Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-48/2024 14.08.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X13 qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Həsənov Teymur Həsən oğlunun iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və X3 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 18 sentyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və X3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və X1 31 mart 2022-ci il tarixli DC00425921-02 saylı Maliyyələşdirmə üzrə Ərizəyə əsasən 26618,11 (iyirmi altı min altı yüz on səkkiz manat 11 qəpik) manat əsas borc, 9182,63 (doqquz min yüz səksən iki manat 63 qəpik) manat faiz borcu və 1019,77 (min on doqquz manat 77 qəpik) manat cərimə borcu olmaqla, cəmi 36820,51 (otuz altı min səkkiz yüz iyirmi manat 51 qəpik) manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının və ödənilmiş 1 (bir) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, borc verən "xxxx" ASC (bundan sonra “Bank”) ilə borc alan "xxxx" MMC (bundan sonra “Borcalan”) arasında 18 mart 2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X6 14 iyun 2021-ci il tarixli 1.0.4 nömrəli Versiyasının şərtlərini qəbul edilməsi barədə OnGTC-06926LE/2019 saylı Razılıq Ərizəsi imzalanmışdır. Borcalan həmin Razılıq Ərizəsini imzalayaraq, www.pashabank.az saytında yerləşdirilmiş X7 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Sonradan tərəflər arasında həmin X10 çərçivəsində 31 mart 2022-ci il tarixli DC00425921-02 saylı Maliyyələşdirmə üçün Ərizə imzalanmış və Bank tərəfindən Borcalana 31 mart 2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, cəmi 26647 (iyimi altı min altı yüz qırx yeddi) manat məbləğində dövlət və digər xərclərin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir. Borcalan "xxxx" MMC-nin Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə zamin X4 arasında 29 mart 2022-ci il tarixli DG**********230 nömrəli Zaminlik Müqaviləsi bağlanmışdır. Lakin, Borcalan DC00425921-02 saylı Maliyyələşdirmə üçün Ərizə üzrə öhdəliklərini icra etməyərək, 405 gün ərzində kreditlərin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Ona görə də, Borcalanın 13 iyun 2023-ci il tarixinə "xxxx" ASC qarşısında öhdəlikləri DC00425921-02 saylı Maliyyələşdirmə üzrə Ərizəyə əsasən 26618,11 (iyirmi altı min altı yüz on səkkiz manat on bir qəpik) manat əsas borc, 9182,63 (doqquz min bir yüz səksən iki manat 63 qəpik) manat faiz borcu və 1019,77 (min on doqquz manat 77 qəpik) manat cərimə borcu olmaqla, cəmi borcu 36820,51 (otuz altı min səkkiz yüz iyirmi manat 51 qəpik) manat məbləğində təşkil etmişdir. Buna görə də, Bank tərəfindən məhkəməyəqədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında Mediasiya Təşkilatına müraciət edilsə də, tərəflər arasında məhkəmədən kənar qaydada keçirilən mediasiyada da razılıq əldə edilməmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti mediasiya prosesi üzrə 200 manat məbləğində xidmət haqqı və məhkəməyə iddia ərizəsinin verilməsi üçün 1 manat dövlət rüsumu ödəmişdir. X9 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X6 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda, X9 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur (iş vərəqi: 3-6). Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 16 oktyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “iddia tələbinin həcminin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edilərək, DC00425921-02 saylı Maliyyələşdirmə üzrə Ərizəyə əsasən 26618,11 (iyirmi altı min altı yüz on səkkiz manat 11 qəpik) manat məbləğində əsas borc, 7075,66 (yeddi min yetmiş beş manat 66 qəpik) manat məbləğində faiz borcu və 1834,35 (min səkkiz yüz otuz dörd manat 35 qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 35528,12 (otuz beş min beş yüz iyirmi səkkiz manat 12 qəpik) manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının və ödənilmiş 1 (bir) manat dövlət rüsumunun cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və X1 birgə qaydada tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur (iş vərəqi: 16-21). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə görə, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin həcminin dəqiqləşdirilməsi” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və 31 mart 2022ci il tarixli DC00425921-02 nömrəli Maliyyələşdirmə üzrə Ərizəyə əsasən 26618,11 manat məbləğində əsas borc, 7075,66 manat məbləğində faiz borcu və 1834,35 manat məbləğində cərimə borcu olmaqla, cəmi 35528,12 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 1 manat dövlət rüsumunun cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və X1 müştərək qaydada tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və cavabdeh X4 məhkəmə baxış iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin dəqiqləşdirilməsi” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, "Bank" - “Paşa Bank" Açıq Səhmdar Cəmiyyəti ilə "Müştəri" - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında 18 mart 2022-ci ildə sonuncunun “Bank xidmətlərinin göstərilməsinə dair” X6 14 iyun 2021-ci il tarixli 1.0.4 nömrəli Versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC- 06926LE/2019 nömrəli Razılaşma imzalanmış və həmin Razılaşmanı imzalamaqla müştəri "xxxx" MMC X7 qeyd edilmiş şərtləri qəbul etmişdir. Həmin Razılaşma əsasında 31 mart 2022-ci il tarixli DC00425921-02 nömrəli “Maliyyələşdirmə üçün Ərizə”ni imzalayan borcalan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə “Bank xidmətlərinin göstərilməsinə dair” X10 çərçivəsində borcverən “Paşa Bank" Açıq Səhmdar Cəmiyyəti tərəfindən illik faiz dərəcəsi - 17%, illik cərimə faizi - 15% və kredit müddəti bitdikdən sonra illik cərimə faizi - 32% olmaqla 24 ay müddətinə, yəni 31 mart 2024-cü il tarixədək cəmi 26647 (iyirmi altı min altı yüz qırx yeddi) manat məbləğində birdəfəlik kredit verilmişdir. Həmin Razılaşmanın 1-ci bəndinə əsasən, borcalan "xxxx" MMC (VÖEN **********) bu Razılaşmanı imzalamaqla, “Bank xidmətlərinin göstərilməsinə dair” X6 Bankın rəsmi internet səhifəsində “https://www.pashabank.az/gsa_addendum/lang,az/” link üzrə yerləşdirilən 14 iyun 2021-ci il tarixli 1.0.4 nömrəli Versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir. İş materiallarına əlavə edilmiş “Bank xidmətlərinin göstərilməsinə dair” X6 14 iyun 2021-ci il tarixli 1.0.4 nömrəli Versiyasına əsasən, bu Müqavilədə Müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır. X8 “Kredit (Maliyyələşdirmə)” ilə bağlı müddəalarını nəzərdə tutan İV bölməsinin “Kredit barədə məlumat”nı müəyyən edən 1.1-ci bəndinə əsasən, Bank Müştəriyə “Maliyyələdirmə üçün Ərizə” forması ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə və ya birdəfəlik verilən kredit (birdəfəlik, bərpa olunan, bərpa olunmayan, Overdraft, tranşlarla kredit, invoys əsasında maliyyələşdirmə və ya qarantiya/akkreditivin maliyyələşdirilməsi üçün kredit xətti və s. kimi öhdəliklər) üçün (bundan sonra xüsusi növə istinad edilmədiyi halda, ümumi olaraq “Kredit” adlandırılacaq) Kredit verir. Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası (bu Müqavilədə qeyd olunandan fərqlidirsə), istifadə və qüvvədə olma müddət, cərimə, məqsəd, Müştəriyə verilməsi qaydası və bu kimi şərtlər “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunur. Müştərinin kredit sifarişi təklifə dəvət, “Maliyyələşdirmə üçün Ərizə” isə Bankın krediti vermək üçün təklifini ifadə edir və Müştəri onu imzalamaqla təklifi qəbul edir. X8 “Kredit (Maliyyələşdirmə)” ilə bağlı müddəalarını nəzərdə tutan İV bölməsinin “Kreditin məbləği, verilməsi və qaytarılması, Kredit məbləğinə hesablanan faizlərin miqdari və ödənilməsi şərtləri”ni müəyyən edən 3.8-ci bəndinə əsasən, Müştərinin Bank qarşısında mövcud bir neçə pul öhdəlikləri ilə bağlı Banka edilən hər hansı bir ödəniş tələblərin müddəti nəzərə alınmaqla ilkin olaraq hər öhdəlik üzrə cərimə (peniya) faizlərinin, sonra kredit faizlərinin, sonra əsas borc və son olaraq Overdraft üzrə öhdəliklərin (mövcud olduğu təqdirdə) silinməsinə yönəldilir. X8 “Kredit (Maliyyələşdirmə)” ilə bağlı müddəalarını nəzərdə tutan İV bölməsinin “Kreditin məbləği, verilməsi və qaytarılması, Kredit məbləğinə hesablanan faizlərin miqdari və ödənilməsi şərtləri”ni müəyyən edən 3.11-ci bəndinə əsasən, Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. İş materiallarında olan 29 mart 2022-ci il tarixli DG**********230 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti – “Bank”, X4 – “Zamin” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən X4 “zamin” olaraq borcalan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Bank xidmətlərinin göstərilməsinə dair” X10 çərçivəsində 31 mart 2022-ci il tarixli DC00425921-02 nömrəli “Maliyyələşdirmə üçün Ərizə" əsasında alınan kredit üzrə Bank qarşısında öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 22 iyun 2024-cü il tarixli PB/PBİ- OUT-00410-2023/14 nömrəli Maliyyə Arayışında 13 iyun 2023-cü il tarixinə 31 mart 2022ci il tarixli DC00425921-02 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” üzrə borcalan "xxxx" MMC-nin borcverən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 26618,11 manat məbləğində əsas borc, 9182,63 manat faiz borcu və 1019,77 manat məbləğində cərimə borcu olmaqla, cəmi 36820,51 (otuz altı min səkkiz yüz iyirmi manat 51 qəpik) manat məbləğində borcunun (gecikmə günün sayı – 405) olduğu göstərilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 12 oktyabr 2023-cü il tarixli PB/BPŞ- OUT-01215-2023 nömrəli Maliyyə Arayışında isə 12 oktyabr 2023-cü il tarixinə 31 mart 2022-ci il tarixli DC00425921-02 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” üzrə borcalan "xxxx" MMC-nin borcverən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 26618,11 manat məbləğində əsas borc, 7075,66 manat faiz borcu və 1834,35 manat məbləğində cərimə borcu olmaqla, cəmi 35528,12 (otuz beş min beş yüz iyirmi səkkiz manat 12 qəpik) manat məbləğində borcunun (gecikmə günün sayı – 526) olduğu göstərilmişdir. Yuxarıda təsvir olunanlardan görünür ki, 31 mart 2022-ci il tarixli DC00425921-02 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” əsasında verilmiş kredit müvafiq qaydada qaytarılmadığı üçün krediti vermiş Bank tərəfindən borcalan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 oktyabr 2023-cü il tarixə 26618,11 manat məbləğində əsas borcunun, 7075,66 manat faiz borcunun və 1834,35 manat məbləğində cərimə borcunun olduğu müəyyən edilmiş və həmin borcun cavabdehlərdən (borcalan "xxxx" MMC-dən və zamin X1) müştərək qaydada tutulması üçün iddia ərizəsi və “iddia tələbinin həcminin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət olunmuşdur. Lakin, cavabdeh və eyni zamanda, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X2 vəsatəti əsasında mübahisənin obyektiv həlli məqsədi ilə 31 mart 2022-ci il tarixli DC00425921-02 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” üzrə tələb edilən borcun düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi üçün məhkəmənin 30 noyabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək ekspertiza keçirilmişdir. Həmin məhkəmə-mühasibatlıq ekspertizasının 22 yanvar 2024-cü il tarixli 9/9809 nömrəli Ekspert Rəyində göstərilmişdir ki, kredit verən "xxxx" ASC ilə kredit alan "xxxx" MMC arasında imzalanmış 31 mart 2022ci il tarixli DC00425921-02 nömrəli Maliyyələşdirmə üçün ərizəyə əsasən ekspert qarşısında qoyulmuş sual üzrə 22 iyun 2023-cü il tarixinə və 16 oktyabr 2023-cü il tarixinə cavabdeh "xxxx" MMC-nin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən edilir: 22 iyun 2023-cü il tarixinə - əsas borc üzrə 26618,11 manat və faiz borcu üzrə 4636,83 manat; 16 oktyabr 2023-cü il tarixinə - əsas borc üzrə 26618,11 manat və faiz borcu üzrə 6069,77 manat. Ancaq, iddiaçı tərəf həmin Ekspert Rəyi ilə razılaşmayaraq, “təkrar məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsi” barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 22 fevral 2024-cü il tarixli e-2-2(119)- 48/2024 nömrəli qərardadı ilə iddiaçının həmin vəsatəti qismən təmin edilərək, iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və mübahisənin obyektiv həlli və ziddiyyətli halların aradan qaldırılması məqəsədilə iş üzrə əlavə ekspertiza keçirilmişdir. İş materiallarında olan əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 17 iyul 2024-cü il tarixli 9/1950 nömrəli Ekspert Rəyində göstərilmişdir ki, kredit verən "xxxx" ASC ilə kredit alan "xxxx" MMC arasında imzalanmış 31 mart 2022-ci il tarixli DC00425921-02 nömrəli Maliyyələşdirmə üçün Ərizəyə əsasən ekspert qarşısında qoyulmuş sual üzrə 22 iyun 2023-cü il tarixinə və 16 oktyabr 2023-cü il tarixinə cavabdeh "xxxx" MMC-nin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən edilir: - 1) 22 iyun 2023-cü il tarixinə - əsas borc üzrə 26618,11 manat və faiz borcu üzrə 4636,83 manat; 2) 16 oktyabr 2023-cü il tarixinə - əsas borc üzrə 26618,11 manat və faiz borcu üzrə 6069,77 manat. Yəni, həmin ekspert Rəyi ilə müəyyən olunmuşdur ki, məlum kredit üzrə borcalan "xxxx" MMC-nin 16 oktyabr 2023-cü il tarixinə 26618,11 manat məbləğində əsas borcu və 6069,77 manat məbləğində faiz borcu olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, iş materialları ilə müəyyən edilir ki, borcalan (cavabdeh) "xxxx" MMC və zamin (cavabdeh) X4 müvafiq olaraq 18 mart 2022-ci ildə “Bank xidmətlərinin göstərilməsinə dair X6 14 iyun 2021-ci il tarixli 1.0.4 nömrəli Versiyasının şərtlərini qəbul etməsi” barədə OnGTC-06926LE/2019 nömrəli Razılaşmanı, 31 mart 2022-ci il tarixli DC00425921-02 nömrəli “Maliyyələşdirmə üçün Ərizə”ni və 29 mart 2022-ci il tarixli DG**********230 nömrəli Zaminlik Müqaviləsini bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, borcverən "xxxx" ASC-yə ödənilməli olan əsas və faiz borcunu müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və bununla da, onlar borcverən "xxxx" ASC-dən alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X4 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı "xxxx" ASC tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı və iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən isə 1 (bir) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (ilkin mediasiya sessiyasında cavabdeh və eyni zamanda cavabdeh "xxxx" MMC-nin qanuni təmsilçisi (direktoru) olan X4 iştirak etmişdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, təsvir olunanlara əsasən müəyyən olunur ki, borcalan "xxxx" MMC 31 mart 2022-ci il tarixli DC00425921-02 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən, həmin Müqavilə üzrə yaranmış borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Lakin, 31 mart 2022ci il tarixli DC00425921-02 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” üzrə cavabdehlər "xxxx" MMC-dən və X1 müştərək qaydada tutulmalı olan əsas borcun və faiz borcunun məbləğləri müəyyən edilərkən - iş üzrə keçirilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 17 iyul 2024-cü il tarixli 9/1950 nömrəli Ekspert Rəyi mötəbər sübut olaraq nəzərə alınmalı və 31 mart 2022-ci il tarixli DC00425921-02 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” üzrə həmin Ekspertiza Rəyi ilə 16 oktyabr 2023-cü il tarixə müəyyən edilmiş "26618,11 manat miqdarında əsas borc və 6069,77 manat miqdarında faiz borcu” cavabdehlər "xxxx" MMC-dən və X1 müştərək qaydada tutulmalıdır. Eləcə də, işin hallarına əsasən məhkəmə hesab edir ki, iddianın "1834,35 manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və X1 müştərək qaydada cəmi 1000 (min) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan əlavə, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği azaldılarkən digər hallarla yanaşı, məhkəməyə müraciət olunanadək məlum kredit üzrə ödənmiş pul vəsaitlərindən cərimə ödənişi üzrə də silinmələrin aparılması nəzərə alınmalıdır. Həmçinin, iddia tələbi “mediasiya prosesi ilə əlaqədar ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutulması” hissəsində isə qismən təmin edilməli və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, cavabdehlər "xxxx" MMC-dən və X1 müştərək qaydada iddiaçının xeyrinə mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının 100 (yüz) manat hissəsi tutulmalıdır. Çünki, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında təşkil olunmuş ilkin mediasiya sessiyasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ilə yanaşı, cavabdeh və eyni zamanda, cavabdeh "xxxx" MMC-nin qanuni təmsilçisi (direktoru) X4 da iştirak etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və X1 müştərək qaydada 31 mart 2022-ci il tarixli DC00425921-02 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” üzrə 26618,11 manat məbləğində əsas borc, 6069,77 manat məbləğində faiz borcu, 1000 manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 100 manat hissəsi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən 1 (bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və X1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaiti isə cavabdehlər "xxxx" MMC-dən və X1 müştərək qaydada dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə Bundan əlavə, hazırkı iddia tələbinin təmin olunmuş hissəsi üzrə hesablanan 191,06 (yüz doxsan bir manat 06 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 190,06 (yüz doxsan manat 06 qəpik) manat məbləğində (191,06 manat – 1 manat = 190,06 manat) pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi cavabdehlərdən müştərək qaydada dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və X1 müştərək qaydada 31 mart 2022-ci il tarixli DC00425921-02 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” üzrə 26618,11 (iyirmi altı min altı yüz on səkkiz manat 11 qəpik) manat məbləğində əsas borc, 6069,77 (altı min altmış doqquz manat 77 qəpik) manat məbləğində faiz borcu, 1000 (min) manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 100 (yüz) manat hissəsi və 1 (bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 33788,88 (otuz üç min yeddi yüz səksən səkkiz manat 88 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və X1 müştərək qaydada dövlət rüsumunun qalığı kimi 190,06 (yüz doxsan manat 06 qəpik) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və X1 müştərək qaydada dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-48/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-48/2024
14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver