsini zəbt edərək orada qalmaqda və orada qeyri-qanuni sahibkarlıq fəaliyyətini davam etdirməkdədir. Həmin sahə ilə bağlı yeni subicarə müqaviləsinin bağlanması ilə bağlı iddiaçının təklifi cavabdeh tərəfindən rədd edilmiş və eyni zamanda, iddiaçı tərəfindən verilmiş pretenziyaya da cavabdeh tərəfindən heç bir əhəmiyyət verilməmişdir. Buna görə də iddiaçı öz pozulmuş hüquqlarının qorunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır (Bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinin məzmunu qeyd olunur). Cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı yazılı Etiraz təqdim edilərək (həmin Etiraz və ona əlavə edilmiş sənədlər poçt vasitəsi ilə göndərilmiş və 03 mart 2021ci ildə məhkəmənin icraatına daxil olmuşdur), İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki (Etirazın məzmunu olduğu kimi qeyd olunur), qeyriyaşayış sahəsi iddiaçının mülkiyyətində deyildir və iddiaçı bu sahəni icarəyə götürən vaxt artıq onunla icarə müqaviləsi bağlanmış və obyektin 38 aylıq icarə haqqı ondan alınmış və tərəfindən bu obyektə böyük məbləğdə vəsait sərf olunmuşdur. İddiaçı bu qeyri-yaşayış sahəsinin yüklü edildiyini və faktiki olaraq onun istifadəsində olduğunu bilərək, həmin obyekti ona uzunmüddətli icarəyə vermiş şəxslə əlaqəyə girərək bu planı qurmuş və indi də onun bu qeyri-yaşayış sahəsini boşaltmasını tələb edir. Məlumat üçün bildirir ki, 01 oktyabr 2020-ci il tarixdə Sumqayıt şəhəri, 36-cı məhəllə, Heydər Əliyev prospektində yerləşən "xxxx MMC"-yə məxsus 9 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən sahəsi 600 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini həmin MMC-nin direktoru X2 aylıq icarə haqqı 1200 manat olmaqla 32 ay müddətinə icarəyə götürmüş və bununla bağlı onların arasında icarə müqaviləsi bağlanmışdır. Həmin qeyri-yaşayış sahəsindən o, “avtosalon” kimi istifadə etmiş və tərəfindən əlavə vəsait qoyulmuşdur. Eyni zamanda, onunla müqavilə bağlayan şəxs ondan 32 ayın icarə haqqını - 38400 manat məbləğində pulu almışdır. Artıq onun tərəfindən həmin sahənin icarəyə götürülməsinə və icarə haqqı kimi 38400 manat məbləğində pul ödənilməsinə baxmayaraq, hazırda iddiaçı "İddiaçı" MMC həmin qeyriyaşayış sahəsinin özünün icarəsində olduğunu bildirmiş və 04 fevral 2021-ci il tarixdə ona belə bir xəbərdarlıq məktubu ünvanlanmışdır ki, "xxxx” MMC ilə "A+A Şirkətlər Qrupu" MMC arasında qeyd edilən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında tərəflər arasında 32 nömrəli icarə müqaviləsi mövcud olmuş və həmin müqavilə "xxxx” MMC-nin təşəbbüsü ilə ləğv edilmişdir. Hazırda “A+A Şirkətlər Qrupu” MMC ilə "İddiaçı” MMC arasında müqavilə bağlanaraq onun istifadəsində olan qeyri-yaşayış sahəsi "İddiaçı” MMC-nin icarəsinə verilmişdir. Belə olan təqdirdə o, ya "İddiaçı" MMC ilə müqavilə bağlamalı, yaxud da həmin obyektdən çıxmalıdır. İddiaçı MMC xəbərdarlıq məktubunda ondan hər ay üçün 1600 manat icarə haqqı tələb etmişdir. Göründüyü kimi, bir qrup şəxs müxtəlif adlar altında şirkətlər təsis etməklə vətəndaşları soymaqla məşğuldurlar. Belə ki, “xxxx” MMC ondan 38400 manat pul aldıqdan sonra könüllü olaraq icarə müqaviləsindən imtina edir və bu zaman başqa bir şirkət peydah olaraq ondan yenidən icarə haqqı ödəməyi tələb edir. Bu şirkətlər asan qazanc yolu taparaq onun bir sahibkar kimi fəaliyyətinə əngəl yaradır, aldatma yolu ilə pullarını ələ keçirir və onu ağır duruma salırlar. O, bu qanunsuzluqlar barəsində hüquq mühafizə orqanlarına şikayət etmişdir. İddiaçı ondan qeyri-yaşayış sahəsinin istifadəsində olduğu hər ay üçün 3000 manat məbləğində vəsait tələb edir. Halbuki, o, bu qeyri-yaşayış sahəsini icarəyə götürən vaxt iddiaçı həmin obyekti icarəyə götürməmişdir. Onunla razılaşma həmin obyektin əvvəlki icarəçisi “xxxx” MMC arasında olmuşdur və o, “xxxx” MMC-yə 38 ayın icarə haqqını tam olaraq bank vasitəsi ilə ödəmiş və bu qeyri-yaşayış sahəsinin 38 ay icarəsində olacağını düşünərək, həmin təmirsiz anbarın təmir etdirərək avtosalon vəziyyətinə gətirilməsi məqsədi ilə 13000 manat pul vəsaiti xərcləmişdir. Maraqlısı odur ki, iddiaçı bu qeyri-yaşayış sahəsində onun avtosalon açdığını və onun istifadəsində olduğunu bildiyi halda, necə olur ki, boş olmayan bu sahənin icarəyə götürülməsinə razılıq verir. Həmin obyektin əsil sahibi obyekt boşaldıldıqdan sonra onu icarəyə verə bilərdi. Bütün bunlar ona dəlalət edir ki, bu məsələ məqsədli olaraq qurulmuş bir plandır. Məqsəd onun 50 min manatdan artıq pulunu mənimsəmək, sonra da onu bu obyektdən çıxarmaq olmuşdur. Nəticədə, o, bu qeyriyaşayış sahəsinə 50000 manatdan artıq vəsait sərf etmişdir. Qaldırılmış iddia tələbi tam əsassızdır. Ona görə də, iddiaçı "İddiaçı" MMC-nin ona - Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və pul tələbi” barədə iddiasının rədd edilməsi barədə qətnamə və bu məsələdə dələduzluq faktının - onun 51400 manat (38400+13000) məbləğində pulunun mənimsənilməsi və ələ keçirilməsi faktının olduğunu nəzərə alaraq xüsusi qərardad qəbul edilməsini və araşdırılması üçün istintaqa nəzarəti həyata keçirən prokurorluğa göndərilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və İddiaçı icarəsində olan Sumqayıt şəhəri, 36-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış binasının, yəni “Mərkəz Plaza” binasının zirzəmisindəki 600 m2 sahəsi olan anbarından Cavabdeh əmlakları, avadanlıqları və işçiləri ilə birlikdə çıxarılması və qeyd edilən həmin sahəni qeyri-qanuni olaraq zəbt etdiyi 07 yanvar 2021-ci il tarixindən 18 may 2021-ci il tarixinə qədər olan müddətin hər bir ayı üçün ƏDV daxil olmamaqla aylıq 3000 manat məbləğində icarə haqqının Cavabdeh alınaraq iddiaçı "İddiaçı” MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “qeyri-yaşayış sahəsindən çıxarılma və pul tələbi” barədə iddia tələbinin əsassız olduğu üçün təmin olunmaması haqqında qətnamə qəbul edilməli olduğunu bildirdi və öz mövqeyini onunla əsaslandırdı ki, “A+A Şirkətlər Qrupu” MMC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, 36-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış binası əvvəllər 20 fevral 2020-ci il tarixli müqavilə əsasında “xxxx” MMC-nin icarəsində olmuş və sonuncu tərəfindən həmin bina təmir etdirilmişdir. “xxxx” MMC icarəsində olduğu vaxt həmin binanın 600 m2 sahəsi olan zirzəmisini avtosalon kimi istifadə edilməsi üçün hər ayı ƏDV daxil 1200 manat icarə haqqı olmaqla 32 ay müddətinə Cavabdeh icarəyə vermiş və 32 aylıq icarə pulu olan cəmi 38400 manat məbləğində icarə pulunu əvvəlcədən tam olaraq almışdır. Lakin, sonradan “A+A Şirkətlər Qrupu” MMC ilə “xxxx” MMC-nin rəhbərliyi arasında olan razılaşmaya əsasən onların arasında qeyriyaşayış binasının icarəyə verilməsi ilə əlaqədar bağlanmış İcarə müqaviləsi 07 dekabr 2020-ci il tarixli Saziş əsasında ləğv edilmiş və “xxxx” MMC tərəfindən həmin bina “A+A Şirkətlər Qrupu” MMC-yə təhvil verilmişdir. “xxxx” MMC ilə “A+A Şirkətlər Qrupu” MMC arasında bağlanmış məlum İcarə müqaviləsi ləğv edilərkən həmin hüquqi şəxslərin rəhbərləri arasında olan şifahi razılaşmaya əsasən anbarın icarəçisi Cavabdeh əvvəlcədən pulunu ödəmiş olduğu üçün 32 ay müddətində həmin anbardan istifadə etməli idi. Lakin, İddiaçı MMC həmin qeyri-yaşayış binasını icarəyə götürdükdən sonra Cavabdeh yeni icarə müqaviləsi bağlamasını və ya anbardan çıxmasını tələb etmişdir. Lakin, Cavabdeh əvvəlcədən 32 aylıq icarə pulunu “xxxx” MMC-yə ödəmiş olduğundan, yeni icarə müqaviləsi bağlamaqdan və anbardan çıxmaqdan imtina etmişdir. Cavabdeh dəfələrlə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir (lakin, o, poçt vasitəsi ilə məhkəməyə iddia ərizəsinə qarşı yazılı Etiraz və sənədlər təqdim etmişdir). Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizəni, cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş Etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan icarəyəverən “A+A Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN 1********) ilə icarəçi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında bağlanaraq, notariat qaydasında tərtib və təsdiq edilmiş (Reyestrdə 3M-12 № ilə qeyd olunub) 07 yanvar 2021-ci il tarixli İcarə Müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, bu Müqaviləyə əsasən “İcarəyəverən” Sumqayıt şəhəri, 36-cı məhəllə, Heydər Əliyev prospekti ünvanda yerləşən ümumi sahəsi 7169,20 kv.metr olan binanı (qeyri-yaşayış sahəsini), habelə orada yerləşən və bu Müqavilənin 1.2 və 4-cü bəndlərində göstərilən qaydada təhvil-təslim aktında ətraflı şəkildə sadalanan daşınar əşyaları (bundan sonra daşınmaz əmlak və daşınar əşyalar birlikdə “icarə obyekti” adlandırılacaq) “İcarəçi”nin istifadəsinə verir, “İcarəçi” isə bunun müqabilində bu Müqavilə ilə müəyyən edilən qaydada icarə haqqı ödəməyi öhdəsinə götürür (Müqavilənin 1.1-ci bəndi). Həmin Müqavilənin 1.4-cü bəndinə əsasən, tərəflər razılaşırlar ki, “İcarəçi” icarə obyektindən Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə müvafiq olaraq özünün və/və ya subicarə əsasında istifadəyə verəcəyi digər şəxlərin nizamnamə fəaliyyətini həyata keçirmək üçün nəzərdə tutulmuş ofis binası və/və ya ticarət mərkəzi kimi istifadə edir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, bu Müqavilə imzalandığı tarixdən 5 (beş) il müddətində (bundan sonra "ilkin icarə müddəti" və ya “İlkin müddət” adlandırılacaq) qüvvədədir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 36-cı məhəllə, Heydər Əliyev prospekti ünvanda yerləşən “A+A Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus qeyri-yaşayış binasının (ümumi sahəsi 7169,20 kv.metr) 07 yanvar 2021-ci il tarixli 3M-12 nömrəli İcarə Müqaviləsi əsasında 07 yanvar 2021-ci ildən başlayaraq 5 (beş) il müddətinə İddiaçı icarəsində olması (“icarə” növündə yüklülükdür, hüququn əvvəlki yüklülüyü və ipoteka kağızı yoxdur) Daşınmaz Əmlakın Dövlət Reyestrində 12 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınmışdır ((Reyestr nömrəsi – **********34-06301); Qeydiyyat nömrəsi – **********; Qeydiyyat tarixi – 21 yanvar 2021-ci il). İş materialları ilə müəyyən olunur ki, İddiaçı MMC Sumqayıt şəhəri, 36-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən 9 mərtəbəli qeyri-yaşayış binasını 07 yanvar 2021-ci il tarixli İcarə Müqaviləsinə əsasən mülkiyyətçi “A+A Şirkətlər Qrupu” MMC-dən icarəyə götürdükdən sonra “həmin binanın 600 m2 sahəsi olan anbarının müvafiq icarə müqaviləsi bağlamaqla icarəyə götürülməsi, əks təqdirdə isə əmlakı ilə birlikdə həmin qeyri-yaşayış sahəsini tərk etməsi” barədə Cavabdeh müraciət edilmişdir. İş materiallarında olan icarəyəverən “A+A Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə icarəçi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında bağlanaraq, notariat qaydasında tərtib və təsdiq edilmiş (Reyestrdə 3M-112 № ilə qeyd olunub) 20 fevral 2020-ci il tarixli İcarə Müqaviləsi ilə müəyyən olunur ki, həmin Müqavilə ilə müvafiq icarə şərtləri əsasında icarəyəverən “A+A Şirkətlər Qrupu” MMC tərəfindən Sumqayıt şəhəri, 36-cı məhəllə, Heydər Əliyev prospekti ünvanda yerləşən ümumi sahəsi 7169,20 kv.metr olan bina (qeyri-yaşayış sahəsi) 5 il müddətinə icarəçi “xxxx” MMC-nin istifadəsinə verilmişdir. İş materiallarında olan icarəçi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icarəyəverən “A+A Şirkətlər Qrupu" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış 01 oktyabr 2020-ci il tarixli “Bildiriş” məktubunun məzmunu ilə müəyyən olunur ki, həmin “Biliriş” məktubunda “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təşəbbüsü ilə 20 fevral 2020-ci il tarixli İcarə Müqaviləsində nəzərdə tutulan bildiriş müddəti gözlənilmədən 30 dekabr 2020-ci il tarixdən etibarən həmin İcarə Müqaviləsinə xitam verilməsinin və həmin tarixdən icarə obyektinin Müqavilə şərtlərinə uyğun olaraq təhvil-təslim aktı əsasında “xxxx” MMC tərəfindən “A+A Şirkətlər Qrupu" MMC-yə geri təhvil verilməsinin mümkünlüyünə münasibət bildirilməsi xahiş olunmuşdur. İş materiallarında olan icarəyəverən “A+A Şirkətlər Qrup” MMC tərəfindən icarəçi “xxxx" MMC-nə ünvanlanmış 05 oktyabr 2020-ci il tarixli məktubun məzmunu ilə müəyyən olunur ki, icarəyəverən “A+A Şirkətlər Qrup” MMC 01 oktyabr 2020-ci il tarixli “Bildiriş” məktubu ilə “xxxx" MMC tərəfindən edilmiş müraciətə razılıq verərək, 20 fevral 2020-ci il tarixli İcarə Müqaviləsinin tərəflər arasında bağlanacaq Saziş əsasında xitam verilməsinə və icarə obyektinin geri təhvil alınmasına etiraz etməmişdir. İş materiallarında olan icarəyəverən “A+A Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İcarəçi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanaraq, notariat qaydasında tərtib və təsdiq edilmiş (Reyestrdə 3M-527 № ilə qeyd olunub) 07 dekabr 2020-ci il tarixli “İcarə Müqaviləsinin ləğvinə dair” Sazişin məzmunu ilə müəyyən olunur ki, həmin Saziş əsasında icarəyəverən “A+A Şirkətlər Qrupu” MMC ilə icarəçi “xxxx” MMC 20 fevral 2020-ci il tarixli İcarə Müqaviləsinin qarşılıqlı razılıq əsasında 30 dekabr 2020-ci il tarixindən etibarən xitam verilməsi və 30 dekabr 2020-cı ıldə icarə obyektinin geri təhvil verilməsi barədə razılığa gəlmişlər (Sazişin 4-cü bəndində göstərilir ki, həmin Saziş 07 dekabr 2020-ci il tarixindən qüvvəyə minir). İş materiallarında olan icarəyəverən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X1 (VÖEN **********) arasında bağlanmış 01 oktyabr 2020-ci il tarixli 32 №-li İcarə Müqaviləsinin (həmin Müqavilənin cavabdehin “Etirazı”na əlavə edilərək məhkəməyə təqdim edilmiş nüsxəsində Ruslan Ağayevin imzası olmasa da, 3-cü şəxs “xxxx” MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş nüsxəsində imza vardır. Lakin, həmin Müqavilə notariat qaydasında təsdiq edilməmişdir) məzmunu ilə müəyyən olunur ki, icarəyəverən “xxxx” MMC tərəfindən Sumqayıt şəhəri, 36-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən 9 mərtəbəli qeyri-yaşayış binasının birinci mərtəbəsindəki 600 kv.m. ibarət qeyri-yaşayış sahəsi ƏDV daxil aylıq 1200 (min iki yüz) manat məbləğində icarə haqqı müqabilində 32 ay müddətinə X1na icarəyə verilmişdir. Həmin Müqavilənin şərtlərinə əsasən - qeyri-yaşayış sahəsindən istifadəyə görə “İcarəçi” “İcarəyəverən”ə aylıq 1200 (min iki yüz) manat məbləğində icarə haqqı ödəyir (3.1-ci bənd); Müqavilənin imzalandığı təqvim ayı üzrə İcarəçi tərəfindən icarə haqqı ödənilir. Hər növbəti icarə haqqı müvafiq təqvim ayının ilk 5 (beş) günü ərzində İcarəçi tərəfindən İcarəyə verənin bank hesabına köçürülmə və ya kassasına nağd şəkildə mədaxil edilmə yolu ilə ödənilir (3.2-ci bənd); İcarəyə verilmiş əmlaka münasibətdə qanunvericiliklə nəzərdə tutulmuş bütün vergilər “İcarəyəverən”in hesabına ödənilir (3.3-cü bənd); İcarəyə götürən Cavabdeh İcarəyəverən “xxxx” MMC-yə aylıq 1016,90 (min on altı manat 90 qəpik) manat və aylıq 183,10 (yüz səksən üç manat 10 qəpik) manat ƏDV olmaqla, cəmi 1200 (min iki yüz) manat icarə haqqı hesablanır. Ödəniş avans olaraq 32 (otuz iki) ay üçün hər biri 1200 (min iki yüz) manat olmaqla, ümumilikdə 38400 manat ödənilmişdir (10.1-ci bənd). İş materiallarında olan, sifarişçi “İddiaçı" MMC-nin müraciəti əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş 21 aprel 2021-ci il tarixli 47 nömrəli daşınmaz əmlakın qiymətinin təyin edilməsi barədə Rəydən görünür ki, Sumqayıt şəhəri, 36-cı məhəllə, Heydər Əliyev prospekti ünvanda yerləşən, 0,075 ha torpaq sahəsinin üzərində inşa edilmiş, ümumi sahəsi 7169.2 kv.m. olan 8 (səkkiz) mərtəbəli, biznes təyinatlı (Biznes Mərkəzi) qeyriyaşayış binasının zirzəmisində (Parking), 600 (altı yüz) kv.m olan sahənin 1 (bir) ay üçün icarə dəyəri (Vergilər xaric) 3500 (üç min beş yüz) manat məbləğində qiymətləndirilmişdir. Göründüyü kimi, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, icarəçi “xxxx” MMC 07 yanvar 2021-ci il tarixli İcarə Müqaviləsi (həmin Müqavilə əsasında “icarə” növündə yüklülük Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qaydada qeydiyyata alınmışdır) əsasında icarəyəverən “A+A Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Sumqayıt şəhəri, 36-cı məhəllə, Heydər Əliyev prospektində yerləşən ümumi sahəsi 7169,20 kv.metr olan binanı icarəyə götürdükdən sonra, həmin binanın (“Mərkəz Plaza”) 600 m2 sahəsi olan anbarından faktiki istifadə edən Cavabdeh (VÖEN **********) “xxxx” MMC ilə subicarə müqaviləsinin bağlanması, əks təqdirdə isə istifadə etdiyi qeyri-yaşayış sahəsini təhvil verərək əmlakı ilə birlikdə çıxması üçün müraciət etmiş olsa da, həmin təklif qarşı tərəfdən qəbul edilməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia tələbinə qarşı Etirazında bu imtinasını – “məlum binanın əvvəlki icarəçisi “xxxx” MMC ilə bağlamış olduğu 01 oktyabr 2020-ci il tarixli İcarə Müqaviləsi əsasında aylıq 1200 manat olmaqla, 32 ay müddətinə icarəyə götürməsi və icarə haqqı olaraq “xxxx” MMC-yə əvvəlcədən həmin 32 ay üçün nəzərdə tutulan cəmi 38400 manat məbləğində icarə haqqını bir dəfəyə ödəməsi” ilə əsaslandırmışdır. İş materiallarında olan sənədlərdən də görünür ki, 20 fevral 2020-ci il tarixli İcarə Müqaviləsi əsasında icarəyəverən “A+A Şirkətlər Qrupu” MMC tərəfindən Sumqayıt şəhəri, 36-cı məhəllə, Heydər Əliyev prospekti ünvanında yerləşən məlum bina icarəçi “xxxx” MMC-yə 5 il müddətinə icarəyə verilmiş olsa da, icarəçi “xxxx” MMC-nin 01 oktyabr 2020-ci il tarixli “Bildiriş” məktubunda edilən müraciətinə əsasən imzalanmış “İcarə Müqaviləsinin ləğvinə dair” 07 dekabr 2020-ci il tarixli Saziş ilə icarəyəverən “A+A Şirkətlər Qrupu” MMC ilə icarəçi “xxxx” MMC arasında bağlanmış 20 fevral 2020-ci il tarixli İcarə Müqaviləsinə qarşılıqlı razılıq əsasında 30 dekabr 2020-ci il tarixində xitam verilmişdir. Həmçinin, “xxxx” MMC ilə X5 arasında bağlanmış 01 oktyabr 2020-ci il tarixli İcarə Müqaviləsində isə icarəyəverən “xxxx” MMC tərəfindən Sumqayıt şəhəri, 36-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən 9 mərtəbəli qeyri-yaşayış binasının birinci mərtəbəsindəki 600 kv.m. ibarət qeyri-yaşayış sahəsinin ƏDV daxil aylıq 1200 (min iki yüz) manat məbləğində icarə haqqı müqabilində 32 ay müddətinə X1na icarəyə verildiyi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1 və 158.1.2-ci maddələrinə əsasən, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş İcarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 701.2.4-ci maddəsinə əsasən, icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. Həmin Məcəllənin 705-ci maddəsinə əsasən, əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, “İddiaçı MMC-nin icarəsində olan Sumqayıt şəhəri, 36-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış binasının (“Mərkəz Plaza”) 600 m2 sahəsi olan anbarından Cavabdeh (VÖEN **********) əmlakları, avadanlıqları və işçiləri ilə birlikdə çıxarılması” barədə iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Eləcə də, məhkəmə hesab edir ki, iddia tələbi “qeyri-qanuni olaraq zəbt etdiyi 07 yanvar 2021-ci il tarixindən 18 may 2021-ci il tarixinə qədər olan müddətin hər bir ayı üçün 3000 (üç min) manat məbləğində (ƏDV daxil olmamaqla) icarə haqqının Cavabdeh alınaraq iddiaçı "İddiaçı” MMC-yə verilməsi” hissəsində isə qismən əsaslı hesab edilməli və həmin tələb qismən təmin olunmalıdır. Belə ki, işin halları nəzərə alınmaqla, həmin tələb üzrə iddiaçı "İddiaçı” MMC ilə icarə müqaviləsi bağlamadan 600 m2 sahəsi olan anbardan istifadə olunması ilə əlaqədar Cavabdeh 07 yanvar 2021-ci il tarixindən 18 may 2021-ci il tarixinə qədər olan müddət üçün iddia tələbində qeyd olunan aylıq “3000 manat” məbləğində deyil, aylıq 1200 (min iki yüz) manat məbləğində hesablanmaqla pul tutulmalıdır. Bu halda isə 07 yanvar 2021-ci il tarixindən 18 may 2021-ci il tarixinə qədər olan müddət üçün ümumilikdə cəmi 5240 (beş min iki yüz qırx) manat məbləğində pul tutulmalıdır (07 yanvar 2021-ci il - 18 may 2021-ci il = 4 ay 11 gün x 1200 manat = 4800 (4 ay) + 440 (11 gün) = 5240 manat). Eyni zamanda məhkəmə, iş üzrə məhkəmə prosesi zamanı Cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş Etirazda göstərilən “bu məsələdə dələduzluq faktının - onun 51400 manat (38400+13000) məbləğində pulunun mənimsənilməsi və ələ keçirilməsi faktının olduğunu nəzərə alaraq xüsusi qərardad qəbul edilməsi və araşdırılması üçün istintaqa nəzarəti həyata keçirən prokurorluğa göndərilməsi” barədə müraciət üzrə qeyd etməyi lazım bilir ki, iş üzrə məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə uyğun olaraq xüsusi qərardad çıxarılmalı olan xüsusatlar aşkar olunduğu halda, məhkəmə tərəfindən xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilir. Eləcə də, şəxsin özü cinayət hesab etdiyi hər hansı bir halla bağlı məhkəməyə deyil, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin tələblərinə uyğun olaraq bilavasitə aidiyyəti üzrə müvafiq hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, İddiaçı MMC-nin icarəsində olan Sumqayıt şəhəri, 36-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış binasının (“Mərkəz Plaza”) 600 m2 sahəsi olan anbarından Cavabdeh (VÖEN **********) əmlakları, avadanlıqları və işçiləri ilə birlikdə çıxarılmalı və Cavabdeh (VÖEN **********) 07 yanvar 2021-ci il tarixindən 18 may 2021-ci il tarixədək hesablanmış 5240 (beş min iki yüz qırx) manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı icarəsində olan Sumqayıt şəhəri, 36-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış binasının (“Mərkəz Plaza”) 600 m2 sahəsi olan anbarından Cavabdeh (VÖEN **********) əmlakları, avadanlıqları və işçiləri ilə birlikdə çıxarılsın. Cavabdeh (VÖEN **********) 07 yanvar 2021-ci il tarixindən 18 may 2021-ci il tarixədək hesablanmış 5240 (beş min iki yüz qırx) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5270 (beş min iki yüz yetmiş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar