Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-450/2025 22.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 15965,40 (on beş min doqquz yüz altmış beş manat qırx qəpik) manat məbləğində borcun və ödənilmiş 138 (yüz otuz səkkiz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli e-2(074)-1420/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə 22 aprel 2025-ci il tarixli barışıq sazişi təqdim edərək məhkəmədən barışıq sazişinin təsdiq olunmasını, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh ərizə təqdim edərək məhkəmədən barışıq sazişinin təsdiq edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş barışıq sazişinin məzmunu ilə müəyyən olunur ki, 22 aprel 2025-ci il tarixdə İddiaçı Cavabdeh arasında barışıq sazişi bağlanmış və həmin barışıq sazişinə əsasən mübahisənin qarşılıqlı razılaşma, sülh ilə həll edilməsi üçün Cavabdeh bu sazişlə müəyyən edilən pul vəsaitini İddiaçınə ödəyir, İddiaçı isə məhkəməyə verdiyi iddia tələbindən tamamilə imtina edir. Həmin barışıq sazişinə əsasən İddiaçı ilə Cavabdeh aşağıdakı məzmunda və şərtlərlə razılığa gəlmişlər: İddiaçı aşağıdakı öhdəlikləri vardır: - Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(119)-450/2025 nömrəli iş üzrə “borcun tutulması” barədə iddia tələbindən imtina edir. - Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(119)-450/2025 nömrəli iş üzrə “borcun tutulması” barədə iddia tələbindən imtina edilməsinə dair ərizəsini Sumqayıt Kommersiya Məhkəməsinə təqdim edir. Cavabdeh aşağıdakı öhdəlikləri vardır: - Cavabdeh İddiaçınə olan 15965,4 (on beş min doqquz yüz altımış beş manat qırx qəpik) manat məbləğində borcu qəbul edir və hər ay 1330,45 (bir min üç yüz otuz manat qırx beş qəpik) manat məbləğində pul vəsaitini İddiaçınə ödəməklə 12 ay müddətində borcunu tamamilə bağlayır. - İddiaçı Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(119)-450/2025 nömrəli iş üzrə “borcun tutulması” barədə iddia tələbindən imtina edilməsinə dair ərizəsinə etiraz etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflərin işi barışıq sazişi ilə qurtarmaları heç bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmadığına görə 22 aprel 2025-ci il tarixli barışıq sazişi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə kommersiya işi üzrə tərəflər arasında bağlanmış 22 aprel 2025-ci il tarixli barışıq sazişi təsdiq edilməli və həmin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar e-2-2(119)- 450/2025 nömrəli kommersiya işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə kommersiya işi üzrə tərəflər arasında bağlanmış 22 aprel 2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: İddiaçı aşağıdakı öhdəlikləri vardır: - Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(119)-450/2025 nömrəli iş üzrə “borcun tutulması” barədə iddia tələbindən imtina edir. - Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(119)-450/2025 nömrəli iş üzrə “borcun tutulması” barədə iddia tələbindən imtina edilməsinə dair ərizəsini Sumqayıt Kommersiya Məhkəməsinə təqdim edir. Cavabdeh aşağıdakı öhdəlikləri vardır: - Cavabdeh İddiaçınə olan 15965,4 (on beş min doqquz yüz altımış beş manat qırx qəpik) manat məbləğində borcu qəbul edir və hər ay 1330,45 (bir min üç yüz otuz manat qırx beş qəpik) manat məbləğində pul vəsaitini İddiaçınə ödəməklə 12 ay müddətində borcunu tamamilə bağlayır. - İddiaçı Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(119)-450/2025 nömrəli iş üzrə “borcun tutulması” barədə iddia tələbindən imtina edilməsinə dair ərizəsinə etiraz etmir. Barışıq sazişinin təsdiq olunması ilə əlaqədar İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-450/2025 nömrəli kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan elektron kabinet vasitəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-450/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-450/2025
22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver