Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-434/2025 14.03.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеhlərdən müştərək qaydada 18 yanvar 2024-cü il tarixli 027R********** nömrəli krеdit razılaşması üzrə 3021,67 (üç min iyirmi bir manat altmış yeddi qəpik) manat məbləğində əsas bоrc, 266,72 (iki yüz altmış altı manat yetmiş iki qəpik) manat məbləğində faiz bоrcu və 71,54 (yetmiş bir manat əlli dörd qəpik) manat məbləğində cərimə, 30 oktyabr 2023-cü il tarixli 027R********** nömrəli krеdit razılaşması üzrə 15142,42 (on beş min yüz qırx iki manat qırx iki qəpik) manat məbləğində əsas bоrc, 1416,95 (min dörd yüz on altı manat doxsan beş qəpik) manat məbləğində faiz bоrcu və 351,78 (üç yüz əlli bir manat yetmiş səkkiz qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə 20271,08 (iyirmi min iki yüz yetmiş bir manat səkkiz qəpik) manat məbləğində bоrcun və 150,81 (yüz əlli manat səksən bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 və zamin X1 arasında bağlanmış 16 noyabr 2022-ci il tarixli, 027L**********47 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh3 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bundan başqa 30 oktyabr 2023-cü il tarixli, 027S**********01 nömrəli Qoşulma barədə sazişlə cavabdеh Cavabdeh2, 18 yanvar 2024-cü il tarixli 027S**********01 saylı Qoşulma barədə sazişlə Cavabdeh1 uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə zamin qismində bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh3 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə 18 yanvar 2024-cü il tarixli, 027R********** nömrəli krеdit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 (dörd min) manat məbləğində məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 18 iyul 2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh3 götürdüyü krеdit bоrcundan 978,33 manat ödəmiş, onun 3021,67 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 28 noyabr 2024-cü il tarixə 133 gün üçün hesablanmış faiz borcu 266,72 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə ödəməlidir. 28 noyabr 2024-cü il tarixə 133 gün üçün hеsablanmış cərimə 71,54 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh3 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə 30 oktyabr 2023-cü il tarixli 027R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) manat məbləğində məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 05 iyul 2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh3 götürdüyü krеdit bоrcundan 4857,58 manat ödəmiş, onun 15142,42 manat məbləğində kredit borcu qalmışdır. Qeyd edilənlərə əsasən Cavabdeh330 oktyabr 2023-cü il tarixli 027R********** saylı krеdit razılaşması üzrə kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 28 noyabr 2024-cü il tarixə həmin müqavilə üzrə 146 gün üçün hesablanmış faiz borcu 1416,95 manat, cərimə 351,78 manat təşkil edir.
3. 13 mart 2025-ci il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ərizə təqdim edilərək məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur.
4. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, İddiaçı QSC-dən kredit götürmüş, həmin dövrdə yüksək maaş aldığı üçün ayda 1060 manat kredit ödənişi etmişdir. Sonradan iş yerini dəyişdiyi və 500 manat maaş aldığı üçün ödənişlərdə gecikmələr yaranmışdır. O, iddiaçı tərəfə əvvəlcə 7000 manat, daha sonra isə 2-3 aylıq fasilələrlə 5000 manat ödəniş etməyi vəd etsə də, iddiaçı tərəf razılaşmadılar.
5. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, ərizədə qeyd olunan krediti əmisi Cavabdeh3 götürmüş, o isə bankla zamin qismində müqavilə bağlamışdır. Borcalan Cavabdeh3 işsizliyi və borc məbləğinin yüksək olması səbəbindən ödənişlə bağlı gecikmələr yaranmışdır. Ödənişin gecikməsi nəticəsində faizlər artmış və bu, borcalan üçün vəziyyəti daha da çətinləşdirmişdir. Cavabdeh3 təsərrüfat fəaliyyəti ilə məşğul olmuş, 10000 manat ziyana düşdüyü üçün hazırkı borcu ödəməkdə çətinlik yaranmışdır.
6. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
7. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh3 – “kredit alan” və X1 – “zamin” olmaqla bağlanmış 16 noyabr 2022-ci il tarixli 027L**********47 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən kredit alana sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi üçün 120 ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 2.7-ci bəndinə görə kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2.13-cü bəndinə əsasən zamin bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Həmin müqavilənin 4.9-cu bəndinə görə bank kredit alan krediti və kredit faizini vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır.
8. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh2 – “zamin” olmaqla bağlanmış 30 oktyabr 2023-cü il tarixli 027S**********01 nömrəli qoşulma barədə sazişə əsasən zamin Cavabdeh2 kredit alanın 16 noyabr 2022-ci il tarixli 027L**********47 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə öhdəliklərini təmin etmək məqsədilə bu sazişi imzalamaqla müqaviləyə qoşulur və buna müvafiq olaraq müqavilə üzrə kredit alanın həm bu sazişin imzalanması anınadək mövcud olan, həm də bu saziş imzalandıqdan sonra yaranan öhdəliklərinin icrası üçün kredit alanla birgə və tam məsuliyyət daşıyır.
9. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh3 – “kredit alan” olmaqla bağlanmış 30 oktyabr 2023-cü il tarixli 027R********** nömrəli kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank məbləği 20000 (iyirmi min) manat olan biznes kreditini illik faiz dərəcəsi 23 (iyirmi üç) % olmaqla 24 (iyirmi dörd) ay müddətinə kredit alana verir. Həmin razılaşmaya görə AZ04ACAB******************** nömrəli cari hesab və həmin cari hesabda 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti, həmçinin məbləğindən asılı olmayaraq gələcəkdə həmin hesaba daxil olacaq pul vəsaiti xüsusi girov predmeti olaraq müəyyən edilir.
10. İş materiallarında olan 30 oktyabr 2023-cü il tarixli ödəniş planında borcalan Cavabdeh3 banka olan borcunun son ödəniş tarixi 05 noyabr 2025-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur.
11. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh1 – “zamin” olmaqla bağlanmış 18 yanvar 2024-cü il tarixli 027S**********01 nömrəli qoşulma barədə sazişə əsasən zamin Cavabdeh1 kredit alanın 16 noyabr 2022-ci il tarixli 027L**********47 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə öhdəliklərini təmin etmək məqsədilə bu sazişi imzalamaqla müqaviləyə qoşulur və buna müvafiq olaraq müqavilə üzrə kredit alanın həm bu sazişin imzalanması anınadək mövcud olan, həm də bu saziş imzalandıqdan sonra yaranan öhdəliklərinin icrası üçün kredit alanla birgə və tam məsuliyyət daşıyır.
12. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh3 – “kredit alan” olmaqla bağlanmış 18 yanvar 2024-cü il tarixli 027R********** nömrəli kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank məbləği 4000 (dörd min) manat olan biznes kreditini illik faiz dərəcəsi 23 (iyirmi üç) % olmaqla 18 (on səkkiz) ay müddətinə kredit alana verir. Həmin razılaşmaya görə AZ04ACAB******************** nömrəli cari hesab və həmin cari hesabda 4000 (dörd min) manat məbləğində pul vəsaiti, həmçinin məbləğindən asılı olmayaraq gələcəkdə həmin hesaba daxil olacaq pul vəsaiti xüsusi girov predmeti olaraq müəyyən edilir.
13. İş materiallarında olan 18 yanvar 2024-cü il tarixli ödəniş planında borcalan Cavabdeh3 banka olan borcunun son ödəniş tarixi 18 iyul 2025-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur.
14. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 28 noyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 30 oktyabr 2023-cü il tarixli 027R********** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh3 28 noyabr 2024-cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 15142,42 (on beş min yüz qırx iki manat qırx iki qəpik) manat məbləğində əsas bоrc, 1416,95 (min dörd yüz on altı manat doxsan beş qəpik) manat məbləğində faiz bоrcu və 351,78 (üç yüz əlli bir manat yetmiş səkkiz qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə 16911,15 (on altı min doqquz yüz on bir manat on beş qəpik) manat məbləğində bоrcu vardır.
15. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 28 noyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 18 yanvar 2024-cü il tarixli 027R********** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh3 28 noyabr 2024-cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 3021,67 (üç min iyirmi bir manat altmış yeddi qəpik) manat məbləğində əsas bоrc, 266,72 (iki yüz altmış altı manat yetmiş iki qəpik) manat məbləğində faiz bоrcu və 71,54 (yetmiş bir manat əlli dörd qəpik) manat məbləğində cəriməolmaqla, ümumilikdə 3359,93 (üç min üç yüz əlli doqquz manat doxsan üç qəpik) manat məbləğində bоrcu vardır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
17. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh3 (VÖEN: **********) 16 noyabr 2022-ci il tarixli 027L**********47 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsini, 30 oktyabr 2023-cü il tarixli 027R********** nömrəli və 18 yanvar 2024-cü il tarixli 027R********** nömrəli kredit müqavilələrini bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və faiz borcunu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir.
18. Buna görə məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 30 oktyabr 2023-cü il tarixli 027R********** nömrəli krеdit razılaşması üzrə 15142,42 (on beş min yüz qırx iki manat qırx iki qəpik) manat məbləğində əsas bоrc, 1416,95 (min dörd yüz on altı manat doxsan beş qəpik) manat məbləğində faiz bоrcu və 351,78 (üç yüz əlli bir manat yetmiş səkkiz qəpik) manat məbləğində cərimə, 18 yanvar 2024-cü il tarixli 027R********** nömrəli krеdit razılaşması üzrə 3021,67 (üç min iyirmi bir manat altmış yeddi qəpik) manat məbləğində əsas bоrc, 266,72 (iki yüz altmış altı manat yetmiş iki qəpik) manat məbləğində faiz bоrcu və 71,54 (yetmiş bir manat əlli dörd qəpik) manat məbləğində cərimə iddiaçının xeyrinə ödənilməlidir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
20. 30 oktyabr 2023-cü il tarixli 027S**********01 nömrəli qoşulma barədə sazişə əsasən zamin Cavabdeh2 və 18 yanvar 2024-cü il tarixli 027S**********01 nömrəli qoşulma barədə sazişə əsasən zamin Cavabdeh1 borclunun 16 noyabr 2022-ci il tarixli 027L**********47 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürürlər və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Buna görə də məhkəmə hesab edir ki, iddianın Cavabdeh2 və Cavabdeh1 münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur.
21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
23. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. İddia tələbinin “150,81 (yüz əlli manat səksən bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki iş materiallarında olan 19 dekabr 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 150,81 (yüz əlli manat səksən bir qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 150,81 (yüz əlli manat səksən bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir.
25. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
26. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 18 yanvar 2024-cü il tarixli 027R********** nömrəli krеdit razılaşması üzrə 3021,67 (üç min iyirmi bir manat altmış yeddi qəpik) manat məbləğində əsas bоrc, 266,72 (iki yüz altmış altı manat yetmiş iki qəpik) manat məbləğində faiz bоrcu və 71,54 (yetmiş bir manat əlli dörd qəpik) manat məbləğində cərimə, 30 oktyabr 2023-cü il tarixli 027R********** nömrəli krеdit razılaşması üzrə 15142,42 (on beş min yüz qırx iki manat qırx iki qəpik) manat məbləğində əsas bоrc, 1416,95 (min dörd yüz on altı manat doxsan beş qəpik) manat məbləğində faiz bоrcu və 351,78 (üç yüz əlli bir manat yetmiş səkkiz qəpik) manat məbləğində cərimə və ödənilmiş 150,81 (yüz əlli manat səksən bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 20421,89 (iyirmi min dörd yüz iyirmi bir manat səksən doqquz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır.
27. Yuxanda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 18 yanvar 2024-cü il tarixli 027R********** nömrəli krеdit razılaşması üzrə 3021,67 (üç min iyirmi bir manat altmış yeddi qəpik) manat məbləğində əsas bоrc, 266,72 (iki yüz altmış altı manat yetmiş iki qəpik) manat məbləğində faiz bоrcu və 71,54 (yetmiş bir manat əlli dörd qəpik) manat məbləğində cərimə, 30 oktyabr 2023-cü il tarixli 027R********** nömrəli krеdit razılaşması üzrə 15142,42 (on beş min yüz qırx iki manat qırx iki qəpik) manat məbləğində əsas bоrc, 1416,95 (min dörd yüz on altı manat doxsan beş qəpik) manat məbləğində faiz bоrcu və 351,78 (üç yüz əlli bir manat yetmiş səkkiz qəpik) manat məbləğində cərimə və ödənilmiş 150,81 (yüz əlli manat səksən bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 20421,89 (iyirmi min dörd yüz iyirmi bir manat səksən doqquz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İslam Əliyev