Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-451/2022 24.08.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı “ borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 dekabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə 1968728,45 (bir milyon doqquz yüz altmış səkkiz min yeddi yüz iyirmi səkkiz avro 45 sent) avro əsas borcun və 2680,77 (iki min altı yüz səksən manat 77 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 28 dekabr 2012-ci il tarixli kredit müqaviləsinə əsasən borc alan Cavabdehnə borc verən "xxxx" X2 Açıq Səhmdar Cəmiyyəti (hazırkı İddiaçı Açıq Səhmdar Cəmiyyəti) tərəfindən illik 12%-lə 12 ay müddətinə ******* (iki milyon yüz altı min) avro məbləğində kredit verilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 06 dekabr 2021-ci il tarixinədək Cavabdeh Banka həmin kredit müqaviləsi üzrə 1968728,45 (bir milyon doqquz yüz altmış səkkiz min yeddi yüz iyirmi səkkiz avro 45 sent) avro əsas borcu vardır. Cavabdeh nümayəndəsi Vəkil məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə “iddia müddətinin tətbiqi” barədə ərizə təqdim edərək iddia tələbinin əsassız olduğunu, hər hansı mötəbər sübuta əsaslanmadığını qeyd etmiş və iddia ərizəsi qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verildiyindən iddia tələbinin iddia müddəti tətbiq olunmaqla rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh 03 mart 2014-cü il tarixdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə ərizə ünvanlayaraq göstərmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin aksiyalarının 52,6%-nin sahibi "xxxx" X3 Açıq Səhmdar Cəmiyyəti ilə aparılan danışıqlar nəticəsində onlara məxsus olan 52,6% aksiyaların yarısının Cavabdehnə ******* avroya satılmasına dair razılaşma olmuş, 31 dekabr 2012-ci il tarixdə "xxxx" X2 Açıq Səhmdar Cəmiyyətinin baş ofisində tərəflər arasında müqavilə imzalanaraq bildirilmişdir ki, Polşa Respublikasının “Trade-Prod” Co.LTD-i tərəfindən zaminlik müqaviləsi imzalandıqdan sonra bütün sənədlərin nüsxəsi Cavabdehnə veriləcək. Eyni zamanda Cavabdehnə kredit müqaviləsinə və əvvəlki təsisçi “Titanneftexim”-in əvəzinə ******* avro ödəniş tapşırığına imza atdırılaraq qeyd olunmuşdur ki, bu bankda qoyulmuş qaydadır. Dəfələrlə edilən müraciətlərə baxmayaraq nə müqavilələrin nüsxəsi, nə də bankda aparılmış əməliyyatların çıxarışı təqdim edilməmiş, daha sonra Cavabdeh 04 oktyabr 2013-cü il tarixli 10/04 nömrəli məktubla bank əməliyyatları barədə sorğu vermiş və onlara 01 mart 2012-ci il tarixdən 04 oktyabr 2013-cü il tarixinə 0 (sıfır) balans olan hesabdan çıxarış təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq və bankın məlumat verməməsindən şübhələnərək bu barədə araşdırma aparılması xahiş edilmişdir. Bundan başqa "xxxx" X3 Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə və digərlərinə qarşı borcun tutulması tələbi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və "xxxx" X3 Açıq Səhmdar Cəmiyyətinin X6 Vasiliy Xamaza Cavabdehnə 09 dekabr 2015-ci il tarixli məktub ünvanlayaraq 28 dekabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə qaldırılmış iddiadan imtina olunduğunu, Cavabdeh MMC-yə qarşı heç bir pretenziya və ya tələbinin olmadığını bildirmişdir. Bundan sonra Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 25 dekabr 2015-ci il tarixli qərardadı ilə həmin tələb üzrə ərizənin baxılmamış hesab edilməsi barədə qərardad qəbul edilmişdir. İddiaçı Cavabdeh MMC-yə göndərdiyi məktubunda iddiadan imtina etdiyini göstərsə də, məhkəməyə göndərdiyi ərizədə iddia ərizəsinin geri qaytarılmasını və iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Həmçinin "xxxx" X3 Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanlanmış 24 fevral 2016-cı il tarixli ərizədə göstərilmişdir ki, kredit müqaviləsi üzrə borc ödənilmədiyindən borclu ilə aralarında məhkəmə mübahisəsi yaranmış, lakin barışıq əldə edildiyindən iddia ərizəsi məhkəmədən geri götürülmüşdür. Hal-hazırda Cavabdeh MMC-yə qarşı heç bir tələbləri yoxdur. Bu səbəbdən də Cavabdeh MMC ilə əldə olunmuş razılığı nəzərə alaraq başlanılmış araşdırmanın dayandırılması xahiş edilmişdir. Göründüyü kimi, Cavabdeh MMC tərəfindən hər hansı kredit alınmamış, kredit müqaviləsinin imzalanması formal olmuşdur. Məhz bu qanunsuzluqlardan sonra "xxxx" X3 Açıq Səhmdar Cəmiyyəti iddia tələbini geri götürmüş və tərəflər arasında mübahisə bitmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 25 dekabr 2015-ci il tarixli qərardadından təxminən 6 il 4 ay keçdikdən sonra yenidən eyni iddia tələbi ilə məhkəməyə müraciət edən İddiaçı Açıq Səhmdar Cəmiyyəti qanunsuz tələbindən əlavə qanunla müəyyən edilmiş üç illik iddia müddətini də ötürmüşdür. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, kredit müqaviləsi üzrə hazırkı vaxtadək hər hansı ödəniş edilmədiyini bildirmiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Vəkil iddia müddətinin tətbiqi barədə ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbi əsassız olduğundan və iddia müddəti ötürüldüyündən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, işin müəyyən olunan hallarına görə, "xxxx" X2 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 28 dekabr 2012-ci il tarixdə "xxxx" X2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə dövriyyə vəsaitlərinin artırılması və "xxxx" ASC-nin səhmlərinin alınması məqsədilə illik faiz dərəcəsi 12% olmaqla 12 ay müddətinə ******* (iki milyon yüz altı min) avro məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 11-ci bəndinə görə borcalan bu Müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi, 13.1-ci bəndinə əsasən isə kreditor kredit vəsaitini müqavilənin 4.1-ci bəndi ilə müəyyən edilmiş müddətdə borcalanın ssuda hesabına köçürməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh "xxxx" X2 Açıq Səhmdar Cəmiyyətində avro ilə 01 mart 2012-ci il tarixdə açılmış 4-120182-3 nömrəli hesabı üzrə verilən xx.xx.2012xx.xx.2022-ci il dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, 29 dekabr 2012-ci il tarixdə ******* avro hesaba köçürülmüş, 30 dekabr 2012-ci il tarixdə isə həmin hesabdan daxili köçürmə yolu ilə 6-18329-3 nömrəli hesaba köçürülmüş, hazırkı vaxtadək kredit müqaviləsi üzrə hər hansı ödəniş həyata keçirilməmiş və dövrün sonuna qalıq yoxdur. İş materiallarında 14 yanvar 2020-ci il tarixli KBD513 nömrəli maliyyə arayışına əsasən 28 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borc 1968728,45 avro təşkil edir. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 25 dekabr 2015-ci il tarixli 2(85)-2726/2015 saylı qərardadından görünür ki, "xxxx" X2 Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh və digərlərinə qarşı “borcun tutulması” tələbi ilə 26 noyabr 2015-ci il tarixdə məhkəməyə müraciət etmiş, lakin iddiaçının iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsi əsasında həmin iddia baxılmamış saxlanılmışdır. Beləliklə, yuxarıda təsvir olunanlardan görünür ki, "xxxx" X2 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 28 dekabr 2012-ci il tarixdə "xxxx" X2 tərəfindən Cavabdehnə dövriyyə vəsaitlərinin artırılması və "xxxx" ASC-nin səhmlərinin alınması məqsədilə illik faiz dərəcəsi 12% olmaqla 12 ay müddətinə ******* (iki milyon yüz altı min) avro məbləğində kredit verilməsi barədə müqavilə bağlansa da, hazırkı vaxtadək Cavabdeh tərəfindən həmin müqavilə üzrə hər hansı ödəniş edlməmişdir. Lakin hazırkı iddia tələbi üzrə cavabdehin nümayəndəsi Vəkil tərəfindən iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə verilmişdir. Göründüyü kimi, "xxxx" X2 ilə Cavabdeh arasında 28 dekabr 2012-ci il tarixdə "xxxx" X2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə dövriyyə vəsaitlərinin artırılması və "xxxx" ASC-nin səhmlərinin alınması məqsədilə illik faiz dərəcəsi 12% olmaqla 12 ay müddətinə ******* (iki milyon yüz altı min) avro məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Cavabdeh borcu ödəmədiyindən "xxxx" X2 Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə və digərlərinə qarşı 28 dekabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə borcun tutulması tələbi ilə 26 noyabr 2015-ci il tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş olsa da, iddiaçının iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsinə əsasən 25 dekabr 2015-ci il tarixli 2(85)- 2726/2015 saylı qərardadla həmin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin tarixdən etibarən iddia müddətinin axımı ümumi qaydada davam etmiş və iddiaçı 29 yanvar 2017-ci il tarixinədək məhkəməyə müraciət etməli olduğu halda 5 ildən sonra, yəni 08 aprel 2022ci il tarixdə Sumqayıt Kommersiya məhkəməsidə iddia qaldırmışdır. Bununla da iddiaçı hazırkı tələb üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş iddia müddətini üzrsüz səbəbdən buraxmışdır. Gösərilənlərə əsas məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti üzürsüz səbəbdən ötürüldüyündən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (maddə 372.1). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (maddə 372.2). Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir (maddə 373.2.) Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (377.3). Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir (381.1). Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir (380.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” barədə iddia tələbi təmin edilməməli və məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-451/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-451/2022
24.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver