Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-44/2020 04.02.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, X2 qızının katibliyi, Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı İB-nin cavabdeh “xxxx” MMC-yə qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Kommersiya Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB cavabdeh “xxxx” MMC-yə qarşı cavabdeh “xxxx” MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 449485 (dörd yüz qırx doqquz min dörd yüz səksən beş) manat borcun və 30(otuz) manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi işə mahiyyəti üzrə baxılmasını tələb etməmiş və iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə cavabdehi dinləyib, hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçı məhkəməyə gəlmədiyindən və cavabdeh “xxxx” MMC-nin nümayəndəsi işin baxılmamış saxlanmasını xahiş etdiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259-260-cı, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı İB-nin cavabdeh “xxxx” MMC-yə qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-44/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-44/2020
04.02.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver