Məhkəmə qərarları › İş №e-2-2(119)-468/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-468/2021

24.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-468/2021 24.05.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X7 qızının katibliyi, iddiaçı Nümayəndə1 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü X2 iştirakı ilə, iddiaçı Nümayəndə1 Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 39000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu və xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Nümayəndə1ndə 2020-ci ildə keçirilmiş audit yoxlaması zamanı müəyyən edilmişdir ki, Cəmiyyətin hesabından fərdi sahibkar olan Cavabdeh bank hesabına 30 sentyabr 2019-cu il tarixdə depozit hesabından 12000 manat və həmin tarixdə bank hesabından 3500 manat, 29 oktyabr 2019-cu il tarixdə isə depozit hesabından 3000 manat və 05 dekabr 2019-cu il tarixdə bank hesabından 20500 manat olmaqla, ümumilikdə 39000 manat məbləğində pul vəsaiti köçürülmüşdur. Həmin 39000 manat məbləğində pul vəsaiti cavabdehin hesabına köçürülsə də, tərəflər arasında hər hansı müqavilə imzalanmamış və xidmətlər göstərilməmişdir. Bundan sonra cavabdehin hüquqi ünvanına vəsaitin geri qaytarılması məqsədilə 01 oktyabr 2020-ci il tarixli bildiriş göndərilsə də, nəticəsi olmamışdır. Beləliklə də, Cavabdeh hər hansı xidmət göstərilmədən iddiaçı "xxxx" MMC tərəfindən köçürülmüş pul vəsaiti hesabına əsassız varlanmış və bu səbəbdən həmin vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir (bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin “əsassız varlanmaya” aid normaları təsvir edilir). Məhkəmə iclasında iddiaçı Nümayəndə1 nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh iddiaçı Nümayəndə1 xeyrinə 39000 manat məbləğində pul vəsaitinin və iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu və xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı Nümayəndə1 nümayəndəsi X1 cavab olaraq bildirdi ki, 2020-ci ildə iddiaçı "xxxx" MMC-də keçirilmiş audit yoxlaması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin baş mühasibi X3 qulluq mövqeyindən istifadə edərək Cəmiyyətin hesabından heç bir əsas olmadan müxtəlif hesablara müxtəlif məbləğlərdə pullar köçürmüşdür. Buna görə də, Cəmiyyət müvafiq qaydada hüquq-mühafizə orqanlarına müraciət etmiş və cinayət xarakterli əməllərə yol verdiyi üçün X3 həbs edilmişdir və halhazırda onun barəsində olan cinayət işinə Bakı Ağır Cinayətlər məhkəməsində baxılır. Cinayət işi üzrə aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, baş mühasib X3 digər hesablarla yanaşı mühasibat işlərini apardığı fərdi sahibkar Cavabdeh bank hesablarına da iddiaçı Cəmiyyətin hesabından 30 sentyabr 2019-cu ildə 12000 manat və 3500 manat, 29 oktyabr 2019-cu ildə 3000 manat və 05 dekabr 2019-cu ildə bank hesabından 20500 manat olmaqla, ümumilikdə 39000 manat məbləğində pul vəsaiti köçürmüş və həmin vəsait cavabdeh tərəfindən qaytarılmayaraq, istifadə olunmuşdur. Bu köçürmələr isə tamamilə əsassız olmuşdur. Çünki, "xxxx" MMC ilə fərdi sahibkar Cavabdeh arasında heç bir müqavilə və hər hansı bir başqa münasibət olmamışdır. Məlum cinayət işində şahid kimi dindirilmiş cavabdeh də iddiaçı Cəmiyyəti tanımadığını və iddiaçı ilə aralarında hər hansı bir müqavilə olmadığını və hesabına köçürülmüş həmin pullardan istifadə edildiyini bildirmişdir. Lakin, dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdeh əsassız olaraq hesabına köçürülmüş ümumilikdə 39000 manat məbləğində olan pulun qaytarılmasından imtina etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təsdiq edilmiş Hesabdan Çıxarışlardan görünür ki, Nümayəndə1 bank hesabından hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh (VÖEN **********) bank hesabına 30 sentyabr 2019-cu ildə 3500 manat və 05 dekabr 2019-cu ildə 20500 manat olmaqla, ümumilikdə 24000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 30 sentyabr 2019-cu il tarixli **********413819 nömrəli və 29 oktyabr 2019-cu il tarixli **********515617 nömrəli “Köçürmənin aparılması haqqında” Bildirişlərdən görünür ki, Nümayəndə1 ƏDV sub-uçot hesabından hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh (VÖEN **********) hesabına müvafiq olaraq 12000 manat və 3000 manat olmaqla, ümumilikdə 15000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materialları ilə müəyyən olunur ki, iddiaçı Nümayəndə1 əsassız olaraq ödənilmiş 39000 manat məbləğində pulun qaytarılması üçün Cavabdeh müvafiq qaydada müraciət etmişdir. Göründüyü kimi, iddia ərizəsinin məzmunu və iş materialları ilə müəyyən olunur ki, iddiaçı Nümayəndə1 hesablarından 30 sentyabr 2019-cu il, 29 oktyabr 2019-cu il və 05 dekabr 2019-cu il tarixlərində öhdəlikdən kənar, yəni tərəflər arasında heç bir öhdəlik yaradan müqavilə olmadan Cavabdeh hesablarına müvafiq olaraq 3500 manat, 20500 manat, 12000 manat və 3000 manat olmaqla, ümumilikdə 39000 (otuz doqquz min) manat məbləğində köçürmə yolu ilə ödəniş edilmişdir. Lakin, cəmi 39000 manat məbləğində pul vəsaitinin əsassız olaraq köçürülməsi müəyyən edildikdən sonra, iddiaçı Nümayəndə1 MMC 30 sentyabr 2019-cu ildə və 05 dekabr 2019-cu ildə bank hesabına, 30 sentyabr 2019-cu ildə və 29 oktyabr 2019-cu ildə isə ƏDV sub-uçot hesabına köçürülmüş həmin pul vəsaitlərinin qaytarılması Cavabdeh tələb edilmiş olsa da, sonuncu tərəfindən öhdəlikdən kənar ödənilmiş cəmi 39000 manat məbləğində olan pul vəsaiti qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən,varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında öhdəliyin əmələ gəlməsinə əsas ola biləcək müqavilə olmadan, 30 sentyabr 2019-cu il, 29 oktyabr 2019-cu il və 05 dekabr 2019-cu il tarixlərində iddiaçı Nümayəndə1 hesablarından hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) hesablarına ümumilikdə 39000 manat məbləğində pul vəsaitinin köçürmə yolu ilə ödənilməsi, sonuncunun həmin məbləğ həddində əsassız varlanmasına səbəb olmuşdur. Lakin, əsassız ödənilmiş 39000 manat məbləğində pulun qaytarılması barədə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh əsassız varlanmanın predmeti olan həmin pul vəsaitini qaytarmamışdır. Ona görə də, Cavabdeh hesablarına ümumilikdə ödənilmiş 39000 (otuz doqquz min) manat məbləğində pul vəsaitinin iddiaçı Nümayəndə1nə qaytarılması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdeh (VÖEN **********) 39000 manat məbləğində pul vəsaiti iddiaçı Nümayəndə1 xeyrinə tutulmalıdır. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30,40 (otuz manat 40 qəpik) manat məbləğində dövlət rüsumu və xidmət haqqı da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh (VÖEN **********) 39000 (otuz doqquz min) manat məbləğində pul və 30,40 (otuz manat 40 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və xidmət haqqı olmaqla, cəmi 39030,40 (otuz doqquz min otuz manat 40 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı Nümayəndə1 xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar