Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-43/2025 08.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Məcidova Aytac Yafət qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh4 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh6 arasında bağlanmış 06 oktyabr 2015-ci il tarixli 894 saylı kredit müqaviləsi üzrə 4216,63 (dörd min iki yüz on altı manat altmış üç qəpik) manat məbləğində əsas borc, 4269,63 (dörd min iki yüz altmış doqquz manat altmış üç qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 8486,26 (səkkiz min dörd yüz səksən altı manat iyirmi altı qəpik) manat məbləğində borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi, borc tələbinin ipoteka qoyulmuş Cavabdeh6 məxsus, habelə onun və ailə üzvləri Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh4 paylı mülkiyyətində olan Qobustan rayonu, Şıxzərli kəndində yerləşən fərdi yaşayış evinə 0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 8486,26 (səkkiz min dörd yüz səksən altı manat iyirmi altı qəpik) manat məbləğində borcun və ödənilmiş 104,05 (yüz dörd manat beş qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin 0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 18000 (on səkkiz min) manat dəyərində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Şamaxı filialı ilə Qobustan rayonu, Şıxzərli kənd sakini Cavabdeh6 arasında bağlanmış 06 oktyabr 2015-ci il tarixli 894 saylı kredit müqaviləsinə əsasən Cavabdeh6 damazlıq qoyunların alınması məqsədilə 36 ay müddətinə ilik 6%-lə 10000 (on min) manat kredit verilmişdir. Qeyd olan kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh6 məxsus olan, habelə onun və onun ailə üzvləri Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh4 paylı mülkiyyətində olan Qobustan rayonu, Şıxzərli kəndində yerləşən fərdi yaşayış evi (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) ipoteka ilə yüklü edilmiş və bununla bağlı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Şamaxı filialı ilə ipoteka qoyanlar arasında 08 oktyabr 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və İddiaçı SKT-nın Şamaxı filialının girovları kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmışdır. Cavabdeh6 ilə bağlanmış kredit müqaviləsinin 6.5-ci və 7.2-ci bəndinə əsasən borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürür. İpoteka müqaviləsinin 3-cü bəndinə əsasən tərəflər arasında tərtib olunmuş ipoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən 18000 (on səkkiz min) manat müəyyən edilir. Cavabdeh6 tərəfindən 06 oktyabr 2015-ci il tarixli 894 saylı kredit müqaviləsinə əsasən 10000 manat əsas borc və ona hesablanmış 5286,26 manat faiz borcu qrafikə uyğun ödənilməli olduğu halda, həmin şərtlərə əməl edilməmişdir. Cavabdeh6 tərəfindən 06 oktyabr 2015-ci il tarixli 894 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc 4216,63 manat, faiz borcu 4269,63 manat, cəmi borcu 8486,26 manat təşkil edir. Borcun ödənilməsi barədə cavabdehlərə müraciət olunmasına baxmayaraq lazımi nəticə əldə olunmamış, borc ödənilməmiş qalmışdır. 20 may 2024-cü il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək Cavabdeh6 ilə bağlanmış 06 oktyabr 2015-ci il tarixli 894 saylı kredit müqaviləsi üzrə 4216,63 (dörd min iki yüz on altı manat altmış üç qəpik) manat məbləğində əsas borc, 4189,05 manat məbləğində faiz borcu olmaqla, cəmi 8405,68 (səkkiz min dörd yüz beş manat altmış səkkiz qəpik) manat məbləğində borcun tutularaq tutularaq iddiaçının xeyrinə ödənilməsi, borc tələbinin ipoteka qoyulmuş Cavabdeh6 məxsus, habelə onun və ailə üzvləri Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh4 paylı mülkiyyətində olan Qobustan rayonu, Şıxzərli kəndində yerləşən fərdi yaşayış evinə 0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 8405,68 (səkkiz min dörd yüz beş manat altmış səkkiz qəpik) manat məbləğində borcun və ödənilmiş 104,05 (yüz dörd manat beş qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin 0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 18000 (on səkkiz min) manat dəyərində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni müdafiə etdiyini bildirərək, məhkəmədən dəqiqləşdirilmiş iddia tələbinin təmin olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni, işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 06 oktyabr 2015-ci il tarixli 894 nömrəli kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcverən İddiaçı Səhmdar Kredit Təşkilatı tərəfindən borcalan Cavabdeh6 damazlıq qoyunların alınması məqsədilə 36 ay müddətinə illik 6 faiz olmaqla 10000 (on min) manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 6.5-ci bəndinə əsasən borcalan krediti və ona hesablanmış faizləri müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə müvafiq olaraq ödənilməsini təmin edir. İş materiallarında olan 19 oktyabr 2015-ci il tarixli 2 nömrəli məxaric orderinə əsasən 10000 manat məbləğində kredit vəsaiti Cavabdeh6 tərəfindən alınmışdır. İş materiallarında olan 06 oktyabr 2015-ci il tarixli 894 nömrəli kredit müqaviləsi üzrə ödəniş cədvəli ilə ödənişin son tarixi kimi 2018-ci ilin oktyabr ayı müəyyən olunmuşdur. İş materiallarında olan 08 oktyabr 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı Səhmdar Kredit Təşkilatı ilə Cavabdeh6 arasında bağlanmış 06 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Qobustan rayonu, Şıxzərli kəndində yerləşən fərdi yaşayış evi (0,04 ha həyətyanı torpaq sahəsi ilə birlikdə) ipoteka qoyanlar Cavabdeh6, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh4 tərəfindən ipoteka saxlayan İddiaçı Səhmdar Kredit Təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Qobustan rayonu, Şıxzərli kəndində yerləşən fərdi yaşayış evinin (0,04 ha torpaq sahəsi ilə birlikdə) İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə yüklülüyü dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Qobustan rayonu, Şıxzərli kəndində yerləşən 0,04 ha torpaq sahəsi Cavabdeh6, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh7, Cavabdeh2, Cavabdeh4 paylı və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 91.6 kvadrat metr olan fərdi yaşayış evi Cavabdeh6 xüsusi mülkiyyətindədir. İş materiallarıan görünür ki, iddiaçı cavabdehlərə 31 mart 2023-cü il tarixli pretenziya məktubu və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş təqdim edərək 29 mart 2023-cü il tarixə Cavabdeh6 4216,63 manat əsas borc və 3624,96 manat faiz borcu olmaqla, cəmi 7841,76 manat vaxtı keçmiş kredit borcunun 10 gün müddətində ödənilməsini tələb etmiş, əks təqdirdə kreditin təminatı olan ipoteka predmetinin hərraca çıxarılıb satılması hesabına borcun ödənilməsi üçün məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq etmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə “ipoteka predmetinə tutmanın yönəldilməsinə dair 31 mart 2023-cü il tarixli 70 saylı bildirişin qeydə alınması barədə” 23 yanvar 2024-cü il tarixli 25 nömrəli ərizə təqdim edilmişdir. İş materiallarında olan 24 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh6 06 oktyabr 2015-ci il tarixli 894 nömrəli kredit müqaviləsi üzrə 24 yanvar 2024-cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına 4216,63 manat məbləğində əsas bоrc və 4177,81 manat məbləğində faiz borcu оlmaqla, cəmi 8394,44 manat məbləğində borcu vardır. İş üzrə 14 iyun 2024-cü il tarixli e-2-2(119)-752/2024 nömrəli qərardadla təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzi tərəfindən verilmiş 19 fevral 2025-ci il tarixli 9/8983 nömrəli ekspert rəyinə əsasən 06 oktyabr 2015-ci il tarixli 894 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh6 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına 06 oktyabr 2018-ci il tarixə 5440,85 manat əsas borc, 352,75 manat faiz borcu, 24 yanvar 2024-cü il tarixə isə 5440,85 manat əsas borc, 352,75 manat faiz borcu və illik 5 % hesablanmaqla 1441,83 manat faiz borcunun olduğu müəyyən edilmişdir. İş üzrə 14 iyun 2024-cü il tarixli e-2-2(119)-752/2024 nömrəli qərardadla təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzi tərəfindən verilmiş 03 aprel 2025-ci il tarixli 10/5098, 9/5296 nömrəli ekspert rəyinə əsasən Qobustan rayonu, Şıxzərli kəndində yerləşən fərdi yaşayış evinə yaxın ərazilərdə yerləşən analoji fərdi yaşayış evləri barədə məlumat olmadığından, ipoteka predmeti olan fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə mövcud orta bazar və likvid qiymətini müəyyən etmək mümkün olmamışdır. İş üzrə 05 may 2025-ci il tarixli e-2-2(119)-43/2025 nömrəli qərardadla təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 20 iyun 2025-ci il tarixli 122 nömrəli mütəxəssis rəyinə əsasən Qobustan rayonu, Şıxzərli kəndində 0,04 ha torpaq sahəsində yerləşən ikimərtəbəli, ümumi sahəsi 91.6 kvadrat metrdən ibarət fərdi yaşayış evinin qiymətləndirmə tarixinə bazar dəyəri 30200 (otuz min iki yüz) manat, likvid dəyəri isə 22650 (iyirmi iki min altı yüz əlli) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və Cavabdeh6 arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh6 vermişdir. Lakin Cavabdeh6 06 oktyabr 2015-ci il tarixli 894 nömrəli kredit müqaviləsi üzrə ödənilməli olan əsas və faiz borclarını müvafiq qaydada ödəməmiş, bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Odur ki, kredit müqaviləsi üzrə kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin müqavilə üzrə yaranmış borc Cavabdeh6 iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh6 arasında bağlanmış 06 oktyabr 2015-ci il tarixli 894 nömrəli kredit müqaviləsi üzrə tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən, iddia tələbi və cavabdeh tərəfin mənafeyi nəzərə alınaraq əsas borcun məbləği məhkəmə-mühasibatlıq ekspertizasının 19 fevral 2025-ci il tarixli 9/8983 nömrəli ekspert rəyində müəyyən edilmiş nəticəyə əsasən deyil, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmaqla, iddiaçı tərəfindən verilmiş iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Belə ki, 19 fevral 2025-ci il tarixli 9/8983 nömrəli ekspert rəyində Cavabdeh6 ilə bağlanmış 06 oktyabr 2015-ci il tarixli 894 nömrəli kredit müqaviləsi üzrə əsas borcun 5440,85 (beş min dörd yüz qırx manat səksən beş qəpik) manat olması müəyyən edilmiş olsa da, iddia tələbində iddiaçı tərəfindən cavabdehdən 4216,63 (dörd min iki yüz on altı manat altmış üç qəpik) manat məbləğində əsas borcun tutulması tələb olunur. Ona görə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq kredit müqaviləsi üzrə iddia tələbində göstərilən məbləğdə, yəni 4216,63 (dörd min iki yüz on altı manat altmış üç qəpik) manat məbləğində əsas borc tutulmalıdır. Çünki iddia tələbi üzrə hesablanmış əsas borcun məbləği ekspert rəyində hesablanmış əsas borc məbləğindən azdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə cavabdehdən 4189,05 (dörd min yüz səksən doqquz manat beş qəpik) manat məbləğində faiz borcunun tutulmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin qərarında ifadə olunmuş hüquqi mövqeyə görə kredit müddəti başa çatdıqdan sonrakı dövr üzrə cavabdehlərdən tutulmalı olan faiz borcu kredit müqaviləsində göstərilən illik faiz dərəcəsi ilə deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsi ilə hesablanmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən 19 fevral 2025-ci il tarixli 9/8983 nömrəli ekspert rəyi mötəbər sübut kimi əsas götürülərək 06 oktyabr 2015-ci il tarixli 894 nömrəli kredit müqaviləsi üzrə kredit müddətinin başa çatma tarixinə, yəni 06 oktyabr 2018-ci il tarixinə hesablanmış 352,75 (üç yüz əlli iki manat yetmiş beş qəpik) manat məbləğində faiz borcu Cavabdeh6 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməlidir. Qeyd olunur ki, iddiaçı tərəfindən iddia ərizəsində kredit müqaviləsinin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz ödənilməsi tələb edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. - 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; - 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; - 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: - 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; - 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx.xx.2020-ci il tarixli qərardadında göstərilir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Göründüyü kimi, İddiaçı Səhmdar Kredit Təşkilatı ilə Cavabdeh6 arasında bağlanmış 06 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Qobustan rayonu, Şıxzərli kəndində yerləşən 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 91.6 kvadrat metr olan fərdi yaşayış evi 08 oktyabr 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyanlar Cavabdeh6, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh4 tərəfindən ipoteka saxlayan İddiaçı Səhmdar Kredit Təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş Qobustan rayonu, Şıxzərli kəndində yerləşən 0,04 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 91.6 kvadrat metr olan fərdi yaşayış evinə yönəldilməsi barədə tələb Mülki Məcəllənin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. Məhkəmə qeyd edir ki, ipoteka predmeti olan Qobustan rayonu, Şıxzərli kəndində yerləşən 0,04 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 91.6 kvadrat metr olan fərdi yaşayış evinin likvid qiyməti müəyyən edilərkən “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssis rəyi nəzərə alınaraq ipoteka predmetinin ilkin satış (likvid) qiyməti 22650 (iyirmi iki min altı yüz əlli) manat göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd edir ki, iddia tələbinin “104,05 (yüz dörd manat beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 65,69 (altmış beş manat altmış doqquz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh6 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonar həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdеh Cavabdeh6 4216,63 (dörd min iki yüz on altı manat altmış üç qəpik) manat məbləğində əsas bоrc, 352,75 (üç yüz əlli iki manat yetmiş beş qəpik) manat məbləğində faiz borcu və 65,69 (altmış beş manat altmış doqquz qəoik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4635,07 (dörd min altı yüz otuz beş manat yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulmalı, Cavabdeh6 tutulmalı olan cəmi 4635,07 (dörd min altı yüz otuz beş manat yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh4 paylı mülkiyyətində olan Qobustan rayonu, Şıxzərli kəndində yerləşən 0,04 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 91.6 kvadrat metr olan Cavabdeh6 xüsusi mülkiyyətindəki fərdi yaşayış evinə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına olan cəmi 4635,07 (dörd min altı yüz otuz beş manat yeddi qəpik) manat məbləğində borc ödənilməli, ipoteka predmeti olan Qobustan rayonu, Şıxzərli kəndində yerləşən 0,04 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 91.6 kvadrat metr olan fərdi yaşayış evinin ilkin satış qiyməti 22650 (iyirmi iki min altı yüz əlli) manat müəyyən edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh6 tutularaq X1 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh6 4216,63 (dörd min iki yüz on altı manat altmış üç qəpik) manat məbləğində əsas bоrc, 352,75 (üç yüz əlli iki manat yetmiş beş qəpik) manat məbləğində faiz borcu və 65,69 (altmış beş manat altmış doqquz qəoik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4635,07 (dörd min altı yüz otuz beş manat yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulsun. Cavabdeh6 tutulmalı olan cəmi 4635,07 (dörd min altı yüz otuz beş manat yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh4 paylı mülkiyyətində olan Qobustan rayonu, Şıxzərli kəndində yerləşən 0,04 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 91.6 kvadrat metr olan Cavabdeh6 xüsusi mülkiyyətindəki fərdi yaşayış evinə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına olan cəmi 4635,07 (dörd min altı yüz otuz beş manat yeddi qəpik) manat məbləğində borc ödənilsin. İpoteka predmeti olan Qobustan rayonu, Şıxzərli kəndində yerləşən 0,04 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 91.6 kvadrat metr olan fərdi yaşayış evinin ilkin satış qiyməti 22650 (iyirmi iki min altı yüz əlli) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh6 tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Aliyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-43/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-43/2025
08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver