Məhkəmə qərarları › İş №e-2-2(119)-433/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-433/2021

21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-433/2021 21.10.2021 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X5 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs2 MMC, Maraqlı şəxs3 MMC və Maraqlı şəxs1 MMC) kredit və faktorinq müqavilələri üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təsviri hissə: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra isə məhkəmə prosesinin gedişi ərzində bir neçə dəfə, sonuncu dəfə 08.10.2021-ci il tarixdə iddia tələbinin həcminin artırılması haqqında ərizə təqdim edərək cavabdeh X1 EXPF0046/56 saylı maliyyələşdirmə üçün ərizə üzrə 9,389.25 (doqquz min üç yüz səksən doqquz manat iyirmi beş qəpik) manat əsas borc, 2,260.46 (iki min iki yüz altmış manat qırx altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 11,649.71 (on bir min altı yüz qırx doqquz manat yetmiş bir qəpik) manat borcun; EXPF0046/57 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2,158.48 (iki min yüz əlli səkkiz manat qırx səkkiz qəpik) manat əsas borc, 86.34 (səksən altı manat otuz dörd qəpik) manat faiz borcu, 725.25 (yeddi yüz iyirmi beş manat iyirimi beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 2,970.07 (iki min doqquz yüz yetmiş manat yeddi qəpik) manat borcun; EXPF0046/58 saylı maliyyələşdirmə üçün ərizə üzrə 10,093.42 (on min doxsan üç manat qırx iki qəpik) manat əsas borc, 403.74 (dörd yüz üç manat yetmiş dörd qəpik) manat faiz borcu, 3,391.39 (üç min üç yüz doxsan bir manat otuz doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 13,888.55 (on üç min səkkiz yüz səksən səkkiz manat əlli beş qəpik) manat borcun; EXPF0046/59 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2,980.67 (iki min doqquz yüz səksən manat altmış yeddi qəpik) manat əsas borc, 119.23 (yüz on doqquz manat iyirmi üç qəpik) manat faiz borcu, 1,001.51 (min bir manat əlli bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 4,101.41 (dörd min yüz bir manat qırx bir qəpik) manat borcun; EXPF0046/60 saylı maliyyələşdirmə üçün ərizə üzrə 182.82 (yüz səksən iki manat səksən iki qəpik) manat əsas borc, 4.75 (dörd manat yetmiş beş qəpik) manat faiz borcu, 60.88 (altmış manat səksən səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 248.45 (İki yüz qırx səkkiz manat qırx beş qəpik) manat borcun; EXPF0046/61 saylı maliyyələşdirmə üçün ərizə üzrə 3,968.17 (üç min doqquz yüz altmış səkkiz manat on yeddi qəpik) manat əsas borc, 156.08 (yüz əlli altı manat səkkiz qəpik) manat faiz borcu, 1,321.40 (min üç yüz iyirmi bir manat qırx qəpik) manat cərimə borcu olmaqla, cəmi 5,445.65 (beş min dörd yüz qırx beş manat altmış beş qəpik) manat borcun; EXPF0046/62 saylı kredit maliyyələşdirmə üçün ərizə üzrə 2,728.65 (iki min yeddi yüz iyirmi səkkiz manat altmış beş qəpik) manat əsas borc, 107.33 (yüz yeddi manat otuz üç qəpik) manat faiz borcu, 908.64 (doqquz yüz səkkiz manat altmış dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 3,744.62 (üç min yeddi yüz qırx dörd manat altmış iki qəpik) manat borcun; EXPF0046/63 saylı maliyyələşdirmə üçün ərizə üzrə 6,939.12 (altı min doqquz yüz otuz doqquz manat on iki qəpik) manat əsas borc, 272.94 (iki yüz yetmiş iki manat doxsan dörd qəpik) manat faiz borcu, 2,222.25 (iki min iki yüz iyirmi iki manat iyirmi beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 9,434.31 (doqquz min dörd yüz otuz dörd manat otuz bir qəpik) manat borcun; EXPF0046/64 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2,580.04 (iki min beş yüz səksən manat dörd qəpik) manat əsas borc, 101.48 ( yüz bir manat qırx səkkiz qəpik) manat faiz borcu, 826.26 (səkkiz yüz iyirmi altı manat iyirmi altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 3,507.78 (üç min beş yüz yeddi manat yetmiş səkkiz qəpik) manat borcun; EXPF0046/65 saylı maliyyələşdirmə üçün ərizə üzrə 7,910 (yeddi min doqquz yüz on) manat əsas borc, 313.76 ( üç yüz on üç manat yetmiş altı qəpik) manat faiz borcu, 2,521.31 (iki min beş yüz iyirmi bir manat otuz bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 10,745.07 (on min yeddi yüz qırx beş manat yeddi qəpik) manat borcun; EXPF0046/66 saylı maliyyələşdirmə üçün ərizə üzrə 10,591.50 (on min beş yüz doxsan bir manat əlli qəpik) manat əsas borc, 416.60 (dörd yüz on altı manat altmış qəpik) manat faiz borcu, 3,336.32 (üç min üç yüz otuz altı manat otuz iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 14,344.42 (on dörd min üç yüz qırx dörd manat qırx iki qəpik) borcun; EXPF0046/67 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2,798.48 (iki min yeddi yüz doxsan səkkiz manat qırx səkkiz qəpik) manat əsas borc, 110.07 (yüz on manat yeddi qəpik) manat faiz borcu, 881.52 (səkkiz yüz səksən bir manat əlli iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 3,790.07 (üç min yeddi yüz doxsan manat yeddi qəpik) manat borcun; EXPF0046/68 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2,861.62 (iki min səkkiz yüz altmış bir manat altmış iki qəpik) manat əsas borc, 112.56 ( yüz on iki manat əlli altı qəpik) manat faiz borcu, 901.41 (doqquz yüz bir manat qırx bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 3,875.59 (üç min səkkiz yüz yetmiş beş manat əlli doquz qəpik) manat borcun; EXPF0046/69 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2,404.19 (iki min dörd yüz dörd manat on doqquz qəpik) manat əsas borc, 94.56 (doxsan dörd manat əlli altı qəpik) manat faiz borcu, 751.91 (yeddi yüz əlli bir manat doxsan bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 3,250.66 (üç min iki yüz əlli manat altmış altı qəpik) manat borcun; EXPF0046/70 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2,617.62 (iki min altı yüz on yeddi manat altmış iki qəpik) manat əsas borc, 102.96 (yüz iki manat doxsan altı qəpik) manat faiz borcu, 818.66 (səkkiz yüz on səkkiz manat altmış altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 3,539.24 (üç min beş yüz otuz doqquz manat iyirmi dörd qəpik) manat borcun; EXPF0046/71 saylı maliyyələşdirmə üçün ərizə üzrə 5,958.86 (beş min doqquz yüz əlli səkkiz manat səksən altı qəpik) manat əsas borc, 232.40 (iki yüz otuz iki manat qırx qəpik) manat faiz borcu, 1,787.66 (bir min yeddi yüz səksən yeddi manat altmış altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 7,978.92 (yeddi min doqquz yüz yetmiş səkkiz manat doxsan iki qəpik) manat borcun; EXPF0046/72 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2,776.27 (iki min yeddi yüz yetmiş altı manat iyirmi yeddi qəpik) manat əsas borc, 108.27 (bir yüz səkkiz manat iyirini yeddi qəpik) manat faiz borcu, 832.88 ( səkkiz yüz otuz iki manat səksən səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 3,717.42 (üç min yeddi yüz on yeddi manat qırx iki qəpik) manat borcun; EXPF0046/73 saylı maliyyələşdirmə üçün ərizə üzrə 11,571.73 (on bir min beş yüz yetmiş bir manat yetmiş üç qəpik) manat əsas borc, 455.15 (dörd yüz əlli beş manat on beş qəpik) manat faiz borcu, 3,445.48 (üç min dörd yüz qırx beş manat qırx səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 15,472.36 (on beş min dörd yüz yetmiş iki manat otuz altı qəpik) manat borcun; EXPF0046/74 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1,928.63 (bir min doqquz yüz iyirmi səkkiz manat altmış üç qəpik) manat əsas borc, 74.57 (yetmiş dörd manat əlli yeddi qəpik) manat faiz borcu, 568.46 (beş yüz altmış səkkiz manat qırx altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 2,571.66 (iki min beş yüz yetmiş bir manat altmış altı qəpik) manat borcun; EXPF0046/75 saylı maliyyələşdirmə üçün ərizə üzrə 666.31 (altı yüz altmış altı manat otuz bir qəpik) manat əsas borc, 25.76 (iyirmi beş manat yetmiş altı qəpik) manat faiz borcu, 196.39 (bir yüz doxsan altı manat otuz doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 888.46 (səkkiz yüz səksən səkkiz manat qırx altı qəpik) manat borcun; EXPF0046/76 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2,964.93 (iki min doqquz yüz altmış dörd manat doxsan üç qəpik) manat əsas borc, 128.97 (yüz iyirmi səkkiz manat doxsan yeddi qəpik) manat faiz borcu, 915.42 (doqquz yüz on beş manat qırx iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 4,009.32 (dörd min doqquz manat otuz iki qəpik) manat borcun; EXPF0046/77 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2,056.57 (iki min əlli altı manat əlli yeddi qəpik) manat əsas borc, 91.77 (doxsan bir manat yetmiş yeddi qəpik) manat faiz borcu, 618.68 (altı yüz on səkkiz manat altmış səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 2,767.02 (iki min yeddi yüz altmış yeddi manat altmış iki qəpik) manat borcun; K3437 saylı maliyyələşdirmə üçün ərizə üzrə 72,254.12 (yetmiş iki min iki yüz əlli dörd manat on iki qəpik) manat əsas borc, 8,583.68 (səkkiz min beş yüz səksən üç manat altmış səkkiz qəpik) manat faiz borcu, 2,335.54 (iki min üç yüz otuz beş manat əlli dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 83,173.34 (səksən üç min yüz yetmiş üç manat otuz dörd qəpik) manat borcun İddiaçı ASC-nin xeyrinə tutulması, K3437 saylı maliyyələşdirmə üçün ərizə üzrə tutmanın Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin hərracdan ilkin satış qiyməti 90,000 (doxsan min) manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdeh X3 İddiaçı ASC- yə olan K3437 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcunun ödənilməsinə yönəldilməsi, əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti X3 K3437 saylı maliyyələşdirmə üçün ərizə üzrə İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun X1 tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 30 (otuz) manat məbləğində xidmət haqqının tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh X5 arasında 19.04.2019-cu il tarixli OnGTC/SE/0095 saylı Bank Xidmətlərinin Göstərilməsinə dair X9 imzalanmışdır. Sonradan tərəflər arasında 08.08.2019-cu il tarixli GL3437 saylı kredit limiti müqaviləsi imzalanmış və Bank tərəfindən Müştəriyə 08.08.2029-cu il tarixinədək illik faiz dərəcəsi 25% olmaqla, 10.000.000 (on milyon) manat məbləğində krеdit limiti açılmışdır. Daha sonra GL3437 saylı kredit limiti müqaviləsi çərçivəsində tərəflər arasında 08.08.2019-cu il tarixli K3437 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən Müştəriyə kapital xərcləri üçün 08.08.2022-ci il tarixinədək illik faiz dərəcəsi 18% (illik cərimə faizi 15%, gündəlik 0.042%) olmaqla, 100.000 (yüz min) manat məbləğində tranşlarla krеdit ayrılmışdır. K3437 saylı kredit üzrə ilk tranş 08.08.2019-cu il tarixində 40,000 (qırx min) manat, növbəti tranş isə 19.08.2019-cu il tarixində 60,000 (altmış min) manat məbləğində Müştərinin bank hesabına köçürülmüşdür. 08.08.2019-cu il tarixli GL3437 saylı kredit limiti müqaviləsi üzrə Müştərinin Bank qarşısında mövcud olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə X3 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə 19.08.2019-cu il tarixli İ3042 saylı İpoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda 06.09.2019-cu il tarixli (Reyestr nömrəsi: **********70-10301; Qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. Bundan başqa tərəflər arasında faktorinq xidmətinə dair ümumi şərtləri tənzimləyən 26.04.2019-cu il tarixli EXPF0046 saylı faktorinq müqaviləsi və həmin müqavilə çərçivəsində 26.02.2020-ci il tarixli EXPF0046/56 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, satıcı İ.İbrahimli ilə alıcı "xxxx" MMC arasında bağlanmış 01.05.2019-cu il tarixli KD-T/2019-16 saylı müqavilə üzrə satıcının alıcıya qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə X4 Faktor tərəfindən 25.06.2020- ci il tarixinədək illik faiz dərəcəsi 12% olmaqla, 12,810.46 (on iki min səkkiz yüz on manat, qırx altı qəpik) manat məbləğində faktorinq limiti açılmışdır. Tərəflər arasında EXPF0046 saylı faktorinq müqaviləsi çərçivəsində 06.03.2020-ci il tarixli EXPF0046/57 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, satıcı İ.İbrahimli ilə alıcı Maraqlı şəxs3 MMC arasında bağlanmış 12.06.2019-cu il tarixli müqavilə üzrə istehsalçının sifarişçiyə qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə X4 Faktor tərəfindən 04.07.2020-ci il tarixinədək illik faiz dərəcəsi 12% olmaqla, 2,158.48 (iki min yüz əlli səkkiz manat, qırx səkkiz qəpik) manat məbləğində faktorinq limiti açılmışdır. Tərəflər arasında EXPF0046 saylı faktorinq müqaviləsi çərçivəsində 06.03.2020-ci il tarixli EXPF0046/58 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, satıcı İ.İbrahimliilə alıcı "xxxx" MMC arasında bağlanmış 01.05.2019cu il tarixli KDT/2019-16 saylı müqavilə üzrə satıcının alıcıya qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə X4 Faktor tərəfindən 04.07.2020-ci il tarixinədək illik faiz dərəcəsi 12% olmaqla, 10,093.42 (on min doxsan üç manat, qırx iki qəpik) manat məbləğində faktorinq limiti açılmışdır. Tərəflər arasında EXPF0046 saylı faktorinq müqaviləsi çərçivəsində 06.03.2020-ci il tarixli EXPF0046/59 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, satıcı İ.İbrahimli ilə alıcı Maraqlı şəxs1 MMC arasında bağlanmış 12.03.2015-ci il tarixli müqavilə üzrə satıcının alıcıya qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə X4 Faktor tərəfindən 04.07.2020-ci il tarixinədək illik faiz dərəcəsi 12% olmaqla, 2,980.67 (iki min doqquz yüz səksən manat, altmış yeddi qəpik) manat məbləğində faktorinq limiti açılmışdır. Tərəflər arasında EXPF0046 saylı faktorinq müqaviləsi çərçivəsində 12.03.2020-ci il tarixli EXPF0046/60 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, satıcı İ.İbrahimli ilə alıcı Maraqlı şəxs1 MMC arasında bağlanmış 12.03.2015-ci il tarixli müqavilə üzrə satıcının alıcıya qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə X4 Faktor tərəfindən 10.07.2020-ci il tarixinədək illik faiz dərəcəsi 12% olmaqla, 4,301.69 (dörd min üç yüz bir manat, altmış doqquz qəpik) manat məbləğində faktorinq limiti açılmışdır. Tərəflər arasında EXPF0046 saylı faktorinq müqaviləsi çərçivəsində 12.03.2020-ci il tarixli EXPF0046/61 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, satıcı İ.İbrahimli ilə alıcı "xxxx" MMC arasında bağlanmış 01.05.2019-cu il tarixli KDT/2019-16 saylı müqavilə üzrə satıcının alıcıya qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə X4 Faktor tərəfindən 10.07.2020-ci il tarixinədək illik faiz dərəcəsi 12% olmaqla, 3,968.17 (üç min doqquz yüz altmış səkkiz manat, on yeddi qəpik) manat məbləğində faktorinq limiti açılmışdır. Tərəflər arasında EXPF0046 saylı faktorinq müqaviləsi çərçivəsində 12.03.2020-ci il tarixli EXPF0046/62 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, satıcı İ.İbrahimli ilə alıcı Maraqlı şəxs3 MMC arasında bağlanmış 12.06.2019-cu il tarixli müqavilə üzrə istehsalçının sifarişçiyə qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə X4 Faktor tərəfindən 10.07.2020-ci il tarixinədək illik faiz dərəcəsi 12% olmaqla, 2,728.65 (iki min yeddi yüz iyirmi səkkiz manat, altmış beş qəpik) manat məbləğində faktorinq limiti açılmışdır. Tərəflər arasında EXPF0046 saylı faktorinq müqaviləsi çərçivəsində 29.03.2020-ci il tarixli EXPF0046/63 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, satıcı İ.İbrahimli ilə alıcı Maraqlı şəxs3 MMC arasında bağlanmış 12.06.2019-cu il tarixli müqavilə üzrə istehsalçının sifarişçiyə qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə X4 Faktor tərəfindən 27.07.2020-ci il tarixinədək illik faiz dərəcəsi 12% olmaqla, 6,939,12 (altı min doqquz yüz otuz doqquz manat, on iki qəpik) manat məbləğində faktorinq limiti açılmışdır. Tərəflər arasında EXPF0046 saylı faktorinq müqaviləsi çərçivəsində 29.03.2020-ci il tarixli EXPF0046/64 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, satıcı İ.İbrahimli ilə alıcı Maraqlı şəxs1 MMC arasında bağlanmış 12.03.2015-ci il tarixli müqavilə üzrə satıcının alıcıya qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə X4 Faktor tərəfindən 27.07.2020-ci il tarixinədək illik faiz dərəcəsi 12% olmaqla, 2,580.04 (iki min beş yüz səksən manat, dörd qəpik) manat məbləğində faktorinq limiti açılmışdır. Tərəflər arasında EXPF0046 saylı faktorinq müqaviləsi çərçivəsində 31.03.2020-ci il tarixli EXPF0046/65 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, satıcı İ.İbrahimli ilə alıcı "xxxx" MMC arasında bağlanmış 01.05.2019-cu il tarixli KDT/2019-16 saylı müqavilə üzrə satıcının alıcıya qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə X4 Faktor tərəfindən 29.07.2020-ci il tarixinədək illik faiz dərəcəsi 12% olmaqla, 7,910 (yeddi min doqquz yüz on) manat məbləğində faktorinq limiti açılmışdır. Tərəflər arasında EXPF0046 saylı faktorinq müqaviləsi çərçivəsində 06.04.2020-ci il tarixli EXPF0046/66 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, satıcı İ.İbrahimli ilə alıcı "xxxx" MMC arasında bağlanmış 01.05.2019-cu il tarixli KDT/2019-16 saylı müqavilə üzrə satıcının alıcıya qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə X4 Faktor tərəfindən 04.08.2020-ci il tarixinədək illik faiz dərəcəsi 12% olmaqla, 10,591.50 (on min beş yüz doxsan bir manat əlli qəpik) manat məbləğində faktorinq limiti açılmışdır. Tərəflər arasında EXPF0046 saylı faktorinq müqaviləsi çərçivəsində 06.04.2020-ci il tarixli EXPF0046/67 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, satıcı İ.İbrahimli ilə alıcı Maraqlı şəxs1 MMC arasında bağlanmış 12.03.2015-ci il tarixli müqavilə üzrə satıcının alıcıya qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə X4 Faktor tərəfindən 04.08.2020-ci il tarixinədək illik faiz dərəcəsi 12% olmaqla, 2,798.48 (iki min yeddi yüz doxsan səkkiz manat, qırx səkkiz qəpik) manat məbləğində faktorinq limiti açılmışdır. Tərəflər arasında EXPF0046 saylı faktorinq müqaviləsi çərçivəsində 06.04.2020-ci il tarixli EXPF0046/68 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, satıcı İ.İbrahimli ilə alıcı Maraqlı şəxs3 MMC arasında bağlanmış 12.06.2019-cu il tarixli müqavilə üzrə istehsalçının sifarişçiyə qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə X4 Faktor tərəfindən 04.08.2020-ci il tarixinədək illik faiz dərəcəsi 12% olmaqla, 2,861.62 (iki min səkkiz yüz altmış bir manat, altmış iki qəpik) manat məbləğində faktorinq limiti açılmışdır. Tərəflər arasında EXPF0046 saylı faktorinq müqaviləsi çərçivəsində 09.04.2020-ci il tarixli EXPF0046/69 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, satıcı İ.İbrahimli ilə alıcı "xxxx" MMC arasında bağlanmış 01.05.2019-cu il tarixli KDT/2019-16 saylı müqavilə üzrə satıcının alıcıya qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə X4 Faktor tərəfindən 07.08.2020-ci il tarixinədək illik faiz dərəcəsi 12% olmaqla, 2,404.19 (iki min dörd yüz dörd manat, on doqquz qəpik) manat məbləğində faktorinq limiti açılmışdır. Tərəflər arasında EXPF0046 saylı faktorinq müqaviləsi çərçivəsində 09.04.2020-ci il tarixli EXPF0046/70 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, satıcı İ.İbrahimli ilə alıcı Maraqlı şəxs3 MMC arasında bağlanmış 12.06.2019-cu il tarixli müqavilə üzrə istehsalçının sifarişçiyə qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə X4 Faktor tərəfindən 07.08.2020-ci il tarixinədək illik faiz dərəcəsi 12% olmaqla, 2,617.62 (iki min altı yüz on yeddi manat, altmış iki qəpik) manat məbləğində faktorinq limiti açılmışdır. Tərəflər arasında EXPF0046 saylı faktorinq müqaviləsi çərçivəsində 24.04.2020-ci il tarixli EXPF0046/71 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, satıcı İ.İbrahimli ilə alıcı "xxxx" MMC arasında bağlanmış 01.05.2019-cu il tarixli KDT/2019-16 saylı müqavilə üzrə satıcının alıcıya qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə X4 Faktor tərəfindən 22.08.2020-ci il tarixinədək illik faiz dərəcəsi 12% olmaqla, 5,958.86 (beş min doqquz yüz əlli səkkiz manat, səksən altı qəpik) manat məbləğində faktorinq limiti açılmışdır. Tərəflər arasında EXPF0046 saylı faktorinq müqaviləsi çərçivəsində 24.04.2020-ci il tarixli EXPF0046/72 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, satıcı İ.İbrahimli ilə alıcı Maraqlı şəxs3 MMC arasında bağlanmış 12.06.2019-cu il tarixli müqavilə üzrə istehsalçının sifarişçiyə qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə X4 Faktor tərəfindən 22.08.2020-ci il tarixinədək illik faiz dərəcəsi 12% olmaqla, 2,776.27 (iki min yeddi yüz yetmiş altı manat, iyirmi yeddi qəpik) manat məbləğində faktorinq limiti açılmışdır. Tərəflər arasında EXPF0046 saylı faktorinq müqaviləsi çərçivəsində 29.04.2020-ci il tarixli EXPF0046/73 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, satıcı İ.İbrahimli ilə alıcı "xxxx" MMC arasında bağlanmış 01.05.2019-cu il tarixli KDT/2019-16 saylı müqavilə üzrə satıcının alıcıya qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə X4 Faktor tərəfindən 27.08.2020-ci il tarixinədək illik faiz dərəcəsi 12% olmaqla, 11,571.73 (on bir min beş yüz yetmiş bir manat, yetmiş üç qəpik) manat məbləğində faktorinq limiti açılmışdır. Tərəflər arasında EXPF0046 saylı faktorinq müqaviləsi çərçivəsində 04.05.2020-ci il tarixli EXPF0046/74 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, satıcı İ.İbrahimli ilə alıcı "xxxx" MMC arasında bağlanmış 01.05.2019-cu il tarixli KDT/2019-16 saylı müqavilə üzrə satıcının alıcıya qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə X4 Faktor tərəfindən 01.09.2020-ci il tarixinədək illik faiz dərəcəsi 12% olmaqla, 1,928.63 (min doqquz yüz iyirmi səkkiz manat, altmış üç qəpik) manat məbləğində faktorinq limiti açılmışdır. Tərəflər arasında EXPF0046 saylı faktorinq müqaviləsi çərçivəsində 04.05.2020-ci il tarixli EXPF0046/75 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, satıcı İ.İbrahimli ilə alıcı Maraqlı şəxs1 MMC arasında bağlanmış 12.03.2015-ci il tarixli müqavilə üzrə satıcının alıcıya qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə X4 Faktor tərəfindən 01.09.2020-ci il tarixinədək illik faiz dərəcəsi 12% olmaqla, 666.31 (altı yüz altmış altı manat, otuz bir qəpik) manat məbləğində faktorinq limiti açılmışdır. Tərəflər arasında EXPF0046 saylı faktorinq müqaviləsi çərçivəsində 07.05.2020-ci il tarixli EXPF0046/76 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, satıcı İ.İbrahimli ilə alıcı Maraqlı şəxs3 MMC arasında bağlanmış 12.06.2019-cu il tarixli müqavilə üzrə istehsalçının sifarişçiyə qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə X4 Faktor tərəfindən 04.09.2020-ci il tarixinədək illik faiz dərəcəsi 13.5% olmaqla, 2,964.93 (iki min doqquz yüz altmış dörd manat, doxsan üç qəpik) manat məbləğində faktorinq limiti açılmışdır. Tərəflər arasında EXPF0046 saylı faktorinq müqaviləsi çərçivəsində 15.05.2020-ci il tarixli EXPF0046/77 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, satıcı İ.İbrahimli ilə alıcı Maraqlı şəxs3 MMC arasında bağlanmış 12.06.2019-cu il tarixli müqavilə üzrə istehsalçının sifarişçiyə qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə X4 Faktor tərəfindən 12.09.2020-ci il tarixinədək illik faiz dərəcəsi 13.5% olmaqla, 2,056.57 (iki min əlli altı manat, əlli yeddi qəpik) manat məbləğində faktorinq limiti açılmışdır. Lakin, Müştəri EXPF0046/56 saylı maliyyələşdirmə üçün ərizə üzrə 201 gün, EXPF0046/57 saylı maliyyələşdirmə üçün ərizə üzrə 190 gün, EXPF0046/58 saylı maliyyələşdirmə üçün ərizə üzrə 190 gün, EXPF0046/59 saylı maliyyələşdirmə üçün ərizə üzrə 190 gün, EXPF0046/60 saylı maliyyələşdirmə üçün ərizə üzrə 186 gün, EXPF0046/61 saylı maliyyələşdirmə üçün ərizə üzrə 186 gün, EXPF0046/62 saylı maliyyələşdirmə üçün ərizə üzrə 186 gün, EXPF0046/63 saylı maliyyələşdirmə üçün ərizə üzrə 169 gün, EXPF0046/64 saylı maliyyələşdirmə üçün ərizə üzrə 169 gün, EXPF0046/65 saylı maliyyələşdirmə üçün ərizə üzrə 167 gün, EXPF0046/66 saylı maliyyələşdirmə üçün ərizə üzrə 161 gün, EXPF0046/67 saylı maliyyələşdirmə üçün ərizə üzrə 161 gün, EXPF0046/68 saylı maliyyələşdirmə üçün ərizə üzrə 161 gün, EXPF0046/69 saylı maliyyələşdirmə üçün ərizə üzrə 158 gün, EXPF0046/70 saylı maliyyələşdirmə üçün ərizə üzrə 158 gün, EXPF0046/71 saylı maliyyələşdirmə üçün ərizə üzrə 141 gün, EXPF0046/72 saylı maliyyələşdirmə üçün ərizə üzrə 141 gün, EXPF0046/73 saylı maliyyələşdirmə üçün ərizə üzrə 138 gün, EXPF0046/74 saylı maliyyələşdirmə üçün ərizə üzrə 133 gün, EXPF0046/75 saylı maliyyələşdirmə üçün ərizə üzrə 133 gün, EXPF0046/76 saylı maliyyələşdirmə üçün ərizə üzrə 130 gün EXPF0046/77 saylı maliyyələşdirmə üçün ərizə üzrə 120 gün, K3437 saylı maliyyələşdirmə üçün ərizə üzrə isə 126 gün ərzində müqavilə öhdəliklərini icra etməyərək, borcun müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək Müştəriyə PBCOS-1472 saylı xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İpoteka saxlayan İddiaçı ASC İpoteka qoyan X4 ipoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetlərinə tutmanın yönəldiləcəyinə dair ipoteka qoyanların Banka məlum olan qeydiyyat ünvanına bildiriş göndərmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarədə qeydə alınmışdır. Tərəflər arasında imzalanmış EXPF0144 saylı faktorinq müqaviləsinin 3.4.5-ci maddəsinə əsasən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmək və onun pozulmasına yol verməmək Müştərinin vəzifəsidir. Eyni zamanda müqavilənin 5.10-cu bəndinə əsasən faktor maliyyələşdirilmiş pul tələbi borclu tərəfindən ödənilmədiyi halda, həmin məbləğin müştəri tərəfindən ödənilməsini reqress qaydasında tələb etmək və həmin məbləği müştərinin bütün hesablarından silmək və ya məhkəmə qaydasında tələb etmək hüququna malikdir. İddia ərizəsində həmçinin göstərilir ki, iddiaçı iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 30 (otuz) manat dövlət rüsumu, ipoteka bildirişlərinin qeydiyyata alınması üçün isə 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı ödəmişdir. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 655, 21, 385.1, 421.2, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 465.2, 295, 317, 319.1, 319.6-cı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4, 33, 39.1, 59.3 və 59.4-cü maddələrinə istinad etməklə iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə keçririlmiş məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndələri F.Rzabəyli və M.Abışov iddia tələbini müdafiə edib, iddia ərizəsinin və ona əlavənin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclaslarında iştirak edən cavabdeh İ.İbrahimli iddia ərizəsində qeyd olunan borcları qəbul etdiyini, maddi vəziyyəti ilə əlaqədar ödənişlər edə bilmədiyini, ipoteka predmeti olan mənzilin real bazar dəyərinin 130 min manatdan artıq olduğunu bildirmiş və iddianın təmin olunmamasını xahiş etmişdir. İş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh İ.İbrahimlinin nümayəndəsi olmuş Vəkil (təmsil etmə barədə etibarnamənin müddəti 30.09.2021-ci il tarixdə bitmişdir) təmsil etdiyi şəxsin əsas borcu qəbul etdiyini, sonradan müəyyən ödənişlər edilsə də əsas borca deyil faizlərdən silindiyini, ipoteka predmeti olan əmlakın bank tərəfindən düzgün qiymətlənirilmədiyini bildirmiş, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 MMC-nin nümayəndəsi E.Kazımov təmsil etdiyi MMC-nin cavabdeh İ.İbrahimli qarşısında öhdəliklərinin olmadığını bildirmiş və buna dair arayış təqdim edərək mübahisənin həllinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş üzrə digər Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs3 MMC və Maraqlı şəxs1 MMC-yə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını tədqiq edib, tərəfin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. "xxxx" MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11.06.2018-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, “...tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.” İş materiallarında olan İddiaçı ASC ilə cavabdeh İ.İbrahimli arasında imzalanmış 19.04.2019-cu il tarixli OnGTC/SE/0095 saylı Bank Xidmətlərinin Göstərilməsinə dair X6 əsasən müqavilədə, müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitinin yeləşdiriməsi, maliyyələşdirilməsi, ticarətin maliyyələşdirilməsi, ödəniş kartının verilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır. Həmin müqavilənin 3.3.2-ci bəndinə əsasən özünün müvafiq X10 Ödəniş Tapşırığı üzrə ödənişin köçürülməsi və Bankın bununla əlaqəli müvafiq kommisiyalarının ödənilməsi üçün kifayət edəcək məbləğin olmasını təmin etmək müştərinin vəzifəsidir. İş materiallarında olan “Faktor” İddiaçı ASC ilə “Müştəri” X5 arasında bağlanmış 26.04.2019-cu il tarixli EXPF0046 nömrəli faktorinq müqaviləsinin 2.3.1-ci və 2.3.2-ci bəndlərinə əsasən Müştəriyə maliyyə xidmətinin göstərilməsi, yəni Faktor bəyənilmiş debitor öhdəliyini satın-alır və ona görə də Müştəriyə “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən məbləğdə pul vəsaiti verir və kreditin idarə olunması üzrə xidməti göstərir, yəni alınmış debitor öhdəliklərinə münasibətdə kreditor qismində çıxış edir, borclu tərəfindən öhdəliklərinin icra edilməsini tələb edir, borcludan alınan maliyyə vəsaitini toplayır. Müqaviləyə əsasən güzəşt edilən pul məbləğindən yalnız müvafiq “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən məqsədlər üçün istifadə ediləcək. İş materiallarında olan “kredit verən” İddiaçı ASC ilə “kredit alan” Cavabdeh İ.İbrahimli arasında bağlanmış 08.08.2019-cu il tarixli, GL3437 nömrəli kredit limiti müqaviləsinə əsasən həmin müqavilə kredit alanla kredit verənin uzunmüddətli əməkdaşlıq niyyətindən irəli gələrək, ümumi öhdəlik limitinin müəyyən edilməsi məqsədi ilə həmin limit üzrə ümumi şərtləri müəyyən edir. Həmin müqavilənin 5.1.2-ci bəndinə əsasən Kredit alan müqavilə əsasən verilmiş hər hansı kredit məhsulu üzrə, kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kredit verən müqviləyə vaxtından əvvəl xitam vermək və hər bir qaytarılmalı kredit məhsulu üzrə kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kredit verən müqaviləyə vaxtından əvvəl xitam vermək və hər bir qaytarılmalı kredit məhsulu üçün kredit borcunu, faizi və başqa məsrəfləri kredit alandan qaytarmağı tələb etmək hüququna malikdir. 08.08.2019-cu il tarixli K3437 nömrəli Kredit müqaviləsinə Qoşma Ödəniş cədvəlindən görünür ki, kredit alan X3 Banka olan borcunu müvafiq ödəniş qrafikinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini borcalan İ.İbrahimli imzası ilə təsdiq etmişdir. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş 06.10.2021-ci il tarixli PB/PBL- OUT-01566-2021 nömrəli maliyyə arayışına əsasən X3 01.10.2021-ci il tarixə K3437 saylı maliyyələşdirmə üçün ərizə üzrə 72,254.12 (yetmiş iki min iki yüz əlli dörd manat on iki qəpik) manat əsas borc, 8,583.68 (səkkiz min beş yüz səksən üç manat altmış səkkiz qəpik) manat faiz borcu, 2,335.54 (iki min üç yüz otuz beş manat əlli dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 83,173.34 (səksən üç min yüz yetmiş üç manat otuz dörd qəpik) manat borcu, EXPF0046/56 saylı maliyyələşdirmə üçün ərizə üzrə 9,389.25 (doqquz min üç yüz səksən doqquz manat iyirmi beş qəpik) manat əsas borc, 2,260.46 (iki min iki yüz altmış manat qırx altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 11,649.71 (on bir min altı yüz qırx doqquz manat yetmiş bir qəpik) manat borcu, EXPF0046/57 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2,158.48 (iki min yüz əlli səkkiz manat qırx səkkiz qəpik) manat əsas borc, 86.34 (səksən altı manat otuz dörd qəpik) manat faiz borcu, 725.25 (yeddi yüz iyirmi beş manat iyirimi beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 2,970.07 (iki min doqquz yüz yetmiş manat yeddi qəpik) manat borcu, EXPF0046/58 saylı maliyyələşdirmə üçün ərizə üzrə 10,093.42 (on min doxsan üç manat qırx iki qəpik) manat əsas borc, 403.74 (dörd yüz üç manat yetmiş dörd qəpik) manat faiz borcu, 3,391.39 (üç min üç yüz doxsan bir manat otuz doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 13,888.55 (on üç min səkkiz yüz səksən səkkiz manat əlli beş qəpik) manat borcu, EXPF0046/59 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2,980.67 (iki min doqquz yüz səksən manat altmış yeddi qəpik) manat əsas borc, 119.23 (yüz on doqquz manat iyirmi üç qəpik) manat faiz borcu, 1,001.51 (min bir manat əlli bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 4,101.41 (dörd min yüz bir manat qırx bir qəpik) manat borcu EXPF0046/60 saylı maliyyələşdirmə üçün ərizə üzrə 182.82 (yüz səksən iki manat səksən iki qəpik) manat əsas borc, 4.75 (dörd manat yetmiş beş qəpik) manat faiz borcu, 60.88 (altmış manat səksən səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 248.45 (İki yüz qırx səkkiz manat qırx beş qəpik) manat borcu, EXPF0046/61 saylı maliyyələşdirmə üçün ərizə üzrə 3,968.17 (üç min doqquz yüz altmış səkkiz manat on yeddi qəpik) manat əsas borc, 156.08 (yüz əlli altı manat səkkiz qəpik) manat faiz borcu, 1,321.40 (min üç yüz iyirmi bir manat qırx qəpik) manat cərimə borcu olmaqla, cəmi 5,445.65 (beş min dörd yüz qırx beş manat altmış beş qəpik) manat borcu, EXPF0046/62 saylı kredit maliyyələşdirmə üçün ərizə üzrə 2,728.65 (iki min yeddi yüz iyirmi səkkiz manat altmış beş qəpik) manat əsas borc, 107.33 (yüz yeddi manat otuz üç qəpik) manat faiz borcu, 908.64 (doqquz yüz səkkiz manat altmış dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 3,744.62 (üç min yeddi yüz qırx dörd manat altmış iki qəpik) manat borcu, EXPF0046/63 saylı maliyyələşdirmə üçün ərizə üzrə 6,939.12 (altı min doqquz yüz otuz doqquz manat on iki qəpik) manat əsas borc, 272.94 (iki yüz yetmiş iki manat doxsan dörd qəpik) manat faiz borcu, 2,222.25 (iki min iki yüz iyirmi iki manat iyirmi beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 9,434.31 (doqquz min dörd yüz otuz dörd manat otuz bir qəpik) manat borcu EXPF0046/64 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2,580.04 (iki min beş yüz səksən manat dörd qəpik) manat əsas borc, 101.48 ( yüz bir manat qırx səkkiz qəpik) manat faiz borcu, 826.26 (səkkiz yüz iyirmi altı manat iyirmi altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 3,507.78 (üç min beş yüz yeddi manat yetmiş səkkiz qəpik) manat borcu, EXPF0046/65 saylı maliyyələşdirmə üçün ərizə üzrə 7,910 (yeddi min doqquz yüz on) manat əsas borc, 313.76 ( üç yüz on üç manat yetmiş altı qəpik) manat faiz borcu, 2,521.31 (iki min beş yüz iyirmi bir manat otuz bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 10,745.07 (on min yeddi yüz qırx beş manat yeddi qəpik) manat borcu, EXPF0046/66 saylı maliyyələşdirmə üçün ərizə üzrə 10,591.50 (on min beş yüz doxsan bir manat əlli qəpik) manat əsas borc, 416.60 (dörd yüz on altı manat altmış qəpik) manat faiz borcu, 3,336.32 (üç min üç yüz otuz altı manat otuz iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 14,344.42 (on dörd min üç yüz qırx dörd manat qırx iki qəpik) borcu, EXPF0046/67 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2,798.48 (iki min yeddi yüz doxsan səkkiz manat qırx səkkiz qəpik) manat əsas borc, 110.07 (yüz on manat yeddi qəpik) manat faiz borcu, 881.52 (səkkiz yüz səksən bir manat əlli iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 3,790.07 (üç min yeddi yüz doxsan manat yeddi qəpik) manat borcu, EXPF0046/68 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2,861.62 (iki min səkkiz yüz altmış bir manat altmış iki qəpik) manat əsas borc, 112.56 ( yüz on iki manat əlli altı qəpik) manat faiz borcu, 901.41 (doqquz yüz bir manat qırx bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 3,875.59 (üç min səkkiz yüz yetmiş beş manat əlli doquz qəpik) manat borcu, EXPF0046/69 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2,404.19 (iki min dörd yüz dörd manat on doqquz qəpik) manat əsas borc, 94.56 (doxsan dörd manat əlli altı qəpik) manat faiz borcu, 751.91 (yeddi yüz əlli bir manat doxsan bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 3,250.66 (üç min iki yüz əlli manat altmış altı qəpik) manat borcu, EXPF0046/70 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2,617.62 (iki min altı yüz on yeddi manat altmış iki qəpik) manat əsas borc, 102.96 (yüz iki manat doxsan altı qəpik) manat faiz borcu, 818.66 (səkkiz yüz on səkkiz manat altmış altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 3,539.24 (üç min beş yüz otuz doqquz manat iyirmi dörd qəpik) manat borcu, EXPF0046/71 saylı maliyyələşdirmə üçün ərizə üzrə 5,958.86 (beş min doqquz yüz əlli səkkiz manat səksən altı qəpik) manat əsas borc, 232.40 (iki yüz otuz iki manat qırx qəpik) manat faiz borcu, 1,787.66 (bir min yeddi yüz səksən yeddi manat altmış altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 7,978.92 (yeddi min doqquz yüz yetmiş səkkiz manat doxsan iki qəpik) manat borcu, EXPF0046/72 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2,776.27 (iki min yeddi yüz yetmiş altı manat iyirmi yeddi qəpik) manat əsas borc, 108.27 (bir yüz səkkiz manat iyirini yeddi qəpik) manat faiz borcu, 832.88 ( səkkiz yüz otuz iki manat səksən səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 3,717.42 (üç min yeddi yüz on yeddi manat qırx iki qəpik) manat borcu, EXPF0046/73 saylı maliyyələşdirmə üçün ərizə üzrə 11,571.73 (on bir min beş yüz yetmiş bir manat yetmiş üç qəpik) manat əsas borc, 455.15 (dörd yüz əlli beş manat on beş qəpik) manat faiz borcu, 3,445.48 (üç min dörd yüz qırx beş manat qırx səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 15,472.36 (on beş min dörd yüz yetmiş iki manat otuz altı qəpik) manat borcu, EXPF0046/74 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1,928.63 (bir min doqquz yüz iyirmi səkkiz manat altmış üç qəpik) manat əsas borc, 74.57 (yetmiş dörd manat əlli yeddi qəpik) manat faiz borcu, 568.46 (beş yüz altmış səkkiz manat qırx altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 2,571.66 (iki min beş yüz yetmiş bir manat altmış altı qəpik) manat borcu, EXPF0046/75 saylı maliyyələşdirmə üçün ərizə üzrə 666.31 (altı yüz altmış altı manat otuz bir qəpik) manat əsas borc, 25.76 (iyirmi beş manat yetmiş altı qəpik) manat faiz borcu, 196.39 (bir yüz doxsan altı manat otuz doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 888.46 (səkkiz yüz səksən səkkiz manat qırx altı qəpik) manat borcu, EXPF0046/76 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2,964.93 (iki min doqquz yüz altmış dörd manat doxsan üç qəpik) manat əsas borc, 128.97 (yüz iyirmi səkkiz manat doxsan yeddi qəpik) manat faiz borcu, 915.42 (doqquz yüz on beş manat qırx iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 4,009.32 (dörd min doqquz manat otuz iki qəpik) manat borcu, EXPF0046/77 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2,056.57 (iki min əlli altı manat əlli yeddi qəpik) manat əsas borc, 91.77 (doxsan bir manat yetmiş yeddi qəpik) manat faiz borcu, 618.68 (altı yüz on səkkiz manat altmış səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 2,767.02 (iki min yeddi yüz altmış yeddi manat altmış iki qəpik) manat İddiaçı ASC-yə borcu vardır. Bundan əlavə, iş materiallarında olan 19.08.2019-cu il tarixli İ3042 nömrəli ipoteka müqaviləsinə əsasən müqavilə “kredit alan” X2 “ipoteka saxlayan” İddiaçı ASC qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə “ipoteka qoyan” Cavabdeh2 müqavilənin 2-ci bəndində göstərilən əmlakının ipoteka ilə yüklü edilməsinin və ipoteka ilə təmin olunmuş pul öhdəliyi “Kredit alan” tərəfindən müqavilənin 2.8-ci bəndində müəyyən olunan şərtlərlə və qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, habelə, 5.1 bəndində müəyyən edilmiş hallarda “ipoteka saxlayan”nın “Kredit alan”a qarşı olan tələbinin ipoteka ilə yüklü edilmiş əşya hesabına ödənilməsinin hüquqi əsasını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir. Həmin müqaviləyə görə “ipoteka qoyan” Cavabdeh2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş (reyestr nömrəsi **********70-10301, qeydiyyat nömrəsi **********, seriya RX-0581724) Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 3 mülkiyyətində olan 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 6 otaqlı, 156.89 kv.m ümumi, 83.16 kv.m yaşayış və 73.73 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evini ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, 19.08.2019-cu il tarixli İ3042 nömrəli İpoteka müqaviləsinin şərtlərinə uyğun olaraq “ipoteka qoyan” Cavabdeh2 ünvan 3 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 6 otaqlı, 156.89 kv.m ümumi, 83.16 kv.m yaşayış və 73.73 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi üzrə mülkiyyət hüququ “ipoteka saxlayan” İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və bu yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qaydada qeydiyyata alınmışdır. İş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizası üzrə "xxxx" MMC tərəfindən təqdim edilmiş 16.09.2021-ci il tarixli qiymətləndirmə hesabatı ilə Cavabdeh2 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 16.09.2021-ci il tarixə hesablanmış likvid dəyərinin 90000 (doxsan min) manat, bazar dəyərinin isə 110000 (bir yüz on min) manat olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 655.3-cü maddsinə əsasən müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən isə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən isə ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və ipoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Qeyd edilən qanunun 11-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır və ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir (maddə 11.1 və 11.2). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əşyanın ipotekasının dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Mülki Məcəllənin 296.1-ci maddəsinə əsasən, girov qoyanla girov saxlayan arasında girova tutmanın məhkəmədən kənar qaydada yönəldilməsinə dair razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir. Həmin Qanunun 34-cü maddəsinin şərtlərinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, habelə ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. Qeyd edilən qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələblərinin əsaslılığı yuxarıda istinad edilən sübutlarla, o cümlədən cavabdeh İ.İbrahimlinin izahatı ilə öz təsdiqni tam olaraq tapdığından, cavabdeh isə həmin sübutları təkzib edəcək hər-hansı sübut təqdim etmədiyindən iddia təmin olunmalı və cavabdeh İ.İbrahimlidən 06.10.2021-ci il tarixli maliyyə arayışına əsasən 01.10.2021-ci il tarixə ödənilməli olan borc tutularaq İddiaçı ASC-yə ödənilməli, K3437 saylı maliyyələşdirmə ərizəsi üzrə tutma İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus ünvan 3 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 6 otaqlı fərdi yaşayış evinə yönəldilməklə və həmin ev ilkin satış qiyməti 90000 (doxsan min) manat müəyyən edilməklə açıq hərracda satılaraq iddiaçıya olan borc ödənilməli, ipoteka predmeti satıldıqdan sonra bir ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməlidir. Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu da cavabdeh İ.İbrahimlidən tutularaq iddiaçıya ödənilməli, habelə iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri də cavabdehlərdən tutulmalıdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh X1 EXPF0046/56 saylı maliyyələşdirmə üçün ərizə üzrə 9,389.25 (doqquz min üç yüz səksən doqquz manat iyirmi beş qəpik) manat əsas borc, 2,260.46 (iki min iki yüz altmış manat qırx altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 11,649.71 (on bir min altı yüz qırx doqquz manat yetmiş bir qəpik) manat, EXPF0046/57 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2,158.48 (iki min yüz əlli səkkiz manat qırx səkkiz qəpik) manat əsas borcu, 86.34 (səksən altı manat otuz dörd qəpik) manat faiz borcu, 725.25 (yeddi yüz iyirmi beş manat iyirimi beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 2,970.07 (iki min doqquz yüz yetmiş manat yeddi qəpik) manat, EXPF0046/58 saylı maliyyələşdirmə üçün ərizə üzrə 10,093.42 (on min doxsan üç manat qırx iki qəpik) manat əsas borc, 403.74 (dörd yüz üç manat yetmiş dörd qəpik) manat faiz borcu, 3,391.39 (üç min üç yüz doxsan bir manat otuz doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 13,888.55 (on üç min səkkiz yüz səksən səkkiz manat əlli beş qəpik) manat, EXPF0046/59 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2,980.67 (iki min doqquz yüz səksən manat altmış yeddi qəpik) manat əsas borc, 119.23 (yüz on doqquz manat iyirmi üç qəpik) manat faiz borcu, 1,001.51 (min bir manat əlli bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 4,101.41 (dörd min yüz bir manat qırx bir qəpik) manat, EXPF0046/60 saylı maliyyələşdirmə üçün ərizə üzrə 182.82 (yüz səksən iki manat səksən iki qəpik) manat əsas borc, 4.75 (dörd manat yetmiş beş qəpik) manat faiz borcu, 60.88 (altmış manat səksən səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 248.45 (İki yüz qırx səkkiz manat qırx beş qəpik) manat, EXPF0046/61 saylı maliyyələşdirmə üçün ərizə üzrə 3,968.17 (üç min doqquz yüz altmış səkkiz manat on yeddi qəpik) manat əsas borc, 156.08 (yüz əlli altı manat səkkiz qəpik) manat faiz borcu, 1,321.40 (min üç yüz iyirmi bir manat qırx qəpik) manat cərimə borcu olmaqla, cəmi 5,445.65 (beş min dörd yüz qırx beş manat altmış beş qəpik) manat, EXPF0046/62 saylı kredit maliyyələşdirmə üçün ərizə üzrə 2,728.65 (iki min yeddi yüz iyirmi səkkiz manat altmış beş qəpik) manat əsas borc, 107.33 (yüz yeddi manat otuz üç qəpik) manat faiz borcu, 908.64 (doqquz yüz səkkiz manat altmış dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 3,744.62 (üç min yeddi yüz qırx dörd manat altmış iki qəpik) manat, EXPF0046/63 saylı maliyyələşdirmə üçün ərizə üzrə 6,939.12 (altı min doqquz yüz otuz doqquz manat on iki qəpik) manat əsas borc, 272.94 (iki yüz yetmiş iki manat doxsan dörd qəpik) manat faiz borcu, 2,222.25 (iki min iki yüz iyirmi iki manat iyirmi beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 9,434.31 (doqquz min dörd yüz otuz dörd manat otuz bir qəpik) manat, EXPF0046/64 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2,580.04 (iki min beş yüz səksən manat dörd qəpik) manat əsas borc, 101.48 ( yüz bir manat qırx səkkiz qəpik) manat faiz borcu, 826.26 (səkkiz yüz iyirmi altı manat iyirmi altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 3,507.78 (üç min beş yüz yeddi manat yetmiş səkkiz qəpik) manat, EXPF0046/65 saylı maliyyələşdirmə üçün ərizə üzrə 7,910 (yeddi min doqquz yüz on) manat əsas borc, 313.76 ( üç yüz on üç manat yetmiş altı qəpik) manat faiz borcu, 2,521.31 (iki min beş yüz iyirmi bir manat otuz bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 10,745.07 (on min yeddi yüz qırx beş manat yeddi qəpik) manat, EXPF0046/66 saylı maliyyələşdirmə üçün ərizə üzrə 10,591.50 (on min beş yüz doxsan bir manat əlli qəpik) manat əsas borc, 416.60 (dörd yüz on altı manat altmış qəpik) manat faiz borcu, 3,336.32 (üç min üç yüz otuz altı manat otuz iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 14,344.42 (on dörd min üç yüz qırx dörd manat qırx iki qəpik), EXPF0046/67 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2,798.48 (iki min yeddi yüz doxsan səkkiz manat qırx səkkiz qəpik) manat əsas borc, 110.07 (yüz on manat yeddi qəpik) manat faiz borcu, 881.52 (səkkiz yüz səksən bir manat əlli iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 3,790.07 (üç min yeddi yüz doxsan manat yeddi qəpik) manat, EXPF0046/68 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2,861.62 (iki min səkkiz yüz altmış bir manat altmış iki qəpik) manat əsas borc, 112.56 ( yüz on iki manat əlli altı qəpik) manat faiz borcu, 901.41 (doqquz yüz bir manat qırx bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 3,875.59 (üç min səkkiz yüz yetmiş beş manat əlli doquz qəpik) manat, EXPF0046/69 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2,404.19 (iki min dörd yüz dörd manat on doqquz qəpik) manat əsas borc, 94.56 (doxsan dörd manat əlli altı qəpik) manat faiz borcu, 751.91 (yeddi yüz əlli bir manat doxsan bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 3,250.66 (üç min iki yüz əlli manat altmış altı qəpik) manat, EXPF0046/70 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2,617.62 (iki min altı yüz on yeddi manat altmış iki qəpik) manat əsas borc, 102.96 (yüz iki manat doxsan altı qəpik) manat faiz borcu, 818.66 (səkkiz yüz on səkkiz manat altmış altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 3,539.24 (üç min beş yüz otuz doqquz manat iyirmi dörd qəpik) manat, EXPF0046/71 saylı maliyyələşdirmə üçün ərizə üzrə 5,958.86 (beş min doqquz yüz əlli səkkiz manat səksən altı qəpik) manat əsas borc, 232.40 (iki yüz otuz iki manat qırx qəpik) manat faiz borcu, 1,787.66 (bir min yeddi yüz səksən yeddi manat altmış altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 7,978.92 (yeddi min doqquz yüz yetmiş səkkiz manat doxsan iki qəpik) manat, EXPF0046/72 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2,776.27 (iki min yeddi yüz yetmiş altı manat iyirmi yeddi qəpik) manat əsas borc, 108.27 (bir yüz səkkiz manat iyirini yeddi qəpik) manat faiz borcu, 832.88 ( səkkiz yüz otuz iki manat səksən səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 3,717.42 (üç min yeddi yüz on yeddi manat qırx iki qəpik) manat, EXPF0046/73 saylı maliyyələşdirmə üçün ərizə üzrə 11,571.73 (on bir min beş yüz yetmiş bir manat yetmiş üç qəpik) manat əsas borc, 455.15 (dörd yüz əlli beş manat on beş qəpik) manat faiz borcu, 3,445.48 (üç min dörd yüz qırx beş manat qırx səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 15,472.36 (on beş min dörd yüz yetmiş iki manat otuz altı qəpik) manat, EXPF0046/74 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1,928.63 (bir min doqquz yüz iyirmi səkkiz manat altmış üç qəpik) manat əsas borc, 74.57 (yetmiş dörd manat əlli yeddi qəpik) manat faiz borcu, 568.46 (beş yüz altmış səkkiz manat qırx altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 2,571.66 (iki min beş yüz yetmiş bir manat altmış altı qəpik) manat, EXPF0046/75 saylı maliyyələşdirmə üçün ərizə üzrə 666.31 (altı yüz altmış altı manat otuz bir qəpik) manat əsas borc, 25.76 (iyirmi beş manat yetmiş altı qəpik) manat faiz borcu, 196.39 (bir yüz doxsan altı manat otuz doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 888.46 (səkkiz yüz səksən səkkiz manat qırx altı qəpik) manat, EXPF0046/76 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2,964.93 (iki min doqquz yüz altmış dörd manat doxsan üç qəpik) manat əsas borc, 128.97 (yüz iyirmi səkkiz manat doxsan yeddi qəpik) manat faiz borcu, 915.42 (doqquz yüz on beş manat qırx iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 4,009.32 (dörd min doqquz manat otuz iki qəpik) manat, EXPF0046/77 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2,056.57 (iki min əlli altı manat əlli yeddi qəpik) manat əsas borc, 91.77 (doxsan bir manat yetmiş yeddi qəpik) manat faiz borcu, 618.68 (altı yüz on səkkiz manat altmış səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 2,767.02 (iki min yeddi yüz altmış yeddi manat altmış iki qəpik) manat, K3437 saylı maliyyələşdirmə üçün ərizə üzrə 72,254.12 (yetmiş iki min iki yüz əlli dörd manat on iki qəpik) manat əsas borc, 8,583.68 (səkkiz min beş yüz səksən üç manat altmış səkkiz qəpik) manat faiz borcu, 2,335.54 (iki min üç yüz otuz beş manat əlli dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 83,173.34 (səksən üç min yüz yetmiş üç manat otuz dörd qəpik) manat, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu olmaqla ümumilikdə 215154,1 (iki yüz on beş min yüz əlli dörd manat 10 qəpik) manat məbləğində pul vasaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. K3437 saylı maliyyələşdirmə üçün ərizə üzrə ödənilməli olan cəmi 83,173.34 (səksən üç min yüz yetmiş üç manat otuz dörd qəpik) manat üzrə tutma ipoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 3 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 6 otaqlı, 156.89 kv.m ümumi, 83.16 kv.m yaşayış və 73.73 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin və həmin fərdi yaşayış evi ilkin satış qiyməti 90000 (doxsan min) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılaraq satışdan əldə edilmiş vəsait hesabına K3437 saylı maliyyələşdirmə üçün ərizə üzrə iddiaçıya ödənilməli olan borc ödənilsin. İpoteka predmeti olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi satıldıqdan sonra bir ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti cavabdehlər cavabdehlər X5 və Cavabdeh2 tutularaq "xxxx" MMC-yə (VÖEN: **********, H/h №AZ33İBAZ********************, Azərbaycan Beynəlxalq Bankı ASC Yasamal filalı, Kodu 805562, VÖEN **********, Müxbir hesab AZ03NABZ********************, S.W.İ.F.T BİK: İBAZAZ2X ) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar