Məhkəmə qərarları › İş №e-2-2(119)-489/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-489/2025

23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-489/2025 23.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1386,97 (min üç yüz səksən altı manat doxsan yeddi qəpik) manat məbləğində əsas borc, 112,73 (yüz on iki manat yetmiş üç qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 1499,70 (min dörd yüz doxsan doqquz manat yetmiş qəpik) manat məbləğində borcun və 35 (otuz beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə sahibkar olan fiziki şəxs (VÖEN **********) Cavabdeh arasında bağlanmış 28 mart 2024-cü il tarixli 444750-CNS-53904 saylı kredit müqaviləsinə əsasən cavabdehə dövriyyə vəsaitlərinin artırılması üçün illik 20 faiz hesablanması şərti ilə 12 ay müddətinə 2300 manat məbləğində kredit verilərək kart hesabına köçürülmüşdür. Lakin borclu Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini 30 sentyabr 2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 1499,70 (min dörd yüz doxsan doqquz manat yetmiş qəpik) manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə iddiaçı tərəfindən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da, qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə2 19 fevral 2025-ci il tarixdə məhkəməyə etiraz ünvanlayaraq bank işçiləri tərəfindən yol verilmiş qanunsuz hallara hüquqi qiymət verilməsi və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “borcun tutulması” tələbi barədə iddia tələbinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı 28 mart 2024-cü il tarixində hüquqlarını müdafiə etdiyi oğlu Cavabdeh Yəhya oğlunun fərdi sahibkarlıqla məşğul olduğu mağazaya yaxınlaşaraq oğlunun həmin tarixə qədər “Mərkəzləşdirilmiş Kredit Reyestri“ndə aydın görünən və müsbət olmayan kredit tarixçəsini, mövcud kredit öhdəliklərini və bank risklərini nəzərə almayaraq əlavə qazanc əldə etmək məqsədilə ("xxxx" ASC hesab nömrəsi: BRCB4234187B299 xx.xx.2023-cü il tarixli kredit kartında yaranan borcu, "xxxx" ASC hesab nömrəsi: AZ95UBAZ**********1240AZN***-******* xx.xx.2024 tarixli böyük məbləğdə kredit öhdəliyinin olmasını, "xxxx" QSC hesab nömrəsi: ***-***-**-**- **********35202 xx.xx.2019cu il tarixli problemli kreditinin olmasını və s.) kredit təklif etmişlər. Ciddi maddi sıxıntıları olan cavabdeh bu təklifdən səmərəli şəkildə yararlanmağa çalışmışdır. Lakin icarə haqqı, kommunal, vergi ödənişləri, məcburi ayırmalar və s. yüksək məbləğdə olduğundan cavabdeh külli miqdarda ziyana məruz qalmışdır. O, mövcud vəziyyətin daha ağırlaşdığını qiymətləndirərək sahibkarlıq fəaliyyətini dayandırmışdır. Cavabdeh orta təhsillidir, heç bir peşəsi yoxdur. Hərbi xidmətdən sonra ancaq xırda pərakəndə ticarətlə məşğul olmuşdur. Hal-hazırda isə işaxtaran kimi Sumqayıt Şəhər Məşğulluq mərkəzində qeydiyyatdadır. Sumqayıt Kommersiya Məhkəməsinin 20 fevral 2025-ci il tarixli e-2-2(119)-489/2025 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti 23 aprel 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirib etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28 mart 2024-cü il tarixli 444750-CNS-53904 nömrəli birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizə-razılaşmasına əsasən əsasən dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) məqsədilə Cavabdeh illik faiz dərəcəsi 20 % olmaqla 12 ay müddətinə 2300 (iki min üç yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə tədim edilmiş maliyyə arayışından görünür ki, borcalan Cavabdeh oğlunun 28 mart 2024-cü il tarixli 444750-CNS-53904 nömrəli kredit müqaviləsi üzrə 13 yanvar 2025-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 1386,97 (min üç yüz səksən altı manat doxsan yeddi qəpik) manat məbləğində əsas borc, 112,73 (yüz on iki manat yetmiş üç qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 1499,70 (min dörd yüz doxsan doqquz manat yetmiş qəpik) manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə 15 yanvar 2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərilərək həmin tarixə 1386,97 (min üç yüz səksən altı manat doxsan yeddi qəpik) manat məbləğində əsas borc, 112,73 (yüz on iki manat yetmiş üç qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 1499,70 (min dörd yüz doxsan doqquz manat yetmiş qəpik) manat məbləğində borcu olduğu bildirilmiş, borcun 3 iş günü ərzində qaytarılması, əks təqdirdə bank tərəfindən öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə borcun ödənilməsi üçün qanunvericiliyin tələbinə uyğun tədbirlər görüləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh 28 mart 2024-cü il tarixli 444750-CNS-53904 saylı kredit müqaviləsini imzalayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan borcunu müvafiq qaydada ödəməmişdir. Bununla da, cavabdeh iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh 1386,97 (min üç yüz səksən altı manat doxsan yeddi qəpik) manat məbləğində əsas borc və 112,73 (yüz on iki manat yetmiş üç qəpik) manat məbləğində faiz borcunun tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “35 (otuz beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 03 fevral 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 35 (otuz beş) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 1386,97 (min üç yüz səksən altı manat doxsan yeddi qəpik) manat məbləğində əsas borc, 112,73 (yüz on iki manat yetmiş üç qəpik) manat məbləğində faiz borcu və 35 (otuz beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1534,7 (min beş yüz otuz dörd manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1386,97 (min üç yüz səksən altı manat doxsan yeddi qəpik) manat məbləğində əsas borc, 112,73 (yüz on iki manat yetmiş üç qəpik) manat məbləğində faiz borcu və 35 (otuz beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1534,7 (min beş yüz otuz dörd manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar