Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-45/2025 01.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 22 avqust 2023-cü il tarixli 020CRLN23000026-1 nömrəli əlavə razılaşma üzrə 134244,79 (yüz otuz dörd min iki yüz qırx dörd manat yetmiş doqquz qəpik) manat məbləğində əsas borc, 7850 (yeddi min səkkiz yüz əlli) manat məbləğində faiz borcu, 1067,50 (min altmış yeddi manat əlli qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 143162,29 (yüz qırx üç min yüz altmış iki manat iyirmi doqquz qəpik) manat məbləğində borcun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun, 36 (otuz altı) manat məbləğində xidmət haqqının və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 434 (dörd yüz otuz dörd) manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 məxus Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetinin hərracdan satılması, borcun göstərilən ipoteka predmetinin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsinə, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında 18 avqust 2023-cü il tarixli 020CRLN23000026 nömrəli baş kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən borcalana 500000 (beş yüz min) manat (USD və ya EUR ekvivalenti) məbləğində, illik faiz dərəcəsi 30%-dən, qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60%-dən, cərimə faizi gündəlik 0,1%-dən çox olmamaq şərtilə 120 ay müddətinə kredit, kredit xətti, akkreditiv, qarantiya və kontrqarantiya limiti ayrılmışdır. Baş kredit müqaviləsi çərçivəsində 22 avqust 2023-cü il tarixli 020CRLN23000026-1 nömrəli əlavə razılaşma əsasında Cavabdeh2 24 ay müddətinə, illik 16% faiz dərəcəsi ilə, 150000 (yüz əlli min) manat kredit verilmişdir. Göstərilən kredit öhdəliyinin təminatı olaraq Cavabdeh2 məxus Qəbələ rayonu, Bum qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin ipoteka qoyulması barədə Cavabdeh2 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında 21 avqust 2023-cü il tarixli 002REAL23000043 nömrəli ipoteka müqaviləsi, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 18 avqust 2023-ci il tarixli 002GRNT23000042 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan yuxarıda göstərilən öhdəlikləri üzrə müqavilə şərtlərini pozmuş və ödənişlərində ciddi və uzunmüddətli gecikmələr olmuşdur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş göndərilmişdir. Eyni zamanda reyestr orqanına bildirişin qeydiyyatı üçün ərizə verilmiş və ərizə qeydə alınmışdır. 22 avqust 2023-cü il tarixli 020CRLN23000026-1 nömrəli əlavə razılaşma üzrə əsas borc 134244,79 manat, faiz borcu 7850 manat, cərimə borcu 1067,50 manat təşkil edir. Kredit müqaviləsindən irəli gələn öhdəlik vaxtında və lazımi qaydada icra edilmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə yönəldilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanılmış 18 avqust 2023-cü il tarixli 020CRLN23000026 saylı baş kredit müqaviləsinə əsasən müqavilənin predmeti kreditorun borcalana 500000 (beş yüz min) manat (USD və ya EUR ekvivalenti) məbləğində, illik faiz dərəcəsi 30 %-dən, qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60 %-dən, cərimə faizi gündəlik 0,1 %-dən, komissiya haqları bu müqaviləyə əsasən bağlanacaq əlavə razılaşmalarda nəzərdə tutulmuş qaydada hər təqvim ayının sonuna kreditin istifadə edilməmiş orta günlük qalıq məbləğinin illik 10 %-dən, müddətdən əvvəl borc məbləği tam və ya qismən geri qaytarıldıqda, vaxtından əvvəl geri qaytarılmış məbləğin 2 %-dən, qarantiyanın və ya kontrqarantiyamn istifadəsinə görə qarantiyanın və ya kontrqarantiyanın ümumi məbləğinin illik 15 %-dən, akkreditiv üzrə benefısiara hər bir ödənişin aparıldığı tarixədək akkreditivin qalıq məbləğinə illik 15 (on beş)%-dən, həmçinin bloklaşdırma cədvəlinə əsasən akkreditiv hesabına bloklaşdırılmış vəsaitin köçürülməsi gecikdirildikdə, gecikdirilmiş məbləğlərə görə illik 15 %-dən çox olmamaq şərti ilə 120 ay müddətinə kredit, kredit xətti, akkreditiv, qarantiya və kontrqarantiya limitinin ayrılması, borcalanın isə bu müqavilədə və bu müqaviləyə əsasən bağlanacaq əlavə razılaşmalarda nəzərdə tutulmuş şərtlərlə və qaydada limitdən istifadə etməsi, habelə limitin və limitə hesablanmış faizlərin kreditora ödənilməsinə dair pul öhdəliyidir. Həmin müqavilənin 1.1.2-ci bəndinə əsasən gələcəkdə bu müqaviləyə əsasən bağlanılacaq əlavə razılaşmalar üzrə borcalana veriləcək məbləğlər bu müqaviləyə bağlıdır və tərəflər razılaşır ki, bu müqavilənin 1.1.1-ci yarımbəndində göstərilən limit üzrə kreditor tərəfindən ayrılmış məbləğlərin son qaytarılma tarixi həmin bənddə nəzərdə tutulmuş müddətdən çox təyin edilə bilməz. Limit çərçivəsində verilən hər bir öhdəliyin müddəti, məbləği, məqsədi və təyinatı, onun illik faiz dərəcəsi, ödənişlər üzrə qaytarılma qrafiki və sairə şərtləri tərəflər arasında bağlanan və bu müqavilənin tərkib hissəsini təşkil edən müvafiq əlavə razılaşmalar ilə müəyyən edilir. Həmin müqavilənin 3.2.9-cu bəndinə əsasən borcalan ödəniş cədvəli üzrə ödənişləri vaxtında etmədikdə (icranın gecikdiriİdiyi halda), gecikdirilən məbləğə görə kreditora bu müqavilə ilə nəzərdə tutulmuş qaydada hesablanmış faiz və cərimə ödəyir. Faizlər, cərimə bu müqavilə ilə müəyyən edilmiş gündən kreditora tam ödənildiyi günə qədər hesablanır. Faizlərin, cərimənin və zərərin əvəzinin ödənilməsi borcalanı bu müqavilə ilə nəzərdə tutulmuş əsas öhdəliklərin icrasından azad etmir. Həmin müqavilənin 3.4.4.3-cü bəndinə əsasən ödəniş cədvəlində nəzərdə tutulmuş miüddətlərdə/kredit xəttinin limitləri qrafiki tərtib edilərsə, qrafıkdə nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri, hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların borcalana veriliməsi və ya borcalanın adından göndərilməsi üzrə xərcləri kreditora vaxtında və tam olaraq ödəmək borcalanın vəzifəsi kimi müəyyən edilmişdir. İş materiallarında olan borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh2 arasında bağlanılmış 18 avqust 2023-cü il tarixli 020CRLN23000026 saylı baş kredit müqaviləsinə 22 avqust 2023-cü il tarixli 020CRLN23000026-1 nömrəli əlavə razılaşmaya əsasən Cavabdeh2 24 ay müddətinə, illik 16% faiz dərəcəsi ilə 150000 (yüz əlli min) manat kredit verilmişdir. İş materiallarında olan kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh1 arasında bağlanılmış 18 avqust 2023-cü il tarixli 002GRNT23000042 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 18 avqust 2023-cü il tarixli 020CRLN23000026 nömrəli baş kredit müqaviləsi üzrə kreditordan kredit götürmüş borcalanın öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan ipoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 21 avqust 2023-cü il tarixli 002REAL23000043 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka Cavabdeh2 mülkiyyətində olan Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0.0758 ha torpaq sahəsini və üzərindəki ümumi sahəsi 306.4 kvadrat metr olan fərdi yaşayış evini tərəflər arasında bağlanmış 18 avqust 2023-cü il tarixli 020CRLN23000026 saylı baş kredit müqaviləsi üzrə yaranmış borc öhdəliyinin təminatı olaraq ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0.0758 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 306.4 kvadrat metr olan fərdi yaşayış evi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş, əsas öhdəliyin mahiyyəti kimi 18 avqust 2023-cü il tarixli 020CRLN23000026 saylı baş kredit müqaviləsi göstərilmişdir. İş materiallarında olan cavabdehlərə göndərilmiş 19 mart 2024-cü il tarixli xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, cavabdehlərdən əsas borc üzrə 17003 manat, faiz borcu üzrə 5085 manat, cərimə borcu üzrə 778 manat, gecikən əsas məbləğə hesablanmış faiz borcu üzrə 692 manat, cəmi 23 558 manat borcun 3 gün ərzində ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 04 aprel 2024-cü il tarixli ZB-650/24 saylı maliyyə arayışında göstərilir ki, Cavabdeh2 18 avqust 2023-cü il tarixli 020CRLN23000026 saylı baş kredit müqaviləsinə 22 avqust 2023cü il tarixli 020CRLN23000026-1 nömrəli əlavə razılaşma üzrə banka borcu 134244,79 manat əsas borc, 7850 manat faiz borcu, 1067,50 manat cərimə borcu olmaqla, cəmi 143162,29 manat təşkil edir. İş materiallarında olan 12 sentyabr 2024-cü il tarixli 9/5515 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 22 avqust 2023-cü il tarixli 020CRLN23000026-1 nömrəli əlavə razılaşma müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 19 mart 2024-cü il tarixə əsas borc üzrə 134209,74 manat, faiz borcu 6473,91 manat, maliyyə arayışında qeyd edilən – 04 aprel 2024-cü il tarixə əsas borc üzrə 134209,74 manat, faiz borcu üzrə 7368,64 manat müəyyən olunmuşdur. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 20 may 2025-ci il tarixli LP/M-0150 nömrəli mütəxəssis rəyində göstərilir ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən ümumi sahəsi 306,4 kvadrat metr olan fərdi yaşayış evinin bazar dəyəri 184000 (bir yüz səksən dörd min) manat, likvid dəyəri isə 156000 (bir yüz əlli altı min) manat, Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən ümumi sahəsi 0,0758 ha olan torpaq sahəsinin bazar dəyəri 26000 (yirmi altı min) manat, likvid dəyəri isə 22000 (iyirmi iki min) manat, birlikdə bazar dəyəri 210000 (iki yüz on min) manat, likvid dəyəri isə 178000 (bir yüz yetmiş səkkiz min) manat müəyyən edilir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 20 iyun 2025-ci il tarixli 458/E nömrəli mütəxəssis rəyində göstərilir ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən ümumi sahəsi 306,4 kvadrat metr olan fərdi yaşayış evinin hazırki real bazar dəyəri 350000 (üç yüz əlli min) manat, likvid dəyəri isə 314000 (üç yüz on dörd min) manat, Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən ümumi sahəsi 0,0758 ha olan torpaq sahəsinin hazırki real bazar dəyəri 22700 (iyirmi iki min yeddi yüz) manat, likvid dəyəri isə 20400 (iyirmi min dörd yüz) manat müəyyən edilmişdir. Cavabdeh2 xüsusi mülkiyyətində olan Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən fərdi yaşayış evinin torpaq sahəsilə birlikdə bazar dəyəri 372700 (üç yüz yetmiş iki min yeddi yüz) manat, likvid dəyəri isə 334400 (üç yüz otuz dörd min dörd yüz) manat müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, kredit verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni 18 avqust 2023-cü il tarixli 020CRLN23000026 saylı baş kredit müqaviləsinə 22 avqust 2023-cü il tarixli 020CRLN23000026-1 nömrəli əlavə razılaşmada nəzərdə tutulan pul vəsaitini Cavabdeh2 vermişdir. Lakin Cavabdeh2 18 avqust 2023-cü il tarixli 020CRLN23000026 saylı baş kredit müqaviləsinə 22 avqust 2023-cü il tarixli 020CRLN23000026-1 nömrəli əlavə razılaşmanı bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas və faiz borclarını müvafiq qaydada ödəməmiş, bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 18 avqust 2023-cü il tarixli 020CRLN23000026 saylı baş kredit müqaviləsinə 22 avqust 2023-cü il tarixli 020CRLN23000026-1 nömrəli əlavə razılaşma üzrə tutulmalı olan əsas və faiz borcunun məbləği müəyyən edilərkən 12 sentyabr 2024-cü il tarixli 9/5515 nömrəli ekspert rəyi mötəbər sübut kimi nəzərə alınmalı və ekspert rəyində qeyd edilən 04 aprel 2024-cü il tarixinə hesablanmış 134209,74 (yüz otuz dörd min iki yüz doqquz manat yetmiş dörd qəpik) manat məbləğində əsas bоrc və 7368,64 (yeddi min üç yüz altmış səkkiz manat altmış dörd qəpik) manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Cavabdeh2 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış baş kredit müqaviləsində və əlavə razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə tələb olunan cərimə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, iddia tələbi “1067,50 (min altmış yeddi manat əlli qəpik) manat məbləğində cərimənin tutulması” hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 18 avqust 2023-cü il tarixli 002GRNT23000042 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 borcalanın 18 avqust 2023-cü il tarixli 020CRLN23000026 nömrəli baş kredit müqaviləsi üzrə kreditordan kredit götürmüş borcalanın öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Buna görə məhkəmə hesab edir ki, iddianın Cavabdeh1 münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. - 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. - 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; - 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; - 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: - 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; - 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx.xx.2020-ci il tarixli qərardadında göstərilir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Göründüyü kimi, 18 avqust 2023-cü il tarixli 020CRLN23000026 saylı baş kredit müqaviləsi üzrə üzrə Cavabdeh2 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 21 avqust 2023-cü il tarixli 002REAL23000043 nömrəli ipoteka müqaviləsinə əsasən sonuncunun mülkiyyətində olan Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0.0758 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 306.4 kvadrat metr olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş evə yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317, 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. Məhkəmə hesab edir ki, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik cavabdehlər tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Cavabdeh2 xüsusi mülkiyyətində olan Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0.0758 ha torpaq sahəsinə və üzərindəki ümumi sahəsi 306.4 kvadrat metr olan fərdi yaşayış evinə yönəlməli, qeyd olunan əmlaklar açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməlidir. Mülki Məcəllənin 135.4-cü maddəsinə görə torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Hazırkı halda mübahisəli fərdi yaşayış evi yerləşdiyi torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya olmaqla Mülki Məcəllənin 135.4-cü maddəsinə əsasən torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi Cavabdeh2 adına qeydiyyata alınmış və həmin torpaq sahəsi və fərdi yaşayış evinə dair mülkiyyət hüququna dair cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrindən vahid çıxarış verilmişdir. 21 avqust 2023-cü il tarixli 002REAL23000043 nömrəli ipoteka müqaviləsi əsasında həmin əmlak bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, sözügedən müqavilə əsasında verilmiş ipoteka yüklülüyü haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda bankın xeyrinə ipoteka ilə yüklü edilmiş əmlak qismində fərdi yaşayış evi (306.4 kvadrat metr) ilə yanaşı onun yerləşdiyi torpaq sahəsi (0.0758 ha) də göstərilmişdir. Göründüyü kimi fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0758 ha torpaq sahəsi vahid mülkiyyət obyekti kimi ipoteka ilə yüklü edildiyindən ipoteka predmetinə tutma yönəldildikdə vahid əmlak kimi hərracdan satılacaqdır. Bu baxımdan, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti torpağın dəyəri nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Göstərilən hallar nəzərə alınaraq məhkəmə tərəfindən iş üzrə əmlakın qiymətləndirilməsi ilə bağlı mütəxəssis rəyləri alınmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 20 iyun 2025-ci il tarixli 458/E nömrəli mütəxəssis rəyi ilə Cavabdeh2 xüsusi mülkiyyətində olan Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən fərdi yaşayış evinin torpaq sahəsilə birlikdə likvid dəyəri 334400 (üç yüz otuz dörd min dörd yüz) manat müəyyən edilmişdir. Məhkəmənin həmin rəylə razılaşmaması üçün əsaslar olmadığından ipoteka predmeti olan Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0.0758 ha torpaq sahəsinin və onun üzərindəki ümumi sahəsi 306.4 kvadrat metr olan fərdi yaşayış evinin likvid dəyəri həmin rəydə müəyyən edilmiş likvid qiyməti nəzərə alınmaqla 334400 (üç yüz otuz dörd min dörd yüz) manat müəyyən edilməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 20 may 2025-ci il tarixli LP/M-0150 nömrəli mütəxəssis rəyinə tənqidi yanaşaraq məhkəmə qeyd edir ki, 21 avqust 2023-cü il tarixdə ipoteka müqaviləsi bağlanılan zaman ipoteka predmetinin dəyəri həmin qiymətləndirici şirkət tərəfindən aparılmış və əmlakın dəyəri 280000 manat müəyyən edilmiş, həmin müddətdən hazıradək daşınmaz əmlak bazarında dəyişikliklərin olması, əmlakın qiymətinin qalxması nəzərə alınaraq hal-hazırda da 280000 manat olaraq müəyyən edilməsi ağlabatan və inandırıcı gəlmir, buna görə həmin mütəxəssis rəyi mötəbər hesab edilməməlidir. Məhkəmə iddia tələbinin “hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbini ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və 36 (otuz altı) manat məbləğində xidmət haqqının cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi hissəsində qeyd edir ki, iş materiallarında olan 22 aprel 2024-cü il tarixli müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, iddiaçı tərəfindən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 15 (on beş) manat məbləğində, 22 aprel 2024-cü il tarixli, ********** nömrəli müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, 36 (otuz altı) manat məbləğində xidmət haqqı ödənilmişdir. Buna görə məhkəmə hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və 36 (otuz altı) manat məbləğində xidmət haqqının əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd edir ki, iddia tələbinin “434 (dörd yüz otuz dörd) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 432,65 (dörd yüz otuz iki manat altmış beş qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 134209,74 (yüz otuz dörd min iki yüz doqquz manat yetmiş dörd qəpik) manat məbləğində əsas bоrc, 7368,64 (yeddi min üç yüz altmış səkkiz manat altmış dörd qəpik) manat məbləğində faiz borcu, 1067,50 (min altmış yeddi manat əlli qəpik) manat məbləğində cərimə, 432,65 (dörd yüz otuz iki manat altmış beş qəpik) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu və 36 (otuz altı) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 143129,53 (yüz qırx üç min yüz iyirmi doqquz manat əlli üç qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmalı olan cəmi 143129,53 (yüz qırx üç min yüz iyirmi doqquz manat əlli üç qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 xüsusi mülkiyyətində olan Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0.0758 ha torpaq sahəsinə və onun üzərindəki ümumi sahəsi 306.4 kvadrat metr olan fərdi yaşayış evinə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan cəmi 143129,53 (yüz qırx üç min yüz iyirmi doqquz manat əlli üç qəpik) manat məbləğində borc ödənilməli, ipoteka predmeti olan Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0.0758 ha torpaq sahəsinin və onun üzərindəki ümumi sahəsi 306.4 kvadrat metr olan fərdi yaşayış evinin ilkin satış qiyməti 334400 (üç yüz otuz dörd min dörd yüz) manat müəyyən edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq X1 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 134209,74 (yüz otuz dörd min iki yüz doqquz manat yetmiş dörd qəpik) manat məbləğində əsas bоrc, 7368,64 (yeddi min üç yüz altmış səkkiz manat altmış dörd qəpik) manat məbləğində faiz borcu, 1067,50 (min altmış yeddi manat əlli qəpik) manat məbləğində cərimə, 432,65 (dörd yüz otuz iki manat altmış beş qəpik) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu və 36 (otuz altı) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 143129,53 (yüz qırx üç min yüz iyirmi doqquz manat əlli üç qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmalı olan cəmi 143129,53 (yüz qırx üç min yüz iyirmi doqquz manat əlli üç qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 xüsusi mülkiyyətində olan Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0.0758 ha torpaq sahəsinə və onun üzərindəki ümumi sahəsi 306.4 kvadrat metr olan fərdi yaşayış evinə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan cəmi 143129,53 (yüz qırx üç min yüz iyirmi doqquz manat əlli üç qəpik) manat məbləğində borc ödənilsin. İpoteka predmeti olan Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0.0758 ha torpaq sahəsinin və onun üzərindəki ümumi sahəsi 306.4 kvadrat metr olan fərdi yaşayış evinin ilkin satış qiyməti 334400 (üç yüz otuz dörd min dörd yüz) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-45/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-45/2025
01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver