Məhkəmə qərarları › İş №e-2-2(119)-461/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-461/2020

13.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-461/2020 13.10.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X9 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, podrat müqavilələrinə əsasən görülmüş tikinti işlərinə görə ödənişin gecikdirilməsi səbəbindən X7 görə hesablanmış 22895,16 manat və “işə götürənlər-muzdla işləyənlərin əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər” vərəqəsi üzrə 1306,02 manat faiz kimi İddiaçı MMC tərəfindən dövlət büdcəsinə ödənilmiş pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış xx xxxxx 2017-ci il və xx xxx 2017-cı il tarixli podrat müqavilələrinə əsasən icra olunmuş işlərə görə Cavabdeh MMC tərəfindən pul vəsaiti vaxtında İddiaçı MMC-nin hesabına köçürülməmiş və həmin vəsaitin köçürülməsi həmin Şirkətlər arasında baş vermiş məhkəmə mübahisəsindən sonra mümkün olmuşdur (Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2- 2(085)-133/2018 saylı qətnaməsi). Məlum Müqavilələr üzrə icra edilmiş işlərə görə ödənişin keçirilməsinin gecikdirilməsi səbəbindən İddiaçı MMC 66780 manat məbləğində X10 və “işə götürənlər-muzdla işləyənlərin əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər” vərəqəsi üzrə ödəməni vaxtında Dövlət Büdcəsinə ödəyə bilməmişdir. Vergilər idarəsi tərəfindən keçirilmiş kameral yoxlama zamanı İddiaçı MMC-yə xx xxxxxx 2017-ci il tarixdən xx xxx 2019-cu il tarixədək X5 vaxtında ödənilməməsinə görə 22895,16 manat və “işə götürənlər-muzdla işləyənlərin əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər” vərəqəsi üzrə 1306,02 manat faiz hesablanmışdır. Bununla belə, Vergilər Nazirliyi yanında Preventiv tədbirlər və təhqiqat idarəsinin Təhqiqat şöbəsi tərəfindən İddiaçı MMC-nin rəhbəri barəsində Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cinayət işi üzrə icraata xitam verilməsi barədə xx xxxxxx 2019-cu il tarixli 01900133 nömrəli Qərar). Yalnız İddiaçı MMC-nin direktoru qohumlardan və tanışlardan aldığı borcun hesabına dövlət büdcəsinə İddiaçı MMC-yə xx xxxxxx 2017-ci il tarixdən xx xxx 2019-cu il tarixədək hesablanmış 66780 manat məbləğində X11 və həmin ƏDV ödənilməməsinə görə 22895,16 manat və “işə götürənlər-muzdla işləyənlərin əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər” vərəqəsi üzrə 1306,02 manat faiz köçürüləndən sonra iddiaçı Şirkətin rəhbəri barsində başlanmış cinayət işinə xitam verilmişdir (Bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin məzmunu təsvir olunur). Gec də olsa, məhkəmə qərarından sonra Cavabdeh MMC ƏDV-ni İddiaçı MMC-yə ödəmişdir. Bununla belə iddiaçı hesab edir ki, İddiaçı MMC-yə olan borc vaxtında ödənilmədiyi üçün ƏDV-nin Dövlət Büdcəsinə keçirilməsinin gecikdirlməsi səbəbindən faiz kimi hesablanmış 22895,16 manat və “işə götürənlər-muzdla işləyənlərin əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər” vərəqəsi üzrə 1306,02 manat Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına köçürülməlidir. Bundan başqa, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2-2(85)- 133/2018 saylı qətnaməsi tam icra olunmamış və həmin qərara əsasən ƏDV daxil ödənilməli olan 438140 manatdan 359,90 manat və məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunu günə kimi ödənilməmiş qalır. Cavabdeh MMC-yə vurulmuş ziyanın ödənilməsi tələbinə dair pretenziya göndərilsə də, cavabdeh bu pretenziyaya cavab verməmiş və İddiaçı MMC-yə vurduğu ziyanın ödənilməsi ilə bağlı heç bir tədbir görməmişdir. Bu səbəbdən də İddiaçı MMC vurulmuş ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdehndən 22895,16 manat məbləğində X7 görə hesablanmış faizin, “işə götürənlər-muzdla işləyənlərin əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər” vərəqəsi üzrə 1306,02 manat məbləğində faizin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. xx xxxxxxxx 2020-ci ildə keçirilən məhkəmə baxış iclasında iştirak edən Cavabdeh qanuni təmsilçisi Nümayəndə izahatında iddia tələbini qəbul etmədiyini bildirərək, əsassız olduğu üçün İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nə qarşı verilmiş “22895,16 manat məbləğində X7 görə hesablanmış faizin və “işə götürənlər-muzdla işləyənlərin əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər” vərəqəsi üzrə 1306,02 manat məbləğində faizin” tutulması barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmiş və cavabdeh tərəf bu mövqeyini - tərəflər arasında bağlanmış podrat müqavilələri üzrə görülən işlərə görə əsas sifarişçi olan “xxxxxxxxx” ASC tərəfindən pulun gec ödənilməsi və eləcə də, həmin dövrlərdə İddiaçı MMC-nin hesabına vergi orqanı tərəfindən sərəncam qoyulması ilə əsaslandırmışdır. Lakin, Cavabdeh qanuni təmsilçisi Nümayəndə xx xxxxxxx 2020-ci il tarixinə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin tarixə təyin edilmiş məhkəmə iclasına gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh qanuni təmsilçisi Nümayəndə iştirakı olmadan baxılmasının davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin məhkəmə iclaslarında vermiş olduqları izahatları, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli Üzləşmə Aktından görünür ki, sifarişçi "Cavabdeh" MMC-nin direktoru Nümayəndə və icraçı "İddiaçı” MMC-nin direktoru X4 tərəfindən tərtib edilərək imzalanmış həmin Aktda Xaçmaz, İsmayıllı, Qəbələ və Quba rayonlarında xalça istehsalı müəssələrinin tikintisində yerinə yetirilmiş tikintiquraşdirma işlərinə görə "Cavabdeh" MMC-nin "İddiaçı” MMC-yə xx xxxxxx 2018-ci il tarixinə X11 daxil cəmi 438140 (dörd yüz otuz səkkiz min yüz qırx) manat borcunun qaldığı təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2-2(102)-209/2019 nömrəli qərarı ilə müəyyən olunur ki, İddiaçı Cavabdehnə qarşı cavabdehdən 371305 manat əsas borc və 66835 manat X11 borcu olmaqla, ümumilikdə 438140 manat pul vəsaitinin tutulması və 157809,49 manat məbləğində mal-materialın geri qaytarılması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2-2(085)- 133/2018 nömrəli qətnaməsi ilə həmin iddia qismən təmin edilərək, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli bir ədəd və xx xxx 2017-ci il tarixli iki ədəd Tikinti üçün podrat Müqavilələrinə əsasən 371305 manat əsas borc və 66835 manat X11 borcu olmaqla, ümumilikdə 438140 manat pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-2(105)-04/2019 nömrəli qətnaməsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2-2(085)- 133/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2-2(102)-209/2019 nömrəli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-2(105)-04/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X2 X1 və Təhqiqat İdarəsinin xx xxxxxx 2019-cu il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” qərarı ilə müəyyən olunur ki, “İddiaçı" MMC-də xeyli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə icraata və həmin Cəmiyyətin direktoru X3 barəsində cinayət təqibinə vurulmuş ziyan tamamilə ödənildiyindən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən xitam verilmiş və bu nəticə məlum Qərarda onunla əsaslandırılmışdır ki, İddiaçı MMC subpodrat müqavilələri əsasında “xxxxxxxxx” ASC-nin layihələri üzrə Cavabdeh MMC-nin sifarişlərini icra etmiş və həmin layihələr ilə bağlı Cavabdeh MMC ilə bir neçə müqavilə bağlanmış, müqavilələrə əsasən "İddiaçı" MMC bir neçə rayonda xalça istehsalı müəssisləri tikərək nəzərdə tutulmuş öhdəlikləri tam icra etmiş olsa da, Cavabdeh MMC tərəfindən müqavilələrdə nəzərdə tutulan məbləğlərin ödənilməsi təmin olunmadığından, Cavabdeh MMC ilə "İddiaçı" MMC arasında yaranmış borclara dair xx xxxxxx 2018-ci il tarixli Üzləşmə Aktı tərtib olunmuş və həmin üzləşmə aktında “Cavabdeh“ MMC-nin "İddiaçı" MMC-yə ümumilikdə ƏDV də daxil olmaqla 438140 (dörd yüz otuz səkkiz min bir yüz qırx) manat borcu olduğu öz əksini tapmışdır. Qeyd olunan Üzləşmə Aktı əsasında "İddiaçı" MMC tərəfindən vergi orqanına cari bəyannamə təqdim olunmuşdur. İstintaq zamanı, "İddiaçı" MMC tərəfindən dövlət büdcəsinə ödənilməkdən yayındırılmış 68315,59 manat məbləğində vergilərin yuxarıda qeyd olunan Üzləşmə Aktı ilə bağlı vergi orqanına təqdim olunmuş cari bəyannamə əsasında hesablandığı və həmin Üzləşmə Aktında əks olunmuş borc məbləğinin ödənilmədiyi müəyyən olunmuşdur. Həmçinin, istintaq zamanı müəyyən olunmuşdur ki, yuxanda qeyd olunan borcla bağlı "İddiaçı" MMC tərəfindən iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmiş və məhkəmə mübahisəsinin nəticəsində qəbul olunmuş xx xxxx 2018-ci il tarixli 2- 2(085)-133/2018 nömrəli qətnamə ilə "İddiaçı" MMC-nin iddiası təmin olunmuşdur. xx xxxxxx 2019-cu ildə "İddiaçı" MMC-nin direktoru X4 ərizə ilə Departamentə müraciət edərək qeyd olunan Cəmiyyətə hesablanmış vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırıldığını etiraf etməklə, həmin vergilərin dövlət büdcəsinə tamamilə ödənildiyini nəzərə alaraq barəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Yəni, "İddiaçı" MMC-nin şəxsi hesab vərəqəsi və cinayət işinin materialları ilə müəyyən olunmuşdur ki, Cəmiyyət tərəfindən xx xxxxxx 2018-ci ildə 66780 manat və xx xxxxxx 2019-cu ildə isə 26626,46 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməsi təmin olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx xxxx 2019cu il tarixli **********314900 nömrəli məktubunda göstərilir ki,vergi ödəyicisi İddiaçınə xx xxxxxx 2017-ci il tarixindən xx xxx 2019-cu il tarixinədək X11 üzrə 22895,16 manat məbləğində faiz hesablanmış və İddiaçı MMC tərəfindən ödənilmiş 26626,50 manat vəsaitin 22895,16 manat məbləği X11 üzrə faiz borcuna aid edilmişdir. Göründüyü kimi, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilə öhdəliklərinin icrası ilə əlaqədar iddiaçı "İddiaçı" MMC və Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli Üzləşmə Aktında nəzərdə tutulan X11 daxil cəmi 438140 manat (371305 manat əsas borc və 66835 manat X11) məbləğində pul vəsaiti sonuncu tərəfindən vaxtında ödənilmədiyi üçün həmin Üzləşmə Aktı üzrə vergi bəyannaməsini vermiş "İddiaçı" MMC vergi öhdəliklərini vaxtında yerinə yetirməmiş və buna görə də, Vergi orqanı tərəfindən ödənilməli olan, lakin vaxtında ödənilməyən X7 görə 22895,16 manat məbləğində faiz hesablanmış və hətta, “İddiaçı" MMC-də xeyli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə cinayət işi başlanmışdır. "İddiaçı" MMC tərəfindən məlum vergi borcu, o cümlədən də, ödənilməyən X7 görə hesablanmış 22895,16 manat məbləğində faizödənilmişdir. Yuxarıda qeyd olunan məhkəmə aktlarına əsasən 66835 manat X11 Cavabdeh MMC-dən "İddiaçı" MMC-nin xeyrinə tutulmuşdur. Lakin, həmin X5 ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 22895,16 manat məbləğində faizi "İddiaçı" MMC-nin özü tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, məhkəmə araşdırması zamanı mötəbər sübutlar əsasında müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilə öhdəliklərinin icrası ilə əlaqədar Cavabdeh MMC tərəfindən 371305 manat əsas borc və 66835 manat X6maqla, cəmi 438140 manat məbləğində pul vəsaiti vaxtında iddiaçı "İddiaçı" MMC-yə ödənilmədiyi üçün, ödənişi gecikdirilmiş həmin X7 görə 22895,16 manat məbləğində faiz hesablanmış və həmin faizi iddiaçı "İddiaçı" MMC öz vəsaiti hesabına ödəmişdir. Lakin, məhkəmə araşdırması zamanı iddia tələbinin digər hissəsi, yəni ““işə götürənlər-muzdla işləyənlərin əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər” vərəqəsi üzrə 1306,02 manat” tələbinin əsaslılığı isə mötəbər sübutlar əsasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdehndən 22895,16 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 22895,16 (iyirmi iki min səkkiz yüz doxsan beş manat 16 qəpik) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla - cəmi 22925,16 (iyirmi iki min doqquz iyirmi beş manat 16 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar