Məhkəmə qərarları › İş №e-2-2(119)-46/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-46/2023

03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-46/2023 03.04.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, cavabdeh Ağayeva Güİnar Namiq qızının iştirakı ilə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 5356,63 (beş min üç yüz əlli altı manat 63 qəpik) manat məbləğində əsas borc, 901,85 (doqquz yüz bir manat 85 qəpik) manat məbləğində faiz borcu, 603,49 (altı yüz üç manat 49 qəpik) manat məbləğində cərimə, mediasiya prosesinə görə ödənilmiş 110 (bir yüz on) manat xidmət haqqının, həmçinin iddiа ərizəsinə görə ödənilmiş 89,02 (səksən doqquz manat 02 qəpik) mаnаt dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 7060,99 (yeddi min altmış manat 99 qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 24 ay müddətinə qaytarılmaq şərti ilə 10000 manat məbləğində krеdit vеrilmiş və bununlа bаğlı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 10 mart 2020-ci il tarixli 393-MBK-0001-20 saylı krеdit müqаviləsi bаğlаnmışdır. Həmçinin krеdit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin еtmək məqsədilə 10 mart 2020-ci il tarixli 393-MBK-0001- 20/a saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2, 10 mart 2020-ci il tarixli, 393-MBK- 0001-20 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC qarşısında öhdəlikləri tam yеrinə yеtirilənədək zamin durmuşdur. Cavabdeh1 tərəfindən cəmi 4643,37 (dörd min altı yüz qırx üç manat 37 qəpik) manat məbləğində əsas borc, 2944,98 (iki min doqquz yüz qırx dörd manat 98 qəpik) manat məbləğində faiz borcu, 476,39 (dörd yüz yetmiş altı manat 39 qəpik) manat məbləğində cərimə borcu ödənilmişdir. Hal-hazırda krеdit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixə 5356,63 (beş min üç yüz əlli altı manat 63 qəpik) manat məbləğində əsas borcu, 901,85 (doqquz yüz bir manat 85 qəpik) manat məbləğində faiz borcu, 603,49 (altı yüz üç manat 49 qəpik) manat məbləğində cərimə borcu olmaqla ümumi borcu 6861,97 (altı min səkkiz yüz altmış bir manat 97 qəpik) təşkil edir. Göründüyü kimi, cаvаbdеhlər müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pоzmuş və vurduğu zərər nəticəsində Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdаr Cəmiyyətini müqаvilə bаğlаnаrkən ümid еtməyə hаqqı çаtаnlаrdаn məhrum еtmişdir. Bоrcun ödənilməsi tələbi ilə cаvаbdеhlərə dəfələrlə mürаciət оlunmаsınа, iddiaçı tərəfindən məsələnin məhkəmədən kənаr qаydаdа həll еdilməsi üçün mümkün оlаn bütün tədbirlərin görülməsinə bахmаyаrаq cavabdehlər bоrcun qаytаrılmаsı üçün hеç bir təşəbbüs göstərməmişdir. Cаvаbdеhlərə göndərilmiş xx.xx.2021-ci il tarixli, 16757/21 saylı, xx.xx.2021-ci il tarixli 16756/21 saylı, xx.xx.2022-ci il tarixli 1353/22 saylı хəbərdаrlıq məktubları da cаvаbsız qаlmış, o cümlədən Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 13 may 2022-ci il tarixli, 1771/22 saylı məktubla cavabdehlərə mübahisənin mediasiya vasitəsilə həll edilməsi təklif olunsa da, cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmişlər. Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi barədə bildiriş xx.xx.2022-ci il tarixdə İnternet Vergi İdarəsi üzərindən Cavabdeh1 elektron kabinetinə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər isə kağız daşıyıcıda xx.xx.2022-ci il tarixində cavabdehlərin iddiaçıya məlum olan faktiki ünvanlarına göndərilmişdir. Bununlа dа, Cavabdeh1 krеdit müqаviləsində nəzərdə tutulmuş öhdəliklərini yеrinə yеtirmədiyindən, еyni zаmаndа hеsаblаrа, mühаsibаt uçоtunа dəqiq və düzgün əməl еtmədiyindən krеdit müqаviləsi üzrə yаrаnmış bоrcun məhkəmə qaydasında tələb еdilməsi zərurəti yаrаnmışdır. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Eyni zamanda o, cavabdehlərdən ekspert rəyində göstərilən müqavilə müddəti bitdikdən sonra əsas borca münasibətdə illik 5% hesablanan 179,23 manat məbləğində pul vəsaitini istəmədiklərini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 kredit müqaviləsi üzrə bir il yarım vaxt ərzində ödəniş etdiyini və borcun təxminən yarıdan çoxunu ödədiyini bildirmiş, buna görə iddia ərizəsində göstərilən borc məbləği ilə razılaşmadığını qeyd etmişdir. Lakin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh1 (VÖEN **********) arasında bağlanmış 10 mart 2020-ci il tarixli 393-MBK-0001- 20 saylı kredit müqaviləsinə əsasən dövriyyə və ya əsas vəsaitlərin alınması üçün Cavabdeh1 illik 29% hesablanmaqla 24 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 1.6-cı bəndinə əsasən kreditin faktiki illik faiz dərəcəsi 31.16%dir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinə əsasən verilmiş kreditin təminatı borc alan–girovqoyan Cavabdeh1 ilə borc verən arasında bağlanmış xx.xx.2020-ci il tarixli 393-MBK-0001-20 saylı girov müqaviləsi, Cavabdeh3 ilə borc verən arasında bağlanmış xx.xx.2020-ci il tarixli 393-MBK-0001-20 saylı zaminlik müqaviləsi və Cavabdeh2 ilə borc verən arasında bağlanmış xx.xx.2020-ci il tarixli 393-МВК-0001-20/а saylı zaminlik müqaviləsi ilə təmin olunur. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən borc alan bu müqaviləyə və onun əlavə(lər)sinə müvafiq olaraq vaxtlı-vaxtında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi təqdirdə əsas və faiz borcundan əlavə borc verənə hər günü üçün gecikdirilmiş məbləğin 1%-i məbləğində cərimə ödəyir. İş materiallarında olan 10 mart 2020-ci il tarixli 393-MBK-0001-20 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən (ödəniş cədvəlindən) görünür ki, borc alan Cavabdeh1 banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini borc alan Cavabdeh1 imza etmişdir. Həmin ödəniş cədvəlinə əsasən ödənişin son tarixi 10 mart 2022-ci il müəyyən olunmuşdur. İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti - “borc verən”, Cavabdeh3 - “zamin” və Cavabdeh1 - “borc alan” olmaqla bağlanmış 10 mart 2020-ci il tarixli 393-MBK-0001-20 nömrəli nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 borc verən qarşısında xx.xx.2020-ci il tarixli 393- MBK-0001-20 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən borcalanın 10000 (on min) manat məbləğində alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti – “borc verən”, Cavabdeh2 – “zamin” və Cavabdeh1 – “borc alan” olmaqla bağlanmış 10 mart 2020-ci il tarixli 393-MBK-0001-20/a nömrəli nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borcverən qarşısında xx.xx.2020-ci il tarixli 393- MBK-0001-20 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən borcalanın 10000 (on min) manat məbləğində alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan 14 noyabr 2022-ci il tarixli maliyyə arayışında göstərilir ki, borcalan Cavabdeh1 10 mart 2020-ci il tarixli 393-MBK-0001-20 saylı kredit müqaviləsi üzrə faiz va cərimə borcu xx.xx.2022-ci il tarixinə hesablanmış, xx.xx.2022-ci il tarixinə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 5356,63 (beş min üç yüz əlli altı manat 63 qəpik) manat məbləğində əsas borcu, 901,85 (doqquz yüz bir manat 85 qəpik) manat məbləğində faiz borcu, 603,49 (altı yüz üç manat 49 qəpik) manat məbləğində cərimə borcu оlmaqla, cəmi 6861,97 (altı min səkkiz yüz altmış bir manat 97 qəpik) manat məbləğində kredit borcu vardır. İş materiallarında olan məhkəmə-mühasibat ekspertizasının 17 fevral 2023-cü il tarixli 9/8921 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə borc alan Ağayeva Güİnar Namiq qızı arasında bağlanmış 10 mart 2020-ci il tarixli 393-MBK-0001- 20 saylı krеdit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 banka olan borcu müqavilə müddətinin bitdiyi, yəni 10 mart 2022-ci il tarixinə - əsas borc 5288,95 manat və faiz borcu 946,09 manat, müqavilə müddəti bitdikdən sonra 14 noyabr 2022-ci il tarixinə - əsas borc 5288,95 manat və faiz borcu 746,09 manat, illik faiz dərəcəsi 5%-lə hesablanmaqla faiz borcu 179,23 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, iş materialları ilə müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan (cavabdeh) Cavabdeh1 (VÖEN **********), zaminlər (cavabdehlər) Cavabdeh3 və Cavabdeh2 müvafiq olaraq 10 mart 2020-ci il tarixli 393-MBK-0001-20 saylı kredit müqaviləsini, həmin tarixli 393-MBK-0001-20 və 393-MBK- 0001-20/a saylı zaminlik müqavilələrini bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəniş cədvəlində nəzərdə tutulan qaydada ödəməmiş və bununla da, borc verən Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 110 (yüz on) manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, borcalan Cavabdeh1 10 mart 2020-ci il tarixli 393-MBK-0001-20 saylı kredit müqaviləsi üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin müqavilə üzrə yaranmış borc ondan və zaminlərdən tutulmalıdır. Lakin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmalı olan əsas borc və faiz borcunun məbləğləri müəyyən edilərkən iş üzrə keçirilmiş məhkəmə-mühasibat ekspertizasının 17 fevral 2023-cü il tarixli 9/8921 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalıdır. Belə ki, iddia tələbində 25 may 2022-ci il tarixinə hesablanaraq tələb edilən “5356,63 manat məbləğində” əsas borc və “901,85 manat məbləğində” faiz borcu 17 fevral 2023-cü il tarixli 9/8921 nömrəli ekspert rəyi ilə təsdiq olunmur. Buna görə də, həmin müqavilə üzrə əsas və faiz borcunun tutulması hissəsində ekspert rəyi mötəbər sübut kimi nəzərə alınmalı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ekspert rəyində qeyd edilən 5288,95 manat məbləğində əsas borc və “746,09 manat” məbləğində faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın cavabdehlərdən müştərək qaydada “603,49 manat məbləğində cərimə tutulması” tələbinə aid hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla iddia ərizəsində tələb olunan cərimənin məbləği azaldılaraq, cavabdehlərdən müştərək qaydada 200 (iki yüz) manat manat məbləğində cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 5288,95 manat məbləğində əsas borc, 746,09 manat məbləğində faiz borcu və 200 manat məbləğində cərimə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Bununla yanaşı mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 110 (yüz on) manat məbləğində mediasiya xərci və iddianın təmin edilmiş hissəsinə uyğun olaraq hesablanmış 82,35 (səksən iki manat otuz beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı “Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq X1 ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 5288,95 (beş min iki yüz səksən səkkiz manat doxsan beş qəpik) manat məbləğində əsas borc, 746,09 (yeddi yüz qırx altı manat doqquz qəpik) manat məbləğində faiz borcu, 200 (iki yüz) manat məbləğində cərimə, mediasiya xidməti ilə əlaqədar ödənilmiş 110 (yüz on) manat məbləğində mediasiya xərcinin və 82,35 (səksən iki manat otuz beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6427,39 (altı min dörd yüz iyirmi yeddi manat otuz doqquz qəpik) manat məbləğində pul vəsaiti iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar