Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-46/2025 08.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Məcidova Aytac Yasəf qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh3, X4 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, X4 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2, Cavabdeh2 və Cavabdeh1 Babayevis oğlundan müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 31384,33 (otuz bir min üç yüz səksən dörd manat otuz üç qəpik) manat məbləğində əsas borc, 2722,39 (iki min yeddi yüz iyirmi iki manat otuz doqquz qəpik) manat məbləğində faiz borcu, 148,09 (yüz qırx səkkiz manat doqquz qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 34254,81 (otuz dörd min iki yüz əlli dörd manat səksən bir qəpik) manat məbləğində borcun və ödənilmiş 192,76 (yüz doxsan iki manat yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmiş və Cavabdeh3 Babayevis oğlunun mülkiyyətindəki HOWO ZZ3317 N 3867W yük markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, şassi nömrəsi LZZ5EXSD9CN689429 olan nəqliyyat vasitəsinə yönəldilməsi, nəqliyyat vasitəsinin açıq hərrac vasitəsilə satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən X5 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 120 ay müddətinə 200000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən X10 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən illik 20 % olmaqla 36 ay müddətinə 50000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq X3 mülkiyyətindəki HOWO ZZ3317 N 3867W yük markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, şassi nömrəsi LZZ5EXSD9CN689429 olan avtomobilə xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka ilə yüklülük dövlət qeydiyyatına alınmışdır. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh1 Babayevis oğlu ilə xx.xx.2022-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 13 mart 2024-cü il tarixədək X3 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 31384,33 manat əsas, 2722,39 manat faiz, 592,36 manat cərimə borcu olmaqla, ümumilikdə 34699,08 manat borcu vardır. X3 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 592,36 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 148,09 manat məbləğində tələb olunur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. O, məhkəməyə iddia ərizəsi ilə müraciət edildikdən sonra əsas borcdan 3960 manat ödəniş olunduğunu və əsas borcun hazırda 27424,33 manat təşkil etdiyini bildirmişdir. Cavabdehlər Cavabdeh3, X7 və Cavabdeh1 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 27 may 2022-ci il tarixli 28-MCR-1-692-22 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh3 120 ay müddətinə aylıq faiz dərəcəsi 2,50 % olmaqla 200000 (iki yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 31 may 2022-ci il tarixli 23-MCR-1-692-22/1 nömrəli kredit verilməsinə dair razılaşmaya əsasən borcalan Cavabdeh3 biznes məqsədi ilə 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,67 %, faktiki illik faiz dərəcəsi 20,37 % olmaqla 50000 (əlli min) manat məbləğində kredit verilmişdir. Kredit üzrə gündəlik cərimə faiz dərəcəsi 0,20% müəyyən edilmişdir. İş materiallarında olan 31 may 2022-ci il tarixli 23-MCR-1-692-22/1 nömrəli kredit verilməsinə dair razılaşmaya 1 saylı Əlavədə borcalan Cavabdeh3 banka olan borcunun müvafiq ödəniş cədvəlinə əsasən son ödəniş tarixi 31 may 2025-ci il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh3 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 27 may 2022-ci il tarixli Z/08548/22 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin X7 27 may 2022-ci il tarixli 28-MCR-1-692-22 saylı kredit limitinin ayrılmasına dair razılaşma üzrə bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarında olan 27 may 2022-ci il tarixli Z/08549/22 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 27 may 2022-ci il tarixli 28-MCR-1-692-22 nömrəli kredit limitinin ayrılmasına dair razılaşma üzrə bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. Həmin zaminlik müqavilələrinin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə 13 mart 2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək cavabdehlərdən 5 gün müddətində banka olan borclarını tam ödəmələri, əks təqdirdə borc məbləğinin tutulması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan 13 mart 2024-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh3 31 may 2022-ci il tarixli 23-MCR-1-692-22/1 nömrəli kreditin verilməsinə dair razılaşma üzrə 13 mart 2024-cü il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 31384,33 manat məbləğində əsas bоrc, 2722,39 manat məbləğində faiz və 592,36 manat məbləğində cərimə borcu оlmaqla, cəmi 34699,08 manat məbləğində borcu vardır. İş materiallarında olan 08 iyul 2025-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh3 31 may 2022-ci il tarixli 23-MCR-1-692-22/1 nömrəli kreditin verilməsinə dair razılaşma üzrə 08 iyul 2025-ci il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 27424,33 manat məbləğində əsas bоrc, 10416,13 manat məbləğində faiz və 12039,95 manat məbləğində cərimə borcu, 137 manat əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) оlmaqla, cəmi 50017,41 manat məbləğində borcu vardır. İş materiallarında olan Cavabdeh3 hesabından çıxarışdan görünür ki, Cavabdeh3 25 iyun 2025-ci il tarixdə 990 manat, 31 iyul 2024-cü il tarixdə 594 manat, 01 avqust 2024-cü il tarixdə 396 manat, 29 noyabr 2024-cü il tarixdə 495 manat, 23 dekabr 2024-cü il tarixdə 495 manat, 27 yanvar 2025-ci il tarixdə 495 manat, 27 fevral 2025-ci il tarixdə 495 manat olmaqla, cəmi 3960 manat məbləğində əsas borcdan ödəniş həyata keçirmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan və borcalan Cavabdeh3 arasında bağlanmış 27 may 2022-ci il tarixli A/00231/22 nömrəli ipoteka müqaviləsinə əsasən 27 may 2022-ci il tarixli 28-MCR-1-692-22 nömrəli kredit limitinin ayrılmasına dair razılaşması üzrə yaranmış öhdəliklərinin icrasının təminatı kimi ipoteka qoyan Cavabdeh3 ona məxsus HOWO ZZ3317 N 3867W yük markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, şassi nömrəsi LZZ5EXSD9CN689429 olan avtomobili ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. İş materiallarında olan ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışdan görünür ki, HOWO ZZ3317 N 3867W yük markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 27 may 2022-ci il tarixli A/00231/22 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 tərəfindən 27 may 2022-ci ildən 27 may 2032-ci ilədək İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 24 may 2022-ci il tarixli qeydiyyat şəhadətnaməsindən görünür ki, HOWO ZZ3317 N 3867W yük markalı, **-FK-*** qeydiyyat nişanlı, ağ rəngli, şassi nömrəsi LZZ5EXSD9CN689429 olan avtomobil HOWO ZZ3317 N 3867W yük markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, şassi nömrəsi LZZ5EXSD9CN689429 olan nəqliyyat vasitəsi Cavabdeh3 mülkiyyətindədir. İş materiallarında olan 27 avqust 2024-cü il tarixli 9/5809 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 31 may 2022-ci il tarixli 22- MCR-1-692-22/1 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh3 İddiaçı ASC-yə yaranmış borcu 13 mart 2024-cü il tarixə əsas borc üzrə 30629,90 manat, faiz borcu üzrə 1752,71 manat, 03 iyul 2024-cü il tarixə əsas borc üzrə 30629,90 manat, faiz borcu üzrə 3624,54 manat müəyyən edilir. İş materiallarında olan “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 iyun 2025-ci il tarixli 123 nömrəli mütəxəssis rəyində göstərilir ki, HOWO ZZ3317 N 3867W yük markalı, **-FK- *** qeydiyyat nişanlı, ağ rəngli, şassi nömrəsi LZZ5EXSD9CN689429 olan nəqliyyat vasitəsinin real bazar dəyəri 43560 manat, likvid qiyməti 39204 manat müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh3 Babayevis oğlu 27 may 2022ci il tarixli 28-MCR-1-692-22 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmanı və 31 may 2022-ci il tarixli 23-MCR-1-692-22/1 nömrəli kreditin verilməsinə dair razılaşmanı bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və faiz borcunu müvafiq qaydada ödəməmişdir. Bununla da, cavabdeh iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. İddiaçı iddia qaldırarkən 31 may 2022-ci il tarixli 23-MCR-1-692-22/1 nömrəli kreditin verilməsinə dair razılaşma üzrə 13 mart 2024-cü il tarixinə hesablanmış 31384,33 manat məbləğində əsas borcun iddiaçının xeyrinə tutulmasını tələb etmişdir. Lakin həmin məbləğ 27 avqust 2024-cü il tarixli 9/5809 nömrəli ekspert rəyi ilə təsdiq olunmur. 27 avqust 2024cü il tarixli 9/5809 nömrəli ekspert rəyində 13 mart 2024-cü il tarixə əsas borcun məbləğinin 30629,90 manat təşkil etdiyi qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərdən tutulmalı olan əsas borc məbləği müəyyən edilərkən ekspert rəyində qeyd olunan 30629,90 manat əsas borc məbləğindən cavabdehlər tərəfindən hazırkı iddia ərizəsinə məhkəmədə baxılarkən ödənilmiş 3960 manat çıxılmalı (30692,90 manat – 3960 manat = 26669,90 manat) və 31 may 2022-ci il tarixli 23-MCR-1-692-22/1 nömrəli kreditin verilməsinə dair razılaşma üzrə 26669,90 manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin “2722,39 (iki min yeddi yüz iyirmi iki manat otuz doqquz qəpik) manat məbləğində faiz bоrcunun iddiaçının xeyrinə tutulması” ilə bağlı məhkəmə qeyd edir ki, faiz borcunun tutulması hissəsində 27 avqust 2024-cü il tarixli 9/5809 nömrəli ekspert rəyi mötəbər sübut kimi nəzərə alınmalı və 31 may 2022-ci il tarixli 23-MCR-1-692-22/1 nömrəli kreditin verilməsinə dair razılaşma üzrə ekspert rəyində 13 mart 2024-cü il tarixinə hesablanmış 1752,71 (min yeddi yüz əlli iki manat yetmiş bir qəpik) manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbi “148,09 (yüz qırx səkkiz manat doqquz qəpik) manat məbləğində cərimənin tutulması” hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 27 may 2022-ci il tarixli Z/08549/22 nömrəli və 27 may 2022-ci il tarixli Z/08548/22 nömrəli zaminlik müqavilələrinə əsasən zaminlər X7 və Cavabdeh1 kredit alanın 27 may 2022-ci il tarixli 28-MCR-1-692-22 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmasından irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. - 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; - 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; - 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: - 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; - 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx.xx.2020-ci il tarixli qərardadında göstərilir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Göründüyü kimi, kredit müqaviləsi üzrə Cavabdeh3 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə ipotea saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan-borcalan Cavabdeh3 arasında bağlanmış 27 may 2022-ci il tarixli A/00231/22 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh3 mülkiyyətindəki HOWO ZZ3317 N 3867W yük markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, şassi nömrəsi LZZ5EXSD9CN689429 olan nəqliyyat vasitəsi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş nəqliyyat vasitəsinə yönəldilməsi barədə tələb Mülki Məcəllənin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. Məhkəmə qeyd edir ki, HOWO ZZ3317 N 3867W yük markalı, **-FK-*** qeydiyyat nişanlı, ağ rəngli, şassi nömrəsi LZZ5EXSD9CN689429 olan nəqliyyat vasitəsinin likvid qiyməti müəyyən edilərkən “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssis rəyi nəzərə alınaraq ipoteka predmetinin ilkin satış (likvid) qiyməti 39204 manat göstərilməlidir. Məhkəmə iddia tələbinin “satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd edir ki, iddia tələbinin “192,76 (yüz doxsan iki manat yetmiş altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 175,71 (yüz yetmiş beş manat yetmiş bir qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdеhlər Cavabdeh3, X1 və Cavabdeh1 müştərək qaydada 26669,90 (iyirmi altı min altı yüz altmış doqquz manat doxsan qəpik) manat məbləğində əsas bоrc, 1752,71 (min yeddi yüz əlli iki manat yetmiş bir qəpik) manat məbləğində faiz borcu, 148,09 (yüz qırx səkkiz manat doqquz qəpik) manat məbləğində cərimə və 175,71 (yüz yetmiş beş manat yetmiş bir qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 28746,41 (iyirmi səkkiz min yeddi yüz qırx altı manat qırx bir qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, cavabdеhlər Cavabdeh3, X1 və Cavabdeh1 müştərək qaydada tutulmalı olan cəmi 28746,41 (iyirmi səkkiz min yeddi yüz qırx altı manat qırx bir qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh3 mülkiyyətindəki HOWO ZZ3317 N 3867W yük markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, şassi nömrəsi LZZ5EXSD9CN689429 olan nəqliyyat vasitəsinə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan cəmi 28746,41 (iyirmi səkkiz min yeddi yüz qırx altı manat qırx bir qəpik) manat məbləğində borc ödənilməli, ipoteka predmeti olan HOWO ZZ3317 N 3867W yük markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, şassi nömrəsi LZZ5EXSD9CN689429 olan nəqliyyat vasitəsinin ilkin satış qiyməti 39204 (otuz doqquz min iki yüz dörd) manat müəyyən edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh3, X1 və Cavabdeh1 müştərək qaydada tutularaq X6 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh3, X1 və Cavabdeh1 müştərək qaydada 26669,90 (iyirmi altı min altı yüz altmış doqquz manat doxsan qəpik) manat məbləğində əsas bоrc, 1752,71 (min yeddi yüz əlli iki manat yetmiş bir qəpik) manat məbləğində faiz borcu, 148,09 (yüz qırx səkkiz manat doqquz qəpik) manat məbləğində cərimə və 175,71 (yüz yetmiş beş manat yetmiş bir qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 28746,41 (iyirmi səkkiz min yeddi yüz qırx altı manat qırx bir qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdеhlər Cavabdeh3, X1 və Cavabdeh1 tutulmalı olan cəmi 28746,41 (iyirmi səkkiz min yeddi yüz qırx altı manat qırx bir qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyəti xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh3 Babayevis oğlunun mülkiyyətindəki HOWO ZZ3317 N 3867W yük markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, şassi nömrəsi LZZ5EXSD9CN689429 olan nəqliyyat vasitəsinə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan cəmi 28746,41 (iyirmi səkkiz min yeddi yüz qırx altı manat qırx bir qəpik) manat məbləğində borc ödənilsin. İpoteka predmet olan HOWO ZZ3317 N 3867W yük markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, şassi nömrəsi LZZ5EXSD9CN689429 olan nəqliyyat vasitəsinin ilkin satış qiyməti 39204 (otuz doqquz min iki yüz dörd) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh3, X1 və Cavabdeh1 müştərək qaydada tutularaq X6 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-46/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-46/2025
08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver