Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-47/2025 14.03.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə4 və Cavabdeh iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı Cavabdeh qarşı ”borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 13633,27 (on üç min altı yüz otuz üç manat iyirmi yeddi qəpik) manat məbləğində əsas borc, 2898 (iki min səkkiz yüz doxsan səkkiz) manat məbləğində faiz borcu olmaqla, cəmi 16531,27 (on altı min beş yüz otuz bir manat iyirmi yeddi qəpik) manat məbləğində kredit borcunun və mediasiya prosesi ilə bağlı ödənilmiş 210 (iki yüz on) manat məbləğində mediasiya xərcinin İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində istifadədə olan 0,14966 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 42,1 kv.m ümumi, 54,95 kv.m yaşayış sahəsi, 47,85 kv.m köməkçi sahədən ibarət 1991 nömrəli bağ evinə torpaq sahəsi ilə birgə yönəldilərək açıq hərracda satılması, satışdan əldə edilən vəsaitin İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməsi, vəsaitdən əldə olunan borcun ödənilməsinə kifayət etmədikdə isə qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Bakı filialı ilə Cavabdeh arasında 11 dekabr 2015-ci il tarixli 000205 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən tərəvəz məhsullarının istehsalı məqsədi ilə Cavabdeh illik 6 % olmaqla, 36 ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC-nin Bakı filialı ilə Cavabdeh arasında 12 dekabr 2015ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ əsasında Cavabdeh məxsus Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində istifadədə olan 0,14966 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 42,1 kv.m ümumi, 54,95 kv.m yaşayış sahəsi, 47,85 kv.m köməkçi sahədən ibarət 1991 nömrəli bağ evi torpaq sahəsi ilə birgə İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 1-ci bəndinə əsasən borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürür. Həmin mqavilənin 2.2-ci bəndinə əsasən borcverən borcalana müqavilənin şərtlərinə uyğun olaraq 15000 (on beş min) manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Qeyd olunan kredit müqaviləsinin 6.7-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 10 (on) faiz ödəyir. İddiaçı tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas borc, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Cavabdeh iddiaçı qarşısında öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh hazırda borcu əsas borc üzrə 13633,27 (on üç min altı yüz otuz üç manat iyirmi yeddi qəpik) manat, faiz borcu üzrə 2898 (iki min səkkiz yüz doxsan səkkiz) manat olmaqla, cəmi 16531,27 (on altı min beş yüz otuz bir manat iyirmi yeddi qəpik) manat məbləğində təşkil edir.
3. 15 iyul 2024-cü il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən məhkəməyə “iddia tələbinin həcminin dəqiqləşdirilməsi“ barədə ərizə təqdim edilərək Cavabdeh 10233,27 (on min iki yüz otuz üç manat iyirmi yeddi qəpik) manat məbləğində əsas borc, 2898 (iki min səkkiz yüz doxsan səkkiz) manat məbləğində faiz borcu olmaqla, cəmi 13131,27 (on üç min yüz otuz bir manat iyirmi yeddi qəpik) manat məbləğində kredit borcunun və mediasiya prosesi ilə bağlı ödənilmiş 210 (iki yüz on) manat məbləğində mediasiya xərcinin İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində istifadədə olan 0,14966 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 42.1 kv.m ümumi, 54.95 kv.m yaşayış sahəsi, 47.85 kv.m köməkçi sahədən ibarət 1991 nömrəli bağ evinə torpaq sahəsi ilə birgə yönəldilərək açıq hərracda satılması, satışdan əldə edilən vəsaitin İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməsi, vəsaitdən əldə olunan borcun ödənilməsinə kifayət etmədikdə isə qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur.
4. 14 fevral 2025-ci il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən məhkəməyə “iddia tələbinin həcminin dəqiqləşdirilməsi“ barədə ərizə təqdim edilərək Cavabdeh 3033,27 (üç min otuz üç manat iyirmi yeddi qəpik) manat məbləğində əsas borc, 2898 (iki min səkkiz yüz doxsan səkkiz) manat məbləğində faiz borcu olmaqla, cəmi 5931,27 (beş min doqquz yüz otuz bir manat iyirmi yeddi qəpik) manat məbləğində kredit borcunun və mediasiya prosesi ilə bağlı ödənilmiş 210 (iki yüz on) manat məbləğində mediasiya xərcinin İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində istifadədə olan 0,14966 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 42.1 kv.m ümumi, 54.95 kv.m yaşayış sahəsi, 47.85 kv.m köməkçi sahədən ibarət 1991 nömrəli bağ evinə torpaq sahəsi ilə birgə yönəldilərək açıq hərracda satılması, satışdan əldə edilən vəsaitin İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməsi, vəsaitdən əldə olunan borcun ödənilməsinə kifayət etmədikdə isə qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur.
5. 12 mart 2025-ci il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən məhkəməyə “iddia tələbinin həcminin dəqiqləşdirilməsi“ barədə ərizə təqdim edilərək Cavabdeh 1033,27 (min otuz üç manat iyirmi yeddi qəpik) manat məbləğində əsas borc, 2898 (iki min səkkiz yüz doxsan səkkiz) manat məbləğində cərimə olmaqla, cəmi 3931,27 (üç min doqquz yüz otuz bir manat iyirmi yeddi qəpik) manat məbləğində kredit borcunun və mediasiya prosesi ilə bağlı ödənilmiş 210 (iki yüz on) manat məbləğində mediasiya xərcinin İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur.
6. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə4 “iddia tələbinin həcminin dəqiqləşdirilməsi“ barədə 12 mart 2025-ci il tarixli ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahatında əsas borcu qəbul etdiyini bildirmiş, cərimə məbləğinin azaldılmasını məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin dəqiqləşdirilməsi“ barədə ərizələri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
9. Belə ki, iş materiallarında olan 11 dekabr 2015-cü il tarixli 000205 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı – “borcverən”, Cavabdeh – “borcalan” olmaqla bağlanmış həmin müqaviləyə əsasən istixana şəraitində tərəvəz məhsullarının istehsalı məqsədilə 36 ay müddətinə, illik 6 % dərəcəsi ilə Cavabdeh 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 3.1, 3.2, 3.3, 3.4 və 3.5-ci bəndlərinə əsasən borcalanın maliyyə - təsərrüfat fəaliyyətini təhlil etmək, vaxtaşırı kreditin monitorinqini aparmaq və müqaviləyə əlavə olunmuş ödəniş qrafikinə ciddi əməl olunmasını borcalandan tələb etmək; borcalandan kreditin təyinatına görə istifadə edilməsini təsdiq edən sənədləri tələb etmək; borcalan tərəfindən kreditə görə hesablanmış faizlərin və əsas borcun ödəniş cədvəli üzrə qaytarılması təmin edilmədikdə, kredit müqaviləsinin vaxtından əvvəl ləğvi, əsas kredit borcunun və ona hesablanmış faizin qaytarılması ilə bağlı müvafiq tədbir görmək; əgər borcalanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borcun dərhal qaytarılmasını tələb etmək; borcalan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməzsə və ödəmə şərtlərinə əməl etməzsə, qanunvericiliklə müəyyən edilmiş qaydada əlavə faiz ödənişini tələb etmək borcverənin hüququdur. Həmin müqavilənin 6.5-ci bəndinə əsasən krediti və ona hesablanmış faizləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini təmin etmək borcalanın vəzifəsidir. Həmin müqavilənin 6.7-ci bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayın əsasən müəyyən olunmuş illik faizin üzərinə 10 % əlavə olunmaqla faiz ödəyir.
10. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh kredit verənə olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəli Cavabdeh tərəfindən imzalanmışdır. Həmin ödəniş cədvəlinə əsasən ödənişin son tarixi 2018-ci ilin dekabr ayı müəyyən olunmuşdur.
11. İş materiallarında olan iddiaçı tərəfindən 12 mart 2025-ci il tarixdə məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, borcalan Cavabdeh kredit müqaviləsi üzrə 11 mart 2025-ci il tarixə borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına 1033,27 manat məbləğində əsas borc və 2898 manat məbləğində cərimə olmaqla, cəmi 3931,27 manat məbləğində borcu vardır.
12. İş materiallarında olan 28 avqust 2024-cü il tarixli 9/6242 nömrəli ekspert rəyində göstərilir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanılmış 11 dekabr 2015-ci il tarixli 000205 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 11 dekabr 2018-ci il tarixə banka olan borcu əsas borc üzrə 13386,27 manat faiz borcu üzrə 1176,81 manat müəyyən olunmuşdur. Bundan başqa həmin müqavilə üzrə 11 dekabr 2018-ci il tarixdən sonra aparılmış ümumilikdə 3800 manat ödəniş nəzərə alınmaqla, qərardadın qəbul edildiyi 15 iyul 2024-cü il tarixə Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına olan əsas borcu 10233,27 manat, faiz borcu 2898 manat müəyyən olunmuşdur.
13. İş materiallarında olan 06 yanvar 2024-cü il tarixli 9/63xx-xx/6059 nömrəli ekspert rəyində göstərilir ki, tədqiq olunan bağ evinin yerləşmə yerinə, təchizatına və.s uyğun olaraq Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi və ya həmin ərazidə yerləşən analoji bağ evlərinə dair məlumat olmadığından həmin bağ evi üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
16. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
17. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
19. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
20. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
23. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
24. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
25. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, iddiaçı və cavabdeh arasında 11 dekabr 2015-cü il tarixli 000205 nömrəli kredit müqaviləsi bağlanılmış, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan borcu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti aralarında bağlanmış müqaviləyə uyğun olaraq qaytarmamaqla, öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir.
26. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 11 dekabr 2015-cü il tarixli 000205 nömrəli kredit müqaviləsi müqaviləsi üzrə 1033,27 (min otuz üç manat iyirmi yeddi qəpik) manat məbləğində əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.
27. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
28. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
29. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
30. Məhkəmə hesab edir ki, iddianın tələbinin “cavabdehdən iddiaçının xeyrinə 2898 (iki min səkkiz yüz doxsan səkkiz) manat məbləğində cərimənin tutulması” hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 300 (üç yüz) manat məbləğində cərimə tutulmalıdır.
31. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
32. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 210 (iki yüz on) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş 11 dekabr 2023-cü il tarixli MŞB/14/2023-01164 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barəsində” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş və mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən ödənilmiş 210 (iki yüz on) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməlidir.
33. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən Cavabdeh 1033,27 (min otuz üç manat iyirmi yeddi qəpik) manat məbləğində əsas borc, 300 (üç yüz) manat məbləğində cərimə və mediasiya prosesi ilə bağlı ödənilmiş 210 (iki yüz on) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 1543,27 (min beş yüz qırx üç manat iyirmi yeddi qəpik) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
34. Həmçinin Cavabdeh iddianın təmin edilmiş hissəsinə uyğun olaraq hesablanmış 33,33 (otuz üç manat otuz üç qəpik) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir.
35. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.
36. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
37. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
39. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 avqust 2024-cü il tarixli 9/6242 nömrəli və 06 yanvar 2024-cü il tarixli 9/63xx-xx/6059 nömrəli ekspert rəylərinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılan ekspertiza tədqiqatlarının dəyəri cəmi 245 (iki yüz qırx beş) manat təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 245 (iki yüz qırx beş) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq X1 ödənilməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 1033,27 (min otuz üç manat iyirmi yeddi qəpik) manat məbləğində əsas borc, 300 (üç yüz) manat məbləğində cərimə və mediasiya prosesi ilə bağlı ödənilmiş 210 (iki yüz on) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 1543,27 (min beş yüz qırx üç manat iyirmi yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 33,33 (otuz üç manat otuz üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 245 (iki yüz qırx beş) manat məbləğində pul vəsaiti Cavabdeh dövlət nəfinə tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İslam Əliyev