Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-493/2020 08.10.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15646 (on beş min altı yüz qırx altı) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 15676 manat (on beş min altı yüz yetmiş altı manat) məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində və iddia ərizəsinə düzəliş barədə ərizədə iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə sonuncuya məxsus Quba şəhərinin “Qəçrəş yolu” yaşayış massivində yerləşən ümumi ərazisi 967,6 m2 olan qeyri-yaşayış sahəsinin icarəsi haqqında X4 tərəfindən 3M-16 reyestr nömrəsi ilə təsdiq edilmiş xx xxxxxx 2020-ci il tarixli İcarə Müqaviləsi bağlamışdır. İcarəyə verən adından müqaviləni onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və yaxın qohumu (qardaşı oğlu) olan X2 imzalamışdır. X1 görə İcarə müddəti müqavilə bağlanan gündən xx xxxxxx 2021-ci il tarixədək müəyyən edilmişdir. İcarə haqqı illik 83720,93 (səksən üç min yeddi yüz iyirmi manat 93 qəpik) manat məbləğində müəyyən edilmişdir. İcarə Müqaviləsində bu məbləğin bir hissəsinin – 11720,93 (on bir min yeddi yüz iyirmi manat 93 qəpik) manat ödəmə mənbəyində vergi qismində İcarəçi (İddiaçı) tərəfindən müvafiq vergi orqanına ödənilməsi, qalan 72000 (yetmiş iki min) manatın isə ildə 2 dəfə 2 bərabər hissədə (müvafiq olaraq 18 yanvar və xx xxxx 2020-ci il tarixlərindən gec olmamaqla) İcarəyə verənə ödənilməsi müəyyən edilmişdi. Müqaviləyə əsasən İcarəçi (İddiaçı) əmlakdan istifadəyə xx xxxxxx 2020ci il tarixindən başlamışdır. Vergi məbləği İcarəçi tərəfindən qanunvericiliyə müvafiq qaydada tam olaraqVergi Orqanına ödənilmişdir. İllik İcarə haqqının 36000 (otuz altı min) manat olan birinci hissəsi (6 aylıq icarə haqqı) İcarəçi tərəfindən İcarəyə verənə xx xxxxxx 2020-ci il tarixində öncədən ödənilmişdir. Koronavirus pandemiyasının yayılması səbəbindən tətbiq edilən karantin qadağalarına görə 2020-ci ilin aprel və may aylarında İcarə obyektindən İcarəçinin istifadəsi mümkün olmamışdır. Biznes fəaliyyətinin davam etdirilməsi üçün yaranmış maneələrin ciddi olduğuna görə Tərəflər xx xxxx 2020-ci il tarixdə İcarə müqaviləsinin ləğv edilməsinə dair müqavilə bağlamışlar. X4 tərəfindən elə xx xxxx 2020-ci il tarixdə 3M-327 reyestr nömrəsi ilə təsdiq edilmiş həmin Müqaviləyə əsasən İcarə müqaviləsinə xx xxxx 2020-ci il tarixdən xitam verilmişdir. Ləğvetmə haqqında müqaviləni də İcarəyə verən adından onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və yaxın qohumu (qardaşı oğlu) olan X2 imzalamışdır. 2020-ci ilin mart ayının sonlarından etibarən İcarəçi qeyri-yaşayış sahəsinə daxil olmur və həmin vaxtdan da sahə İcarəyə verənin bilavasitə sahibliyi və sərəncamındadır. İcarə müqaviləsinin 5.1.6-cı bəndinə görə İcarə müqaviləsinə xitam verildiyi halda İcarə haqqının istifadə edilməmiş hissəsinə görə ödənilmiş məbləğ İcarəçiyə qaytarılır. İcarə müqaviləsinin həmin bəndinə görə “İcarə haqqının istifadə edilməmiş hissəsi” cəmi İcarə haqqı 12 (on iki) aya bölünüb İcarə obyektindən istifadə edilməmiş ayların sayına vurmaqla hesablanır. Cəmi (illik) İcarə haqqının (vergi hissəsi çıxılandan sonra) aylıq hissəsi 6000 (altı min) manat təşkil edir (72000 manat/12 ay). İcarə müddətinin 2020-ci ilin yanvar ayının 13 tarixindən başladığından, tam aylar hər növbəti ayın 13-dək hesablanmalıdır. Beləliklə, İcarəyə verənin İcarə obyektindən istifadəsi İcarə müddətinin natamam 3 ayı (2020-ci ilin martın sonunadək) davam etmişdir. İcarə müddətinin qalan hissəsi, yəni aprel ayının 13 günü və iyulun 13-dək olan 3 ay, cəmi 3 ay 13 gün ərzində İcarə obyekti İcarəçinin istifadəsində olmamışdır. Ödənilmiş İcarə haqqının (36000 manat) obyektin istifadə müddətinə (2 ay 17 gün) düşən hissəsi (15400 manat) çıxılandan sonra qalan 20600 (iyirmi min altı yüz) manat İcarə müddətinin istifadə edilməmiş hissəsinə düşür. İcarə müqaviləsinin 5.1.6-cı bəndinə görə həmin 20600 manat İcarəyə verənə qaytarılmalıdır. Eyni zamanda İcarəçi (İddiaçı) tərəfindən icarəyə götürdüyü qeyri-yaşayış sahəsində istifadə etdiyi elektrik enerjisinə görə 555 manat məbləğində, təbii qaza görə 2902 manat məbləğində, suya görə 736 manat məbləğində və internetə görə 114 manat məbləğində ödənilməmiş borc qalmışdır. İcarə obyektinin təhvil-təslimi zamanı isə 647 manat məbləğində qüsur aktı çıxarılmış və təsdiqlənmişdir. Toplam olaraq, həmin xərclərə görə iddiaçı tərəfindən ödənilməli məbləğ 4954 (dörd min doqquz yüz əlli dörd) manat təşkil edir. Yuxarıdakıları nəzərə alaraq 2020-ci ilin 01 aprel – 13 iyul müddəti üçün qabaqcadan ödənilmiş 20600 (iyirmi min altı yüz) manat məbləğindən 4954 (dörd min doqquz yüz əlli dörd) manat çıxandan sonra qalan 15646 (on beş min altı yüz qırx altı) manat pul vəsaiti iddiaçıya qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində və iddia ərizəsinə düzəliş barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh 15646 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 15676 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirib, İddiaçı tərəfindən ona qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh hazırkı iddia ilə əlaqədar cavabdeh tərəf olaraq mövqeyini onunla əsaslandırdı ki, o, xx xxxxxx 2020-ci il tarixli İcarə Müqaviləsinə əsasən özünə məxsus Quba şəhərinin “Qəçrəş yolu” yaşayış massivində yerləşən mehmanxana tipli qeyri-yaşayış sahəsini hər ayı 6000 manatdan hesablanaraq, illik icarə haqqı 72000 manat olmaqla bir il müddətinə İddiaçınə icarəyə vermiş və sonuncu 6 aylıq icarə haqqı olaraq 36000 manat pulu əvvəlcədən ona ödəmişdir. İcarə haqqının qalan 36000 manatı isə xx xxxx 2020-ci il tarixindən gec olmamaqla ödənilməli idi. Lakin, İcarəçi pulun ikinci hissəsini Müqavilədə nəzərdə tutulan vaxtda ödəməmiş və buna görə də, o, 2020-ci ilin mart ayından etibarən İcarəçidən pulun qalan hissəsini də tələb etməyə başlamışdır. İcarəçi müxtəlif bəhanələrlə pulu ödəməkdən yayınmış və xx xxxx 2020-ci ildə onların arasında İcarə müqaviləsinin ləğv edilməsinə dair başqa bir müqavilə bağlanmışdır. Həmin Müqavilə bağlandıqdan təxminən 10-12 gün sonra, yəni iyun ayının ortalarında o, həmin obyektin açarlarını İcarəçidən götürüb, obyektin otaqlarına daxil ola bilmişdir. Obyektin otaqlarına daxil olduqda isə o, otaqların güclü təmirə ehtiyacı olduğunu görmüşdür. Eləcə də, İcarəçi istifadə etdiyi qazın və digər kommunal xərc və xidmətlərə görə borcunu ödəməmiş və o, məcbur olub həmin borcları özü ödəmişdir. Onların arasında bağlanmış İcarə müqaviləsi xx xxxx 2020-ci ildə pozulmasına və İcarə müqaviləsi bağlandıqdan təxminən 10-12 gün sonra obyektini faktiki olaraq qəbul etdiyinə görə, onun təxminən bir aylıq icarəyə görə ödənilmiş pul üzrə borcu yaranır. Lakin, İcarəçi tərəfindən ona məxsus obyektin otaqları yararsız hala düşdüyünə və təmirinə görə iddia ərizəsində göstərilən 647 manat məbləğində deyil, daha çox vəsait tələb olunduğundan o, ödənilmiş icarə haqqından heç bir məbləğdə pul qaytarmalı deyil. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia ərizəsinə düzəliş barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı – “İcarəçi” və hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) – “İcarəyə verən” olmaqla bağlanaraq, notarial qaydada təsdiq edilmiş xx xxxxxx 2020-ci il tarixli İcarə Müqaviləsinə əsasən İcarəyə verən Quba şəhərinin “Qəçrəş yolu" yaşayış massivi ərazisində yerləşən ümumi sahəsi 967,6 m2 olan qeyri-yaşayış sahəsini (bundan sonra "İcarə obyekti" adlandırılan) İcarəçiyə icarəyə vermişdir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, İcarə Müqaviləsi xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək bağlanmışdır. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, İcarəçi İcarə obyektindən istifadəyə görə İcarəyə verənə illik 83720,93 (səksən üç min yeddi yüz iyirmi manat 93 qəpik) mənat (ödəmə mənbəyində vergi dəxil olmaqla) İcarə haqqı ödəyir. İcarə haqqının 11720,93 (on bir min yeddi yüz iyirmi manat 93 qəpik) hissəsi ödəmə mənbəyində vergi qismində İcarəçi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada tutularaq Dövlət Büdcəsinə ödənilir, İcarə haqqının qalan 72000 (yetmiş iki min manat) manat hissəsi isə bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə vəqaydada "İcarayə verən"ə ödənilir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, Müqavilə ilə nəzərdə tutulan icarə haqqı ödənişi ildə 2 (iki) dəfə olaraq 2 (iki) bərabər hissədə ödənilir Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən,Müqavilə ilə nəzərdə tutulan birinci İcarə haqqı ödənişi xx xxxxxx 2020-ci il tarixinədək, ikinci İcarə haqqı ödənişi xx xxxx 2020-cıil tarixinədək ödənilir. Həmin Müqavilənin 5.1.6-cı bəndinə əsasən, müqaviləyə xitam verildiyi halda icarə haqqının istifadə edilməmiş hissəsinə görə ödənilmiş məbləğ (cəmi icarə haqqı 12 (on iki) aya bölünüb İcarə obyektindən istifadə edilməmiş ayların sayına vurulmaqla hesablanır) İcarəçiyə qaytarılmalıdır. İş materialları ilə müəyyən olunur ki, “İcarəçi”İddiaçı tərəfindən xx xxxxxx 2020ci ildə “İcarəyə verən” Cavabdeh xx xxxxxx 2020-ci il tarixli İcarə Müqaviləsi üzrə 6 aylıq icarə haqqı olaraq cəmi 36000 (otuz altı min) manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan “İcarəçi” İddiaçı ilə “İcarəyə verən” Cavabdeh arasında bağlanaraq, notarial qaydada təsdiq edilmiş xx xxxx 2020-ci il tarixli “İcarə müqaviləsinin ləğv edilməsinə dair” Müqaviləyə əsasən tərəflər arasında Quba şəhərinin “Qəçreş yolu” yaşayış massivi ərazisində yerləşən 967,6 kv.m qeyriyaşayış binasının icarəyə verilməsinə dair bağlanmış xx xxxxxx 2020-ci il tarixli İcarə müqaviləsi ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş İcarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bir il müddətinə xx xxxxxx 2020-ci il tarixli İcarə Müqaviləsi bağlanmış və həmin İcarə Müqaviləsi üzrə 6 aylıq icarə haqqı, yəni xx xxxxxx 2020ci il tarixdən xx xxxx 2020-ci il tarixədək müddəti əhatə edən dövr üzrə icarə haqqı olan 36000 manat (hər ay üçün 6000 manat, hər gün üçün 200 manat hesabı ilə) məbləğində pul vəsaiti ödənilmişdir. Lakin, xx xxxx 2020-ci ildə tərəflər arasında bağlanmış digər bir Müqavilə ilə xx xxxxxx 2020-ci il tarixli İcarə Müqaviləsi ləğv edilmiş və bununla da, onların arasında olan icarə münasibətlərinə xitam verilmişdir. İddiaçı tərəf (icarəçi) iddia ərizəsində xx xxxx 2020-ci il tarixədək olan 6 aylıq müddət üçün ödənilmiş 36000 manat icarə haqqı məbləğindən koronavirus (COVİD- 19) infeksiyası ilə əlaqədar yaranmış vəziyyətə görə xx xxxxx 2020-ci ildən icarə obyektindən istifadə edilməməsi əsası ilə həmin tarixdən xx xxxx 2020-ci ilədək olan cəmi 3 ay 13 gün üçün nəzərdə tutulan 20600 (iyirmi min altı yüz) manat icarə haqqının İcarə Müqaviləsinin 5.1.6-cı bəndinə görə geri qaytarılmalı olmasını, lakin həmin məbləğdən icarə obyektindən istifadə edilərkən yaranmış və ödənilməmiş “elektrik enerjisinə görə 555 manat məbləğində, təbii qaza görə 2902 manat məbləğində, suya görə 736 manat məbləğində və internetə görə 114 manat məbləğində ödənilməmiş borclar və eyni zamanda, icarə obyektinin təhvil-təslimi zamanı 647 manat məbləğində müəyyən edilmiş təmir xərcləri” olmaqla, cəmi 4954 (dörd min doqquz yüz əlli dörd) manat məbləğində pul vəsaitinin çıxılaraq, qalan 15646 (on beş min altı yüz qırx altı) manat məbləğində pul vəsaitinin iddiaçıya (icraçıya) qaytarılmalı olması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, xx xxxxxx 2020-ci il tarixli İcarə Müqaviləsinə tərəflər arasında bağlanmış digər bir Müqavilə əsasında xx xxxx 2020-ci il tarixində xitam verildiyinə görə, əvvəlcədən ödənilmiş 36000 manat məbləğində icarə haqqının xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixinədək olan dövrə aid hissəsi hesablanaraq iddiaçıya qaytarılmalıdır. Lakin, qaytarılmalı olan pul vəsaiti hesablanarkən iddiaçının iddia ərizəsində qaytarılmalı məbləğdən xərclərin çıxılması barədə ifadə etmiş olduğu mövqeyi nəzərə alınmalı və buna görə də, xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixinədək olan 1 ay 11 gün üçün müəyyən olunan 8200 (səkkiz min iki yüz) manat məbləğində icarə haqqından cəmi 4954 (dörd min doqquz yüz əlli dörd) manat məbləğində pul vəsaiti (iddia ərizəsində iddiaçı tərəf həmin məbləğdə (4954 manat məbləğində) olan xərclərin qaytarılmalı olan icarə pulundan çıxılmalı olmasını əsaslandırmışdır) çıxıldıqdan sonra qalan 3246 (üç min iki yüz qırx altı) manat məbləğində pul vəsaiti qaytarılmalıdır (1 ay = 6000 manat + 11 gün x 200 manat = 8200 manat -4954 manat = 3246 manat). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh (VÖEN **********) 3246 (üç min iki yüz qırx altı) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır.İddia qalan hissədə isə təmin edilməməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumunun 6 (altı) manatı cavabdehə, qalan 24 (iyirmi dörd) manatı isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (VÖEN **********) 3246 (üç min iki yüz qırx altı) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 6 (altı) manat olmaqla, cəmi 3252 (üç min iki yüz əlli iki) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-493/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-493/2020
08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver