Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-436/2021 28.04.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı “xxxx”xxxx“xxxx” MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC cavabdeh “xxxx” MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxx”xxxx“xxxx” MMC arasında 21.10.2019-cu il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən (“xxxx” MMC) müqavilənin əlavələrində qeyd olunmuş icarə obyektlərinii həmin müqavilə şərtləri çərçivəsində istifadə üçün icarəçiyə (“xxxx” MMC-yə) verməyi, icarəçi isə həmin icarə obyektlərini müqavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında əlavələrdə göstərilmiş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Lakin tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə “xxxx” MMC-nin istifadəsinə verilmiş icarə obyektlərinə görə göndərilmiş sonuncu aylıq hesab-faktura bu günə qədər tam ödənilməmişdir. Müqavilə əsasında icarəyə verənə məxsus texnikalar 2019-cu ilin oktyabr ayından 2020-ci ilin yanvar ayınadək icarəçinin təyin etdiyi ərazilərdə fəaliyyət göstərmişdir. Qeyd olunan aylar ərzində ümumilikdə 51.677,96 (əlli bir min altı yüz yetmiş yeddi manat doxsan altı qəpik) manat əsas məbləğ və 9.302,04 (doqquz min üç yüz iki manat dörd qəpik) manat ƏDV olmaqla icarə haqqı hesablanmışdır. Tərəflər arasında bağlanmış AZTX/784 saylı, 21.10.2019-cu il tarixli icra müqaviləsinin 4.10-cu bəndinə əsasən faktura məbləğinin faktura tarixindən 5 iş günü ərzində ödənmədiyi halda illik 5%-i keçməmək şərti ilə günlük 0.01 % gecikmə faizi hesablanması nəzərdə tutulmuşdur. İcarəçi isə icarə haqlarını faktura tarixindən 5 iş günü ərzində ödəyəcəyini bəyan və qəbul etmişdir. Qeyd edilmiş mübahisənin məhkəməyə qədər nizama salınması üçün cavabdehdən dəfələrlə pulun ödənilməsi tələb olunmuş, bundan əlavə, 26.08.2020-ci il tarixdə cavabdehə pretenziya məktubu göndərilərək əsas borcun və cərimənin ödənilməsi tələb edilmiş və öhdəliyin icrası üçün 14 gün müddət təyin edilmişdir. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq, müqavilə ilə onun üzərinə düşən öhdəliklərin icrasından yayınmış və müqavilə əsasında ödəməli olduğu pul məbləğini ödəməmişdir. Buna görə də “xxxx” MMC-dən icarə müqaviləsi əsasında iddiaçıdan istifadə üçün təhvil aldığı icarə obyektlərinə görə 60,980.00 manat əsas borc və gecikdirilmiş günlər üzrə 5% həcmində, yəni 3049 manat məbləğində cərimə olmaqla, ümumilikdə 64.029 (60.980+ 3049 = 64.029) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməlidir. Göstərilənləri nəzərə alaraq, iddiaçı məhkəmədən AZTX/784 №-li, 21.10.2019-cu il tarixli icra müqaviləsinə əsasən icarə haqqı üzrə borc və gecikdirilmiş günlər üzrə cərimə olmaqla, ümumilikdə 64.029 (altmış dörd min iyirmi doqquz) manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh “xxxx” MMC-dən alınaraq iddiaçı “xxxx” LTD MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi E.Cəfərov iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh “xxxx” MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə gəlmiş tərəfi dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZTX/784 №-li, 21.10.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən (“xxxx” MMC) müqavilənin əlavələrində qeyd olunmuş icarə obyektini həmin müqavilə şərtləri çərçivəsində istifadə üçün icarəçiyə (“xxxx” MMC-yə) verməyi, icarəçi isə həmin icarə obyektini müqavilə şərtləri çərçivəsində istifadə etməyi və bunun qarşılığında əlavələrdə göstərilmiş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.2.1-ci bəndinə görə, aylıq icarə haqqına ƏDV daxil deyil. Həmin müqavilənin 4.3-cü bəndində icarəyə verənin icarə obyektinin təslim tarixindən növbəti ayın eyni günündə və sonrakı ayların eyni günlərində bir aylıq icarə məbləğində ƏDV əlavə edərək hesab faktura hazırlaması, 4.10-cu bəndində isə faktura məbləğinin faktura tarixindən 5 iş günü ərzində ödənmədiyi halda illik 5%-i keçməmək şərti ilə günlük 0,01% gecikmə faizi hesablanması nəzərdə tutulmuşdur. İş materiallarında olan 28.11.2019-cu il tarixli 085915 nömrəli, 25.08.2020-ci il tarixli, 087045 nömrəli və 25.08.2020-ci il tarixli, 087653 nömrəli elektron qaimələrdən görünür ki, “xxxx”xxxx“xxxx MMC tərəfindən “xxxx” MMC-yə müvafiq olaraq 10.089 manat, 31.821,36 və 19.069,63 manat olmaqla, ümumilikdə 60.979,99 manat məbləğində pul ödənilməlidir. Məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, AZTX/784 №-li, 21.10.2019-cu il tarixli icra müqavilə üzrə “xxxx” MMC-nin 25.08.2020-ci il tarixə “xxxx” MMC-yə 60.980 manat məbləğdə əsas borcu və 268,37 manat cərimə borcu olmuşdur. İş materiallarında olan pretenziya məktubundan görünür ki, “xxxx” MMC tərəfindən AZTX/784 №-li, 21.10.2019-cu il tarixli icra müqaviləsinə əsasən icarə haqqı üzrə 60.980 manat əsas borc və gecikdirilmiş günlər üzrə 226,58 manat cərimə olmaqla, ümumilikdə 61.980 (altmış bir min doqquz yüz səksən) manat məbləğində pulun ödənilməsi barədə “xxxx” MMC-yə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 386.1-ci maddəyə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəyə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1.-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə görə əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, “xxxx”xxxx“xxxx MMC arasında bağlanmış icarə müqaviləsinə əsasən, tərəflər arasında icarə münasibətləri yaranmış, “xxxx MMC iddiaçıdan müxtəlif tikinti texnikalarını icarəyə götürmüş, lakin icarə haqqını ödəməklə bağlı üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Buna görə də, iddiaçı məhkəməyə hazırkı iddia tələbi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, iddianın əsas borcla bağlı hissəsi və iş materialları ilə öz təsdiqini tapır. Buna görə də iddia əsas borc tələb olunan hissədə təmin olunmalıdır. Məhkəmə hesab edir ki, əsas borc 60.980 manat təşkil etdiyi halda, 3.049 manat cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 1000 manata qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia əsas borc tələbinə dair hissədə tam əsaslı olduğu üçün tam təmin olunmalı, cərimə tələbinə dair hissədə isə qismən əsaslı olduğu üçün cərimə 1000 manat məbləğində tutulmalı, qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxx”xxxx“xxxx MMC-yə qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh “xxxx MMC-dən AZTX/784 №-li, 21.10.2019-cu il tarixli icarə müqaviləsinə əsasən icarə haqqı üzrə 60.980 (altmış min doqquz yüz səksən) manat əsas borc və gecikdirilmiş günlər üzrə 1000 (min) manat cərimə olmaqla, ümumilikdə 61.980 (altmış bir min doqquz yüz səksən) manat məbləğində pul tutularaq, “xxxx” MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 4%-i iddiaçıya, 96%-i cavabdehə aid edilsin. Cavabdehdən 28,80 (iyirmi səkkiz manat səksən qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq, iddiaçıya ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-436/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-436/2021
28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver