Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-433/2024 17.04.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Əliyeva (Mustafayeva) Rəvanə Telman qızına qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Əliyeva (Mustafayeva) Rəvanə Telman qızına qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 14106,44 (on dörd min yüz altı manat qırx dörd qəpik) manat məbləğində əsas borcun, 1926,63 (min doqquz yüz iyirmi altı manat altmış üç qəpik) manat məbləğində faiz borcunun, 192,58 (yüz doxsan iki manat əlli səkkiz qəpik) manat məbləğində cərimənin və 138,70 (yüz otuz səkkiz manat yetmiş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə bağladığı 31 yanvar 2023-cü il tarixli kredit müqaviləsinə əsasən borcalan Cavabdeh1 02 fevral 2026-cı tarixədək qaytarmaq və illik 22 % ödəmək şərti ilə 15000 manat kredit verilmişdir. Tələbin güzəştinə dair 31 yanvar 2023-ci il tarixli müqaviləyə əsasən "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti həmin kredit müqaviləsi üzrə tələb hüquqlarını İddiaçı Açıq Səhmdar Cəmiyyətinə güzəşt edib və borcalan bu barədə məlumatlandırılıb. Borcalan krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə 07 yanvar 2024-cü il tarixə olan borcun məbləği əsas borc üzrə 14106,44 (on dörd min yüz altı manat qırx dörd qəpik) manat, faizlər üzrə 1926,63 (min doqquz yüz iyirmi altı manat altmış üç qəpik) manat, cərimə üzrə 192,58 (yüz doxsan iki manat əlli səkkiz qəpik) manat təşkil edir. Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli üçün borc alana və zaminlik müqaviləsinə əsasən onun öhdəliyinə görə bank qarşısında birgə məsuliyyət daşıyan zaminlər Cavabdeh2 və Əliyeva (Mustafayeva) Rəvanə Telman qızına pretenziya göndərilmiş, lakin borc ödənilməmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatlarında iddia tələbini qəbul etdiklərini bildirmişlər. 18 mart 2024-cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edilərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Əliyeva (Mustafayeva) Rəvanə Telman qızı məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdeh Əliyeva (Mustafayeva) Rəvanə Telman qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit verən "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə borcalan Cavabdeh1 arasında bağlanmış 31 yanvar 2023-cü il tarixli 8310***-*******01 nömrəli kredit müqaviləsinə əsasən kreditverən avadanlıq alınması və digər investisiya xərcləri məqsədilə 15000 (on beş min) manat krediti borcalana verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə kreditverənə qaytarmağı öz öhdəsinə götürür. Həmin kredit müqaviləsinin 2.0.3-cü bəndinə görə borcalan alınmış kredit üçün illik 22 (iyirmi iki) faiz ödəməlidir. Kredit üzrə faktiki illik faiz dərəcəsi 22,7 (iyirmi iki tam onda yeddi) faizdir. Ödəmə vaxtı çatmış lakin borcalan tərəfindən ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 22 (iyirmi iki) % üstəgəl 5% gecikdirmə faizi ilə hesablanır. Borcalan bu müqaviləyə əsasən verilmiş kreditin faizləri ilə birlikdə qaytarılmalı olduğu son tarixədək öhdəliklərini icra etmədiyi, yaxud lazımi qaydada icra etmədiyi təqdirdə kreditverənə gecikdirilmiş borc məbləğinin 40 (qırx) faizi məbləğində cəriməni ödəyir. Həmin kredit müqaviləsinin 2.0.4-cü bəndinə görə bu müqaviləyə əsasən verilən kreditin kreditverənə qaytarılması üçün son müddət tərəflərin qarşılıqlı razılığı ilə 02 fevral 2026-cı il müəyyən edilir. Həmin kredit müqaviləsinin 3.0.6-cı bəndinə əsasən kreditverən bu müqavilə ilə nəzərdə tutulmuş kreditə dair tələb hüquqlarını digər kredit təşkilatlarına vermək (güzəşt etmək) hüququna malikdir. İş materiallarında olan "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 31 yanvar 2023-cü il tarixli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlində borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 02 fevral 2026-cı il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini borcalan Cavabdeh1 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 31 yanvar 2023-cü il tarixli 8FİZAM196576401 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borclunun 31 yanvar 2023-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 31 yanvar 2023-cü il tarixli 8FİZAM196576501 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 borclunun 31 yanvar 2023-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 31 yanvar 2023-cü il tarixli 8310***-*******01 nömrəli tələbin güzəştinə dair müqaviləyə əsasən "xxxx" Bank Olmayan Kredit Təşkilatı Cavabdeh1 ilə bağlanmış 31 yanvar 2023-cü il tarixli kredit müqaviləsi üzrə tələb hüquqlarını, o cümlədən digər hüquq və vəzifələrini tam olaraq yeni kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinə güzəşt etmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh1 07 yanvar 2024-cü il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 14106,44 (on dörd min yüz altı manat qırx dörd qəpik) manat məbləğində əsas borcu, 1926,63 (min doqquz yüz iyirmi altı manat altmış üç qəpik) manat məbləğində faiz borcu və 192,58 (yüz doxsan iki manat əlli səkkiz qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 16225,65 (on altı min iki yüz iyirmi beş manat altmış beş qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. - 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. - 196-cı maddəsinə əsasən əgər bu məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh1 sözügedən kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də, həmin kredit müqaviləsi üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən 14106,44 (on dörd min yüz altı manat qırx dörd qəpik) manat məbləğində əsas borc, 1926,63 (min doqquz yüz iyirmi altı manat altmış üç qəpik) manat məbləğində faiz borcu və 192,58 (yüz doxsan iki manat əlli səkkiz qəpik) manat məbləğində cərimə Cavabdeh1 tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 31 yanvar 2023-cü il tarixli 8FİZAM196576401 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 və 31 yanvar 2023-cü il tarixli 8FİZAM196576501 nömrəli zaminlik müqaviləsinə əsasən Əliyeva (Mustafayeva) Rəvanə Telman qızı borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Buna görə də məhkəmə hesab edir ki, iddianın Cavabdeh2 və Əliyeva (Mustafayeva) Rəvanə Telman qızına münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd edir ki, iddia tələbinin “cavabdehlərdən müştərək qaydada 138,70 (yüz otuz səkkiz manat yetmiş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumun əvəzinin tutulması” hissəsi qismən təmin edilməlidir. Belə ki, hazırkı iddia tələbi üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 138,68 (yüz otuz səkkiz manat altmış səkkiz qəpik) manat təşkil edir. Buna görə də, 138,68 (yüz otuz səkkiz manat altmış səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Əliyeva (Mustafayeva) Rəvanə Telman qızından müştərək qaydada 14106,44 (on dörd min yüz altı manat qırx dörd qəpik) manat məbləğində əsas borc, 1926,63 (min doqquz yüz iyirmi altı manat altmış üç qəpik) manat məbləğində faiz borcu, 192,58 (yüz doxsan iki manat əlli səkkiz qəpik) manat məbləğində cərimə və 138,68 (yüz otuz səkkiz manat altmış səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 16364,33 (on altı min üç yüz altmış dörd manat otuz üç qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Yuxanda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Əliyeva (Mustafayeva) Rəvanə Telman qızından müştərək qaydada 14106,44 (on dörd min yüz altı manat qırx dörd qəpik) manat məbləğində əsas borc, 1926,63 (min doqquz yüz iyirmi altı manat altmış üç qəpik) manat məbləğində faiz borcu, 192,58 (yüz doxsan iki manat əlli səkkiz qəpik) manat məbləğində cərimə və 138,68 (yüz otuz səkkiz manat altmış səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 16364,33 (on altı min üç yüz altmış dörd manat otuz üç qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-433/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-433/2024
17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver