Məhkəmə qərarları › İş №e-2-2(119)-450/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-450/2024

15.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-450/2024 15.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə1 oğlunun iştirakı ilə, iddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-450/2024 nömrəli kommersiya işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 29 fevral 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit verən İddiaçı ASC ilə kredit alan Cavabdeh1 MMC arasında bağlanmış 17 avqust 2009-cu il tarixli 02SF nömrəli kredit müqaviləsi üzrə 708249,63 manat məbləğində kredit müqaviləsinin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faiz borcunun və məhkəməyə iddia tələbinin verilməsi üçün ödənilmiş 998,25 manat məbləğində dövlət rüsumunun Cavabdeh1ndən tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh2 məxsus Quba rayonunun Aşağı Xuc kəndində yerləşən 4 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 3784,2 kv.m olan əmlak kompleksinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1ndən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin kommersiya işi üzrə 15 iyul 2024-cü il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclasına iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə1 gəlmiş olsa da, məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi məhkəmə hazırlıq iclasına gəlməmişlər. Məhkəmə, Cavabdeh2 və Cavabdeh1 nümayəndəsinin iştirakı olmadan iş üzrə məhkəmənin hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə1 08 iyul 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi “iş üzrə icraatın birləşdirilməsi” barədə yazılı vəsatətini müdafiə edib, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə olan e-2-2(119)-450/2024 nömrəli kommersiya işinin hal-hazırda Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 cavabdehlər Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə və Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmlak üzərində ipoteka yüklülüyünə xitam verilməsi” tələbi barədə olan e-2-2(113)- 2702/2024 nömrəli kommersiya işinə birləşdirilməsini və həmin işlərə birləşdirilərək bir yerdə baxılması üçün e-2-2(119)-450/2024 nömrəli kommersiya işinin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etdi və vəsatəti onunla əsaslandırdı ki, Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-450/2024 nömrəli kommersiya işi ilə Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 cavabdehlər Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə və Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmlak üzərində ipoteka yüklülüyünə xitam verilməsi” tələbi barədə olan iddia ərizəsinə dair e-2-2(113)-2702/2024 nömrəli kommersiya işi mübahisə predmetinə və tərəflərinə görə bir-biri ilə əlaqəlidir. Yəni, hər iki iş üzrə tərəflər eynidir və hər iki məhkəmə işi - ipoteka ilə yüklü edilmiş eyni daşınmaz əmlakla əlaqədardır. Belə ki, Bakı Kommersiya Məhkəməsinin icraatında olan işdə iddiaçı Cavabdeh2 məxsus ipoteka predmeti olan daşınmaz əmlak üzərində olan ipoteka yüklülüyünə xitam verilməsi tələbinə baxıldığı halda, Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan hazırkı işdə tələb olunan borcun həmin ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsinə baxılır. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının vəsatəti təmin olunmalı və Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-450/2024 nömrəli kommersiya işi Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 cavabdehlər Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə və Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmlak üzərində ipoteka yüklülüyünə xitam verilməsi” tələbi barədə iddia ərizəsinə dair e-2-2(113)-2702/2024 nömrəli kommersiya işinə birləşdirilərək, bir icraatda baxılmalıdır. Belə ki, iddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 29 fevral 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, kredit verən İddiaçı ASC ilə kredit alan Cavabdeh1 MMC arasında bağlanmış 17 avqust 2009-cu il tarixli 02SF nömrəli kredit müqaviləsi üzrə 708249,63 manat məbləğində kredit müqaviləsinin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faiz borcunun və məhkəməyə iddia tələbinin verilməsi üçün ödənilmiş 998,25 manat məbləğində dövlət rüsumunun Cavabdeh1ndən tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh2 məxsus Quba rayonunun Aşağı Xuc kəndində yerləşən 4 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 3784,2 kv.m olan əmlak kompleksinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1ndən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin kommersiya işi üzrə keçirilən məhkəmə hazırlıq iclasında qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin 23 aprel 2024-cü il tarixli e-2-2(119)-450/2024 nömrəli qərardadı ilə Cavabdeh2 nümayəndəsi Nümayəndə2 Vəliyəddin oğlunun “iş üzrə icraatın dayandırılması” barədə yazılı vəsatəti (iş vərəqi: 49-52) təmin edilərək, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-450/2024 nömrəli kommersiya işi üzrə icraat Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin tələblərinə əsasən Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 cavabdehlər Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə və Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "əmlak üzərində ipoteka yüklülüyünə xitam verilməsi" tələbi barədə iddia ərizəsinə dair e-2-2(113)- 2702/2024 nömrəli kommersiya işi üzrə yekun məhkəmə aktı qəbul edilib qüvvəyə minənədək dayandırılmışdır (iş vərəqi: 69-71; 80-83). Sumqayıt Kommersiya Məhkəməsinin 23 aprel 2024-cü il tarixli e-2-2(119)-450/2024 nömrəli qərardadından iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 30 may 2024-cü il tarixli 2-2(105)- 71/2024 nömrəli qərardadı ilə təmin edilməmişdir (iş vərəqi: 110-117). İddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 08 iyul 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iş üzrə icraatın təzələnməsi və iş üzrə icraatın birləşdirilməsi” barədə ərizə təqdim edərək, Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-450/2024 nömrəli kommersiya işinin icraatını təzələnməsini və həmin işin Bakı Kommersiya Məhkəməsində baxılan e-2-2(113)-2702/2024 saylı işlə bir icraatda birləşdirilərək baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş və həmin vəsatətini – qeyd olunan işlərin bir-biri ilə əlaqəli olması, Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan hazırkı işin məhkəmə icraatının Bakı Kommersiya Məhkəməsində baxılan e-2-2(113)-2702/2024 saylı işə görə dayandırılmasını və sonuncu iş üzrə iddia ərizəsi hazırkı işdən daha əvvəl məhkəməyə təqdim edildiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən bu işin həmin işə birləşdiriməli olması ilə əsaslandırmışdır. Həmin ərizə əsasında qəbul edilmiş 08 iyul 2024-cü il tarixli qərardadla iddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-450/2024 nömrəli kommersiya işi üzrə icraat təzələnmiş və işin məhkəmə hazırlıq iclasında baxılması 15 iyul 2024-cü il tarixə təyin edilmişdir. İş materialları və eyni zamanda, "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sisteminin məlumat bazasında olan məlumatlarla müəyyən olunur ki, iddiaçı Cavabdeh2 25 dekabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə və Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "əmlak üzərində ipoteka yüklülüyünə xitam verilməsi" tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, “Quba rayonunun Aşağı Xuc kəndində 4 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 3784.2 kv.m olan əmlak kompleksi üzərində qeydə alınmış ipoteka yüklülüyünə xitam verilməsi” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli e-2(006)-1113/2024 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh2 cavabdehlər Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə və Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "əmlak üzərində ipoteka yüklülüyünə xitam verilməsi" tələbi barədə iddia ərizəsinə dair işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmış və həmin qərardad əsasında həmin iddia ərizəsinə dair kommersiya işi baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Bundan sonra həmin iddia ərizəsinə dair kommersiya işinə Bakı Kommersiya Məhkəməsində e-2-2(113)-2702/2024 nömrəsi verilərək, icraata qəbul edilmiş və Bakı Kommersiya Məhkəməsində iş üzrə məhkəmə hazırlıq iclası 02 avqust 2024-cü il tarixə, saat 1020-ə təyin edilmişdir. Hazırkı iddia ərizəsi isə iddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı 29 fevral 2024-cü ildə Sumqayıt Kommersiya Məhkəməsinə verilmişdir. Hər iki kommersiya işi isə eyni tərəflər (kredit verən Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və ipoteka qoyan Cavabdeh2) arasında və eyni mübahisə predmeti (eyni kredit və ipoteka müqavilələri) üzrə yaranmış kommersiya mübahisələridir və bu əlaqəli işlərdən - Bakı Kommersiya Məhkəməsinin icraatında olan e- 2-2(113)-2702/2024 nömrəli kommersiya işi ilkin olaraq icraata qəbul edilmiş məhkəmə işidir. Eyni zamanda məhkəmə qeyd etməyi lazım bilir ki, e-2-2(119)-450/2024 nömrəli kommersiya işi üzrə Cavabdeh2 nümayəndəsi Nümayəndə2 Vəliyəddin oğlu 09 iyul 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə "iş üzrə icraatın birləşdirilməsi" barədə ərizəyə Etiraz Ərizəsi təqdim edərək, iddiaçının Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin "iş üzrə icraatın birləşdirilməsi" barədə ərizəsinin təmin olunmamasını xahiş etmiş olsa da, işin konkret hallarına və yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, işlərin birləşdirilməsi barədə ərizəyə dair verilmiş həmin “Etiraz” əsassızdır . Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) birbiri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44.2 və 44.2.6-cı maddələrinə əsasən, bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən, işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 43-45, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun “iş üzrə icraatın birləşdirilməsi” barədə vəsatəti təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə e-2-2(119)-450/2024 nömrəli kommersiya işi Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 cavabdehlər Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə və Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmlak üzərində ipoteka yüklülüyünə xitam verilməsi” tələbi barədə e-2-2(113)- 2702/2024 nömrəli kommersiya işinə birləşdirilsin və e-2-2(119)-450/2024 nömrəli kommersiya işi həmin işlə bir icraatda baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar