Məhkəmə qərarları › İş №e-2-2(119)-49/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-49/2024

16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-49/2024 16.01.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X5 qızının katibliyi, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 19 sentyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 qarşı "borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 011R********** saylı Krеdit Razılaşması üzrə 3348,07 manat məbləğində krеdit bоrcunun, 387,94 manat məbləğində faiz bоrcunun və 159,93 manat məbləğində cərimə borcunun, cavabdеhlər Cavabdeh3 və Cavabdeh1 isə müştərək qaydada 011A********** saylı Krеdit Müqaviləsi üzrə 5235,12 manat məbləğində krеdit bоrcunun, 921,29 manat məbləğində faiz bоrcunun və 308,1 manat məbləğində cərimə bоrcunun, habelə 200 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, kredit alan Cavabdeh3 kredit verən "xxxx" QSC ilə bağladığı 28 avqust 2014-cü il tarixli 11L000005543 saylı Krеdit Xətti Müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Bu Müqaviləyə əsasən Kredit alana vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit Razılaşması ilə müəyyən оlunur. Kredit alan Cavabdeh3 kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən 11 iyun 2021-ci il tarixli 011R********** saylı Kredit Razılaşması əsasında aylıq faiz dərəcəsi 2,0833% оlmaqla 24 ay müddətinə və Ödəniş Planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 (yeddi min) manat məbləğində kredit götürmüşdür. Lakin, Kredit alan həmin Kredit Razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit bоrcu və faiz bоrcundan ibarət оlmaqla, ödəməli оlduğu vəsaitləri 13 sentyabr 2022-ci il tarixdən Banka qaytarmamışdır. Borcalan Cavabdeh3 götürdüyü həmin krеdit bоrcundan 3651,93 manat ödəmiş olsa da, onun 3348,07 manat məbləğində əsas kredit borcu qalmışdır. Kredit Razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu Kredit Razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, borcalan Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla, ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 25 aprel 2023-cü il tarixə 220 gün üçün hesablanmış faiz borcu 387,94 manat təşkil edir. Krеdit Razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borcalan Ödəniş Planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda, hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 25 aprel 2023-cü il tarixə 220 gün üçün hеsablanmış cərimə 159,93 manat təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh3 "xxxx" QSC ilə bağladığı 10 fevral 2022-ci il tarixli 011A********** saylı krеdit müqaviləsi əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% оlmaqla və Ödəniş Planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6500 (altı min beş yüz) manat məbləğində krеdit götürmüşdür. Kredit alan Cavabdeh3 həmin krеdit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq, krеdit müqaviləsi üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla, ödəməli оlduğu vəsaitləri 23 avqust 2022-ci il tarixdən Banka qaytarmamışdır. Krdeit alan Cavabdeh3 götürdüyü krеdit bоrcundan 1264,88 manat ödəmiş və onun 5235,12 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, kredit alan Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla, ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 05 iyun 2023-cü il tarixə 284 gün üçün hesablanmış faiz borcu 921,29 manat təşkil edir. Krеdit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun оlaraq borclu Ödəniş Planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda, hər gеcikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 05 iyun 2023-cü il tarixə 284 gün üçün hеsablanmış cərimə 308,1 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Krеdit xətti müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 zaminlik müqavilələrinə əsasən Bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən krеdit хətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və krеdit хətti müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Hazırki mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən mediasiya təşkilatına və pretenziya qaydasında cavabdehlərə müraciət olunmasına baxmayaraq, borc ödənməmiş və mübahisənin məhkəmədən kənar və yaxud mediasiya qaydasında həll edilməsi mümkün olmamışdır. Mediasiya xərci olaraq İddiaçı QSC tərəfindən 200 manat məbləğində mediasiya haqqı ödənilmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək Cavabdeh4 tərəfindən 19 sentyabr 2023-cü ildə məhkəmənin dəftərxanası vasitəsi ilə məhkəməyə iddia tələbinə qarşı yazılı Etiraz təqdim edilərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 qarşı “borcun tutulması” barədə iddia tələbinin borcalan Cavabdeh3 ailə üzvlərinə yönəldilməsi haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, o, 11 iyun 2021-ci il tarixli 011R********** saylı kredit razılaşması əsasında 24 ay müddətində Cavabdeh3 7000 (yeddi min) manat kredit ayrılarkən zamin durmuşdur. Həmin müddətdə Cavabdeh3 kredit öhdəliyini yerinə yetirməməsi barədə Bank tərəfindən ona heç bir məlumat verilməmişdir. Bildiyinə görə 10 fevral 2022-ci il tarixədək Cavabdeh3 kredit borcunu ödəyirdi. İndi məlum olur ki, Daşqın heç də kredit borclarını vaxtlıvaxtında ödəyə bilməmişdir. Belə olan halda, kredit öhdəliyini yerinə yetirə bilməyən şəxsə Bankın 10 fevral 2022-ci il tarixli 011A********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 yenidən 6500 manat məbləğində kredit verilmişdir. Lakin o, bu kreditə zamin durmamışdır. Bank öz marağına görə yüksək faizlə kreditorları özündən asılı edərək, heç də kreditlərin vaxtında qaytarılmasında maraqlı deyil. Belə olmasaydı, birinci kredit borcunu ödəyə bilməyən şəxsə ikinci krediti niyə verirdi ? Bank işçisi yaxşı bilir ki, həmin borclunun girov müqabilində daşınar və daşınmaz əmlakı mövcuddur və həmin əmlakların adlı siyahısı bankda mövcuddur. Borclu Cavabdeh3 rayonda tanınmış dəmirçilərdən biridir. Avtomaşınların keyfiyyətlə dəmir işlərini, boya və dizayn işlərini görür. Aylıq gəliri də Banka məlumdur. Hal-hazırda özü və oğlu paytaxtda həmin işləri davam etdirir. Həyat yoldaşı Mərkəzi Xəstəxanada işləyir. Bank istəsəydi, tələbi həmin kreditlərə zamin olan Daşqının həyat yoldaşı Cavabdeh5 yönəldərdi. Bildiyinə görə Cavabdeh5 500 manat əmək haqqı alır. Bank bilərəkdən dolayı yol seçərək, kreditin qaytarılmasını asan yolla həll etmək əvəzinə, zaminlərə məhkəmə işi açmaq istəyir. Cavabdeh3 sağ və salamatdır. Borcu ödəməyə hər cür maddi imkanı və əmlakı vardır. Bank isə Borcalana qarşı borcu ödətdirmək vasitələrindən istifadə etmir. Ola bilər ki, Bank Borcalanla «sövdələşib», borcu zaminlərin hesabına bağlamaq istəyir. O, təqaüdçü adamdır, aldığı təqaüdlə ailəni və kommunal xərclərini birtəhər ödəyərək güclə dolanır. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək Cavabdeh1 tərəfindən 09 oktyabr 2023-cü ildə məhkəmənin dəftərxanası vasitəsi ilə məhkəməyə iddia tələbinə qarşı yazılı Etiraz təqdim edilərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 qarşı “borcun tutulması” barədə iddia tələbinin ona aid olan hissəsində təmin edilməməsi haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, borcalan Cavabdeh3 ilə onun uzun müddət tanışlığı olmuşdur. Daşqın ona müraciət edib bildirmişdir ki, anası xəstə və yaşlı olduğundan, hal-hazırda pula ehtiyacı var və buna görə də Bankdan kredit pul almaq istədiyindən, ondan Bankda zamin durmağı xahiş etmişdi. Münasibətləri yaxşı olduğundan, onunla razılaşmışdır. Sonra da bildirdi ki, bankdan pul alandan sonra hər ay pulun banka tələb olunan qədər qaytarılmasında heç bir problem olmayacaq, onu və digər zaminləri incitməyəcəkdir. Maşın təmiri ilə məşğul olduğundan qazancı imkan verir ki, Bankın pulunu vaxtlı-vaxtında ödəsin. Lakin, bir müddət keçəndən sonra məlum oldu ki, o, bankın pulunu ödəmir. Sumqayıt Kommersiya Məhkəməsindən aldığı bildirişdən də məlum oldu ki, borclu banka pulu ödəmədiyindən, Bank «borcun tutulması» ilə məhkəməyə müraciət etmişdir. Bundan sonar o, başa düşdü ki, Cavabdeh3 onu aldatmışdır. Onu aldatmaq üçün əvvəlcədən fikri olmuşdur. Ona görə də inam və etibardan istifadə edərək Bankda zamin müqaviləsi bağlatdırmışdır. O, borcluya müraciət etdikdə isə bildirir ki, bu yaxın vaxtda bütün borcları ödəyib qurtaracağdır və Banka görə onu heç kim incitməyəcək. Onun ailəsi böyükdür, təsərrüfatı yoxdur, ailəsi 7 nəfərdən ibarətdir. Ailə tək onun aldığı pensiya ilə dolanır. Xəstə olduğudan başqa işdə işləyə bilmir. Həyat yoldaşı evdar qadındır. Uşaqları da azyaşlıdırlar. Maddi imkanı yaxşı olmadığından, bir zamin kimi borcalanın əvəzinə banka pul ödəyə bilməyəcəkdir. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək Cavabdeh2 tərəfindən 13 noyabr 2023-cü ildə Sumqayıt Kommersiya Məhkəməsinin elektron poçt ünvanı (e-mail) vasitəsi ilə məhkəməyə “iddia tələbinə qarşı” yazılı Etiraz təqdim edilərək (05 dekabr 2023-cü ildə və 16 yanvar 2024-cü ildə də eyni məzmunlu Etirazlar məhkəməyə təqdim olunmuşdur), İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 qarşı “borcun tutulması” barədə iddia tələbinin borcalan Cavabdeh3 ailə üzvlərinə yönəldilməsi haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, o, 11 iyun 2021-ci il tarixli 011R********** saylı kredit razılaşması əsasında 24 ay müddətində Cavabdeh3 7000 (yeddi min) manat kredit ayrılarkən zamin durmuşdur. Lakin, Borcalan tərəfindən kredit öhdəliyini yerinə yetirilməməsi barədə Bank tərəfindən ona heç bir məlumat verilməmişdir. Bildiyinə görə 10 fevral 2022-ci il tarixədək Cavabdeh3 kredit borcunu ödəyirdi. Lakin, indi məlum olur ki, Borcalan heç də kredit borclarını vaxtı-vaxtında ödəyə bilməmişdir. Belə olan halda, kredit öhdəliyini yerinə yetirə bilməyən şəxsə Bankın 10 fevral 2022-ci il tarixli 011A********** saylı kredit müqaviləsinə əsasən yenidən 6500 manat məbləğində kredit verilmişdir. O, bu kreditə zamin durmamışdır. Borclu Cavabdeh3 rayonda dəmirçi işləyir. O, rayonda tanınmış dəmirçilərdən biridir. Avtomaşınların keyfiyyətlə dəmir işlərini, “kraska” və dizayn işlərini görür və aylıq gəliri də Banka məlumdur. Hal-hazırda da özü və oğlu paytaxtda həmin işləri davam etdirir. Borcalanın həyat yoldaşı Cavabdeh5 Xaçmaz rayon Mərkəzi Xəstəxanasında işləyir və bildiyinə görə 500 manat əmək haqqı alır. Bank istəsəydi, tələbi həmin kreditlərə zamin olan Borcalanın həyat yoldaşına yönəldərdi. Lakin, Bank bilərəkdən dolayı yol seçərək, kreditin qaytarılmasını asan yolla həll etmək əvəzinə, zaminlərə məhkəmə işi açmaq istəyir. Borcalan Cavabdeh3 sağ və salamatdır və aldığı borcu ödəməyə hər cür imkanı vardır. Ola bilər ki, Bank Daşqınla sövdələşib, borcu zaminlərin hesabına bağlamaq istəyir. Ailəsi 4 nəfərdən ibarətdir və işləyən tək özüdür. Aldığı əmək haqqı ilə ailə və kommunal xərclərini ödəyir. İddiaçı QSC-nin nümayəndəsi tərəfindən 13 dekabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə Cavabdeh2 etirazına Münasibət təqdim edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş olunmuş və həmin “Münasibət” – 10 fevral 2022-ci il tarixli 011A********** nömrəli krеdit müqaviləsi üzrə yaranmış borcla bağlı Cavabdeh2 qarşı tələb yönəldilmədiyi, yalnız 11 iyun 2021-ci il tarixli 011R********** nömrəli krеdit razılaşması üzrə (yəni 7000 manatlıq kredit üzrə) cavabdeh qismində cəlb edilməsi, “etiraz”ın məzmunundan da bəlli olduğu kimi, həmin hissədə tərəflər arasında heç bir mübahisənin mövcud olmaması, eləcə də Cavabdeh4 mübasibətdə də iddiaçının tələbi yalnız 11 iyun 2021-ci il tarixli 011R********** nömrəli krеdit razılaşması (yəni 7000 manatlıq kredit) üzrə yaranmış borcla bağlı olması ilə əsaslandırılmışdır. İş üzrə keçirilən məhkəmə baxış iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdеhlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 11 iyun 2021-ci il tarixli 011R********** saylı krеdit razılaşması üzrə 3348,07 manat məbləğində krеdit bоrcu, 387,94 manat məbləğində faiz bоrcu və 159,93 manat məbləğində cərimə borcunun və cavabdеhlər Cavabdeh3 və Cavabdeh1 isə müştərək qaydada 10 fevral 2022-ci il tarixli 011A********** saylı krеdit müqaviləsi üzrə 5235,12 manat məbləğində krеdit bоrcu, 921,29 manat məbləğində faiz bоrcu və 308,1 manat məbləğində cərimə bоrcunun, eləcə də cavabdehlərdən müştərək qaydada 200 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 həmin məhkəmə baxış iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”ları və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 28 avqust 2014-cü il tarixli 11L000005543 nömrəli Kredit Xətti Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Kredit verən”, Cavabdeh3 (VÖEN **********) – “Kredit alan” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Bank bu Müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün (bundan sonra «Kredit» adlandırılacaq) Kredit Alana 30000 (otuz min) ABŞ dolları məbləğində Kredit Xəttini (bundan sonra «Kredit Xətti» adlandırılacaq) açır. Kreditlər tərəflər arasında «Kredit Razılaşması». «Bank qarantiyası verilməsi haqqında müqavilə» və «Akkreditiv açılması üçün razılaşma» formasında bağlanacaq aynca razılaşma (bundan sonra «Kredit Razılaşmaları») əsasında veriləcək. Bu müqavilə Bankın kredit vermək vədini ifadə etmir (1.1-ci bənd). Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqavilə və Kredit Razılaşmaları əsasında istənilən məbləğ 120 (yüz iyirmi) ay müddətinə, 28 avqust 2024-cü il tarixdən gec olmayaraq verilməlidir. İş materiallarında olan 28 avqust 2014-cü il tarixli 11L000005543 nömrəli Kredit Xətti Müqaviləsi əsasında bağlanmış 11 iyun 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşmasından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Kredit verən”, Cavabdeh3 – “Kredit alan” olmaqla bağlanmış həmin Razılaşmaya əsasən “fərdi mikro kredit” məqsədilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh3 (VÖEN **********) 24 ay müddətinə aylıq 2,0833 % dərəcəsi ilə 7000 (yeddi min) manat məbləğində kredit verilmişdir. Həmin Razılaşmanın 1.2-ci bəndinə əsasən, Kredit alan bu Kredit Razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş Ödəniş Planına («Ödəniş Planı») əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür. Həmin Razılaşmanın 4.2.2-ci bəndinə əsasən, Ödəniş Planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə bocludur. İş materiallarında olan 11 iyun 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşmasında göstərilən kreditin və ona hesablanmış faizlərin 11 iyun 2021-ci il tarixli Ödəniş Planından (Ödəniş Cədvəlindən) görünür ki, borcalan Cavabdeh3 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və hər ay üzrə müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Planını borcalan Cavabdeh3 imza etmişdir. X4 əsasən ödənişin son tarixi 13 iyun 2023-cü il müəyyən olunmuşdur. İş materiallarında olan 10 avqust 2023-cü il tarixli 8112 nömrəli Maliyyə Arayışından görünür ki, borcalan Cavabdeh3 11 iyun 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması üzrə 25 aprel 2023-cü il tarixə borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 3348,07 manat məbləğində əsas borc, 387,94 manat məbləğində faiz borcu və 159,93 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3895,94 manat məbləğində borcu vardır (cərimə hesablanmış gecikdirilən günlərin sayı: 220 gün). İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Bank”, Cavabdeh4 – “Zamin” olmaqla, bağlanmış 28 avqust 2014-cü il tarixli 11S000008038 nömrəli Zaminlik Müqaviləsinə əsasən, Cavabdeh4 “zamin” olaraq borcalan Cavabdeh3 28 avqust 2014-cü il tarixli 11L000005543 nömrəli Kredit Xətti Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Bank”, Cavabdeh2 – “Zamin” olmaqla, bağlanmış 19 mart 2018-ci il tarixli 011S**********01 nömrəli Zaminlik Müqaviləsinə əsasən, Cavabdeh2 “zamin” olaraq, borcalan Cavabdeh3 28 avqust 2014-cü il tarixli 11L000005543 nömrəli Kredit Xətti Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Bank”, Cavabdeh5 – “Zamin” olmaqla, bağlanmış 11 iyun 2021-ci il tarixli 011S**********01 nömrəli Zaminlik Müqaviləsinə əsasən Cavabdeh5 “zamin” olaraq, borcalan Cavabdeh3 28 avqust 2014-cü il tarixli 11L000005543 nömrəli Kredit Xətti Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 10 fevral 2022-ci il tarixli 011A********** nömrəli Krеdit Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Kredit verən”, Cavabdeh3 – “Kredit alan” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən “fərdi mikro kredit” məqsədilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh3 (VÖEN **********) 24 ay müddətinə aylıq 2,0833 % dərəcəsi ilə 6500 (altı min beş yüz) manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, Kredit alan bu Kredit Razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş Ödəniş Planına («Ödəniş Planı») əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür. Həmin Müqavilənin 4.2.3-cü bəndinə əsasən, Ödəniş Planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə bocludur. İş materiallarında olan 10 fevral 2022-ci il tarixli 011A********** nömrəli Krеdit Müqaviləsində göstərilən kreditin və ona hesablanmış faizlərin 10 fevral 2022-ci il tarixli Ödəniş Planından (Ödəniş Cədvəlindən) görünür ki, borcalan Cavabdeh3 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və hər ay üzrə müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Planını borcalan Cavabdeh3 imza etmişdir. X4 əsasən ödənişin son tarixi 21 fevral 2024-cü il müəyyən olunmuşdur. İş materiallarında olan Maliyyə Arayışından görünür ki, borcalan Cavabdeh3 10 fevral 2022-ci il tarixli 011A********** nömrəli Krеdit Müqaviləsi üzrə 05 iyun 2023-cü il tarixə borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 5235,12 manat məbləğində əsas borc, 921,29 manat məbləğində faiz borcu və 308,1 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6464,51 manat məbləğində borcu vardır (cərimə hesablanmış gecikdirilən günlərin sayı: 284 gün). İş materiallarında görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Bank”, Cavabdeh1 – “Zamin” olmaqla, bağlanmış 10 fevral 2022-ci il tarixli 011G**********01 nömrəli Zaminlik Müqaviləsinə əsasən, Cavabdeh1 “zamin” olaraq, borcalan Cavabdeh3 10 fevral 2022-ci il tarixli 011A********** nömrəli Krеdit Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Göründüyü kimi, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan (cavabdeh) Cavabdeh3 (VÖEN **********) 28 avqust 2014-cü il tarixli 11L000005543 nömrəli Kredit Xətti Müqaviləsi, 11 iyun 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması və 10 fevral 2022-ci il tarixli 011A********** nömrəli Krеdit Müqaviləsi üzrə, cavabdehlər (zaminlər) Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh1 isə müvafiq olaraq 28 avqust 2014-cü il tarixli 11S000008038 nömrəli, 19 mart 2018-ci il tarixli 011S**********01 nömrəli, 11 iyun 2021-ci il tarixli 011S**********01 nömrəli və 10 fevral 2022-ci il tarixli 011G**********01 nömrəli Zaminlik Müqavilələri bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, borcverən İddiaçı QSC-yə ödənilməli olan əsas borcları və əsas borclara görə hesablanmış faizləri Ödəniş Planlarında (Ödəniş Cədvəllərində) nəzərdə tutulan qaydada ödəməmiş və bununla da, borcverən İddiaçı QSC-dən alınmış kreditləri müvafiq müqavilələr ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər. Qeyd etmək lazımdır ki, məhkəmə prosesi zamanı cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 məhkəməyə təqdim etdikləri və yuxarıda istinad olunan “iddia tələbinə qarşı Etiraz”larının məzmunu ilə müəyyən olunur ki, cavabdehlər Cavabdeh4 və Cavabdeh2 11 iyun 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması üzrə, Cavabdeh1 isə 10 fevral 2022-ci il tarixli 011A********** nömrəli Krеdit Müqaviləsi üzrə müvafiq Zaminlik Müqavilələrini imzaladıqlarını təsdiq edərək, həmin xüsusatı mübahisələndirməsələr də, zamin olduqları kreditlər üzrə borcun onlardan tutulmamasını və tələbin Borcalanın özünə və zamin olan Borcalanın arvadına yönəldilməsini xahiş edərək, bunu özlərinin maddi imkanlarının yaxşı olmaması ilə əsaslandırmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə də, iş materialları ilə müəyyən olunur ki, 11 iyun 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması üzrə cəmi 7000 manat məbləğində verilmiş kredit Ödəniş Planına (Ödəniş Cədvəlinə) uyğun olaraq qaytarılmadığı üçün borcalan Cavabdeh3 25 aprel 2023-cü il tarixə hesablanmış 3348,07 manat əsas borcunun, 387,94 manat faiz borcunun və 159,93 manat cərimə borcunun cavabdehlərdən (borcalan Cavabdeh3 və zaminlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5) müştərək qaydada tutulması və eyni zamanda, 10 fevral 2022-ci il tarixli 011A********** nömrəli Krеdit Müqaviləsi üzrə isə cəmi 6500 manat məbləğində verilmiş kredit Ödəniş Planına (Ödəniş Cədvəlinə) uyğun olaraq qaytarılmadığı üçün borcalan Cavabdeh3 05 iyun 2023cü il tarixə hesablanmış 5235,12 manat əsas borcunun, 921,29 manat faiz borcunun və 308,1 manat cərimə borcunun cavabdehlərdən (borcalan Cavabdeh3 və zamin Cavabdeh1) müştərək qaydada tutulması üçün müvafiq iddia ərizəsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə müraciət olunmuşdur. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı QSC tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmişlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan (cavabdeh) Cavabdeh3 (VÖEN **********) 28 avqust 2014-cü il tarixli 11L000005543 nömrəli Uzunmüddətli Kredit Müqaviləsini və 11 iyun 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşmasını bağlayarkən götürdüyü öhdəlikləri, eyni zamanda müvafiq olaraq zaminlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 isə 28 avqust 2014-cü il tarixli 11S000008038 nömrəli, 19 mart 2018-ci il tarixli 011S**********01 nömrəli və 11 iyun 2021-ci il tarixli 011S**********01 nömrəli Zaminlik Müqavilələrini bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, kredit verən İddiaçı QSC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri 11 iyun 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması üzrə tərtib edilmiş 11 iyun 2021-ci il tarixli Ödəniş Planında (Ödəniş Cədvəlində) müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər. Ona görə də, iddia tələbi “cavabdehlər Cavabdeh3 (VÖEN **********), Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada 11 iyun 2021-ci il tarixli 011R********** nömrəli Krеdit Razılaşması üzrə 3348,07 manat məbləğində əsas borcun və 387,94 manat məbləğində faiz borcunun tutulması” hissəsində əsaslıdır və təmin olunmalıdır. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan (cavabdeh) Cavabdeh3 (VÖEN **********) 10 fevral 2022-ci il tarixli 011A********** nömrəli Krеdit Müqaviləsini bağlayarkən götürdüyü öhdəlikləri, eyni zamanda müvafiq olaraq zamin Cavabdeh1 isə 10 fevral 2022-ci il tarixli 011G**********01 nömrəli Zaminlik Müqaviləsini bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, kredit verən İddiaçı QSC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri 10 fevral 2022-ci il tarixli 011A********** nömrəli Krеdit Müqaviləsi üzrə tərtib edilmiş 10 fevral 2022-ci il tarixli Ödəniş Planında (Ödəniş Cədvəlində) müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər. Ona görə də, iddia tələbi “cavabdehlər Cavabdeh3 (VÖEN **********) və Cavabdeh1 müştərək qaydada 10 fevral 2022-ci il tarixli 011A********** nömrəli Krеdit Müqaviləsi üzrə 5235,12 manat məbləğində əsas borcun və 921,29 manat məbləğində faiz borcunun tutulması” hissəsində əsaslıdır və təmin olunmalıdır. Eyni zamanda, məhkəmə qeyd etməyi lazım bilir ki, 10 fevral 2022-ci il tarixli 011A********** nömrəli Krеdit Müqaviləsi üzrə borcalan Cavabdeh3 tərəfindən alınmış 6500 manat məbləğində kreditə görə Cavabdeh1 10 fevral 2022-ci il tarixli 011G**********01 nömrəli Zaminlik Müqaviləsinə əsasən zamin qismində Borcalanla birlikdə öhdəlik daşıyır. Yəni, 10 fevral 2022-ci il tarixli 011A********** nömrəli Krеdit Müqaviləsinin 28 avqust 2014cü il tarixli 11L000005543 nömrəli Kredit Xətti Müqaviləsi ilə heç bir əlaqəsi yoxdur və buna görə də, Cavabdeh1 28 avqust 2014-cü il tarixli 11L000005543 nömrəli Kredit Xətti Müqaviləsi və həmin Kredit Xətti əsasında hər hansı bir Razılaşma üzrə verilən kreditə görə zamin qismində öhdəlik daşımır. Bu səbəbdən də, 28 avqust 2014-cü il tarixli 11L000005543 nömrəli Kredit Xətti Müqaviləsi üzrə bağlanılmış 11 iyun 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması əsasında verilən kreditə görə tələbin Cavabdeh1 qarşı yönəldilməsi əsassızdır və təmin edilməməlidir. Halbuki, 28 avqust 2014cü il tarixli 11L000005543 nömrəli Kredit Xətti Müqaviləsi üzrə bağlanılmış 11 iyun 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması üzrə borcalan Cavabdeh3 tərəfindən alınmış 7000 manat məbləğində kreditə görə yalnız cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 müvafiq olaraq 28 avqust 2014-cü il tarixli 11S000008038 nömrəli, 19 mart 2018-ci il tarixli 011S**********01 nömrəli və 11 iyun 2021-ci il tarixli 011S**********01 nömrəli Zaminlik müqavilələrinə əsasən zamin qismində Borcalanla birlikdə öhdəlik daşıyırlar. Eləcə də, məhkəmə hesab edir ki, iddianın cavabdehlərdən “11 iyun 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması üzrə 159,93 manat məbləğində cərimənin” və “10 fevral 2022-ci il tarixli 011A********** nömrəli Krеdit Müqaviləsi üzrə 308,1 manat məbləğində cərimənin tutulması” tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla, iddia ərizəsində hər bir kredit üzrə ayrı-ayrılıqda tələb olunan cərimələrin məbləği azaldılaraq, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada 11 iyun 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması üzrə 100 (yüz) manat məbləğində və 10 fevral 2022-ci il tarixli 011A********** nömrəli Krеdit Müqaviləsi üzrə isə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 100 (yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər və tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehlər Cavabdeh3 (VÖEN **********), Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada 11 iyun 2021-ci il tarixli 011R********** nömrəli Krеdit Razılaşması üzrə 3348,07 manat məbləğində əsas borc, 387,94 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə olmaqla, cəmi 3836,01 manat məbləğində pul vəsaiti və eyni zamanda, cavabdehlər Cavabdeh3 (VÖEN **********) və Cavabdeh1 müştərək qaydada 10 fevral 2022-ci il tarixli 011A********** nömrəli Krеdit Müqaviləsi üzrə isə 5235,12 manat məbləğində əsas borc, 921,29 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə olmaqla, cəmi 6256,41 manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, mediasiya xidməti ilə əlaqədar İddiaçı QSC tərəfindən mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının əvəzi cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Həmçinin, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq hesablanan 120,28 (yüz iyirmi manat 28 qəpik) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 (VÖEN **********), Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada 11 iyun 2021-ci il tarixli 011R********** nömrəli Krеdit Razılaşması üzrə 3348,07 (üç min üç yüz qırx səkkiz manat 07 qəpik) manat məbləğində əsas borc, 387,94 (üç yüz səksən yeddi manat 94 qəpik) manat məbləğində faiz borcu və 100 (yüz) manat məbləğində cərimə olmaqla, cəmi 3836,01 (üç min səkkiz yüz otuz altı manat 01 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh3 (VÖEN **********) və Cavabdeh1 müştərək qaydada 10 fevral 2022-ci il tarixli 011A********** nömrəli Krеdit Müqaviləsi üzrə 5235,12 (beş min iki yüz otuz beş manat 12 qəpik) manat məbləğində əsas borc, 921,29 (doqquz yüz iyirmi bir manat 29 qəpik) manat məbləğində faiz borcu və 100 (yüz) manat məbləğində cərimə olmaqla, cəmi 6256,41 (altı min iki yüz əlli altı manat 41 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada tutularaq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada dövlət nəfinə 120,28 (yüz iyirmi manat 28 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar