Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-48/2025 12.09.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı cavabdehlər Yüzbaşiyev Mehman Əhəd oğluna və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1744,31 (min yeddi yüz qırx dörd manat otuz bir qəpik) manat məbləğində əsas borc, 1506,86 (min beş yüz altı manat səksən altı qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 3251,17 (üç min iki yüz əlli bir manat on yeddi qəpik) manat məbləğində borcun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi, cavabdehlər Yüzbaşiyev Mehman Əhəd oğluna və Yuzbaşiyeva Könül Heybət qızına məxsus Qobustan rayonu, Şıxzərli kəndində yerləşən fərdi yaşayış evinin 0,0385 ha həyətyanı torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 15000 (on beş min) manat dəyərində müəyyən edilməsi, borc tələbinin ipoteka qoyulmuş cavabdehlər Yüzbaşiyev Mehman Əhəd oğluna və Yuzbaşiyeva Könül Heybət qızına məxsus Qobustan rayonu, Şıxzərli kəndində yerləşən fərdi yaşayış evi 0,0385 ha həyətyanı torpaq sahəsi ilə birlikdə yönəltməklə, həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 3251,17 (üç min iki yüz əlli bir manat on yeddi qəpik) manat məbləğin və ödənilmiş 52,51 (əlli iki manat əlli bir qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Şamaxı filialı ilə Qobustan rayonu, Şıxzərli kənd sakini Yüzbaşiyev Mehman Əhəd oğlu arasında bağlanmış 06 noyabr 2015-ci il tarixli 900 saylı kredit müqaviləsinə əsasən Yüzbaşiyev Mehman Əhəd oğluna damazlıq qoyunların alınması məqsədilə 36 ay müddətinə illik 6%-lə 8000 (səkkiz min) manat kredit verilmişdir. Yuxarıda qeyd olan kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Yüzbaşiyev Mehman Əhəd oğluna və Yuzbaşiyeva Könül Heybət qızına məxsus olan Qobustan rayonu, Şıxzərli kəndində yerləşən fərdi yaşayış evi 0,0385 ha həyətyanı torpaq sahəsi ilə birlikdə ipoteka qoyulmuş və bununla bağlı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Şamaxı filialı ilə ipotekaqoyan arasında 10 noyabr 2015-ci il tarixli 900 saylı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və İddiaçı SKT-nın Şamaxı filialının girovları kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən Dövlət qeydiyyatına alınmışdır. Cavabdeh Yüzbaşiyev Mehman Əhəd oğlu ilə bağlanmış kredit müqaviləsinin 6.5-ci və 7.2-ci bəndinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürür. İpoteka müqaviləsinin 3-cü bəndinə əsasən tərəflər arasında tərtib olunmuş ipoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən əmlakının razılaşdırılmış dəyəri 15000,0 (on beş min) manat müəyyən edilir. Cavabdeh Yüzbaşiyev Mehman Əhəd oğlu tərəfindən 06 iyun 2014-cü il tarixli 900 saylı kredit müqaviləsinə əsasən 8000 manat əsas borc və ona hesablanmış cəmi 2531,83 manat faiz borcu qrafika uyğun ödənilməli olduğu halda, həmin şərtlərə əməl edilməmişdir. Cavabdeh Yüzbaşiyev Mehman Əhəd oğlunun əsas borcu 1744,31 manat, faiz borcu 1506,86 manat, cəmi borc 3251,17 (üç min iki yüz əlli bir manat on yeddi qəpik) manat təşkil edir. Borcun ödənilməsi barədə cavabdehə müraciət olunmasına, iddiaçı tərəfindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamış, borc ödənilməmiş qalmışdır.
3. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
4. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
7. Belə ki, iş materiallarında olan borcverən İddiaçı Səhmdar Kredit Təşkilatı ilə borcalan Cavabdeh2 arasında bağlanmış 06 noyabr 2015-ci il tarixli, 900 nömrəli kredit müqaviləsinə əsasən bu müqavilənin şərtləri ilə borcverən borcalana pul vəsaitinin borc verilməsini, borcalan isə alınmış vəsaitin və ona hesablanmış faizlərin ödənilməsini öz öhdəsinə götürür.
8. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən borcverən İddiaçı Səhmdar Kredit Təşkilatı tərəfindən borcalan Cavabdeh2 heyvandarlıq məqsədilə 36 ay müddətinə, illik 6 % dərəcəsi ilə 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir.
9. İş materiallarında olan 1 nömrəli ödəniş cədvəlinə əsasən borcalan Cavabdeh2 kredit təşkilatına olan borcunun son ödəniş tarixi 2018-ci ilin noyabr ayı olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planını borcalan Cavabdeh2 imzası ilə təsdiq etmişdir.
10. İş materiallarında olan ipoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə ipoteka qoyan Cavabdeh1, ipoteka qoyan- borc alan Cavabdeh2 arasında bağlanmış 10 noyabr 2015-ci il tarixli 900 nömrəli ipoteka müqaviləsinə əsasən kredit (faizlə) qaytarılana qədər 06 noyabr 2015-ci il tarixli, 900 nömrəli krеdit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyan ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus olan Qobustan rayonu, Şıxzərli kəndində yerləşən fərdi yaşayış evini (0,0385 ha torpaq sahəsi ilə birlikdə) ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etməyi öz öhdəsinə götürmüşdür.
11. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Qobustan rayonu, Şıxzərli kəndində xüsusi mülkiyyətdə olan 0,0385 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Cavabdeh2nın və Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmışdır.
12. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh2 və Cavabdeh1 məxsus Qobustan rayonu, Şıxzərli kəndində yerləşən fərdi yaşayış evi (0,0385 ha torpaq sahəsi ilə birlikdə) İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Şamaxı filialının xeyrinə ipoteka ilə yüklü edilmiş, əsas öhdəliyin mahiyyəti kimi 06 noyabr 2015-ci il tarixli, 900 nömrəli kredit müqaviləsi göstərilmişdir.
13. İş materiallarında olan məhkəmə-mühasibat ekspertizasının 18 sentyabr 2024-cü il tarixli 9/6293 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh2 06 noyabr 2015-ci il tarixli, 900 nömrəli kredit müqaviləsi üzrə müqavilə müddətinin bitmə tarixinə, yəni 06 noyabr 2018-ci il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməli olan əsas borcu 1697,76 manat və faiz borcu 19,24 manat, 17 iyul 2024-cü il əsas borcu 1697,76 manat və faiz borcu 19,24 manat kimi müəyyən edilmişdir.
14. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 may 2025-ci il tarixli 10/8525, 9/8900 nömrəli ekspert rəyində göstərilir ki, Qobustan rayonu, Şıxzərli kəndində yerləşən fərdi yaşayış evinə yaxın ərazilərdə yerləşən analoji fərdi yaşayış evləri barədə məlumat olmadığından, sözügedən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi ilə mövcud orta bazar və likvid qiymətini müəyyən etmək mümkün olmamışdır.
15. İş materiallarında olan 07 iyul 2025-ci il tarixli, 460/E nömrəli mütəxəssis rəyinin nəticə hissəsində göstərilir ki, 10 noyabr 2015-ci il tarixli 900 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş ipoteka qoyan Yüzbaşiyev Mehman Əhəd oğluna və ipoteka qoyan Cavabdeh1 məxsus Qobustan rayonu, Şıxzərli kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,0385 ha həyətyanı torpaq sahəsi ilə birlikdə likvid qiyməti 23400 (iyirmi üç min dörd yüz) manat və real bazar dəyəri 26000 (iyirmi altı min) manat müəyyən edilmişdir. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
18. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
19. Mülki Məcəllənin 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
21. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, borcverən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini borcalan Cavabdeh2 vermişdir. Lakin Cavabdeh2 06 noyabr 2015-ci il tarixli, 900 nömrəli kredit müqaviləsini bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməli olan əsas və faiz borclarını müvafiq qaydada ödəməmiş, bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Ona görə də həmin kredit müqaviləsi üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin müqavilə üzrə yaranmış borc Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır.
22. Məhkəmə qeyd edir ki, 06 noyabr 2015-ci il tarixli, 900 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən məhkəməmühasibatlıq ekspertizasının 18 sentyabr 2024-cü il tarixli 9/6293 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalıdır. Belə ki, iddia tələbində 02 iyun 2023-cü il tarixinə hesablanaraq tələb edilən 1744,31 manat məbləğində əsas borc 18 sentyabr 2024-cü il tarixli 9/6293 nömrəli ekspert rəyi ilə təsdiq olunmur. Buna görə də, həmin ekspert rəyi mötəbər sübut kimi nəzərə alınmalı və Cavabdeh2 iddiaçının xeyrinə ekspert rəyində qeyd edilən 1697,76 manat məbləğində əsas borc tutulmalıdır.
23. İddia tələbinin “1506,86 manat məbləğində faiz borcunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, 06 noyabr 2015-ci il tarixli, 900 nömrəli kredit müqaviləsinin müddəti 06 noyabr 2018-ci il tarixində bitmişdir. Konstitusiya Məhkəməsinin qərarında olan hüquqi mövqeyə görə kredit müddəti başa çatdıqdan sonrakı dövr üzrə cavabdehlərdən tutulmalı olan faiz borcu kredit müqaviləsində göstərilən illik faiz dərəcəsi ilə deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsi ilə hesablanmalıdır.
24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
26. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən 18 sentyabr 2024-cü il tarixli 9/6293 nömrəli ekspert rəyi mötəbər sübut kimi əsas götürülərək 06 noyabr 2015-ci il tarixli, 900 nömrəli kredit müqaviləsi üzrə kredit müddətinin başa çatma tarixinə, yəni 06 noyabr 2018-ci il tarixinə hesablanmış 19,24 manat məbləğində faiz borcu Cavabdeh2 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməlidir. Qeyd olunur ki, iddiaçı tərəfindən iddia ərizəsində kredit müqaviləsinin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz ödənilməsi tələb edilməmişdir.
27. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
28. Həmin Məcəllənin 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
29. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
30. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; - 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;
31. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: - 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; - 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx.xx.2020-ci il tarixli qərardadında göstərilir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
28. Göründüyü kimi, kredit müqaviləsi üzrə Cavabdeh2 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə iddiaçı ipoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə ipoteka qoyan Cavabdeh1, ipoteka qoyan- borc alan Cavabdeh2 arasında bağlanmış 10 noyabr 2015-ci il tarixli 900 nömrəli ipoteka müqaviləsinə əsasən Qobustan rayonu, Şıxzərli kəndində yerləşən fərdi yaşayış evini (0,0385 ha torpaq sahəsi ilə birlikdə) ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317, 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur.
29. Məhkəmə iddia tələbinin “Qobustan rayonu, Şıxzərli kəndində yerləşən fərdi yaşayış evinin 0,0385 ha həyətyanı torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 15000 (on beş min) manat dəyərində müəyyən edilməsi” hissəsi ilə bağlı hesab edir ki, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilərkən keçirilmiş mütəxəsis tədqiqatının nəticəsi olaraq verilmiş rəyi nəzərə alınmalı, ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiyməti 23400 (iyirmi üç min dörd yüz) manat göstərilməlidir.
35. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
37. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. İddia tələbinin “52,51 (əlli iki manat əlli bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbinin təmin olunmuş hissəsinə uyğun hesablanmış 37,17 (otuz yeddi manat on yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdеh Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulmalıdır.
39. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
40. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 1697,76 (min altı yüz doxsan yeddi manat yetmiş altı qəpik) manat məbləğində əsas bоrc, 19,24 (on doqquz manat iyirmi dörd qəpik) manat məbləğində faiz borcu, 37,17 (otuz yeddi manat on yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1754,17 (min yeddi yüz əlli dörd manat on yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulmalı, Cavabdeh2 tutulmalı olan cəmi 1754,17 (min yeddi yüz əlli dörd manat on yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş Qobustan rayonu, Şıxzərli kəndində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0385 ha həyətyanı torpaq sahəsinə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına olan cəmi 1754,17 (min yeddi yüz əlli dörd manat on yeddi qəpik) manat məbləğində borc ödənilməli, Qobustan rayonu, Şıxzərli kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,0385 ha həyətyanı torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 23400 (iyirmi üç min dörd yüz) manat müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir.
41. İş materiallarınan görünür ki, mütəxəssis xidmətinin qiymətləndirmə xərci olan 250 (iki yüz əlli) manat məbləğində xidmət haqqı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Buna görə də iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində pul vəsaitinin əvəzi Cavabdeh2 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməlidir.
42. Bundan başqa iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq X1 ödənilməlidir.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh2 1697,76 (min altı yüz doxsan yeddi manat yetmiş altı qəpik) manat məbləğində əsas bоrc, 19,24 (on doqquz manat iyirmi dörd qəpik) manat məbləğində faiz borcu, 37,17 (otuz yeddi manat on yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1754,17 (min yeddi yüz əlli dörd manat on yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulsun. Cavabdeh2 tutulmalı olan cəmi 1754,17 (min yeddi yüz əlli dörd manat on yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş Qobustan rayonu, Şıxzərli kəndində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0385 ha həyətyanı torpaq sahəsinə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına olan cəmi 1754,17 (min yeddi yüz əlli dörd manat on yeddi qəpik) manat məbləğində borc ödənilsin. Qobustan rayonu, Şıxzərli kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,0385 ha həyətyanı torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 23400 (iyirmi üç min dörd yüz) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq X1 ödənilsin. İş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən İslam Əliyev