Məhkəmə qərarları › İş №e-2-2(119)-43/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-43/2020

11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-43/2020 11.03.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Quluzadə Hüseyn Rasim oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X7 Təşkilatının nümayəndəsi X1, cavabdeh “X3 Maarifləndirilməsi” İctimai Birliyinin qanuni təmsilçisi X4 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X7 Təşkilatının cavabdeh “X3 Maarifləndirilməsi” İctimai Birliyinə qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X7 Təşkilatı cavabdeh “X3 Maarifləndirilməsi” İctimai Birliyinə qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X3 Maarifləndirilməsi” İctimai Birliyindən cəmi 2091,90 manat məbləğində kredit borcunun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı QSC X7 Təşkilatının xeyrinə tutulması, borc tələbinin cavabdehə məxsus daşınmaz və daşınar əmlaklara (nəqliyyat vasitələri və texnikalara) yönəldilməsi, “X3 Maarifləndirilməsi” İctimai Birliyniin həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi, İddiaçı QSC X7 Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin və digər səlahiyyətli orqanların üzərinə İddiaçı QSC X7 Təşkilatının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “X3 Maarifləndirilməsi” İctimai Birliyinin qanuni təmsilçisi X5 iddia ərizəsinin geri qaytarılması barədə yazılı vəsatətlə məhkəməyə mürciət edərək bildirdi ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X7 Təşkilatı məhkəməyə müraciət edərkən mübahisənin məhkəməyə qədər, yəni pretenziya qaydasında nizama salınması qaydasına riayət etməmiş və eyni zamanda, iddiaçı tərəfindən iddia ərizəsi cavabdehə çatdıırlmamışdır. Cavabdeh iddia tələbindən məhkəmə tərəfindən göndərilmiş məhkəmə iclası barədə bildirişi aldıqdan sonra məlumatı olmuşdur. Yəni, iddiaçı tərəfindən pretenziya və iddiia ərizəsi cavabdehə çatdırılmasa da, məhkəmə tərəfindən göndərilmiş bildirişlər cavabdehə çatdırılmışdır. Buna görə də, iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə mübahisənin məhkəməyə qədər, yəni pretenziya qaydasında nizama salınması qaydasına riayət edilmədiyinə və iddia ərizəsinin iddiaçı tərəfindən cavabdehə çatdıırlması tələbinə riayət olunmadığına görə hazırkı işə məhkəmə qaydasında baxıla bilməz və həmin iddia ərizəsi geri qaytarılmalıdır. Çünki, iddiaçının həmin tələbləri pozması nəticəsində cavabdeh tərəfin bu mübahisə üzrə məhkəmədəyədək iddiaçı tərəflə danışıqlar aparması və müəyyən razılaşmaya gəlmək imkanları pozulmuşdur. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X7 Təşkilatının nümayəndəsi X2 cavabdehin nümayəndəsinin vəsatətinin əsassız olduğunu bildirərək, həmin vəsatətin təmin edilməməsini xahiş etdi və öz mövqeyini - iddiaçı məhkəməyə müraciət edərkən mübahisənin məhkəməyə qədər, yəni pretenziya qaydasında nizama salınması qaydasına və iddia ərizəsinin cavabdeh “X3 Maarifləndirilməsi” İctimai Birliyinə çatdırılması qaydasına riayət edərək, cavabdehin məlum olan ünvanına sürətli poçt vasitəsi ilə müvafiq sənədlər göndərilsə də, cavabdehin həmin ünvanda olmaması səbəbindən həmin poçt göndərişlərinin geri qaytarılmasında iddiaçı tərəfin təqsiri olmaması ilə əsaslandırdı. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X7 Təşkilatının cavabdeh “X3 Maarifləndirilməsi” İctimai Birliyinə qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, mülki iş materiallarından görünür ki, iddiaçı tərəf hazırkı mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl cavabdehin ünvanına “Sky Mail Service” Məhdud Məsuliyyətli Cəmiyyəti vasitəsi ilə “pretenzya məktubu” göndərilmiş olsa da, həmin poçt göndərişinin qaiməsində “köçüb” qeydi aparılaraq “pretenzya məktubu” geri qaytarılmışdır. Eləcə də, məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı tərəf hazırkı mübahisə ilə əlaqədar tərtib olunmuş iddia ərizəsinin surətini cavabdehin ünvanına “Sky Mail Service” Məhdud Məsuliyyətli Cəmiyyəti vasitəsi ilə göndərmiş olsa da, həmin poçt göndərişi də qaimədə “Bu ünvanda belə şirkət yoxdur” qeydi aparılaraq geri qaytarılmışdır. Lakin, məhkəmə tərəfindən cavabdehin həmin ünvanına, yəni iddiaçının da məlum poçt göndərişlərini göndərmiş olduğu ünvana “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin yerli şöbəsi vasitəsi ilə göndərilmiş məhkəmə bildirişləri cavabdehə təqdim edilmiş və bunu təsdiq edən “Xəbərnamə”lər məhkəməyə qaytarılmışdır. Yəni, iddiaçı tərəfindən “Sky Mail Service” Məhdud Məsuliyyətli Cəmiyyəti vasitəsi ilə cavabdehə göndərilmiş məktublar cavabdehə təqdim edilmədən geri qaytarılsa da, məhkəmə tərəfindən “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin vasitəsi ilə həmin ünvana göndərilmiş poçt göndərişləri ünvançıya çatdırılmışdır. Bu hallar isə hazırkı mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.3-cü, 149.2.4cü, 150.0.4-cü və 150.0.7-ci maddələrinin tələblərinin iddiaçı tərəfindən lazımi qaydada yerinə yetirilmiş olmasını təsdiq etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Həmin Məcəllənin 149.0.4-cü maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.1-ci maddələrinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə - ərizə baxılmamış saxlanılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X7 Təşkilatının cavabdeh “X3 Maarifləndirilməsi” İctimai Birliyinə qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar