Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-462/2022 21.07.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1 iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 11 aprel 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 15 mart 2019-cu il tarixli UP-18 saylı Alqı-satqı müqaviləsinin ləğv edilməsi, 15 mart 2019cu il tarixli UP-18 saylı Alqı-satqı müqaviləsi üzrə 15 mart 2019-cu il tarixdə iddiaçı tərəfindən Cavabdeh MMC-nin "xxxx" KB ASC-də olan hesabına birinci yükləmə üçün avans olaraq köçürülmüş 40440,57 (qırx min dörd yüz qırx manat 57 qəpik) manat məbləğində pul vəsaitinin, Cavabdeh MMC-nin "xxxx" KB ASC-də olan hesabına birinci yükləmə üçün avans olaraq köçürdüyü 40440,57 manat məbləğində pul vəsaiti üçün "xxxx" ASC-yə ödənilmiş 4852,86 manat məbləğində faiz borcunun (əldən çıxmış faydanın), Cavabdeh MMC tərəfindən 40440,57 manat məbləğində borcun gecikdirilmiş vaxt üçün 2019-cu ilin mart ayından hal-hazıradək keçən 2 il 11 ay müddət üçün illik 5 faiz hesablamaqla 5897,50 manat məbləğində pul vəsaitinin, iddiaçı tərəfindən ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin, məhkəməyə ödənilmiş 45 manat məbləğində dövlət rüsumunun və məhkəmədə hüquqlarının müdafiə edilməsi məqsədilə vəkilə ödənilmiş 200 manat məbləğində müqavilə pulunun Cavabdehndən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, bir tərəfdən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı (VÖEN **********) (bundan sonra “Alıcı” adlandırılacaq) və digər tərəfdən Cavabdeh (VÖEN **********) (bundan sonra “Satıcı” adlandırılacaq) arasında 15 mart 2019-cu il tarixli UP-18 saylı Alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin Alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, “Satıcı” “Alıcı”ya razılaşma protokolunda göstərilən malları (bundan sonra: Mal), satır, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəyir. Həmin Müqavilənin 2.1-ci bəndinə görə, Malın qiyməti və miqdarı Müqavilənin ayrılmaz tərkib hissəsi olan müqaviləyə əlavə olunmuş Razılaşma protokolu ilə müəyyənləşdirilir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, “Alıcı” müqavilənin 4.1-ci bəndini həyata keçirdikdən sonra “Satıcı” həftəlik 18200 metr mal təminatı etməlidir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, “ödəniş” “Alıcı” tərəfindən təsdiqlənən hesabfakturaya əsasən “Satıcı”nın bank hesabına köçürmə yolu ilə həyata keçiriləcəkdir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, “Alıcı” malların ümumi dəyərinin 50%-ni 3 hissəyə bölməklə birinci hissəni mal çıxışından öncə avans olaraq ödəyir, ikinci və üçüncü hissəni növbəti həftələrdə mal çıxışından sonra ödəyir, ümumi məbləğin geri qalan 50%-ni isə xx.xx.2019-cu il tarixində ödəyir. “Satıcı” və “Alıcı” arasında imzalanmış razılaşma protokolundan (Əlavə 07) görünür ki, PE Boru 63x2,5mm PN6 SDR26 növlü borunun miqdarı - 115000 metr, vahidinin qiyməti - 125 manat, məbləği - 143750 manat, PE Boru 160x7,7 mm PN8 SDR21 növlü borunun miqdarı – 6500 metr, vahidinin qiyməti – 9,52 manat, məbləği - 61880 manat olmaqla, cəmi məbləği - 205630,00 manat, ƏDV məbləği 37013,40 manat, yekun məbləğ isə 242643,40 manat təşkil edir. Həmçinin, Cavabdeh MMC tərəfindən 15 mart 2019-cu il tarixdə İddiaçı göndərilmiş UP 11 saylı Hesab faktura- İnvoise sənədindən görünür ki, PE Boru 63x2,5mm PN6 SDR26 və PE Boru 160x7,7 mm PN8 SDR21 növlü boruların ölçüsü, miqdarı, vahidin qiyməti və məbləği razılaşma protokolunda qeyd olunanlarla eynilik təşkil edir. Cavabdeh MMC-nin 11 mart 2019-cu il tarixli UP-19-90.01 saylı oferta sənədindən görünür ki, həmin sənədlə təklif müddəti 7 gün təşkil etmiş, eyni zamanda İddiaçı tərəfindən vəsaitin Bank hesabına köçürülmə qaydası müəyyən edilmişdir. Həmin qaydaya əsasən, ümumi məbləğin ödəniləcək olan 50%-i - 102815 manat + ƏDV təşkil edir. Birinci yükləmə daxil avans olaraq 34271,67 manat + ƏDV, ikinci yükləmə zamanı 34271,67 manat + ƏDV, üçüncü yükləmə zamanı 34271,67 manat + ƏDV ödənilir, geri qalan 50% məbləğin (102815 manat + ƏDV) isə son ödəmə tarixi 30 iyun 2019-cu ildir. Qeyd olunanlar nəzərə alınaraq 15 mart 2019-cu il tarixdə iddiaçı tərəfindən Cavabdeh MMC-nin "xxxx" KB ASC-də olan hesabına birinci yükləmə üçün avans olaraq əsas məbləğ 34271,67 manat və ƏDV məbləği 6168,9 manat olmaqla, cəmi 40440,57 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Birinci yükləmə üçün avans olaraq 40440,57 manat məbləğində pul vəsaiti köçürüldükdən sonra Cavabdeh MMC tərəfindən iddiaçıya razılaşma protokolunda göstərilən malların test nümunələri təqdim edilmişdir. Lakin, 09 aprel və 10 aprel 2019-cu il tarixlərdə "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən keçirilən “Oksidləşmə induksiya vaxtı təyini test hesabatı” və “Karbon qarasının miqdarının təyini test hesabatı”nın nəticələrinə görə Cavabdeh MMC tərəfindən təqdim edilmiş malların keyfiyyətinin texniki göstəricilərə uyğun olmadığı müəyyən edilmişdir. Eyni zamanda test normalarına uyğun temperaturda borulara norma daxilində su təzyiqi verilərkən borular təzyiqə davam gətirməyərək sıradan çıxmış və nəticədə su axıntıları müşahidə olunmuşdur. 15 mart 2019-cu il tarixli UP-18 saylı Alqı-satqı müqaviləsinin 5.1-ci bəndinə əsasən, Tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri və fikir ayrılıqlarını mümkün olduğu təqdirdə danışıqlar yolu ilə həll edirlər. Həmin müqavilənin 5.2-ci bəndinə müvafiq olaraq, Tərəflər Müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri və fikir ayrılıqlarını mümkün olduğu təqdirdə danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələr Azərbaycan Resoublikasının qanunvericiliyənə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflərin qarşılıqlı öhdəliklərinin tam şəkildə yerinə yetirilməsindən sonra öz qüvvəsini itirir. "xxxx" MMC tərəfindən keçirilən test hesabatları barədə məlumatlar müqavilə şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən Cavabdeh MMC-yə verildikdə isə birinci yükləmə üçün ödənilən 40440,57 manat məbləğində pul vəsaitinin qısa müddətdə qaytarılacağı bildirilmişdi. Lakin Cavabdeh MMC-nin məsul şəxsləri ilə iddiaçı arasında aparılan danışıqlar zamanı, pulun qısa müddətdə qaytarılacağı vəd edilsə də, həmin məbləğin Cavabdeh MMC-nin hesabına köçürüldüyü 15 mart 2019-cu il tarixdən 2 il 11 ay müddətin keçməsinə baxmayaraq, bu günədək ödənilmiş məbləğ iddiaçıya qaytarılmamışdır. Həmçinin bildirmək lazımdır ki, “Satıcı” və “Alıcı” arasında imzalanmış razılaşma protokolunda qeyd olunan 242643,40 manat dəyərində malın alınması və digər işlərin görülməsi üçün 27 fevral 2019-cu il tarixdə iddiaçı tərəfindən "xxxx" ASC-dən kredit faizi 7,5 faiz olmaqla, K3048/02 nömrəli müqavilə üzrə İnvestisiya xərcləri təyinatı ilə 353000 ABŞ dolları (600100 manat) məbləğində kredit götürülmüş və 28 dekabr 2021-ci il tarixədək götürülmüş kredit ödənilmişdir. Eyni zamanda götürülmüş kreditin əsas məbləği ilə birgə iddiaçı tərəfindən "xxxx" ASC-yə 28 dekabr 2021-ci il tarixədək 42670,32 ABŞ dolları (72539,54 manat) məbləğində faiz borcu ödənilmişdir. İddiaçı Cavabdeh MMC tərəfindən mallar vaxtında təhvil verilmədiyindən isə "xxxx" MMC ilə müqavilə bağlayaraq razılaşma protokolunda qeyd olunan malları onlardan almaq məcburiyyətində qalmışdır. Belə ki, "xxxx" MMC ilə arasında bağlanmış 24 aprel 2019-cu il tarixli 20190424/ATL002 saylı müqavilə əsasında iddiaçı tərəfindən həmin MMC-dən dəyəri 142941,18 ABŞ dolları (243000,006 manat) təşkil edən boru alınmışdır. Qeyd olunanları nəzərə alaraq hesab edilir ki, Cavabdeh MMC-nin "xxxx" KB ASC-də olan hesabına birinci yükləmə üçün avans olaraq köçürülən 40440,57 manat məbləğində pul vəsaiti "xxxx" ASC-dən götürülmüş 353000 ABŞ dolları (600100 manat) məbləğində kredit məbləğinin faizi kimi Banka ödənilmiş 42670,32 ABŞ dolları (72539,54 manat) məbləğində faiz borcunun iddiaçı tərəfindən Cavabdeh MMC-yə birinci yükləmə üçün avans olaraq köçürülmüş 40440,57 manat hissəsinə mütənasib ödənilmiş 4852,86 manat (72539 : 600100 = 0,12 x 40440,57 = 4852,86) məbləğində faiz borcu Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən, Cavabdeh MMC iddiaçıya əsas borcla birlikdə borcu gecikdirildiyi vaxt üçün illik beş faiz ödəməyə borcludur. Belə ki, Cavabdeh MMC tərəfindən 40440,57 manat məbləğində borcun gecikdirilmiş vaxt üçün faizi 2019-cu ilin mart ayından hal-hazıradək keçən 2 il 11 ay müddət üçün illik 5 faiz hesablamaqla 5897,5 manat (40440,57 x 5% = 2022,02 : 12 ay = 168,5 x 35 ay = 5897,58 manat) təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq, iddiaçı tərəfindən 21 dekabr 2021-ci il tarixli Pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət olunaraq, iddiaçı tərəfindən Cavabdeh MMC-nin "xxxx" KB ASC-də olan hesabına birinci yükləmə üçün avans olaraq köçürülən 40440,57 manat məbləğində pul vəsaitinin 10 gündən gec olmayaraq "xxxx" ASC-də olan SC********** nömrəli hesaba ödənilməsi xahiş edilmiş, Pretenziyada göstərilənlər icra olunmadığı halda məhkəməyə müraciət etmək məcburiyyətində qalacağı və bu halda Pretenziyada qeyd olunanlarla yanaşı, dəymiş maddi ziyan, əldən çıxmış fayda, dəbbə pulu, eyni zamanda məhkəmə xərcləri, dövlət rüsumları və vəkil haqqının cavabdehdən tutulacağı barədə məlumat verilmişdir. Pretenziya məktubunun Cavabdeh MMC tərəfindən 27 dekabr 2021-ci il tarixdə qəbul edilməsinə baxmayaraq bu günədək Pretenziyada qeyd olunanlar icra edilməmiş və məktuba hər hansı cavab verilməmişdir. Belə olan halda iddiaçı tərəfindən ərizə ilə mediasiya üçün də müraciət olunmuşdur. Lakin, Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatının mediatoru Tural Şahbazov tərəfindən keçirilən ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul edilməmiş və eyni zamanda, ilkin mediasiyanın keçirilməsi üçün 200 (iki yüz) manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 mart 2019-cu il tarixli UP-18 saylı Alqı-satqı müqaviləsinin ləğv edilməsi, 15 mart 2019-cu il tarixli UP-18 saylı Alqı-satqı müqaviləsi üzrə 15 mart 2019-cu il tarixdə iddiaçı tərəfindən Cavabdeh MMC-nin "xxxx" KB ASC-də olan hesabına birinci yükləmə üçün avans olaraq köçürülmüş 40440,57 manat məbləğində pul vəsaitinin, Cavabdeh MMC-nin "xxxx" KB ASC-də olan hesabına birinci yükləmə üçün avans olaraq köçürdüyü 40440,57 manat məbləğində pul vəsaiti üçün "xxxx" ASC-yə ödənilmiş 4852,86 manat məbləğində faiz borcunun əldən çıxmış fayda olaraq, Cavabdeh MMC tərəfindən 40440,57 manat məbləğində borcun gecikdirilmiş vaxt üçün 2019-cu ilin mart ayından iddia ərizəsi verilənədək keçən 2 il 11 ay müddət üçün illik 5 faiz hesablamaqla 5897,50 manat məbləğində pul vəsaitinin, iddiaçı tərəfindən ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin, məhkəməyə ödənilmiş 45 manat məbləğində dövlət rüsumunun və məhkəmədə hüquqlarının müdafiə edilməsi məqsədilə vəkilə ödənilmiş 200 manat məbləğində müqavilə pulunun Cavabdehndən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini - tərəflər arasında bağlanmış məlum müqavilə ilə alınması nəzərdə tutulan boruların texniki göstəriciləri müvafiq keyfiyyət normalarına uyğun olmadığına və həmin borular qüsurlu olduğuna görə alqı-satqının baş tutmamasına baxmayaraq, müqavilə şərtlərinə əsasən əvvəlcədən ödənmiş pul vəsaitinin cavabdeh tərəfindən qaytarılmaması ilə əsaslandırdı. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını və şahid ifadələrini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 məhkəmə iclasında vermiş olduqları ifadələrində satıcı Cavabdeh tərəfindən “alıcı” İddiaçı satılmalı olan su borusunun nümunələrinin texniki yoxlamadan keçirilməsində iştirak etdiklərini, həmin yoxlama zamanı Satıcı tərəfindən təqdim olunan boru nümunələrinin keyfiyyətsiz olduqlarını və buna görə də, Satıcıdan tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulan boruların alınmadığını bildirmişlər. İş materiallarında olan “satıcı” Cavabdeh MMC (VÖEN: **********) ilə “alıcı” İddiaçı (VÖEN **********) arasında bağlanmış 15 mart 2019-cu il tarixli 18 nömrəli Alqı-satqı Müqaviləsinin 1.1-ci bəndindən görünür ki, “Satıcı” “Alıcı”ya razılaşma protokolunda göstərilən malları (bundan sonra “Mal”) satır, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəyir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, Malın qiyməti və miqdarı Müqavilənin ayrılmaz tərkib hissəsi olan müqaviləyə əlavə olunmuş Razılaşma protokolu ilə müəyyənləşdirilir. Həmin Müqavilənin 3.1.2-ci bəndinə əsasən, Mallarla birlikdə təhvil-təslim sənədləri (qaimə-faktura) verilməlidir. Həmin Müqavilənin 3.1.3-cü bəndinə əsasən, təhvil verilmə anında malların kəmiyyətində və yaxud, keyfiyyətində çatışmamazlıq üzə çıxarsa 24 saat ərzində yenisi ilə əvəz edilməlidir və ya Satıcıya ödənilmiş məbləğ Alıcıya qaytarılmalıdır. Həmin Müqavilənin 3.1.4-cü bəndinə əsasən, Satıcı spesifikasiyaya uyğun keyfiyyətdə malı (PE boru) verir və malların keyfiyyətinə 50 illik zəmanət verir. Həmin Müqavilənin 3.1.5-ci bəndinə əsasən, Satıcı Alıcıya malların beynəlxalq standarta uyğunluğu təsdiq edən sənədləri təqdim edir. Həmin Müqavilənin 3.1.9-cu bəndinə əsasən, Satıcı malı qüsursuz şəkildə Alıcıya təhvil vərməyi öhdəsinə götürür. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, ödəniş Alıcı tərəfindən təsdiqlənən hesab-fakturata əsasən “Satıcı”nın bank hesabına köçürmə yolu ilə həyata keçiriləcəkdir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, “Alıcı” malların ümumi dəyərinin 50%-ni üç hissəyə bölməklə birinci hissəni mal çıxışından öncə avans olaraq ödəyir, iki və üçüncü hissəni növbəti həftələrdə mal çıxışından sonra ödəyir, ümumi məbləğin geri qalan 50%-ni isə 30 iyun 2019-cu il tarixində ödəyir. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən, Müqavilənin ümumi dəyəri Müqaviləyə Qoşmalarda müəyyən edilmiş məbləğlərin cəmindən ibarətdir. Həmin Müqavilənin 7.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflərin qarşılıqlı öhdəliklərinin tam şəkildə yerinə yetirilməsindən sonra öz qüvvəsini itirir. İş materiallarına əlavə olunmuş Razılaşma Protokoluna 07 saylı Əlavədən görünür ki, “satıcı” Cavabdeh MMC tərəfindən “alıcı” İddiaçı ƏDV daxil olmaqla, 242643,40 (iki yüz qırx iki min altı yüz qırx üç manat 40 qəpik) manat dəyərində "PE Boru" malları satılmalı idi. İş materiallarına əlavə olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyəti vasitəsilə həyata keçirilmiş 28 mart 2019-cu il tarixli #005XOH********** nömrəli ölkədaxili ödəniş tapşırığından görünür ki 15 mart 2019-cu il tarixli 18 nömrəli Alqı-satqı Müqaviləsinə əsasən “Alıcı” İddiaçı tərəfindən “Satıcı” Cavabdeh MMC-nin hesabına 34271,67 (otuz dörd min iki yüz yetmiş bir manat 67 qəpik) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarına əlavə olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyəti vasitəsilə həyata keçirilmiş 28 mart 2019-cu il tarixli #005BUDG190870160 nömrəli “vergi/büdcə” ödəniş tapşırığından görünür ki “Alıcı” İddiaçı tərəfindən “Satıcı” Cavabdeh MMC-nin hesabına ƏDV ödənişi olaraq 6168,90 (altı min yüz altmış səkkiz manat 90 qəpik) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş boruların texniki yoxlamadan keçirilməsi barədə tərtib edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən 2019-cu ilin aprel ayında keçirilən “Oksidləşmə induksiya vaxtı təyini test hesabatı”nın və “Karbon qarasının miqdarının təyini test hesabatı”nın nəticələrinə görə Cavabdeh MMC tərəfindən təqdim edilmiş boru nümunələrinin keyfiyyətinin texniki göstəricilərə uyğun olmadığı müəyyən edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı, hüquqi yardımla əlaqədar 200 (iki yüz) manat məbləğində xidmət haqqı və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən 45 (qırx beş) manat məbləğində dövlət rüsumu ödənilmişdir (07 fevral 2022-ci il tarixli ********** nömrəli Ödəniş Qəbzi, 15 yanvar 2022-ci il tarixli 19916 nömrəli Ödəniş Qəbzi, 22 fevral 2022-ci il tarixli ********* nömrəli Ödəniş Qəbzi, 31 yanvar 2022-ci il tarixli MŞB/6-249 nömrəli mediasiya Arayışı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, alıcı İddiaçı (iddiaçı) ilə satıcı Cavabdeh (cavabdeh) arasında bağlanmış 15 mart 2019-cu il tarixli UP-18 nömrəli Alqı-satqı müqaviləsinə əsasən alıcı İddiaçı tərəfindən "PE Boru" adlı məhsulları alınmasından ötrü satıcı Cavabdeh hesabına əvvəlcədən ƏDV daxil cəmi 40440,57 manat (34271,67 manat malın dəyəri + 6168,90 manat ƏDV) məbləğində pul vəsaiti ödənilmişdir. Lakin, Satıcı tərəfindən təqdim olunan borularda keyfiyyət qüsurları olduğuna görə həmin Müqavilə üzrə nəzərdə tutulan boruların alqı-satqısı baş tutmamışdır. Buna görə də, alıcı İddiaçı əvvəlcədən ödəmiş olduğu cəmi 40440,57 manat məbləğində pulun qaytarılmasını satıcı Cavabdeh MMC-dən tələb etsə də, sonuncu həmin pul vəsaitinin qaytarılmasından imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddia tələbləri – “cavabdeh İddiaçı ilə iddiaçı Cavabdeh arasında bağlanmış 15 mart 2019-cu il tarixli UP-18 nömrəli Alqı-satqı Müqaviləsinin ləğv edilməsi, İddiaçı xeyrinə Cavabdehndən əvvəlcədən ödənilmiş cəmi 40440,57 manat məbləğində pul vəsaitinin, 200 manat məbləğində mediatora ödənilmiş xidmət haqqının, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 45 manat məbləğində dövlət rüsumunun və məhkəmədə hüquqların müdafiə edilməsi ilə əlaqədar vəkilə ödənilmiş 200 manat məbləğində vəsaitin tutulması” hissələrində əsaslıdır. Lakin, “Cavabdeh MMC-nin "xxxx" KB ASC-də olan hesabına birinci yükləmə üçün avans olaraq köçürdüyü 40440,57 manat məbləğində pul vəsaiti üçün "xxxx" ASC-yə ödənilmiş 4852,86 manat məbləğində faiz borcunun (əldən çıxmış faydanın) və Cavabdeh MMC tərəfindən 40440,57 manat məbləğində borcun gecikdirilmiş vaxt üçün 2019-cu ilin mart ayından hal-hazıradək keçən 2 il 11 ay müddət üçün illik 5 faiz hesablamaqla 5897,50 manat məbləğində pul vəsaitinin tutulması” hissələrində isə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Qeyd etmək lazımdır ki, Alıcı hər hansı bir alqı-satqı müqaviləsi bağlayarkən ödəməli olduğu pul vəsaitinin əldə olunma mənbələri və yaxud, həmin mənbələr ilə əlaqədar yaranan öhdəliklər üzrə Satıcını məsul edə bilməz və məlum haldır ki, Alıcının əldə edəcəyi mala görə ödəmiş olduğu pulun mənbələri ilə əlaqədar yaranan öhdəlikləri üzrə Satıcı heç bir məsuliyyət daşıya bilməz. Eyni zamanda, Alıcı 2019-cu ilin mart ayında avans qismində ödəmiş olduğu pul vəsaiti üzrə alqı-satqının 2019-cu ilin aprel ayında, yəni qısa bir müddət ərzində baş tutmadığını bildiyi halda, “2 il 11 ay” gözlədikdən sonra məhkəməyə müraciət etməsi Alıcının öz məsuliyyəti və iradəsi həddində olan hərəkətdir və məlum Müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirləri vaxtında görməyərək, uzun müddət sonra məhkəməyə müraciət etməsi Alıcının hərəkətsizliyi kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə” dair 18 mart 2019-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdehndən müqavilə şərtlərinə əsasən əvvəlcədən ödənilmiş 40440,57 (qırx min dörd yüz qırx manat 57 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı (VÖEN **********) xeyrinə tutulmalı və cavabdeh İddiaçı ilə iddiaçı Cavabdeh arasında bağlanmış 15 mart 2019-cu il tarixli UP-18 nömrəli Alqı-satqı Müqaviləsi ləğv edilməlidir. Lakin, iddia tələbi qalan hissədə, yəni “Cavabdeh MMC-nin "xxxx" KB ASC-də olan hesabına birinci yükləmə üçün avans olaraq köçürdüyü 40440,57 manat məbləğində pul vəsaiti üçün "xxxx" ASC-yə ödənilmiş 4852,86 manat məbləğində faiz borcunun (əldən çıxmış faydanın) və Cavabdeh MMC tərəfindən 40440,57 manat məbləğində borcun gecikdirilmiş vaxt üçün 2019-cu ilin mart ayından halhazıradək keçən 2 il 11 ay müddət üçün illik 5 faiz hesablamaqla 5897,50 manat məbləğində pul vəsaitinin tutulması” hissəsində isə əsaslılığı sübuta yetmədiyinə görə təmin olunmamalıdır. Eləcə də, iddiaçı tərəfindən hazırkı mübahisə üzrə mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı, məhkəməyə ödənilmiş 45 (qırx beş) manat məbləğində dövlət rüsumu və iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş olan 200 (iki yüz) manat məbləğində xidmət haqqı da Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. Həmçinin, hazırkı iddia tələbi üzrə ümumilikdə hesablanan 211,32 (iki yüz on bir manat 32 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 166,32 (yüz altmış altı manat 32 qəpik) manat məbləğində (211,32 manat – 45 manat = 166,32 manat) pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi Cavabdehndən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 40440,57 (qırx min dörd yüz qırx manat 57 qəpik) manat məbləğində əsas borc, mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı, hüquqi yardımla əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı və 45 (qırx beş) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 40885,57 (qırx min səkkiz yüz səksən beş manat 57 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı (VÖEN **********) xeyrinə tutulsun. Cavabdeh İddiaçı ilə iddiaçı Cavabdeh arasında bağlanmış 15 mart 2019-cu il tarixli UP-18 nömrəli Alqı-satqı Müqaviləsi ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 166,32 (yüz altmış altı manat 32 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-462/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-462/2022
21.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver